[b]Açıq Cəmiyyət Partiyası Müsavat Partiyası və bu partiyaya yaxın media ilə bağlı sensasion bəyanatla çıxış edib - YENİLƏNİB[b]
Bakı. Elnur Məmmədli - APA. Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazov Müsavat Partiyasının və bu partiyaya yaxınlığı ilə tanınan qəzetlərin ona qarşı kampaniya apardığını elan edərək, bəyanatla çıxış edib.
[Partiya sədrinin APA-ya təqdim etdiyi bəyanatda Müsavat Partiyasının rəhbərlərinə qarşı bir sıra təhqirlər də yer alıb. A. Şahbazov bəyanatında bildirib ki, ACP yaranandan bəri Müsavat Partiyası və partiyaya yaxın mətbuat orqanları onların əleyhinə təbliğat aparırlar. Bu təbliğat kampaniyasında o bir sıra hallarda şərəf və ləyaqətin təhqir olunduğunu qeyd edib: "Təəssüflər olsun ki, səriştəsiz, ləyaqətsiz, məişət və siyasi müstəvidə əxlaqsızlıqla məşğul olan və bir illik hakimiyyətləri dövründə Azərbaycanı məhvə sürükləyən xəyanətkar insanlar müsavatçılıq ideologiyasını mənimsəyərək, onun təməl prinsiplərini satmaqla öz siyasi mövcudluqlarını saxlaya biliblər. İstər Müsavat Partiyası, istərsə də bu partiyanın qəzetlərindəki bəzi aparıcı simaların hesabına xalqın dəstəyindən məhrum olmuş və müəyyən mafioz qüvvələrin əlində alətə çevrilmiş yaramaz satqınlar ictimai qınağı öz üzərindən atmaq məqsədi ilə böhtan və şantaj kampaniyasına davam etdirirlər".A. Şahbazov Müsavata yaxın qəzetlərdə ACP-nin tənqid edilməsinin müsavatçıların nifrətindən irəli gəldiyini qeyd edib: "Biz qərara almışıq ki, hakimiyyətin uğurları kimi nöqsanlarını da olduğu kimi təqdim edək. Mən hakimiyyətlə idarəetmə orqanlarında 20 il işləmişəm, müxalifətdə isə 10 ildir fəaliyyət göstərirəm. Təəssüf edirəm ki, bəzi hallarda bu partiyanın rəhbərliyində olan şəxslərdə oturub çay içmişəm. Amma həmin zaman da məqsədim onları doğru yola dəvət etmək olub. Seçkilərə münasibətimizə gəldikdə, bu bizim mövqeyimizdir. Cəsarətləri varsa, seçkiyə qatılaydılar, yaxud seçkiləri olduğu kimi qiymətləndirəydilər, qalibi təbrik edəydilər. Gücləri varsa, etiraz aksiyaları keçirsinlər. Təkcə qəzetlə müxalifətçilik yetər". Müsavat Partiyasının Məclis sədri Sülhəddin Əkbər isə APA-ya açıqlamasında ACP rəhbərlərinin Müsavata qarşı səsləndirdikləri ittihamların əsassız olduğunu qeyd edib: "Açıq Cəmiyyət Partiyasının atdığı addımlar hər kəsə bəllidir, əlavə şərhə ehtiyac yoxdur. Düşünürəm ki, ACP öz yolunu seçibsə, hakimiyyətin yanında, arxasında yer alıbsa, artıq müxalifət mövqeyindən çıxıb. Ona görə də onların müxalifətə qarşı belə aqressiv münasibətlərini başa düşmək olar"."Mən Açıq Cəmiyyət Partiyasına uğur arzulamıram. Çünki onlar elə bir yol seçiblər ki, bu heç bir şəxsə şərəf gətirən yol deyil. Amma bu partiyanın rəhbərliyinə bir az ağıl və səbir arzulayıram. Allah ağıllarını və səbirlərini əksik etməsin". Bu sözləri isə APA-ya açıqlamasında "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazovun Müsavat Partiyası və bu partiyaya yaxın qəzetlərlə bağlı yaydığı bəyanata münasibət bildirərkən deyib. R. Arifoğlunun sözlərinə görə, A. Şahbazovun bəyanatı siyasi baxımdan zəif, qüsurlu və redaktəyə ehtiyacı olan söyüşlərlə doludur: "Mən belə bəyanat yaymağı hər hansı siyasətçiyə rəva görmürəm. Ümumiyyətlə, bu bəyanatda peşəkar siyasətçinin göstərmədiyi bir emosiya var. Məsələ burasındadır ki, Akif Şahbazovun bəyanatdakı söyüşləri, təhqirləri, işlətdiyi epitetlər hamısı yalnız özünə və Rəsul Quliyevin adına olan bir partiyanı bu vəziyyətə gətirmiş insanlara yaraşır. Müsavat Partiyası haqqında, o cümlədən ona yaxın qəzetlər haqqında dediklərinin heç biri göstərdiyi ünvanlara aid deyil və çox böyük ehtimalla ictimaiyyət də bunu elə bu cür qəbul edəcək. Akif Şahbazovun Müsavat və partiyaya yaxın olan qəzetlərin ACP-nin yarandığı ilk gündən bu partiyaya qarşı olması barədə dedikləri də qüsurlu və qərəzlidir. Onu xatırlatmaq lazımdır ki, ACP Müsavatın qərargahında yaradılıb. Həmin partiyanın təsis qurultayını keçirmək üçün hakimiyyət yer ayırmadı və Müsavat bu partiyaya yardım etdi. Bu faktdan göründüyü kimi, Akif Şahbazov böhtan atır. Onun digər fikirləri də bu fakt kimi qərəzli, saxta və tənqidə dözümsüzdür".
Azərbaycan Xəbərləri
Printable View

10-17-2008, 01:20 PMAPAAçıq Cəmiyyət Partiyası Müsavat Partiyası və bu partiyaya yaxın media ilə bağlı sensasion bəyanatla çıxış edib - YENİLƏNİB

10-17-2008, 01:30 PMAPAHəbsxanada baltalanan "kriminal avtoritet"in vəziyyəti normaldır
[b]Həbsxanada baltalanan "kriminal avtoritet"in vəziyyəti normaldır[b]
[Bakı. Hafiz Heydərov - APA. Məhkum yoldaşı tərəfindən baltalanan "Qara" ləqəbli "kriminal avtoritet" Yunus Nəzərovun vəziyyəti normaldır. Bu barədə APA-ya məlumat verən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov "Qara Yunus"un Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində müayinə olunduğunu bildirib. Hazırda onun vəziyyətinin normal olduğunu diqqətə çatdıran komitə sədri hadisəni törətmiş məhbusun isə başqa cəzaçəkmə müəssisəsinə köçürüldüyünü bildirib.Qeyd edək ki, oktyabrın 15-dən 16-a keçən gecə, 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan "kriminal avtoritet" Y. Nəzərov məhbus yoldaşı tərəfindən yatdığı yerdə baltalanıb. Hadisədən sonra həbsxanadakı məhbuslar arasında bir müddət gərginlik yaşanıb. Məhbuslarla aparılan danışıqlardan sonra gərginlik səngiyib. -
10-17-2008, 01:40 PMAPA«Texnikabank» tezliklə Rusiya və Türkiyə nümayəndəlik açacaq
[b]«Texnikabank» tezliklə Rusiya və Türkiyə nümayəndəlik açacaq[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycanın «Texnikabank» Səhmdar Kommersiya Bankı (SKB) 2009-cu ildə xaricdə nümayəndəliklər açmağı planlaşdırır. Bu barədə «APA-ECONOMICS»ə «Texnikabank» SKB-dən məlumat verilib.Bankın inkişaf strategiyasına uyğun olaraq, ilk xarici nümayəndəliklərin Rusiya və Türkiyədə açılması nəzərdə tutulur. Hazırda hər iki ölkənin müvafiq strukturları ilə bununla bağlı danışıqlar aparılır.Qeyd edək ki, «Texnikabank» SKB-nin aktivlərinin həcmi cari ilin oktyabr ayının 1-nə 439,644 mln. manat, kredit portfeli 305,886 mln. manat, məcmu kapitalı 57,438 mln. manat təşkil edib. Hazırda «Texnikabank»ın respublika üzrə 35 filialı, 2 şöbə, 3 mübadilə şöbəsi və 46 bankomatı fəaliyyət göstərir. -
10-17-2008, 02:00 PMAPA«Texnikabank» indiyədək 30 mln. manatdan çox ipoteka krediti ayırıb
[b]«Texnikabank» indiyədək 30 mln. manatdan çox ipoteka krediti ayırıb[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycanın «Texnikabank» Səhmdar Kommersiya Bankı (SKB) indiyədək ümumi məbləği 30 mln. manatdan çox olan 782 ipoteka krediti verib. Bu barədə «APA-ECONOMICS»ə «Texnikabank» SKB-dən məlumat verilib.Bunun 11 mln. manatını Azərbaycan İpoteka Fondunun (AİF) vəsaiti təşkil edib. «Texnikabank»ın verdiyi ipoteka kreditlərinin 6,5 mln. manatını Qara Dəniz Ticarət və İnkişaf Bankından alınmış vəsait, 12,5 mln. manatı isə bankın öz vəsaitləri təşkil edib. Verilmiş ipoteka kreditlərinin orta məbləği 40 min manatdır.Qeyd edək ki, AİF tərəfindən maliyyələşdirilən «Texnikabank» SKB ipoteka kreditlərinin verilməsinə 2006-cı ilin əvvəlindən başlayıb və verilən ipoteka kreditlərinin sayına görə Azərbaycan bankları arasında ilk yeri tutur.Qeyd edək ki, «Texnikabank» SKB-nin aktivlərinin həcmi cari ilin oktyabr ayının 1-nə 439,644 mln. manat, kredit portfeli 305,886 mln. manat, məcmu kapitalı 57,438 mln. manat təşkil edib. Hazırda «Texnikabank»ın respublika üzrə 35 filialı, 2 şöbəsi, 3 mübadilə şöbəsi və 46 bankomatı fəaliyyət göstərir. -
10-17-2008, 02:20 PMAPAAzərbaycan Maliyyə Nazirliyinin DQİ üzrə daha bir hərracı baş tutmayıb
[b]Azərbaycan Maliyyə Nazirliyinin DQİ üzrə daha bir hərracı baş tutmayıb[b]
[Bakı. Vüqar Mustafayev - APA-ECONOMICS. Dünən Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10305820S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə «APA-ECONOMICS»ə BFB-dan məlumat verilib.Hərracda sifariş 1 investor tərəfindən təqdim olunub. Sifarişin nominal üzrə məbləği 105 min manat təşkil edib. Sifariş 95,36% (gəlirlik 10,51%) qiyməti ilə təqdim olunub. Lakin sifarişin şərtləri emitenti qane etmədiyinə görə, hərrac baş tutmamış elan edilib. -
10-17-2008, 02:40 PMAPAAzərbaycanda 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları bu ildən mərkəzləşdirilmiş qaydada testlə keçiriləcək
[b]Azərbaycanda 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları bu ildən mərkəzləşdirilmiş qaydada testlə keçiriləcək[b]
Bakı. İlhamə İsabalayeva - APA. Bu tədris ilindən Azərbaycanın bütün orta məktəblərinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada testlə keçiriləcək.
[APA-nın məlumatına görə, bu barədə Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib. Nazirin sözlərinə görə, bununla əlaqədar oktyabrın 20-dən başlayaraq, Təhsil Nazirliyinin bir qrup əməkdaşı buraxılış sinfi olan məktəblərdə 11-ci sinif şagirdləri və müəllimlər üçün treninq keçmək məqsədi ilə rayonlara ezam olunacaq. M. Mərdanov bildirib ki, bu il buraxılış sinifləri üçün sınaq imtahanları bir dəfə keçiriləcək. Həmin imtahanların mart-aprel aylarında təşkil edilməsi nəzərdə tutulur. Sınaq imtahanlarının keçirilməsi üçün Azərbaycan beş bölgəyə bölünəcək və sınaq imtahanı hər bir bölgənin mərkəzində keçiriləcək. İmtahanların nəticəsi elə həmin gün açıqlanacaq. -
10-17-2008, 03:10 PMAPAGürcüstandan Azərbaycana 1300 qoyunun keçirilməsinin qarşısı alınıb
[b]Gürcüstandan Azərbaycana 1300 qoyunun keçirilməsinin qarşısı alınıb[b]
[Tiflis - APA. Gürcüstan sərhədçiləri Azərbaycana rekord sayda qoyunun keçirilməsinin qarşısını alıblar. APA-nın "Vzqlyad" qəzetinə istinadən verdiyi məlumata görə, oktyabrın 16-dan 17-nə keçən gecə Gürcüstan vətəndaşı olan azərbaycanlı ata və oğul Dedopliskari rayonundan Azərbaycana 1300 qoyun keçirməyə cəhd göstərib. Ancaq sərhədçilər onları mühasirəyə alıb. Xəbərdarlıq atəşlərindən sonra ata və oğul təslim olub. Faktla bağlı təhqiqat aparılır. -
10-17-2008, 03:20 PMAPA«AzSığorta» yaxın «Standard & Poor’s»dan beynəlxalq reytinq alacaq
[b]«AzSığorta» yaxın «Standard & Poor’s»dan beynəlxalq reytinq alacaq[b]
[Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Azərbaycanın «AzSığorta» şirkəti yaxın 3 il ərzində «Standard & Poor’s» beynəlxalq reytinq agentliyindən reytinq dərəcəsi almaq niyyətindədir. Şirkətin İdarə Heyətinin sədr müavini Xəyal Məmmədxanlının «APA-ECONOMICS»ə verdiyi məlumata görə, reytinq dərəcəsinin alınmasında məqsəd şirkətin sığorta xidmətlərinin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. «Biz bu standartların «AzSığorta»da tətbiqi ilə bağlı 2009-cu ildən etibarən müvafiq işlərə başlayacağıq. Çünki, reytinq dərəcəsi ilə bağlı müraciət edən sığorta şirkəti bazarda ən azı 5 illik təcrübəyə malik olmalıdır. Hazırda biz Azərbaycan sığorta bazarında 2 ildir ki, fəaliyyət göstəririk. Bu səbəbdən, 2011-ci ilədək bütün proseslərdən keçərək «Standard & Poor’s» təşkilatından reytinq dərəcəsi almaq niyyətindəyik», - deyə X.Məmmədxanlı bildirib.Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları sırasında ilk reytinq dərəcəsi alan «Standard İnsurance» şirkəti olub. Belə ki, 2007-ci ilin oktyabrında şirkət «Moody’s Investors Service» beynəlxalq agentliyindən müsbət proqnozlu «B1» səviyyəli maliyyə sabitliyi reytinqi alıb.Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayından fəaliyyətə başlayıb. Cari ilin yanvar-sentyabr aylarında şirkətin topladığı sığorta daxilolmalarının həcmi 7,261 mln. manat, sığorta ödənişləri isə 1,347 mln. manat olub. Bu ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Şirkət 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir. Hazırda «AzSığorta»nın respublika üzrə 7 filialı mövcuddur. -
10-17-2008, 03:30 PMAPAOmbudsman Aparatı prezident seçkilərində apardığı müşahidənin nəticələrini açıqlayıb
[b]Ombudsman Aparatı prezident seçkilərində apardığı müşahidənin nəticələrini açıqlayıb[b]
Bakı-APA. "15 oktyabr prezident seçkilərində heç bir qanun pozuntusuna, müdaxilə faktlarına yol verilmədiyi, polisin davranışının müvafiq qaydalara uyğun olduğu müşahidə edilib".
[Bu barədə Ombudsman Aparatının seçkilərdə apardığı müşahidələrin nəticələrində qeyd olunub. Ombudsaman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seçkilər zamanı hər hansı bir pozuntu ilə əlaqədar Ombudsman təsisatına şikayət daxil olmayıb: "Prezident seçkiləri eyni zamanda göstərdi ki, ölkəmiz bundan sonra da hüquqi və demokratik dövlət quruculuğu, insan hüquqlarının təmin edilməsi, vətəndaş cəmiyyətinin bərqərar olunması, idarəetmənin, milli qanunvericiliyin və seçki texnologiyalarının inkişafı, dövlətçiliyin möhkəmləndirilməsi prinsiplərinə sadiq olduğunu bir daha təsdiqləyib". Qeyd olunub ki, seçkilərin demokratik, şəffaf, ədalətli və qanunvericiliklə müəyyən edilmiş qaydada, nizam-intizamla, mütəşəkkil keçirilməsi, seçki hüquqlarının təmini, səsvermə prosesinin təşkili məqsədi ilə ciddi tədbirlər görülüb: "Eyni zamanda seçkilərdə vətəndaşların yüksək fəallığı müşahidə edilib". Bildirilib ki, 15 oktyabr prezident seçkiləri günü İnsan Hüquqları üzrə Müvəkkil və Aparatın 30 əməkdaşı Bakı şəhəri və ölkənin 51 rayonunda 96 seçki dairəsində və 356 seçki məntəqəsində müşahidəçi qismində seçkilərə qatılıb, 30-dan çox qaçqın və məcburi köçkün icmasında, 7 hərbi hissədə, istintaq təcridxanalarında, cəzaçəkmə müəssisələrində seçki prosesini izləyiblər. Onlar həmçinin səslərin sayılması, yekun protokolunun tərtib olunması proseslərini də müşahidə ediblər: "Bu zaman hər hansı bir qanun və qaydaların pozulmasını aşkar olunmayıb". -
10-17-2008, 03:40 PMAPAMisir Mərdanov: "Azərbaycanda rus dilinin tədrisinə xarici dil kimi çox ciddi fikir verməliyik"
[b]Misir Mərdanov: "Azərbaycanda rus dilinin tədrisinə xarici dil kimi çox ciddi fikir verməliyik"[b]
[Bakı. İlhamə İsabalayeva-APA. "Rus dilinin ikinci ana dili və xarici dil kimi öyrədilməsində fərqlər var. Keçmişdə rus dili ikinci ana dili olduğu üçün orta məktəblərdə bu fənnin tədrisinə daha çox saat ayrılırdı. İndi isə rus dili bizim üçün xarici dil hesab olunur. Rus dili xarici dil kimi öyrədildikdə bu fənnə ayrılan saatların azaldılmasından söhbət gedə bilməz. Çünki rus dili orta məktəblərdə ingilis, fransız, alman dili kimi tədris olunur". APA-nın məlumatına görə, bu fikirləri Azərbaycanın təhsil naziri Misir Mərdanov orta məktəblərdə rus dilinin tədrisinə ayrılan saatların azaldılması ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib. M. Mərdanov bildirib ki, rus dili müəllimləri bu gün həmin fənnin tədrisinin yenə də əvvəlki kimi olacağını gözləyirlər: "Rus dilini əvvəl tədris etmiş insanların çoxu əvvəlki mövqedə qalmaqdadır. Biz isə çalışırıq ki, müəllimlərimiz saatsız qalmasın. Bunun üçün onlara yuxarı siniflərdə dərs demələrinə imkan yaratmışıq, amma 1-2 ildən sonra bu imkan da olmayacaq. Ona görə də gərək rus dili müəllimləri özləri də fəal olsunlar, valideynlər, şagirdlər arasında rus dilinin vacibliyindən danışsınlar, məktəblə birgə bu işin ciddiliyinə fikir versinlər".Nazir hesab edir ki, bu gün Azərbaycanda rus dilinin tədrisinə çox ciddi fikir vermək lazımdır: "Biz bilməliyik ki, rus dilini bilmədən irəli getməkdə çətinlik çəkərik. Çünki uzun illər Rusiya ilə əlaqələrimiz olub, bu ölkə həm də yaxın qonşumuzdur. Ona görə də Azərbaycanda rus dilinin tədrisinə həm orta, həm də digər təhsil müəssisələrində çox ciddi fikir verməliyik. Ancaq yalnız xarici dil kimi".