[b]Avropa Şurası: Hər il 2,45 milyon nəfər insan alverinin qurbanı olur[b]
Bakı. Tamara Qriqoryeva-APA. Avropa Şurası qurumun insan alverinə qarşı mübarizəsinə dair hesabatını açıqlayıb.
APA-nın Avropa Şurasına istinadən yaydığı məlumata görə, sənəddə bildirilir ki, 2005-ci ildə Avropa Şurası bu problemlə məruzəyə dair xüsusi Konvensiya qəbul edib. Avropa Şurası həmçinin traffikinqlə mübarizəyə dair mütəmadi konfrans və treninqlər keçirir, həmçinin Konvensiyanın müddəalarına riayət olunmasının monitorinqini aparır. Hesabata əsasən, Azərbaycan tərəfi hələlik bu Konvensiyanı imzalamayıb: "Bununla belə Azərbaycan regional əməkdaşlıq çərçivəsində Avropa Şurasının bu mövzuda tədbirlərində aktiv iştirak edir. Azərbaycan xüsusilə Cənubi Qafqazda keçirilən seminarlara aktiv şəkildə qatılıb". Qeyd edək ki, ötən bir il ərzində seksual traffikinqin qurbanlarının sayı 43 faiz artıb. Ümumilikdə hər il 2,45 milyon nəfər traffikinqin qurbanı olur.
4610 sonuçtan 1.751 ile 1.760 arası

06-13-2008, 10:51 AM #1751Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
NATO ölkələri Kosovo təhlükəsizlik qüvvələrinin formalaşdırılması ilə bağlı ümumi razılığa gəliblər
[b]NATO ölkələri Kosovo təhlükəsizlik qüvvələrinin formalaşdırılması ilə bağlı ümumi razılığa gəliblər[b]
Brüssel-APA. NATO ölkələri Kosovo təhlükəsizlik qüvvələrinin təşkilinə dair planla bağlı ümumi razılığa gəliblər.
APA-nın məlumatına görə, Kosovo təhlükəsizlik qüvvələrinin sayı təxminən 2,500 nəfər təşkil edəcək. Qeyd edək ki, ötən ay Serbiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Zdravko Ponoş NATO-nun Kosovo təhlükəsizlik qüvvələrinin formalaşdırılmasında iştirakına rəsmən qarşı çıxmış və bunu Serbiyanın Kosovonun müstəqilliyini tanımamağı ilə əlaqələndirmişdi. Ponoş bəyan edib ki, Serbiya tərəfi KFOR-un hazırkı mandatını qorumasına tərəfdardır və qondarma Kosovo dövlətinin institutlarının formalaşmasında iştirakına qarşı çıxır.

06-13-2008, 11:01 AM #1752Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Avropa Şurası: Hər il 2,45 milyon nəfər insan alverinin qurbanı olur

06-13-2008, 11:11 AM #1753Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Çin və Tayvan arasında birbaşa aviareyslər həyata keçiriləcək
[b]Çin və Tayvan arasında birbaşa aviareyslər həyata keçiriləcək[b]
Pekin - APA. Çin və Tayvan arasında tarixi əhəmiyyətli saziş imzalanıb. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bundan sonra iki tərəf arasında birbaşa çarter aviareysləri həyata keçiriləcək. Saziş son 9 ildə ilk dəfə Pekinə gedən Tayvan nümayəndə heyətinin səfərinin yekunları əsasında imzalanıb. Aviareyslər Çindəki 4 hava limanını Tayvandakı 4 aeroportla birləşdirəcək. Hələlik təyyarə reysləri yalnız bazar günləri gerçəkləşdiriləcək. Qeyd edək ki, iki tərəf arasında müntəzəm təyyarə reysləri 1949-cu ildə kəsilib.

06-13-2008, 11:21 AM #1754Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Prezidentin nəvəsi filmə çəkilib
[b]Prezidentin nəvəsi filmə çəkilib[b]
Minsk - APA. Belarus prezidenti Aleksandr Lukaşenkonun 10 yaşlı nəvəsi Viktoriya "Qara pişiyin belində" komediyasına çəkilib.
APA-nın xəbərinə görə, film lotereya vasitəsilə böyük miqdarda pul udan iki yaşlı kişidən bəhs edir. Onlar macəra axtarışında Minskə üz tuturlar. Burada başlarına sərgüzəştlər gələn ahıl kişilər, nəhayət, bütün pullarını ağır xəstə olan qızcığazın müalicəsinə xərcləyirlər. Viktoriya Lukaşenkoya Karamelki adlı uydurma kəndin iki sakininin sərgüzəştləri barədə danışan qızcığazın rolu həvalə olunub. Filmdə əsas rolları rusiyalı aktyorlar Mixail Jiqalov və Valeri Proxorov oynayıblar. Epizodik rolda isə məşhur rusiyalı müğənni Filip Kirkorov çəkilib.

06-13-2008, 11:31 AM #1755Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
İraqdakı Azərbaycanın sülhməramlı bölüyünün fəaliyyəti yüksək qiymətləndirilib
[b]İraqdakı Azərbaycanın sülhməramlı bölüyünün fəaliyyəti yüksək qiymətləndirilib[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. "Azərbaycanın sülhməramlı bölüyünün əsgərləri xidmət etdikləri bölgədə xidmətlərini çox yüksək səviyyədə təşkil edirlər".
Bunu CENTKOM - Mərkəzi Komandanlıqda keçirilən toplantıda koalisiya qüvvələri komandanının müavini general Makkarti İrqada koalisiya qüvvələrinin tərkibində iştirak edən Azərbaycanın sülhməramlı bölüyünün fəaliyyətini qiymətləndirərkən deyib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Makkarti Azərbaycanlı sülhməramlıların xidmətinin oradakı Amerika dəniz piyadalarının xidmətindən üstün olduğunu bildirib.

06-13-2008, 11:41 AM #1756Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
YAP Nəsimi rayon təşkilatının yeni qərargahının açılış mərasimi keçirilib
[b]YAP Nəsimi rayon təşkilatının yeni qərargahının açılış mərasimi keçirilib[b]
Bakı. Elnur Məmmədli-APA. Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının yeni tikilmiş qərargahının açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, yeni üçmərtəbəli bina Nəsimi rayon Polis İdarəsinin yaxınlığında, Mirəli Qaşqay küçəsində tikilib. Açılış mərasimində rayon təşkilatının sədri, millət vəkili Məlahət Həsənova çıxış edərək seçkilər ilində yeni binanın istifadəyə verilməsinin partiya üzvlərinin fəallığına müsbət təsir edəcəyini deyib. Onun sözlərinə görə, yerli təşkilatın 20 min üzvü var və yeni qərargah onlara edilən hədiyyədir. YAP sədrinin müavini, icra katibi Əli Əhmədov partiya üzvlərinin toplaşması, müzakirələrin aparılması üçün yerli qərargahların olmasını vacib sayıb. Onun sözlərinə görə, bu partiya üzvlərinin fəallığını daha da artıracaq. Çıxışlardan sonra binanın qırmızı lenti kəsilib, Heydər Əliyevin qərargahın girişindəki büstünün önünə əklil qoyulub.

06-13-2008, 11:51 AM #1757Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 12-də saat 12.00-dan 12.30-dək və saat 21.45-dən 22.25-dək fasilələrlə Ermənistanın Berd rayonunun Çinari kəndi və Krasnoselsk rayonu ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə və Tovuz rayonunun Koxa Nəbi kəndi ərazisində yerləşən mövqelərini, saat 18.50-dən 19.10-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.30-dan 23.40-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.00-dan 23.10-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, iyunun 13-ü fasilələrlə saat 00.30-dan 01.50-dək Tərtər rayonunun Çiləbürt və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

06-13-2008, 12:01 PM #1758Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ekspertlər Rusiya-Azərbaycan hakimiyyətləri arasında münasibətləri xalqlar arasındakı əlaqələrdən daha yaxşı qiymətləndirirlər
[b]Ekspertlər Rusiya-Azərbaycan hakimiyyətləri arasında münasibətləri xalqlar arasındakı əlaqələrdən daha yaxşı qiymətləndirirlər[b]
Moskva - APA. "Belarus-Rusiya intellektual klubu" ölkələr və xalqlar arasında etimad reytinqini müəyyən edib. APA-nın xəbərinə görə, 10 nüfuzlu ekspertdən ibarət mütəxəssis qrupu, əsasən, Rusiya, Belarus və Ukrayna arasında münasibətləri tədqiq edib. Lakin araşdırma zamanı Rusiyanın digər ölkələr, o cümlədən keçmiş sovet respublikaları ilə münasibətlərinə də kifayət qədər yer ayrılıb. Hakimiyyət elitaları arasında etimad dərəcəsinə görə, Rusiya-Belarus (60 bal) münasibətləri daha yaxşıdır. İkinci yerdə gözlənildiyi kimi, Rusiya-Ermənistan (54 bal) münasibətləri gəlir. Rusiya-Azərbaycan münasibətləri isə 13-cü yerə qoyulub - 37 bal. Rusiya-Ukrayna münasibətləri 16-cı (26 bal) pillədədir, Rusiya-Gürcüstan (17 bal) münasibətləri isə Rusiya-Estoniya münasibətləri ilə birgə 19-20-ci yerləri bölüşdürür. Maraqlıdır ki, Rusiya-Hindistan (47), Rusiya-Çin (43), Rusiya-ABŞ (41), Rusiya-Avropa Birliyi (38) münasibətləri Moskvanın postsovet respublikaları ilə münasibətindən yüksəkdir.Xalqlar arasında münasibətlər isə bir qədər fərqlidir. Rusiya-Belarus (78 bal) münasibətləri yenə birinci yerdədir. Ermənistanla münasibətlər isə 9-cu yerə düşüb - 41 bal. Rusiya-Azərbaycan xalqları arasında münasibətlər 30 balla 17-ci mövqeyə qoyulub (sondan 4-cü yer). Bizdən sonra ancaq Latviya, Estoniya və Gürcüstan gəlir.

06-13-2008, 12:11 PM #1759Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Bil Klintonun məşuqələri seks-sayt yaradıblar
[b]Bil Klintonun məşuqələri seks-sayt yaradıblar[b]
ABŞ - APA. ABŞ-ın keçmiş prezidenti Bil Klintonun keçmiş məşuqələri sayt yaradıblar. APA-nın ABŞ KİV-lərinə istinadən xəbərinə görə, vaxtilə Klintonla intim münasibətləri olmuş Cennifer Flauers və Paula Cons adlı qadınlar "İki qızın söhbəti" ("Two Chicks Chatting") adlı saytda yüksək keyfiyyətli video-çarxlar yaradıblar. Onlar bu kliplərdə Klintonla bağlı olan və özlərinin də əsas iştirakçısı olduqları seks-qalmaqallar barədə danışırlar. Lakin qadınların təkcə Klintonun reputasiyasını korlamaq niyyətində olduqlarını düşünmək də sadəlövhlük olardı. Onlar əsl biznes qurublar: video-çarxlara baxmaq istəyən hər bir şəxs 14 dollar (7 funt sterlinq) ödəməlidir. Çarxlarda isə müasir siyasətlə yanaşı, ən intim məqamlar belə müzakirə olunur.Qeyd edək ki, Cennifer Flauers Klintonla intim əlaqələri sayəsində özünə sürətlə karyera qurub: kitab yazıb, bir neçə filmə və "Penthouse" jurnalına çəkilib, Klintonla gizli telefon danışıqlarını auksiona çıxaracağını bəyan edib. Paula Cons isə Monika Levinski qalmaqalının əsas iştirakçılarından biridir. Məhz Consun ifadələri eks-prezidentin impiçmenti məsələsinin qaldırılmasına gətirib çıxarıb.

06-13-2008, 12:21 PM #1760Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın xarici işlər naziri polşalı həmkarı ilə görüşüb
[b]Azərbaycanın xarici işlər naziri polşalı həmkarı ilə görüşüb[b]
Bakı. Ülviyyə Əliyeva - APA. Polşada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin xarici siyasət idarəsinin başçısı Radoslav Sikorski ilə görüşüb.
Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Pyotr Paskovski APA-ya bildirib ki, səmimi atmosferdə keçən görüşdə Azərbaycan-Polşa münasibətlərində siyasi və iqtisadi sahədə əldə olunan nailiyyətlərdən danışılıb, əlaqələrin daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb. P. Paskovskinin sözlərinə görə, görüşdə iki ölkə arasında iqtisadi sahədə, o cümlədən enerji, qaz və digər istiqamətlərdə əməkdaşlığın gücləndirilməsi barədə razılıq əldə olunub.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
APA-nın Avropa Şurasına istinadən yaydığı məlumata görə, sənəddə bildirilir ki, 2005-ci ildə Avropa Şurası bu problemlə məruzəyə dair xüsusi Konvensiya qəbul edib. Avropa Şurası həmçinin traffikinqlə mübarizəyə dair mütəmadi konfrans və treninqlər keçirir, həmçinin Konvensiyanın müddəalarına riayət olunmasının monitorinqini aparır. Hesabata əsasən, Azərbaycan tərəfi hələlik bu Konvensiyanı imzalamayıb: "Bununla belə Azərbaycan regional əməkdaşlıq çərçivəsində Avropa Şurasının bu mövzuda tədbirlərində aktiv iştirak edir. Azərbaycan xüsusilə Cənubi Qafqazda keçirilən seminarlara aktiv şəkildə qatılıb". Qeyd edək ki, ötən bir il ərzində seksual traffikinqin qurbanlarının sayı 43 faiz artıb. Ümumilikdə hər il 2,45 milyon nəfər traffikinqin qurbanı olur.

Yer imleri