Əsas məzmuna keç
Sayfa 26/461 İlkİlk ... 1624252627283676126 ... SonSon
4610 sonuçtan 251 ile 260 arası

Azərbaycan Xəbərləri

1. #251
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ABŞ-ın Azərbaycandakı səfiri: "Kosovo modeli Dağlıq Qarabağ münaqişəsinin həlli üçün presedent deyil"

[b]ABŞ-ın Azərbaycandakı səfiri: "Kosovo modeli Dağlıq Qarabağ münaqişəsinin həlli üçün presedent deyil"[b]

Bakı. Tamara Qriqoryeva-APA. "Kosovo münaqişəsinin həlli modelinin digər münaqişələrin həllində də tətbiq olunacağını düşünmək əsassızdır". APA-nın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi deyib.

Səfir bu mənada Kosovonun Dağlıq Qarabağ üçün də presedent olmadığını bildirib. Diplomat ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha vurğulayıb.

2. #252
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Qafqaz Müsəlmanları İdarəsinin sədri Vatikanın dövlət katibi ilə görüşüb

[b]Qafqaz Müsəlmanları İdarəsinin sədri Vatikanın dövlət katibi ilə görüşüb[b]

Şeyx Azərbaycanda dinlər arasında ayrı-seçkiliyə yol verilmədiyini, müxtəlif dinlərə qulluq edənlərin hamısının bərabər hüquq malik olduğunu diqqətə çatdırıb. O bunu dövlətin yürütdüyü düzgün siyasətin nəticəsi kimi qiymətləndirib. Ermənistanla Azərbaycan arasında olan Dağlıq Qarabağ probleminə toxunan Şeyxülislam bildirib ki, ermənilər özlərini dünyaya əzabkeş millət kimi göstərməyə çalışır, qondarma erməni soyqırımı barədə əsassız iddialar irəli sürürlər: "Halbuki onlar Azərbaycan torpaqlarının 20 faizini ediblər, işğal altında olan ibadət ocaqlarını tamamilə dağıdıblar. Bir neçə gün öncə ermənilərin 16 il əvvəl törətdiyi Xocalı soyqırımının ildönümü idi. Bu, bütün bəşəriyyətin məruz aldığı ən böyük soyqırımlarından biridir". A. Paşazadə katoliklərin dünyada 5 min yepiskopunun olduğunu xatırladaraq, Azərbaycan həqiqətlərinin çatdırılmasında onların da xidməti ola biləcəyini vurğulayıb. Vatikanın dövlət katibinin bu gün səhər əsaslı təmir olunan "Təzəpir" Məscidinə baxış keçirdiyini söyləyən Şeyx onu məscidin açılış mərasiminə dəvət etdiyini də deyib: "Biz dövlət katibinin "Təzəpir" Məscidinin açılışında iştirak edəcəyini gözləyirik". Öz növbəsində, Vatikanın dövlət katibi Azərbaycandakı tolerantlığın cəmiyyətin sütununu təşkil etdiyini, ölkənin uğurla inkişafa doğru getdiyini bildirib: "Azərbaycanda bu tolerantlığın yaradılmasında və qorunmasında Şeyxin böyük rolu var". Kardinal Roma Papası II İohann Pavelin ağır vəziyyətdə olmasına baxmayaraq Azərbaycana səfər etdiyini xatırladıb, bunu onun ölkəmizə verdiyi önəmin göstəricisi kimi qiymətləndirib. Sonra Şeyx qonağa, qonaq da ona hədiyyələrini təqdim edib. Tədbirdə Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların nümayəndələri də çıxış edərək, ölkədə tolerantlıq mühitinin yüksək səviyyədə olduğunu bildiriblər.

3. #253
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Göyçay məscidinin ərazisində yanğın olub

[b]Göyçay məscidinin ərazisində yanğın olub[b]

Ucar. Zahid Abışov-APA. Dünən Göyçay-Ucar yolunun 7-ci km-də yerləşən, Göyçay rayonuna aid məscidin ərazisində yanğın olub. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, təxminən 2 hektar sahədə 14-15 ağac və kol-kos tamam yanıb. Yanğından Mühafizə Xidmətinin müdaxiləsindən sonra yanğının qarşısı alınıb, ölən və xəsarət alan yoxdur. İlkin versiyalarda yanğının məscidin ərazisində mal-qara otaran uşaqların tonqal qalaması, yaxud yaxınlıqdakı yoldan keçən maşınlardan siqaret atılması nəticəsində baş verə biləcəyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.

4. #254
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ABŞ-ın Azərbaycandakı səfirinə mükafat verilib

[b]ABŞ-ın Azərbaycandakı səfirinə mükafat verilib[b]

Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycan Qadın Jurnalistləri Assosiasiyası Beynəlxalq Qadınlar günü münasibətilə qadın jurnalistləri mükafatlandırıb.

APA-nın məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə mükafatlar televiziya aparıcılarına və tanınmış jurnalistlərə təqdim olunub. Mükafatlandırılanlar arasında ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi və Milli Məclisin deputatı Qənirə Paşayeva da olub. A. Dersi jurnalistlərə ən açıq diplomat hesab olunaraq mükafata layiq görülüb.

5. #255
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Qadınları cinsi istismar məqsədilə Türkiyəyə aparmaqda günahlandırılan Azərbaycan vətəndaşı həbs olunub

[b]Qadınları cinsi istismar məqsədilə Türkiyəyə aparmaqda günahlandırılan Azərbaycan vətəndaşı həbs olunub[b]

Bakı. Hacı Zeynalov-APA. Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Aslan Məmmədov həbs olunub. DİN-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, A. Məmmədov bir qrup şəxslə cinayət əlaqəsinə girərək qadınları cinsi istismar məqsədilə Türkiyəyə aparması faktı ilə əlaqədar tutulub.

6. #256
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İPAP-ın II hissəsində NATO-nun Azərbaycan DİN, MTN, FHN və Dövlət Sərhəd Xidməti ilə əlaqələrinin genişləndirilməsi nəzərdə tutulur

[b]İPAP-ın II hissəsində NATO-nun Azərbaycan DİN, MTN, FHN və Dövlət Sərhəd Xidməti ilə əlaqələrinin genişləndirilməsi nəzərdə tutulur[b]

APA-nın məlumatına görə, xüsusi nümayəndə Azərbaycana səfərinin əsas iki məqsəd daşıdığını bildirib: "Səfərimin əsas məqsədləri Azərbaycan və NATO arasında imzalanmış Fərdi Tərəfdaşlığın Fəaliyyət Planının (İPAP) II hissəsinin başlanmasına dair rəsmi Bakı ilə müzakirələr aparmaq və NATO Parlament Assambleyasının "Rouz Ruot" seminarında iştirak etmək idi. Qeyd edim ki, İPAP-ın II hissəsi artıq dünən Brüsseldə təsdiqlənib". Azərbaycan prezidenti, xarici işlər və müdafiə nazirləri ilə görüşdüyünü deyən R. Simmons prezident İlham Əliyevlə NATO-nun bu il aprelin 2-4-də Buxarestdə keçiriləcək sammitinin gündəliyində duran məsələlərlə bağlı fikir mübadiləsi apardığını söyləyib: "Azərbaycan prezidenti ilə sammitdə müzakirə olunacaq Əfqanıstandakı NATO sülhməramlılarının sayının artırılması, NATO-ya yeni üzvlərin qəbulu və enerji təhlükəsizliyi məsələlərinə dair fikir mübadiləsi apardıq. Bundan başqa, Azərbaycan rəsmiləri ilə görüşlərdə NATO-Azərbaycan münasibətləri, əlaqələrin gələcək inkişafı da diqqət mərkəzində oldu". İPAP-ın I hissəsinin başa çatdığını deyən xüsusi nümayəndə bu hissədə əsas istiqamətlərin Azərbaycan Müdafiə Nazirliyi sistemində islahatlar, hərbi təhsilin səviyyəsinin artırılması, Müdafiə Nazirliyi ilə ölkənin digər strukturları arasında əlaqələrinin gücləndirilməsi olduğunu xatırladıb: "İPAP-ın ikinci hissəsində nəzərdə tutulan istiqamətlər sırasında isə Müdafiə Nazirliyi sistemində islahatların davam etdirilməsi ilə yanaşı, NATO-nun Azərbaycanın Daxili İşlər, Milli Təhlükəsizlik, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti ilə əlaqələrinin genişləndirilməsi və digər məsələlər əksini tapıb". Azərbaycanın Müdafiə Nazirliyi sistemində islahatların davam etdirilməsinin zəruriliyini qeyd edən xüsusi nümayəndə bu sırada orduya vətəndaş nəzarətinin, o cümlədən parlament nəzarətinin gücləndirilməsinin, müdafiə nazirinin mülki şəxs olmasının vacibliyini vurğulayıb: "Məsələn, Azərbaycan sülhməramlılarının Kosovodan geri çağırılması barədə qərar parlament tərəfindən verildi. Biz istərdik ki, gələcəkdə də hərbi sahə ilə bağlı müəyyən qərarlar məhz parlament tərəfindən qəbul olunsun". NATO-nun Azərbaycan Ordusunda aparılan islahatlara maliyyə vəsaiti ayırmaq niyyətində olmadığını söyləyən R. Simmons bunu Azərbaycanın kifayət qədər maliyyə ehtiyatının olması ilə əlaqələndirib: "Azərbaycan enerji resurslarından kifayət qədər gəlir götürür, odur ki, NATO-nun yardımına ehtiyacı yoxdur. Biz islahatların aparılmasında Azərbaycana yalnız texnologiya sahəsində və Müdafiə Nazirliyinin büdcəsinin daha səmərəli xərclənməsində yardımçı ola bilərik". NATO-Azərbaycan münasibətlərinin getdikcə inkişaf etdiyini deyən R. Simmons bu ilin iyununda ANAMA ilə NATO-nun Etimad Fondu arasında əməkdaşlığa dair növbəti danışıqların olacağını deyib. Azərbaycanın NATO-ya üzvlüyü perspektivlərinə toxunan xüsusi nümayəndə rəsmi Bakının hələlik belə bir niyyət ifadə etmədiyini xatırladıb: "Hələlik Azərbaycandan belə bir müraciət olmayıb. Müraciət olsa, müzakirə olunar. Bununla belə, NATO onsuz da İPAP çərçivəsində Azərbaycanla əməkdaşlıq edir və bu əməkdaşlıq gündən-günə genişlənir".

7. #257
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

NATO baş katibinin xüsusi nümayəndəsi: "Hesab edirəm ki, Azərbaycan sülhməramlılarının Kosovodan çıxarılması ilə bağlı vəziyyət hər an dəyişə bil

[b]NATO baş katibinin xüsusi nümayəndəsi: "Hesab edirəm ki, Azərbaycan sülhməramlılarının Kosovodan çıxarılması ilə bağlı vəziyyət hər an dəyişə bilər"[b]

Bakı. Tamara Qriqoryeva-APA. "Bakıda keçirdiyim görüşlərdə Azərbaycan sülhməramlılarının Kosovodan geri çağırılmasının səbəbləri mənə ətraflı izah olundu və mən bu qərara hörmətlə yanaşıram. Bununla belə, hesab edirəm ki, Azərbaycan sülhməramlılarının Kosovodan çıxarılması ilə bağlı vəziyyət hər an dəyişə bilər".

APA-nın məlumatına görə, bu sözləri NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons deyib. Kosovoda keçirilən sülhyaratma əməliyyatlarına iştirakına görə rəsmi Bakıya təşəkkürünü çatdırdığını qeyd edən xüsusi nümayəndə Azərbaycan sülhməramlılarının NATO-nun Əfqanıstanda həyata keçirdiyi sülhyaratma əməliyyatlarında iştirakını davam etdirdiyini xatırladıb. O, Əfqanıstandakı Azərbaycan hərbçilərinin sayının artırılması məsələsinə də münasibət bildirib: "Bu, rəsmi Bakıdan asılıdır. Azərbaycan Müdafiə Nazirliyi Əfqanıstandakı sülhməramlılarının sayını artırmağa nə vaxt hazır olduğunu bildirsə, bu məsələyə baxıla bilər". Xüsusi nümayəndə Azərbaycanın Əfqanıstanın mülki həyatında da yaxından iştirakını arzuladıqlarını vurğulayıb. O, NATO-nun Əfqanıstanda Rusiya ilə də əməkdaşlıq etmək niyyətində olduğunu, bu məsələnin Bakıdan öncə səfər etdiyi Moskvada müzakirə etdiyini diqqətə çatdırıb: "Ola bilər ki, bu məsələ NATO-nun Buxarest sammitinə qədər həllini tapsın. Bununla əlaqədar Rusiya nümayəndə heyətinin danışıqlar aparmaq üçün yaxın vaxtlarda Brüsselə səfəri nəzərdə tutulur".

8. #258
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Robert Simmons: "NATO Azərbaycanın enerji resurslarını daşıyan regional kəmərlərin mühafizəsində iştirak etmək niyyətində deyil"

[b]Robert Simmons: "NATO Azərbaycanın enerji resurslarını daşıyan regional kəmərlərin mühafizəsində iştirak etmək niyyətində deyil"[b]

Bakı. Tamara Qriqoryeva-APA. NATO Azərbaycanın enerji resurslarını daşıyan regional kəmərlərin mühafizəsində iştirak etmək niyyətində deyil.

APA-nın məlumatına görə, NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons bildirib ki, neft və qaz kəmərlərinin etibarlı mühafizəni təşkil etmək üçün Azərbaycan kifayət qədər imkanlara malikdir. Bununla belə, o, kəmərlərin mühafizəsində NATO-nun məsləhətçi qismində iştirakının mümkünlüyünü də vurğulayıb.

9. #259
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İraqın Azərbaycandakı səfiri 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə ziyafət verib

[b]İraqın Azərbaycandakı səfiri 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə ziyafət verib[b]

Bakı. Laçın Sultanova - APA. İraqın Azərbaycandakı səfiri Ərşad Ömər İsmayıl 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə öz iqamətgahında ziyafət təşkil edib. APA-nın məlumatına görə, ziyafətdə çıxış edən səfir Beynəlxalq Qadınlar Gününün tarixi, İraq qadın hərəkatı, bu hərəkatda mühüm rol oynamış və qadın hüquqları uğrunda mübarizə aparmış qadınlar barədə məlumat verib. O, ilk İraq qadın diplomatları barədə danışıb və hazırda İraq Xarici İşlər Nazirliyində 223 qadının işlədiyini bildirib. Tədbirə dəvət olunan qadınları təbrik edən səfir onlara cansağlığı, qadın xoşbəxtliyi, sülh və əmin-amanlıq arzu edib. Tədbirdə siyasi və ictimai sahələrdə çalışan Azərbaycan qadınları, Bakıda fəaliyyət göstərən ərəb ölkələrinin səfirliklərinin qadın əməkdaşları iştirak edib.

10. #260
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan İslam Partiyasının prezident seçkilərində iştirakı partiyanın dövlət qeydiyyatına alınıb-alınmamasından asılı olacaq

[b]Azərbaycan İslam Partiyasının prezident seçkilərində iştirakı partiyanın dövlət qeydiyyatına alınıb-alınmamasından asılı olacaq[b]

Bakı. Ramil Məmmədli - APA. Azərbaycan İslam Partiyasının (AİP) Baş Məclisinin toplantısının yaxın on gün ərzində keçirilməsi nəzərdə tutulub. Bu barədə APA-ya AİP sədrinin müavini Vaqif Abdullayev məlumat verib. V. Abdullayev bildirib ki, toplantıda partiyanın prezident seçkiləri ilə bağlı mövqeyi müəyyənləşdiriləcək və qurumun bu prosesdə iştirak edib-etməməsinə dair qərar qəbul olunacaq. V. Abdullayev onu da deyib ki, partiyanın seçkilərlə bağlı mövqeyi qurumun dövlət qeydiyyatına alınıb-alınmamasından da asılıdır. 2007-ci ilin avqustunda təşkilatın dövlət qeydiyyatına alınması məqsədilə Ədliyyə Nazirliyinə müraciət edildiyini xatırladan V. Abdullayev Baş Məclisin yığıncağında boş qalan partiya sədrinin birinci müavini postuna təyinatın olacağını da deyib.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.