[b]Jurnalistlərin V qurultayına hazırlıq üçün Təşkilat Komitəsi yaradılıb[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin növbəti iclası keçirilib. MŞ-dan APA-ya daxil olan məlumata görə, iclasda jurnalistlərinin V qurultayına hazırlıqla bağlı məsələlər müzakirə olunub.
Qurultayın iyunun ikinci yarısında keçirilməsi ilə bağlı qərar qəbul edilib və Əflatun Amaşovun sədrliyi ilə şuranın İdarə Heyətinin üzvlərindən ibarət Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb. İclasda eyni zamanda qurultaya hazırlıq işlərini həyata keçirmək və lazımi sənədlərin tərtib edilməsi üçün Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadənin sədrliyi ilə beş nəfərlik işçi qrup yaradılıb. Bu qrup həmçinin Mətbuat Şurasının Nizamnaməsində dəyişiklik edilməsi ilə bağlı jurnalistlərin IV qurultayının qətnaməsindəki təkliflər əsasında layihəsini hazırlayacaq.
4610 sonuçtan 1.251 ile 1.260 arası

04-16-2008, 02:51 PM #1251Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Türkiyə hərbi təyyarələri İraqın şimalını bombalayıb
[b]Türkiyə hərbi təyyarələri İraqın şimalını bombalayıb[b]
Ankara - APA. Türkiyə hərbi təyyarələri İraqın şimalında bir qrup PKK-çıya zərbələr endirib.
APA-nın məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı aprelin 15-də İraqın şimalındakı Avaşin-Basyan bölgəsində Türkiyəyə keçməyə hazırlaşan bir qrup terrorçunun müəyyənləşdirildiyini və bu qrupun hava bombardmanı ilə məhv edildiyini açıqlayıb. Əməliyyat zamanı nə qədər terrorçunun məhv edildiyini müəyyənləşdirmək mümkün olmayıb. Eyni gün Türkiyənin cənub-şərqində aparılan əməliyyatlarda 1 terrorçu öldürülüb, PKK-ya məxsus çoxlu sayda silah-sursat, qida məhsulları və tibbi ləvazimat aşkarlanaraq götürülüb.

04-16-2008, 03:01 PM #1252Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Jurnalistlərin V qurultayına hazırlıq üçün Təşkilat Komitəsi yaradılıb

04-16-2008, 03:36 PM #1253Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
MDB ölkələri şəkərli diabetə qarşı mübarizəyə dair dövlətlərarası sazişi 2008-2009-cu illərdə imzalayacaqlar
[b]MDB ölkələri şəkərli diabetə qarşı mübarizəyə dair dövlətlərarası sazişi 2008-2009-cu illərdə imzalayacaqlar[b]
Bakı. Laçın Sultanova-APA. Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri şəkərli diabet xəstəliyinin artmasına qarşı mübarizə haqqında sazişi 2008-2009-cu illərdə imzalayacaqlar. APA-nın məlumatına görə, saziş layihəsini hazırlayan ekspertlər qrupunun dünən və bu gün Minskdə keçirilən iclasında MDB icra katibinin müavini Novruz Aydarov deyib ki, bu xəstəliyin miqyası ildən ilə artır və bu proses ağır sosial-iqtisadi, demoqrafik nəticələrə gətirib çıxara bilər. Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, dünyada 246 milyon insan şəkər diabetindən əziyyət çəkir, 2025-ci ilə belə insanların sayı 380 milyona çatacaq. Hər il təxminən 7 milyon nəfər bu xəstəliyə tutulur. Şəkərli diabetdən hər il vəfat edənlərin sayı 3,8 milyon nəfər yaxındır. Azərbaycan Endikrinoloji Mərkəzinin direktoru Rauf Cabbarov deyib ki, Avropa İttifaqına üzv ölkələr şəkər diabeti ilə mübarizəyə ildə 30 milyon avro ayırır: "Əgər MDB ölkələri də bu mübarizəyə öz tövhəsini versə, biz də pozitiv irəliləyişə nail olarıq". Rauf Cabbarov saziş layihəsinə düzəlişlər təklif edib. Bu düzəlişlər əsasən əməkdaşlığın maliyyə tərəfi ilə bağlıdır. Saziş layihəsi MDB hökumət başçıları Şurasına təqdim olunacaq.

04-16-2008, 03:41 PM #1254Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Terri Devis Ermənistan müxalifətini yeni prezidentlə dialoqa çağırıb
[b]Terri Devis Ermənistan müxalifətini yeni prezidentlə dialoqa çağırıb[b]
Strasburq. Fuad Qulubəyli - APA. "Ermənistanda baş verənlərlə maraqlanıram. Bu ölkədə seçkilərdən sonra baş verən hadisələrdən çox narahat oldum. Mən hələ nümayişlər keçirilərkən bəyanatla çıxış etmiş və tərəfləri zorakılığa əl atmamağa çağırmışdım. Fövqəladə vəziyyət elan olunduqdan sonra isə mətbuata və sərbəst toplaşma azadlığına qoyulmuş qadağaları ləğv etmək çağırışı ilə çıxış etdim. Xoşbəxtlikdən qısa müddət ərzində prezident bəzi məhdudiyyətləri ləğv etdi". APA-nın Avropa bürosunun xəbərinə görə, bu sözləri Strasburqda keçirdiyi mətbuat konfransında Ermənistandakı vəziyyətlə bağlı sualı cavablandıran Avropa Şurasının baş katibi Terri Devis deyib. O bildirib ki, istər nümayişçilərin, istərsə də polislərin yol verdiyi zorakılıq aktları qəbulolunmazdır: "Amma heç bir şey polisin ölümünə haqq qazandıra bilməz". T. Devis söz və mətbuat azadlığı sahəsində maneələri aradan qaldırmağın zəruriliyini də vurğulayıb: "Ermənistan prezidentinin bəzi məhdudiyyətləri ləğv etməsindən məmnunam. Ümid edirəm ki, müxalifət yeni prezidentlə dialoqa gedəcək".

04-16-2008, 03:46 PM #1255Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Polşa xarici işlər nazirinin müavini Anjey Kreymer: "Azərbaycan Polşanın regionda strateji tərəfdaşıdır"
[b]Polşa xarici işlər nazirinin müavini Anjey Kreymer: "Azərbaycan Polşanın regionda strateji tərəfdaşıdır"[b]
Bakı. Laçın Sultanova-APA. Xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Polşa xarici işlər nazirinin müavini Anyey Kreymeri qəbul edib. XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan və Polşa arasında tarixi əlaqələri xatırladan nazir, siyasi sahədə, çoxtərəfli müstəvidə qarşılıqlı anlaşmanın yüksək səviyyəsindən məmnunluğunu ifadə edib, iqtisadi potensialın genişləndirilməsini zəruri sayıb. O, Polşanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində həmişə prinsipial mövqe nümayiş etdirərək, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini alqışlayıb. A. Kreymer Azərbaycanın Polşanın regionda strateji tərəfdaşı olduğunu diqqətə çatdıraraq, bütün istiqamətlərdə təmasların genişləndirilməsi, nazirliklər arasında əməkdaşlıq haqda memoranduma uyğun olaraq, məsləhətləşmələrin davam etdirilməsi, digər qurumlar arasında da mübadilələrin aparılmasının vacibliyi fikrini səsləndirib və nazir Elmar Məmmədyarovu Varşavaya rəsmi səfərə dəvət edib. Qonaq həmçinin ölkəsinin Avroatlantik strukturlara inteqrasiya təcrübəsi ilə paylaşmağa, Azərbaycanın Avropa üçün tək enerji tərəfdaşı kimi deyil, həm də geosiyasi baxımdan əhəmiyyətini təbliğ etməyə hazır olduğunu bildirib. Görüşdə həmçinin Avropaya inteqrasiya sahəsində Polşanın təcrübəsindən yararlanmaq məqsədilə birgə müzakirələrin keçirilməsi, "GUAM-ın dostları" qrupunun tərkibinin genişləndirilməsi, təhlükəsizlik sahəsində dialoqun qurulması, qarşılıqlı şəkildə sərmayə qoyuluşu, mədəniyyət və humanitar sferalarda əməkdaşlıq məsələləri müzakirə olunub.

04-16-2008, 03:51 PM #1256Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Kondoliza Rays: "Ermənistan və Azərbaycan bir az siyasi iradə göstərsə, Dağlıq Qarabağ münaqişəsi həll oluna bilər"
[b]Kondoliza Rays: "Ermənistan və Azərbaycan bir az siyasi iradə göstərsə, Dağlıq Qarabağ münaqişəsi həll oluna bilər"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Ermənistan və Azərbaycan bir az siyasi iradə göstərsə, Dağlıq Qarabağ münaqişəsi kifayət qədər tez bir müddətdə həll oluna bilər". APA-nın məlumatına görə, bu sözləri Vaşinqtonda keçirdiyi brifinqdə ABŞ dövlət katibi Kondoliza Rays deyib.
O, ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlarda bir neçə dəfə münaqişənin həllinə yaxınlaşdıqlarını bildirib: "Bir neçə çətin qərarlar qəbul etmək və Dağlıq Qarabağla bağlı Azərbaycanla Ermənistanı razılaşdırmaq lazımdır". O, həm Ermənistan, həm də Azərbaycan hökumətlərinə münaqişənin davam etməsi üzündən regionun digər hissəsindən geri qaldıqlarını dediyini vurğulayıb: "Siyasi iradə mövcud olarsa, münaqişə həll edilə bilər və həll edilməlidir".

04-16-2008, 04:11 PM #1257Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Xarici işlər nazirinin müavini: "Azərbaycanın NATO-ya üzvlüyünü bu qurum da istəməlidir"
[b]Xarici işlər nazirinin müavini: "Azərbaycanın NATO-ya üzvlüyünü bu qurum da istəməlidir"[b]
Bakı. Ülviyyə Əliyeva-APA. "Azərbaycanın NATO-ya qəbul olunması məsələsi qarşılıqlı prosesdir. Azərbaycan bu məsələni milli maraqları çərçivəsində həll edir". APA-nın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Araz Əzimov deyib. Nazir müavini Azərbaycanın indiyədək NATO ilə əməkdaşlıqda fəal iştirak etdiyini bildirib: "Azərbaycanın üzvlüyə qəbul olunmasını NATO da istəməlidir. Prosesləri izləyirik. Milli maraqlara uyğun olmayan məsələləri qəbul etmirik. Məsələn, Azərbaycan Kosovodan hərbçilərini geri çağırdı. Ancaq Əfqanıstandakı sülhməramlıların sayını artıracağıq".

04-16-2008, 04:16 PM #1258Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Rusiya tanınmamış separatçı bölgələrdə yaşayan vətəndaşlarının maraqlarını müdafiə məqsədilə konkret addımlar atmağa başlayıb
[b]Rusiya tanınmamış separatçı bölgələrdə yaşayan vətəndaşlarının maraqlarını müdafiə məqsədilə konkret addımlar atmağa başlayıb[b]
Bakı. Laçın Sultanova-APA. Rusiya prezidenti Vladimir Putin Cənubi Osetiya və Abxaziyada yaşayan Rusiya vətəndaşlarının maraqlarını müdafiə etmək mexanizmlərini yaratmaq üçün hökumətə tapşırıqlar verib. APA-nın məlumatına görə, bu məqsədlə Rusiya hökumətinə Abxaziya və Cənubi Osetiyanın faktiki qurumları ilə əməkdaşlıq etmək, o cümlədən iqtisadi-ticari, sosial, elmi-texniki, informasiya, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq etmək və bu işə Rusiyanın regionlarını da cəlb etmək tapşırılıb. Rusiya Xarici İşlər Nazirliyinin Krasnodar vilayəti və Şimali Osetiya-Alaniya Respublikasındakı ərazi orqanları lazım gəldikdə Abxaziya və Cənubi Osetiyada yaşayan Rusiya vətəndaşları üçün müəyyən konsulluq xidmətləri göstərəcək. Məlumatda deyilir ki, tanınmamış respublikaların əhalisinə ünvanlı və praktiki yardım etmək barədə qərar dünya ictimaiyyətinin əhval-ruhiyyəsinə zidd deyil: "Bizim bu addımımız Gürcüstanla konfrontasiyaya getmək məqsədi daşımır. Biz regionun sosial-iqtisadi inkişafına mane olan bütün sanksiyalar və məhdudiyyətlərin aradan qaldırılmasını istəyirik. Bu, Gürcüstan ilə hava və dəniz nəqliyyatının bərpa olunması və digər atılmış addımlarla da təsdiqlənir. Nəzərdə tutulmuş addımların həyata keçməsi Qafqaz regionunda təhlükəsizlik və stabilliyin möhkəmlənməsinə xidmət edəcək".

05-26-2008, 11:48 AM #1259Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub. Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 25-də saat 08.05-dən fasilələrlə Ermənistanın Berd rayonunun Mosesqex kəndi, Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Voskepar kəndi sahəsindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə və Əlibəyli kəndi, Qazax rayonunun Quşçu Ayrım və Aşağı Əskipara kəndləri ərazisində yerləşən mövqelərini, saat 23.25-dən 23.50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 19.20-dən mayın 26-sı saat 00.30-dək ara-sıra Tərtər rayonunun Qızıl Oba və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

05-26-2008, 11:51 AM #1260Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan daxili işlər nazirinin Əfqanıstana səfəri təxirə salınıb
[b]Azərbaycan daxili işlər nazirinin Əfqanıstana səfəri təxirə salınıb[b]
Bakı. Tamara Qriqoryeva - APA. Azərbaycanın daxili işlər naziri Ramil Usubovun Əfqanıstana gözlənilən səfəri ilin sonuna kimi təxirə salınıb. Bu barədə APA-ya Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib. Səfər Əfqanıstanda vəziyyətin gərginləşməsi səbəbindən təxirə salınıb. Qeyd edək ki, Ramil Usubovun bu ölkəyə səfəri mayın sonuna nəzərdə tutulmuşdu.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Qurultayın iyunun ikinci yarısında keçirilməsi ilə bağlı qərar qəbul edilib və Əflatun Amaşovun sədrliyi ilə şuranın İdarə Heyətinin üzvlərindən ibarət Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb. İclasda eyni zamanda qurultaya hazırlıq işlərini həyata keçirmək və lazımi sənədlərin tərtib edilməsi üçün Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadənin sədrliyi ilə beş nəfərlik işçi qrup yaradılıb. Bu qrup həmçinin Mətbuat Şurasının Nizamnaməsində dəyişiklik edilməsi ilə bağlı jurnalistlərin IV qurultayının qətnaməsindəki təkliflər əsasında layihəsini hazırlayacaq.

Yer imleri