[b]Zaqatalada Böyük Britaniya kraliçası II Yelizavetaya aid medalyon tapılıb - FOTO[b]
[Zaqatala. Hafiz Heydərov - APA. Zaqatala rayonunda Böyük Britaniya kraliçası II Yelizavetaya aid medalyon aşkarlanıb. Bu barədə APA-ya məlumat verən Zaqatala rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Cahangir Soltanov medalyonun rayonun Maqov kəndində tapıldığını bildirib. Hazırda Böyük Britaniya kraliçası olan 82 yaşlı II Yelizavetaya aid olan bu medalyonun diametri 1,5 sm, çəkisi 0,6 qramdır. Medalyonun avers və reversində ingilis dilində "QUEEN ELIZABETH THE SECOND" sözləri yazılıb və kraliçanın başında tac olan şəkli həkk olunub. Bu tarixi əşyanı təhlil edən muzey direktoru medalyonun müxtəlif metalların xəlitəsindən hazırlandığını, tarixi xronologiya baxımından qədim olmadığını söyləyib. XX əsrə aid tapıntının dövrümüzün məşhur dövlət xadimlərindən biri, məşhur Vindzorlar sülaləsinin nümayəndəsi, 1952-ci ildən Böyük Britaniya kraliçası olan II Yelizavetanın adı ilə bağlılığı şübhə doğurmur. C. Soltanov əşyanın tarixi dəyərinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Hazırda muzey əməkdaşları tərəfindən medalyonun elmi annotasiyasının hazırlanması ilə bağlı müvafiq tədbirlər görülür.
Azərbaycan Xəbərləri
Printable View

10-22-2008, 07:00 PMAPAZaqatalada Böyük Britaniya kraliçası II Yelizavetaya aid medalyon tapılıb - FOTO

10-22-2008, 07:20 PMAPAAdil Qəribov: "Azərbaycan ərazisinin radioaktiv təhlükəsizlik baxımından tədqiq olunaraq xəritələşməlidir"
[b]Adil Qəribov: "Azərbaycan ərazisinin radioaktiv təhlükəsizlik baxımından tədqiq olunaraq xəritələşməlidir"[b]
[Bakı. Kəmalə Quliyeva-APA. "Azərbaycanın bütün əraziləri radiasiya təhlükəsizliyi baxımından tədqiq olunmayıb. Bu, ciddi problemdir. Ölkə ərazisi radioaktiv təhlükəsizlik baxımından tədqiq olunaraq xəritələşməlidir". Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib. Onun sözlərinə görə, ölkə ərazisinin radioaktiv tullantılarla çirkli ərazilərinin xəritələşməsi böyük vəsait tələb edir: "Bunun üçün xaricdən avadanlıqlar gətirilməlidir. Bu işi həyata keçirəcək hazırlıqlı mütəxəssislərimiz də azdır. Hər halda güman edirəm ki, belə bir xəritələşmənin aparılması 5 ildən tez baş verməyəcək". İnstitut rəhbəri bildirib ki, ölkə ərazisində radioaktiv çirklənmələrin əksəriyyəti texnogen xarakterlidir. A. Qəribov çirklənmiş ərazilərin təmizlənməsi üçün bu ilin aprelindən Nüvə və Radiasiya Təhlükəsizliyi üzrə Agentliyin yaranması ilə bağlı prezidentin sərəncam verdiyini də xatırladıb. Sözügedən qurum radiasiya təhlükəsizliyi sahəsində nəzarətedici və tənzimləyici funksiyanı yerinə yetirəcək. -
10-22-2008, 07:30 PMAPAMilyonçu Məhəmməd əl-Fayed azyaşlı qıza seksual zorakılıq etməkdə təqsirləndirilir
[b]Milyonçu Məhəmməd əl-Fayed azyaşlı qıza seksual zorakılıq etməkdə təqsirləndirilir[b]
[London-APA. Şahzadə Diananın sevgilisi Dodi əl-Fayedin atası, milyonçu, Londonun "Harrods" univermağının sahibi Məhəmməd əl-Fayed 15 yaşlı qıza seksual zorakılıq tətbiq etdiyinə görə, polis tərəfindən dindirilib. APA-nın məlumatına görə, əl-Fayed həbs olunmasa da, araşdırma davam edir. Qızın istintaqa verdiyi ifadəyə görə, insident 2008-ci ilin mayında baş verib. Anası ilə "Harrods" univermağına gələn qız burada Əl-Fayedlə rastlaşıb. Özünü təqdim edən əl-Fayed qızdan telefon nömrəsini istəyib. Daha sonra milyonçu 15 yaşlı qızı mağazaya dəvət edib. Qızın sözlərinə görə, dəvəti qəbul edərək mağazaya gələn zaman əl-Fayed tərəfindən seksual zorakılığa məruz qalıb. -
10-22-2008, 07:40 PMAPAAzərbaycan əsgəri Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb
[b]Azərbaycan əsgəri Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb[b]
Bakı-APA. Azərbaycan Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Həsənov Rafiq Rəhman oğlu 8 oktyabr 2008-ci il tarixdə qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb.
[APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Bildirilir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyindən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına daxil olan məlumata görə, hazırda Ermənistanda saxlanılan Həsənov Rafiq Rəhman oğluna oktyabrın 16-da BQXK-nın Ermənistandakı nümayəndəliyinin əməkdaşları tərəfindən baş çəkilib, onunla rəftarın və saxlanma şəraitinin beynəlxalq humanitar hüquq normalarına uyğun olduğu bildirilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Rafiq Həsənovun əsirlikdən azad olunması istiqamətində müvafiq tədbirlər görülür. -
10-22-2008, 07:50 PMAPAAzərbaycanda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
[b]Azərbaycanda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib[b]
[Bakı-Ülkər Qasımova-APA. Bu gün Dövlət Musiqili Komediya Teatrında Azərbaycanda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib. APA-nın xəbərinə görə, açılış mərasimində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Belarusun mədəniyyət nazirinin müavini Vladimir Qridyuşko çıxış ediblər. V. Qridyuşko Azərbaycanda yüksək səviyyədə qarşılandıqlarına görə, təşəkkürünü bildirib. Tədbir Belarus incəsənət xadimlərinin konsert proqramı ilə davam etdirilib. Proqramda Belarus Dövlət Rəqs Ansamblının, Belarus Dövlət Filarmoniyası kollektivlərinin çıxışları olub. Nümayəndə heyətində təmsil olunan azərbaycanlı müğənni Günəş Abbasova "Şərq qızı", "Ayrılıq" mahnılarını ifa edib. Qeyd edək ki, Belarus Mədəniyyəti Günləri çərçivəsində sabah Sumqayıt şəhərində konsert proqramı təşkil olunacaq. -
10-23-2008, 10:30 AMAPAErmənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub[b]
[Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 22-də saat 20.30-dan 20.50-dək və 21.00-dan 21.20-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, oktyabrın 23-də saat 00.15-dən 00.20-dək və 05.40-dan 06.00-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
10-23-2008, 10:40 AMAPAYanvar-avqust aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 69%, xərcləri isə 72% artıb
[b]Yanvar-avqust aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 69%, xərcləri isə 72% artıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 68,7% artaraq 6 685,7 mln. manata, xərcləri isə 72% artaraq 5 828,2 mln. manata çatıb.Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, büdcənin icrasında yaranan 857,5 mln. manatlıq profisit ümumi daxili məhsulun 3,3%-ni təşkil edib.Gəlirlərin 60%-i (4 009,4 mln. manatı) Vergilər Nazirliyi, 11,1%-i (744,5 mln. manatı) Dövlət Gömrük Komitəsi tərəfindən təmin edilib, büdcə proqnozu isə bu təşkilatlar tərəfindən müvafiq olaraq 108% və 100,3% səviyyəsində yerinə yetirilib.Gəlirlərin 1 228,5 mln. manatı və ya 18,4%-i əlavə dəyər vergisi, 2 213,2 mln. manatı (33,1%-i) hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 392,8 mln. manatı (5,9%-i) fiziki şəxslərin gəlir vergisi, 289,7 mln. manatı (4,3%-i) aksiz vergisi, 293,1 mln. manatı (4,4%-i) isə xarici iqtisadi fəaliyyətlə bağlı vergilərdən daxil olub. Büdcə xərclərinin 2 994,9 mln. manatı (51,4%-i) iqtisadiyyata investisiya qoyuluşuna, 544 mln. manatı (9,3%-i) əhalinin sosial müdafiəsi və sosial təminatına, 553,4 mln. manatı (9,5%-i) isə təhsilin maliyyələşdirilməsinə sərf edilib.Xərclərin 23,7%-ni (1 380,1 mln. manatını) əhaliyə əmək haqqı, pensiya və müavinət ödəmələri təşkil edib. -
10-23-2008, 10:50 AMAPAAMB-nin rəsmi valyuta məzənnələri
[b]AMB-nin rəsmi valyuta məzənnələri[b]
[1 USD -
10-23-2008, 11:00 AMAPAUkraynanın "Saqa" turizm şirkətinin saytında Azərbaycanla bağlı qəsdən yanlış məlumatlar yerləşdirən redaktor barədə ciddi tədbirlər görüləcək
[b]Ukraynanın "Saqa" turizm şirkətinin saytında Azərbaycanla bağlı qəsdən yanlış məlumatlar yerləşdirən redaktor barədə ciddi tədbirlər görüləcək[b]
[Kiyev-APA. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin və Ukrayna Azərbaycanlıları Konqresinin əməkdaşları Azərbaycanla bağlı yanlışlığın qarşısını alıblar. Bu barədə APA-ya adı çəkilən dövlət komitəsinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Ukraynanın "Saqa" turizm şirkətinin saytında Azərbaycan Asiya ölkələri sırasına, Ermənistan isə Avropa ölkələrinin siyahısına daxil edilib. Bu yanlışlıqdan əlavə, saytdakı Ermənistana aid bölmədə "Artsax" adlı erməni ərazisinə məxsus kimi təqdim edilmiş fotoşəkillər arasında Dağlıq Qarabağ mənzərələri də yer alıb. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin və Ukrayna Azərbaycanlıları Konqresinin müdaxiləsi nəticəsində saytda düzəlişlər edilib, erməni torpaqları kimi təqdim edilmiş Azərbaycanın gözəl təbiət mənzərələrini əks etdirən fotoşəkillər bu bölmədən çıxarılıb. Turizm şirkətinin direktoru Aleksandr Qavrilovla danışıqlar zamanı məlum olub ki, saytın redaktoru bu səhvi bilərəkdən edib. Şirkətin direktoru bildirib ki, həmin redaktor barəsində ən ciddi tədbirlər görüləcək. Aleksandr Qavrilov bu yanlışlığa görə Azərbaycandan üzr istəyib və deyib ki, Ukraynanın "Saqa" turizm şirkəti Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi hesab edir və ölkəmizin ərazi bütövlüyünü şübhə altına almır. -
10-23-2008, 11:10 AMAPABeynəlxalq qurumlar Gürcüstan iqtisadiyyatının bərpasına 4,55 milyard dollar ayıracaq
[b]Beynəlxalq qurumlar Gürcüstan iqtisadiyyatının bərpasına 4,55 milyard dollar ayıracaq[b]
[Brüssel-APA. Avropa Komissiyası müharibədən zərər çəkmiş Gürcüstan iqtisadiyyatının bərpasına 4,55 milyard dollar vəsait ayıracaq. APA-nın məlumatına görə, bu qərar dünən Brüsseldə keçirilən bir günlük iclasın yekununda qəbul olunub. Bu vəsaitin 3,7 milyardı dövlət səviyyəsində ayrılacaq, 850 milyon dollar işə özəl sektor tərəfindən investisiyalar şəklində yatırılacaq. Bu vəsaitin ən azı 1 milyard dollarının Birləşmiş Ştatların ayıracağı gözlənilir. Avropa İttifaqı Avropa Komissiyasının maliyyə institutları vasitəsilə 640 milyon dollar ayıracaq, Avropa İnvestisiya Bankının xətti ilə ayrılacaq vəsaitlə birlikdə bu rəqəm 1,11 milyard dollara çatacaq. Yaponiya hökuməti də bu məqsəd üçün 200 milyon dollar ayırmağı düşünür. Beynəlxalq Valyuta Fondu isə investisiya mühitinin yaxşılaşdırılması, ölkənin qızıl-valyuta ehtiyatlarının bərpası məqsədilə 750 milyon avro ayırmaq niyyətindədir.