Əsas məzmuna keç
Sayfa 134/461 İlkİlk ... 3484124132133134135136144184234 ... SonSon
4610 sonuçtan 1.331 ile 1.340 arası

Azərbaycan Xəbərləri

1. #1331
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi qeyd olunub

[b]Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi qeyd olunub[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 90 illik yubileyi ilə bağlı tədbir keçirilib. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə qurumun sədr müavini Vəfadar Misirov AXC-nin yaranması, fəaliyyəti, nailiyyətləri və süqutu barədə çıxış edib. O, 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik və dünyəvi dövlətin qurulduğunu qeyd edərək, bunu xalqımızın azadlıq, müstəqillik və demokratiya uğrunda apardığı mübarizənin yekunu kimi qiymətləndirib. Daha sonra tədbirdə komissiyanın əməkdaşları Rauf Məcidbəyli və Asəf Əliyev AXC-nin keçdiyi yol, həmin dövrdə görülən işlərlə bağlı danışıblar.

2. #1332
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

[b]Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib[b]

Bakı. Elbrus Seyfullayev - APA. Mayın 27-də prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib.

Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan prezidenti abidənin önünə əklil qoyub. Sonra Azərbaycanın dövlət himni səslənib.Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidə paytaxtın İstiqlaliyyət küçəsində yerləşir.

3. #1333
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Əli Əhmədov: "Qəti şəkildə inanırıq ki, prezident seçkiləri İlham Əliyevin böyük qələbəsi ilə nəticələnəcək"

[b]Əli Əhmədov: "Qəti şəkildə inanırıq ki, prezident seçkiləri İlham Əliyevin böyük qələbəsi ilə nəticələnəcək"[b]

Bakı. Elnur Məmmədli - APA. "Yeni Azərbaycan Partiyası bu ilin payızında keçiriləcək prezident seçkilərinə ciddi hazırlaşır. Bizim partiyanı digərlərindən fərqləndirən xüsusiyyət ondan ibarətdir ki, biz bütün seçkilərə məsuliyyətlə yanaşırıq və bu yanaşmanın nəticəsi uğurlu olur". APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov deyib. Onun sözlərinə görə, seçkilərlə bağlı partiya bir sıra tədbirlər həyata keçirib, bundan sonrakı mərhələdə də müvafiq addımlar atılacaq: "Seçkilər zamanı bizə lazım olacaq resurslar dəyərləndirilib, tədbirlər həyata keçirəcək qruplar formalaşdırılıb və hazırda onlara təlimlər keçirilir. Kampaniyanın uğurlu alınması üçün bütün ilkin hazırlıqlar görülüb. Əsas gerçəklik odur ki, namizədimiz İlham Əliyevin seçicilər arasında böyük nüfuzu və reytinqi var. Qazanılan uğurlar, iqtisadi inkişaf İlham Əliyevin əhali tərəfindən dəstəkləndiyini əsaslandıran şərtlərdir. Ona görə də qəti şəkildə inanırıq ki, seçkilər İlham Əliyevin böyük qələbəsi ilə nəticələnəcək".

4. #1334
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda vəkil olmaq istəyənlər üçün sənəd qəbuluna başlanılacaq

[b]Azərbaycanda vəkil olmaq istəyənlər üçün sənəd qəbuluna başlanılacaq[b]

Bakı. Elnur Məmmədli - APA. Yaxın vaxtlarda vəkil olmaq istəyənlər üçün sənəd qəbuluna başlanılacaq. APA-nın məlumatına görə, bu barədə Vəkillər Kollegiyasının sədri Azər Tağıyev bildirib. Onun sözlərinə görə, hazırlıq prosesi başa çatdıqdan sonra sənəd qəbulu elan olunacaq. A. Tağıyev ötən qəbul zamanı sənəd verənlərin bütün imtahan mərhələlərindən keçdiyini, 441 nəfərdən 240-ın vəkil adını qazandığını qeyd edib. Onun sözlərinə görə, onlardan 3 nəfər hələlik sonuncu imtahandan keçməyib. Buna səbəb onların dövlət qulluğunda olmasıdır: "Onlar ya öz fəaliyyətlərini dövlət qulluğunda davam etdirmək, ya da bundan imtina edib vəkil kimi çalışmaq barədə qərar verməlidirlər". A. Tağıyev bildirib ki, hazırda Azərbaycanda 735 vəkil var.

5. #1335
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Azadlıq" bloku Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ilə əlaqədar Məmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsi qarşısında tədbir keçirib

[b]"Azadlıq" bloku Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ilə əlaqədar Məmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsi qarşısında tədbir keçirib[b]

Bakı. Ramil Məmmədli - APA. Bu gün "Azadlıq" bloku Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ilə əlaqədar Məmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsi qarşısında mərasim keçirib. APA-nın məlumatına görə, Milli Birlik Hərəkatının lideri Lələ Şövkət bildirib ki, mümkünsüzlüyə can atan ziyalılar keçən əsrin əvvəllərində müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına nail olublar. Mərasimdə M. Ə. Rəsulzadənin xalq cümhuriyyətinin yaradılmasındakı rolu haqda çıxışlar edilib.

6. #1336
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

28 May - Respublika Günü dünyanın bir sıra ölkələrində qeyd olunur

[b]28 May - Respublika Günü dünyanın bir sıra ölkələrində qeyd olunur[b]

Bakı. Ülviyyə Əliyeva - APA. 28 May - Respublika Günü dünyanın bir sıra ölkələrində qeyd olunur. APA-nın məlumatına görə, Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi münasibətilə Belarusda da genişmiqyaslı konsert təşkil olunub. Minsk konsert zalında keçirilən tədbirdə azərbaycanlı incəsənət xadimləri musiqi nömrələri ilə çıxış ediblər. Azərbaycanın Misirdəki səfiri Faiq Bağırovun APA-ya verdiyi məlumata görə, Misir Ərəb Respublikasının prezidenti Hüsnü Mübarəkin şəxsi nümayəndəsi Əhməd Ənsari sabah bayram münasibətilə səfirliyə gələcək. O, Hüsnü Mübarəkin prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunu səfirə təqdim edəcək. Bundan başqa, Misir telekanallarında Azərbaycanla bağlı 20 dəqiqəlik materialın efirə verilməsi nəzərdə tutulur. Həmin gün axşam isə Azərbaycanın Misirdəki səfirliyində Misir rəsmilərinin də iştirakı ilə ziyafət veriləcək. Rəsmi qəbul mərasimləri həmçinin Azərbaycanın İspaniya və İtaliyadakı səfirliklərində də təşkil olunacaq.

7. #1337
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Eros Ramazotti payızda Azərbaycana gələcək

[b]Eros Ramazotti payızda Azərbaycana gələcək[b]

Bakı. Laura Cəbrayıllı - APA. İyunun 1-7-də Bakıda keçirilməsi nəzərdə tutulan I Beynəlxalq "Buta" Festivalı təxirə salınıb. APA-nın məlumatına görə, bunu "Buta" İncəsənət Mərkəzinin direktoru Nəsib Piriyev keçirdiyi mətbuat konfransında açıqlayıb. O, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Bulvar İdarəsi və Fransanın Azərbaycandakı səfirliyi ilə birgə təşkil olunan festivalın təxirə salınmasının səbəbini belə izah edib: "Biz Azərbaycan xalqı üçün bir sürpriz etmək istəyirdik. Bizim sürprizimiz isə dünyanın məşhur sənətçilərinin festival çərçivəsində konsert proqramları ilə çıxışı idi. Cəmi bir saat öncə məlum oldu ki, bizim ən böyük sürprizimiz - İtaliyanın məşhur pop ulduzu səhhətində yaranmış problemlə əlaqədar Bakıya gələ bilməyəcək. Biz isə onsuz bu festivalı keçirmək istəmirik". Jurnalistlərin təkidindən sonra N. Piriyev gözlənilən qonağın adını açıqlayıb: "Bəli, bu Eros Ramazotti idi. Onun Azərbaycana səfəri payızda gerçəkləşəcək. "Buta" festivalı da nəzərdə tutulan proqramla payızda təşkil olunacaq". Təşkilatçılar festivalın ilk günü üçün planlaşdırılan tədbirləri təxirə salmayıblar: "Biz uşaqlara verdiyimiz sözü dəyişə bilmərik. Ona görə də 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə konsert proqramları, foto-sərgi təşkil olunacaq".

8. #1338
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Türkiyədə müalicə olunan jurnalist Məmməd Nazimoğlunun səhhəti yaxşılaşıb

[b]Türkiyədə müalicə olunan jurnalist Məmməd Nazimoğlunun səhhəti yaxşılaşıb[b]

Bakı. Laura Cəbrayıllı - APA. Türkiyənin İstanbul "Memorial" Xəstəxanasında müalicə olunan Azərbaycanın tanınmış jurnalisti Məmməd Nazimoğlunun səhhəti yaxşılaşıb.

Bu barədə APA-ya M. Nazimoğlunun dostu, onunla birgə Türkiyədə olan türkoloq-alim Ramiz Əsgər məlumat verib. O bildirib ki, müalicə nəticəsində M. Nazimoğlunun bədənindəki şişlər çəkilib: "İlkin analizlərin nəticəsi uğurludur. Təkrar analizlərin nəticəsi isə mayın 30-da açıqlanacaq. Bu nəticədən sonra onun əməliyyat olunub-olunmaması ilə bağlı qərar veriləcək". Qeyd edək ki, M. Nazimoğlu mayın 23-də qaraciyərində yaranmış problemlə əlaqədar İstanbul "Memorial" Xəstəxanasına aparılıb.

9. #1339
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İraq Türkmən Cəbhəsinin qurultayı keçiriləcək

[b]İraq Türkmən Cəbhəsinin qurultayı keçiriləcək[b]

Ərbil. Kərim Həsənli - APA. İyunun 10-da İraq Türkmən Cəbhəsinin V Qurultayı keçiriləcək. APA-nın xəbərinə görə, çoxsaylı İraq türkmən siyasi partiyaları və təşkilatlarını sıralarında birləşdirən İraq Türkmən Cəbhəsi (İTC) bu qurultayda Kərkük şəhəri ətrafında yaranmış vəziyyəti təhlil etmək və bununla bağlı fəaliyyət strategiyasını müəyyənləşdirmək fikrindədir. Əsası 1995-ci ilin aprel ayında kürd federal bölgəsinin Ərbil şəhərində qoyulan İTC-nin bu günə qədər bütün qurultayları Ərbil və Kərkük şəhərlərində keçirilib. İTC-yə daxil olan İraq Türkmən Müstəqillər Hərəkatı açıqlama yayaraq təşkilatın bu günə qədər demokratik ideyaların daşıyıcısı olduğunu və İraq türkmən xalqının V qurultaydan gözləntilərinin böyük olduğunu vurğulayıb.

10. #1340
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Buxarest Dunay çayı sahilində liman şəhərinə çevrilə bilər

[b]Buxarest Dunay çayı sahilində liman şəhərinə çevrilə bilər[b]

Buxarest. Kərim Həsənli - APA. Rumıniyanın sosialist diktatoru Nikolaye Çauşeskunun fantastik layihələri arasında özünəməxsus yer tutan Dunay-Buxarest kanalının inşası layihəsi yenidən həyata keçiriləcək. APA-nın Şərqi Avropa bürosunun xəbərinə görə, Rumıniyada sosialist rejiminin devrilməsindən sonra 1990-cı ildə tikinti işləri yarımçıq qalan layihə ölkə paytaxtının Qara dənizdən Şimal dənizinə qədər uzanan Dunay çayı üzərində mühüm liman şəhərinə çevrilməsini nəzərdə tutur. Təşəbbüsün müəllifi Rumıniya Su və Kanal Nəqliyyatı İdarəsi layihənin həyata keçirilməsi üçün 450 milyon avroya ehtiyac duyulduğunu açıqlayıb. Rumıniyanın nəqliyyat naziri Ludovik Orban məsələ ilə bağlı danışıqların aparıldığını bəyan edib. Kanalın istifadəyə verilməsindən 14 il sonra maya dəyərini çıxaracağı gözlənilir. Rumıniya hökuməti layihənin yenidən gündəliyə gətirilməsini müsbət qarşılayıb. Kanalın dərinliyinin 4,5 metr olması və buradan ildə 16 milyon yük daşınması planlaşdırılır. 73 km uzunluğa malik kanalın üzərində iki liman inşa olunacaq. Hazırda Buxarest-Dunay çayı kanalı üzrə işlərin 70%-i başa çatdırılıb.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.