[b]Dmitri Medvedev: "Azərbaycan bizim Qafqazda strateji tərəfdaşımızdır"[b]
Bakı-APA. "Ümidvaram ki, Azərbaycana səfərim son dərəcə uğurlu keçəcək. Ölkələrimiz arasında münasibətlər pozitiv istiqamətdə inkişaf edir". APA-nın məlumatına görə, bu fikirləri Bakıda səfərdə olan Rusiya prezidenti Dmitri Medvedev nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən danışıqlarda söyləyib.
O, Azərbaycanı Rusiyanın Qafqazda strateji tərəfdaşı adlandırıb: "Azərbaycan Qafqazda bizim strateji tərəfdaşımızdır. Ölkələrimizi uzun əsrlər boyu davam edən dostluq telləri birləşdirir. Əməkdaşlığımızın xüsusi xarakter daşıması müxtəlif problemlərin həllinə kömək edir". İki ölkə arasında ticarət dövriyyəsinin həcminin 2 milyard dollara çatdığını vurğulayan Rusiya prezidenti təkcə bu ilin ilk dörd ayında 50 faizlik artım qeydə alındığını bildirib: "Biz artıq Azərbaycan prezidenti ilə iqtisadi-ticari, humanitar sahələrdə mühüm, mürəkkəb və ciddi məsələləri müzakirə etmişik". Dmitri Medvedev danışıqların sonunda tərəflərin ikitərəfli əməkdaşlığı ehtiva edən bir sıra mühüm sənədlərin imzalanacağını bildirib.
4610 sonuçtan 2.251 ile 2.260 arası

07-03-2008, 06:31 PM #2251Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanlı tarzən italyan musiqiçi ilə birgə konsert verəcək
[b]Azərbaycanlı tarzən italyan musiqiçi ilə birgə konsert verəcək[b]
İstanbul. Mayis Əlizadə - APA. İstanbulun Yedditəpə Universitetinin müəllimi, azərbaycanlı tarzən Arif Azərtürk (Abdullazadə) italyan musiqiçi Cerardo Balestriyeri ilə birgə konsert verəcək. APA-nın Türkiyə bürosunun xəbərinə görə, konsert Venesiya şəhərindəki "Teatre nouva"nın sponsorluq etdiyi layihə çərçivəsində baş tutacaq. Eyni layihə çərçivəsində sonrakı konsert Neapol şəhərində olacaq. Proqram avqustun 4-nə qədər davam edəcək. Konsertlərin diski və albomu hazırlanacaq. Layihə çərçivəsində Türkiyə, Fransa və İsveçrədə də konsertlər verilməsi planlaşdırılır. İyulun 22-27-də isə Torino şəhərində keçiriləcək musiqi yarmarkasında Arif Azərtürk Azərbaycan tarını, udunu və türk sazını tamaşaçılara tanıdacaq. Qeyd edək ki, 1967-ci ildə Bakıda anadan olan Arif Abdullazadə Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasını bitirib. O, 1993-cü ildən bəri Türkiyədə yaşayır. Türkiyə Mədəniyyət Nazirliyində və Qaziantəp Konservatoriyasında işləyib. Hazırda Yedditəpə Universitetində musiqi dərsi verir.

07-03-2008, 06:41 PM #2252Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Dmitri Medvedev: "Azərbaycan bizim Qafqazda strateji tərəfdaşımızdır"

07-03-2008, 06:51 PM #2253Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanla Rusiya arasında dostluq və strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb
[b]Azərbaycanla Rusiya arasında dostluq və strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb[b]
Bakı. Laçın Sultanova-APA. Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Dmitri Medvedyev iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar.
APA-nın məlumatına görə, bəyannamədə bildirilir ki, Azərbaycan və Rusiya hərbi və hərbi-texniki əməkdaşlığı möhkəmlətmək və genişləndirmək niyyətindədir: "Hər iki tərəf öz ərazisində ona məxsus təşkilat, idarə, kompaniya və digər təsərrüfat subyektləri tərəfindən digər ölkənin suveren hüquqlarına zərər vuran fəaliyyətlə məşğul olmağa imkan verməyəcək»". Bəyannamədə həmçinin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının qorunması prinsipləri əsasında həllinə dair bənd yer alıb. Sənəddə dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın işindən razılıq ifadə olunur və danışıqlar prosesinin yaxın zamanda yekunlaşması və müvafiq dövlətlərarası sənədin imzalanması arzu olunur. Tərəflər həmçinin Xəzəryanı ölkələri dənizin dibinin bölünməsinə dair Azərbaycan, Rusiya və Qazaxıstan arasında imzalanmış sazişə bənzər razılaşma imzalamağa çağırıblar. Bundan başqa iki ölkənin xarici siyasət idarələri arasında arxiv işinin təşkili, Daxili İşlər Nazirlikləri arasında tranzit yüklərin mühafizəsinin təşkili, Rusiya Federal Gömrük Xidməti və Azərbaycan Dövlət Gömrük Xidməti arasında gömrük hüquqpozmalarına qarşı mübarizə haqqında dövlətlərarası sazişlər və Rusiya Dövlət Əmlakının İdarə Olunması üzrə Federal Agentliyi ilə Azərbaycanın Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsi arasında dövlət əmlakının özəlləşdirilməsi və idarə olunması sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.

07-03-2008, 07:01 PM #2254Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Bakı sakinindən hədə-qorxu yolu ilə 2000 dollar almış şəxs həbs olunub
[b]Bakı sakinindən hədə-qorxu yolu ilə 2000 dollar almış şəxs həbs olunub[b]
Bakı-APA. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinindən hədə-qorxu yolu ilə 2000 dollar almış şəxs həbs olunub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata əsasən, həbs olunan şəxs Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Etibar Hüseynovdur. Faktla bağlı araşdırma aparılır. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri başqa bir əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Ulduz Məmmədova hədə-qorxu gəlmiş Naxçıvan şəhər sakini Rizvan Cəfərov tutulub. Saxlanan şəxsdən 1 ədəd pnevmatik tapança götürülüb. Faktla bağlı araşdırma aparılır.

07-03-2008, 07:11 PM #2255Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
"Mercedes"dən 35 kiloqram narkotik maddə tapılıb
[b]"Mercedes"dən 35 kiloqram narkotik maddə tapılıb[b]
Bakı - APA. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi və Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 1-də Biləsuvarda Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Ramiz Bağırovun idarə etdiyi "Mercedes" markalı avtomaşına baxış zamanı 35 kiloqram həşiş aşkar edilərək götürülüb. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, R. Bağırov və sərnişini, Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Elvin Süleymanov saxlanılıblar. Onlar sonrakı araşdırmalar üçün DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil veriliblər.

07-03-2008, 07:21 PM #2256Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Müslüm Maqomayev əməliyyat olunub
[b]Müslüm Maqomayev əməliyyat olunub[b]
Moskva - APA. Azərbaycanın və Rusiyanın xalq artisti Müslüm Maqomayev Moskvanın A. N. Bakulyov adına Ürək-Damar Cərrahiyyəsi Elmi Mərkəzində əməliyyat olunub. APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, 65 yaşlı məşhur sənətçinin ürək damarlarının kirəcləşməsi nəticəsində ürək əzələsində qan dövranı pozulub. Qan dövranını normallaşdırmaq üçün həkimlər angioplastika üsulundan istifadə ediblər. Həkimlər şuntlama əməliyyatının da lazım gələcəyini istisna etmədiklərini deyiblər. Qeyd edək ki, M. Maqomayev iyun ayının əvvəlində ürəyində kəskin ağrılar, baş gicəllənməsi, ifrat yorğunluq şikayətləri ilə xəstəxanaya aparılıb. Akademik Leo Bokeriyanın nəzarəti altında həyata keçirilən müayinələr nəticəsində ona ürək damarlarının xroniki xəstəliyi diaqnozu qoyulub. Həkimlər cərrahiyyə əməliyyatı üçün tələsməyiblər və medikamentoz terapiya kursu təyin edərək müğənnini evə buraxıblar. Ancaq bir neçə gün əvvəl M. Maqomayev yenidən xəstəxanaya müraciət edib.

07-03-2008, 07:31 PM #2257Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
İstefada olan generallar Hurşit Tolon və Şener Eruyğur barədə həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə müraciət edilib
[b]İstefada olan generallar Hurşit Tolon və Şener Eruyğur barədə həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə müraciət edilib[b]
Ankara-APA. "Ergenekon qalmaqalı" ilə bağlı həbs olunaraq İstanbul Əmniyyət Müdirliyində saxlanan 23 nəfərin bir qrupu haqlarında həbs qətimkan tədbiri çıxarılması üçün Beşiktaş Ağır Cəza Məhkəməsinə göndərilib. APA-nın məlumatına görə, haqqında həbs-qətimkan tədbiri seçilməsi istənilən şəxslər arasında istefada olan generallar Hirşit Tolon və Şener Eruyğur da var. Saxlanan digər şəxslərin ilkin dindirilməsi davam edir, dindirmə prosesi başa çatdıqdan sonra həmin şəxslər haqqında həbs-qətimkan tədbiri seçilib-seçilməməsinə qərar veriləcək. Qeyd edək ki, "Ergenekon qalmaqalı" ilə bağlı saxlanan şəxslərə qarşı "Terror təşkilatı yaratmaq" maddəsi ilə ittiham irəli sürüləcəyi gözlənilir.

07-03-2008, 07:41 PM #2258Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Bakıda çoxmərtəbəli binanın uçması faktına görə təqsirləndirilənlərin apellyasiya şikayətinə iyulun 15-də baxılacaq
[b]Bakıda çoxmərtəbəli binanın uçması faktına görə təqsirləndirilənlərin apellyasiya şikayətinə iyulun 15-də baxılacaq[b]
Bakı. Hacı Zeynalov-APA. Bakının Murtuza Muxtarov küçəsində 17 mərtəbəli binanın uçması faktı ilə bağlı təqsirləndirilən şəxslərin apellyasiya şikayətinə iyulun 15-də baxılacaq. Bu barədə APA-ya Bakı Apellyasiya Məhkəməsindən məlumat verilib. Prosesə hakim Etibar Nəbiyev sədrlik edəcək. Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə "Mütəfəkkir" MMC-nin baş mühəndisi Əsgər Əliyev 9 il, həmin şirkətin iş icraçıları - Fərhad Həsənov 7 il, Qədir Səlimov 5 il 6 ay, Mürsəl Haqverdiyev 5 il, memar Eldar Rəhimov 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar. Məhkəmə təqsirləndirilən Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-kommunal təsərrüfatı idarəsinin sabiq rəisi Akif Məhərrəmovun isə 8 ay müddətinə şərti azadlıqdan məhrum olunması barədə hökm çıxarıb. O, məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, bu iş üzrə təqsirləndirilən "Mütəfəkkir" MMC-nin rəhbəri Əli Muradov ötən ilin noyabrında həbsxanada dünyasını dəyişib.

07-03-2008, 07:51 PM #2259Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Sergey Strekalinin işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib
[b]Sergey Strekalinin işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib[b]
Bakı. Hacı Zeynalov-APA. Günün ikinci yarısında Nəsimi rayon məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlilə xəsarət yetirməkdə təqsirləndirilən Sergey Strekalinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, Aqil Xəlil prosesdə zərərçəkmiş qismində ifadə verib. O bildirib ki, ona bıçaqla Sergey Strekalin xəsarət yeriməyib. İfadə verən şəxs Sergey Strekalini ümumiyyətlə tanımadığını bildirib. Aqil Xəlil ittiham olunan şəxsi tanıması barədə istintaqa verdiyi ifadəsindən də imtina edib. Məhkəmə prosesi iyulun 7-də davam edəcək. Qeyd edək ki, S. Strekalin Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama) maddələri ittiham olunur.

07-03-2008, 08:01 PM #2260Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Oğurluqda ittiham edilən FİFA hakimləri kimdir?
[b]Oğurluqda ittiham edilən FİFA hakimləri kimdir?[b]
Bakı - APA-SPORT. Ermənistanlı iki futbol hakimi Artur İqityan və Arman Eritsyan ömürlük diskvalifikasiya ediliblər. "APA-SPORT" agentliyinin məlumatına görə, buna hakimlərin Kiprin paytaxtı Limasolda yerləşən mağazadan oğurluq etmələri səbəb olub. Ermənistan Futbol Federasiyasının mətbuat xidmətinin yaydığı bəyanatda belə deyilir: "İyunun 28-də İntertoto kubokunun birinci mərhələsinin cavab görüşü çərçivəsində Kiprin "Etnikos" və Albaniyanın "Besa" klubları arasında oyunu ermənistanlı Karen Nalbandyanın başçılıq etdiyi hakimlər briqadasına tapşırılmışdı. Matçdan sonra Nalbandyanın köməkçiləri Artur İqityan və Arman Eritsyan Limasol mağazalarının birindən oğurluq ediblər". Bununla bağlı iyulun 2-də Ermənistan Futbol Federasiyasının Hakimlər Komitəsinin növbədənkənar iclası keçirilib. Toplantıda FİFA laynsmanları A.İqityan və A.Eritsyanın futboldan ömürlük uzaqlaşdırılmaları barədə qərar çıxarılıb.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
O, Azərbaycanı Rusiyanın Qafqazda strateji tərəfdaşı adlandırıb: "Azərbaycan Qafqazda bizim strateji tərəfdaşımızdır. Ölkələrimizi uzun əsrlər boyu davam edən dostluq telləri birləşdirir. Əməkdaşlığımızın xüsusi xarakter daşıması müxtəlif problemlərin həllinə kömək edir". İki ölkə arasında ticarət dövriyyəsinin həcminin 2 milyard dollara çatdığını vurğulayan Rusiya prezidenti təkcə bu ilin ilk dörd ayında 50 faizlik artım qeydə alındığını bildirib: "Biz artıq Azərbaycan prezidenti ilə iqtisadi-ticari, humanitar sahələrdə mühüm, mürəkkəb və ciddi məsələləri müzakirə etmişik". Dmitri Medvedev danışıqların sonunda tərəflərin ikitərəfli əməkdaşlığı ehtiva edən bir sıra mühüm sənədlərin imzalanacağını bildirib.

Yer imleri