[b]İçərisində azərbaycanlılar olan sərnişin avtobusu Rusiyada qəzaya uğrayıb[b]
[Saratov-APA. Bakı-Kirov marşrutu ilə hərəkət edən "SETRA S-140" tranzit avtobusu Volsk-Saratov şosesində qəzaya uğrayıb. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, içərisində Azərbaycan vətəndaşları olan avtobus yoldan çıxaraq xəndəyə yuvarlanıb. Sərnişinlərdən dördü müxtəlif dərəcədə xəsarət alıb. Qəzanın 47 yaşlı sürücünün maşını sürətlə idarə etməsi nəticəsində baş verdiyi güman olunur.
Azərbaycan Xəbərləri
Printable View

10-20-2008, 08:10 PMAPAİçərisində azərbaycanlılar olan sərnişin avtobusu Rusiyada qəzaya uğrayıb

10-20-2008, 09:50 PMAPA"Neftçilər" metrostansiyasının yanında baş vermiş atışmanı törədən şəxs saxlanılıb
[b]"Neftçilər" metrostansiyasının yanında baş vermiş atışmanı törədən şəxs saxlanılıb[b]
Bakı. Hafiz Heydərov-APA. Bu il oktyabrın 12-də paytaxtda "Neftçilər" metrostansiyasının yanında baş vermiş atışma ilə əlaqədar Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsi ilə birgə məlumat hazırlayıb.
[Bakı Şəhər Prokurorluğundan APA-ya daxil olan məlumata görə, bu il oktyabrın 12-də Bakının Nizami rayonu, Qara Qarayev küçəsi 53 ünvanında "Neftçilər" metro stansiyasının yaxınlığında yerləşən "Avropa qapıları" mağazasının qarşısında Ədalət Çoban oğlu Çobanov ictimai qaydanı kobud şəkildə pozaraq, vətəndaş Azad Vaqif oğlu Rəhimovu təhqir edərək, qanunsuz saxladığı "Makarov" tipli tapança ilə havaya 5 dəfə atəş açıb və hadisə yerindən qaçıb. Məlumatda Ə. Cobanovun bu hərəkəti qərəzli xuliqanlıq əməli kimi qiymətləndirilib. Baş vermiş hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Bu hadisə ilə əlaqədar Nizami rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3 və 221.1-ci maddələri ilə cinayət işi başlanılıb. Bakı Şəhər Prokurorluğunun və Bakı Şəhər Baş Polis İdarəsinin birgə apardığı istintaq tədbirləri nəticəsində Ə. Çobanov bu gün Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib, ondan "Makarov" tipli tapança götürülüb. Hazırda cinayət işi üzrə ibtidai istintaq tədbirləri davam etdirilir.Qeyd edək ki, Ə. Çobanov Gürcüstan vətəndaşıdır. -
10-21-2008, 10:00 AMAPACon Makkeyn seçki kampaniyası üçün Rusiyadan pul istəyib
[b]Con Makkeyn seçki kampaniyası üçün Rusiyadan pul istəyib[b]
Vaşinqton-APA. Respublikaçılar partiyasından prezidentliyə namizəd Con Makkeyn Rusiyanın BMT-dəki daimi nümayəndəliyinə məktub göndərərək öz seçki kampaniyasına maliyyə yardımı göstərilməsini xahiş edib.
[APA-nın məlumatına görə, daimi nümayəndəlik bununla bağlı press-reliz yayıb: "Biz senator Con Makkeyndən onun seçki kampaniyasına yardım göstərilməsi xahişi ilə məktub almışıq. Bununla əlaqədar bir daha təkrarlamaq istəyirik ki, nə Rusiya rəsmi şəxsləri, nə Rusiya Federasiyasının daimi nümayəndəliyi, nə də Rusiya hökuməti xarici ölkələrdə siyasi fəaliyyəti maliyyələşdirmir". Qeyd edək ki, Con Makkeyn dəfələrlə Rusiyanın kəskin tənqid edib və bu ölkəni "Böyük səkkizlik"dən çıxarmağa çağırıb. -
10-21-2008, 10:10 AMAPAAbxaziya və Cənubi Osetiyanın sərhədlərini Rusiya Federal Təhlükəsizlik Xidməti mühafizə edəcək
[b]Abxaziya və Cənubi Osetiyanın sərhədlərini Rusiya Federal Təhlükəsizlik Xidməti mühafizə edəcək[b]
Moskva-APA. Rusiya Xarici İşlər Nazirliyi Abxaziya və Cənubi Osetiyanın sərhədlərinin mühafizəsinin Federal Təhlükəsizlik Xidməti tərəfindən təmin olunmasına dair sazişin hazır olduğunu bəyan edib.
[APA-nın məlumatına görə, saziş Rusiya Dövlət Dumasının bu separatçı bölgələrlə dostluq, əməkdaşlıq və qarşılıqlı yardım barədə sazişi ratifikasiya etdikdən sonra imzalanacaq. Sazişi ratifikasiya etmək üçün dünən Dumaya təqdim edən prezident Dmitri Medvedev bu sənədi prioritet qaydada qəbul etməyə çağırıb. Sərhədlərin mühafizəsi hər iki sazişin yeddinci maddəsində öz əksini tapıb. Bu maddəyə əsasən, Rusiya hər iki bölgənin sərhədlərini qarşılıqlı razılaşma əsasında mühafizə edəcək. Dumada ratifikasiya olunan sənədə həmçinin Rusiya və separatçı bölgələrin bir-birinin ərazisində hərbi bazalar tikmək, istifadə etmək və mükəmməlləşdirmək hüququ verir. Sentyabrın əvvəllərində Rusiyanın müdafiə naziri Anatoli Serdyukov prezidentə etdiyi məruzəsində bildirib ki, hər iki bölgənin rəhbərliyi ilə bu ərazilərdə 3,800 nəfərlik Rusiya hərbi kontingentinin yerləşdirilməsi barədə razılaşma əldə olunub. -
10-21-2008, 10:20 AMAPAViktor Yuşşenko parlament seçkilərinin vaxtının dəyişdirilməsi barədə sərəncam imzalayıb
[b]Viktor Yuşşenko parlament seçkilərinin vaxtının dəyişdirilməsi barədə sərəncam imzalayıb[b]
[Kiyev-APA. Ukrayna prezidenti Viktor Yuşşenko növbədənkənar parlament seçkilərinin vaxtının dəyişdirilməsi haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, dekabrın 7-nə təyin olunmuş seçkilərin vaxtı bir həftə uzadılıb. Viktor Yuşşenko seçkilərin vaxtının dəyişdirilməsinə görə məsuliyyəti baş nazir Yuliya Timoşenkonun daşıdığını bildirib. Onun sözlərinə görə, növbədənkənar seçkilərin keçirilməsi barədə prezident sərəncamı nə hökumət, nə də baş nazir tərəfindən yerinə yetirilməyib. Bu səbəbdən Ukrayna Milli Təhlükəsizlik Şurası prezidentə seçkilərin tarixinin dekabrın 14-nə dəyişdirilməsini tövsiyə edib. Yuşşenko həmçinin söz verib ki, onun istefaya göndərdiyi parlament bir neçə günlük öz işini bərpa edəcək. O, müvafiq sərəncamı bazar ertəsi imzalayacağını deyib. Prezidentin sözlərinə görə, parlamentin işinin müvəqqəti bərpası böhrana qarşı bəzi qanunların qəbulu ilə bağlıdır. Qeyd edək ki, prezident Yuşşenko Ali Radanın buraxılması və növbədənkənar seçkilərin təyin olunması barədə sərəncamı oktyabrın əvvəllərində imzalayıb. -
10-21-2008, 10:40 AMAPARusiya Çexiya ərazisində yerləşdiriləcək ABŞ raket hücumundan müdafiə sistemini təftiş etmək istəyir
[b]Rusiya Çexiya ərazisində yerləşdiriləcək ABŞ raket hücumundan müdafiə sistemini təftiş etmək istəyir[b]
[Moskva-APA. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, ABŞ-ın Çexiyada raket hücumundan müdafiə sistemi yerləşdirməsi ilə bağlı narahatlığı yalnız bu obyektlərdə rus nümayəndələrin iştirakı ilə aradan qaldırıla bilər. APA-nın məlumatına görə, Lavrov amerikalı həmkarı Kondoliza Rays və Pentaqon rəhbəri Robert Qeytslə bu obyektlərin Rusiya tərəfindən daim təftiş edilməsi barədə şifahi razılıq əldə olunduğunu bildirib. Lakin sonradan ABŞ-ın təqdim etdiyi sənəddə bu məsələ öz əksini tapmayıb. Qeyd edək ki, iyulun 8-də ABŞ-la Çexiya arasında bu ölkə ərazisində ABŞ raket hücumundan müdafiə sistemlərinin yerləşdirilməsinə dair saziş imzalanıb. -
10-21-2008, 10:50 AMAPA"Bakılı" futbol klubunun baş məşqçisi istefa verib
[b]"Bakılı" futbol klubunun baş məşqçisi istefa verib[b]
[Bakı. Vüqar Xeyrullayev - APA-SPORT. Azərbaycan Premyer Liqasında növbəti məşqçi istefası gerçəkləşib. "APA-SPORT"un məlumatına görə, debütant "Bakılı" klubunun baş məşqçisi Nadir Qasımov istefa verib.Çempionatın ilk 8 turunda cəmi 1 xal toplayan (top fərqi 4:22) paytaxt təmsilçisinin qeyri-qənaətbəxş çıxışı Qasımovun komandadan ayrılmasına səbəb olub. Bu, onun "Bakılı"dan ilk gedişi deyil. Belə ki, 2003/04 və 2004/05 mövsümlərində fasilələrlə komandanı çalışdırmış Qasımov artıq üçüncü dəfədir istefaya göndərilir.Hazırda baş məşqçi axtarışına çıxan "Bakılı"nın rəhbərliyi komandanı müvəqqəti olaraq, Bəxtiyar Qulamova tapşırıb. 1997/98 mövsümündə də "Bakılı"ya rəhbərlik etmiş Qulamov birinci dövrənin sonunadək bu vəzifəni icra edəcək.Qeyd edək ki, Nadir Qasımov Premyer Liqanın cari mövsümündə istefa verən dördüncü məşqçidir. Öncə Ağasəlim Mircavadov "Xəzər-Lənkəran"dan, Anatoli Demyanenko "Neftçi"dən, Mustafa Yılmaz isə "Turan"dan ayrılmışdı. -
10-21-2008, 11:00 AMAPAYanvar-sentyabr aylarında Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala yatırılan sərmayənin həcmi 38% artıb
[b]Yanvar-sentyabr aylarında Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala yatırılan sərmayənin həcmi 38% artıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6 283,0 mln. manat məbləğində və ya əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 38% çox investisiya yönəldilib.Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 3 943,5 mln. manat və ya ümumi investisiyanın 62,8%-i, qeyri-dövlət müəssisələri 2 339,5 mln. manat və 37,2%-ə qədər sərmayə qoyub. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 55% artaraq 4 089,3 mln. manat olub. İstehsal təyinatlı obyektlərin inşasında 4 715,6 mln. manat, qeyri-istehsal təyinatlı obyektlərin tikintisində 1 567,4 mln. manatlıq investisiyadan istifadə edilib. Hesabat ilinin 9 ayında əsas kapitala yönəldilmiş vəsaitin 72,5%-i daxili investisiyalar, 27,5%-i isə xarici investisiyalar təşkil edib. Daxili investisiya əvvəlki ilin müvafiq dövrünün səviyyəsini 75,6% üstələyib. Əsas kapitala yönəldilmiş daxili investisiyanın 83,5%-i dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatların, 16,5%-i qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin payına düşür.Bu il büdcədən maliyyələşdirilməsi nəzərdə tutulan inşaat işlərini həyata keçirmək üçün dövlət büdcəsindən 4 326,3 mln. manat vəsait nəzərdə tutulub. Hesabat dövründə bu vəsaitin 2 496,3 mln. manatından və ya 57,7%-dən istifadə edilib. İstifadə edilmiş investisiyanın ¾ hissəsindən çoxunu tikinti-quraşdırma işləri təşkil edib.Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 2 794,7 mln. manat (ümumi investisiyanın 44,5%-i), bank kreditləri 248 mln. manat (3,9%-i), büdcə vəsaitləri 2 621,2 mln. manat (41,7%-i), büdcədənkənar fondların vəsaitləri 417 mln. manat (6,6%-i), əhalinin şəxsi vəsaitləri 198 mln. manat (3,2%-i), digər vəsaitlər isə 4,1 mln. manat (0,1%-i) təşkil edib. Cari ilin ilk 9 ayı ərzində əsas kapitala yönəldilmiş bütün investisiyanın 45,2%-i sənaye sahələrinin inkişafına, 3,6%-i kənd təsərrüfatına, 0,4%-i ticarət və xidmətə, 23,8%-i nəqliyyata, 1,7%-i rabitəyə, 7,5%-i mənzil tikintisinə, 2,7%-i səhiyyəyə, 4,1%-i təhsilə, 11%-i isə digər sahələrə sərf edilib.Əsas kapitala yönəldilmiş ümumi investisiyanın 4 197,2 mln. manatı (66,8%-i) qeyri-neft bölməsinin, 2 085,8 mln. manatı (33,2%-i) neft bölməsinin inkişafında istifadə edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft bölməsinə yönəldilmiş investisiyanın həcmi 96,1% yüksək olub. Qeyd edək ki, 2008-ci ilin yanvar-sentyabr aylarında Ağdam, Salyan, Kürdəmir, Oğuz, Sabirabad və Qusar rayonlarında Olimpiya İdman Kompleksləri, Bakı şəhərində gücü 7 min ton olan illik pambıq emalı fabriki, Zaqatala rayonunda Hava Limanı, Şamaxı şəhərində məişət soyuducuları, Bərdə rayonunda asfalt-beton, Kürdəmir rayonunda konserv, Qəbələ rayonunda süd emalı, Saatlı rayonunda biyan və Balakən rayonunda yem istehsalı zavodları, Ağstafa rayonunda tikiş fabriki, Şəki rayonunda kolbasa məmulatı və pendir istehsalı sexləri, ölkənin müxtəlif bölgələrində 137,1 km uzunluğunda fiber-optik magistral kabel xətti və 67,7 min nömrəlik avtomat telefon stansiyaları, bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 1 035,7 min kv. metr olan yeni yaşayış evləri, 6 790 şagird yerlik ümumtəhsil məktəbləri, 197 çarpayılıq xəstəxana, növbədə 513 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 1 390 yerlik məktəbəqədər uşaq müəssisəsi, 840 yerlik klub, Babək rayonunda «Duzdağ» Fizioterapiya və Naxçıvan şəhərində Əyləncə İdman Mərkəzləri, Gəncə şəhərində, Qazax, Qəbələ və Zaqatala rayonlarında Müalicə Diaqnostika Mərkəzləri, Qəbələdə «Qafqaz» turizm istirahət kompleksi və «Yengicə İstisu» sağlamlıq və istirahət kompleksi, Balakən rayonunda Avtovağzal binası və digər obyektlər istifadəyə verilib. Bununla yanaşı, cari ilin 9 ayında təbiətin mühafizəsi obyektlərinin inşasına 60,4 mln. manat məbləğində investisiya yönəldilib ki, bu vəsaitin 42,1 mln. manatı su mənbələrinin mühafizəsi və istifadəsinə, 16,6 mln. manatı torpaqların mühafizəsi və səmərəli istifadəsinə və 1,7 mln. manatı atmosferin mühafizəsinə sərf edilib. -
10-21-2008, 11:10 AMAPADünya bazarında neft daha 3% bahalaşıb
[b]Dünya bazarında neft daha 3% bahalaşıb[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Oktyabrın 20-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 2,4 dollar və ya 3,34% qalxaraq 1 barelə görə 74,25 dollar təşkil edib.«APA-ECONOMICS»in məlumatına görə, ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 2,43 dollar - 72,03 dollaradək artıb. Neft bazarına əsasən OPEC-in neft hasilatının azaldılacağına dair bəyanatları təsir edib. Qeyd edək ki, OPEC-in oktyabrın 24-də keçiriləcək fövqəladə iclasında gündəlik neft hasilatın iki mərhələyə 2 mln. barel azaldılması barədə qərarın qəbul ediləcəyi gözlənilir. -
10-21-2008, 11:20 AMAPADow Jones indeksi 4,65%, S&P 500 4,77%, Nasdaq isə 3,43% yüksəlib
[b]Dow Jones indeksi 4,65%, S&P 500 4,77%, Nasdaq isə 3,43% yüksəlib[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Oktyabrın 20-də Amerika bazarlarında Dow Jones indeksi 4,65% - 9265,43 bəndədək, S&P 500 4,77% - 985,40 bəndədək, Nasdaq isə 3,43% - 1770,03 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, oktyabrın 20-də Amerika fond bazarlarında artımın əsas səbəbi ABŞ-ın Federal Ehtiyat Sisteminin böhranın uzunmüddətli mənfi təsirinin aradan qaldırılması üçün dövlət tərəfindən əlavə vəsaitin ayrılması zərurəti barədə bəyanatı və dünya bazarlarında neftin qiymətinin artması olub. Nəticədə, maliyyə və enerji sektorunun şirkətlərin səhmləri bahalaşıb. Belə ki, «Merrill Lynch» bankının səhmləri 6,45%, «Citigroup»un 1,4%, «Goldman Sachs»ın 6,3%, «ExxonMobil»in 10,2%, «Chevron»un 11,6%, «NRG Energy İnc.»in 29,3%, dünyada ikinci yeri tutan «Halliburton»un səhmləri isə 13,9% yüksəlib. Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 5,41% - 4282,67 bəndədək, Fransa CAC-40-ı 3,56% - 3448,51 bəndədək, Almaniya DAX-ı isə 1,12% - 4835,01 bəndədək artıb. Kotirovkaların artması əsasən maliyyə və enerji sektorunda müşahidə olunub. Belə ki, «Deutsche Bank»ın səhmləri 1,1%, «Barclays»ın 7,1%, HSBC-nin 5,4%, «Total»in 7,1%, BP-nin 10,42%, «Royal Dutch Shell»in səhmləri isə 10,56% bahalaşıb.Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3332 dollar təşkil edib (-0,01%).