[b]Serj Sərkisyan Robert Simmonsla görüşüb[b]
[İrəvan-APA. Ermənistan prezidenti Serj Sərkisyan NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi Robert Simmonsla görüşüb. APA-nın "Panarmenian"a istinadən yaydığı məlumata görə, Sərkisyan bildirib ki, Avropaya inteqrasiya Ermənistan xarici siyasətinin əsas prioritetlərindən biri olaraq qalır və Ermənistan-NATO əməkdaşlığı bu istiqamətlərdən biridir. Ermənistan prezidenti ölkəsinin Qafqazda gedən son proseslərə dair mövqeyini açıqlayıb, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması məsələlərinə toxunub. Robert Simmons Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmaq təşəbbüsünü dəstəklədiklərini bildirib.
Azərbaycan Xəbərləri
Printable View

10-20-2008, 05:30 PMAPASerj Sərkisyan Robert Simmonsla görüşüb

10-20-2008, 05:40 PMAPABu gün BBVB-nin valyuta bölməsində 21,096 mln. dollarlıq əqd bağlanıb
[b]Bu gün BBVB-nin valyuta bölməsində 21,096 mln. dollarlıq əqd bağlanıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyasının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8081 AZN/$1 təşkil edib.BBVB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8086 AZN/$1, USD/AZN T+0 aləti üzrə əqdlərin həcmi 5 009 567 AZN təşkil edib. Sessiyanın yekunlarına görə manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 12 053 017 AZN, manatın orta məzənnəsi isə 0,8081 AZN/$1 təşkil edib.Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 21,096 mln. dollar və ya 17 062 584 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 1,758 mln. dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. EUR/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 4 138 960 AZN, manatın orta məzənnəsi 1,0922 AZN/EUR təşkil edib. Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 16,14%, ABŞ dolları üzrə isə illik 17,00% təşkil edib. Gün ərzində banklar arasında həcmləri 3 mln. AZN və 1,5 mln. EUR, müddətləri 90 gün, faiz dərəcələri 17,00% və 16,00% təşkil edən əqdlər qeydə alınıb. -
10-20-2008, 05:50 PMAPAYanvar-sentyabr aylarında Azərbaycanda sənaye istehsalı 12% artıb
[b]Yanvar-sentyabr aylarında Azərbaycanda sənaye istehsalı 12% artıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın sənaye kompleksində istehsal olunan məhsulun və göstərilən xidmətlərin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 12% artıb.Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, hesabat dövründə ölkə sənayesində məhsul və göstərilən xidmətlərin həcmi neft sektorunda 12,4%, qeyri-neft sektorunda isə 8,2% artıb, ümumilikdə sənaye işlərinin həcmi 24,2 mlrd. manat təşkil edib.Sənayenin artımı neftin hasilatında 11,6%, qazın hasilatında 57,5%, qida məhsullarının istehsalında 1,2%, kimya sənayesində 53,7%, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalında 36,2%, metallurgiya sənayesi və hazır metal məmulatların istehsalında 32,6%, maşın və avadanlıqların istehsalında 9,8% və s. sahələrdə müşahidə olunub. İstehsalın 94,7%-i malların, 5,3%-i isə sənaye xarakterli xidmətlərin payına düşüb, sənaye məhsulunun 17%-i dövlət müəssisələrində, 83%-i isə özəl bölmədə istehsal edilərək müvafiq olaraq 6,5% və 13,2% çoxalıb. -
10-20-2008, 06:00 PMAPAGədəbəydə yeddi nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
[b]Gədəbəydə yeddi nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib[b]
[Gədəbəy. Nəzakət Məşədiəliqızı-APA. Gədəbəy-Şəmkir magistral yolunun 2-ci kilometrliyində ağır yol qəzası baş verib. Qəza nəticəsində 7 nəfər yaralanıb. Gədəbəy rayon Polis Şöbəsinin rəis müavini Fəzail Məmmədovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, Şəmkir sakini, 51 yaşlı Mehdi Kamil oğlu Nağıyevin idarə etdiyi "VAZ 2107" markalı avtomobil, Gədəbəy rayon sakini, 25 yaşlı Bəxtiyar Zeynal oğlu Məmmədovun idarə etdiyi "VAZ 2106" markalı avtomobillə toqquşub. Nəticədə hər iki sürücü və "VAZ 2106" markalı avtomobildə olan 5 sərnişin müxtəlif dərəcəli xəsarət alıb. Hadisənin "VAZ 2107" markalı avtomobilin qarşıdan gələn maşının yoluna çıxması səbəbindən baş verdiyi ehtimal olunur. Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində cinayət işi başlanıb. -
10-20-2008, 06:10 PMAPAPrezident İlham Əliyev Belçikanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib
[b]Prezident İlham Əliyev Belçikanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib[b]
[Bakı - APA. Prezident İlham Əliyev oktyabrın 20-də Belçika Krallığının Azərbaycandakı səfiri Frank Girkensi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, səfir F. Girkens dövlət başçısı İ. Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.Təbrikə görə minnətdarlığını bildirən prezident Azərbaycanla Belçika Krallığı arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Müxtəlif sahələrdə əməkdaşlığın yaxşı səviyyədə olduğunu bildirən dövlət başçısı Belçika Krallığının Bakıda səfirliyinin açılmasını əlaqələrin daha da genişlənməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb.İkitərəfli münasibətlərin möhkəmlənməsində səfir F. Girkensin fəaliyyətini qeyd edən dövlət başçısı Azərbaycan-Belçika əlaqələrinin bundan sonra daha da genişlənəcəyinə əminliyini bildirib. -
10-20-2008, 06:30 PMAPAGələn ilin sonuna kimi Azərbaycanın bütün şəhər və rayon mərkəzləri elektron elektrik sayğacları ilə təmin olunacaq
[b]Gələn ilin sonuna kimi Azərbaycanın bütün şəhər və rayon mərkəzləri elektron elektrik sayğacları ilə təmin olunacaq[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Ötən iki il ərzində Azərbaycanın enerji sistemində ölkənin daxili imkanları hesabına 700 MVt yeni güc əldə olunub. «APA-ECONOMICS»in məlumatına görə, bunu 20 oktyabr - Energetiklər Günü münasibəti ilə keçilən tədbirdə «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib.E.Pirverdiyevin sözlərinə görə, 2008-ci ilin sonuna kimi Səngəçalda 300 MVt, Sumqayıtda isə 525 MVt gücündə iki, gələn ilin birinci yarısında isə Qubada 104 MVt gücə malik yeni elektrik stansiyasının istifadəyə verilməsi planlaşdırılır.E.Pirverdiyev son illər elektrik şəbəkələrinin yenidən qurulduğunu, əhalinin enerji təchizatındakı fasilələrin aradan qalxdığını da vurğulayıb. «Azərenerji» rəhbəri bildirib ki, gələn il İmişli-Parsabad, İmişli-Şirvan, Şirvan-Salyan kimi yüksək gərginlikli elektrik verilişi xətlərinin istifadəyə verilməsi, yaxın vaxtlarda isə 330 kV-luq İmişli-Goranboy xəttinin tikintisinə başlanılması nəzərdə tutulur.«Dövlət başçısının tapşırığına əsasən, gələn ilin sonuna qədər bütün şəhərlərdə və rayon mərkəzlərində kartla işləyən sayğaclar quraşdırılacaq. Bundan sonra, digər yaşayış məntəqələrində bu tip sayğacların qurulması planlaşdırılır», - deyə E.Pirverdiyev vurğulayıb.E.Pirverdiyev bu ildən etibarən energetiklərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlərə start verildiyini də qeyd edib. Bu gün Şirvan şəhərində «Azərenerji»nin işçiləri üçün tikilmiş 60 mənzilli yaşayış binası istifadəyə verilib. Energetiklərin mənzillə təminatının növbəti illərdə də həyata keçirilməsi planlaşdırılır.Tədbirin sonunda Azərbaycanın ali məktəblərinin energetika fakültələrinə yüksək balla qəbul olunmuş 37 tələbəyə mükafatlar təqdim olunub.Qeyd edək ki, 20 oktyabr - Energetiklər Günü 2004-cü ildən qeyd olunur. -
10-20-2008, 06:40 PMAPAPrezidentliyə sabiq namizədlər "Xural" qəzetini məhkəməyə verəcəklər
[b]Prezidentliyə sabiq namizədlər "Xural" qəzetini məhkəməyə verəcəklər[b]
[Bakı. Ramil Məmmədli-APA. Oktyabrın 15-də Azərbaycanda keçirilən prezident seçkisində namizəd olmuş şəxslərin bir neçəsi "Xural" qəzeti barədə məhkəməyə müraciət edəcək. Böyük Quruluş Partiyasının sədri, prezidentliyə keçmiş namizəd Fazil Qəzənfəroğlu APA-ya deyib ki, "Xural" qəzetinin sonuncu sayında seçki kampaniyası ilə bağlı çap olunan yazıda ona qarşı böhtan atılıb: "Həmin yazıda bildirilir ki, seçki kampaniyası üçün guya bizə verilən məbləği təzminat olaraq onun tərəfindən ödənilməsini tələb edəcəyik. Mən mətbuatla məhkəmə çəkişməsinin olmasını istəmirəm. Amma böhtanın bir dərəcəsi olmalıdır. Oktyabrın 26-a qədər vaxt vermişəm. Əgər həmin vaxta qədər təkzib verilməsə, oktyabrın 27-də məhkəməyə müraciət etmək məcburiyyətində qalacağıq. Bizim tərəfimizdən isə heç bir bağışlanma olmayacaq". Müasir Müsavat Partiyasının sədri, sabiq prezidentliyə namizəd Hafiz Hacıyev də məqalədə yazılanlarla bağlı məhkəməyə müraciət etmək niyyətində olduqlarını söyləyib: "Qəzetin baş redaktoru Əvəz Zeynallı yazıda həm dövlət başçısına, həm də prezidentliyə namizədlərə böhtan atıb. Sonra da jurnalist həbs olunanda, deyirlər ki, mətbuata təzyiqlər var. Biz nə edək ki, təhqir olunuruq". Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, keçmiş prezidentliyə namizəd Qüdrət Həsənquliyev yazı ilə bağlı Mətbuat Şurasına müraciət etdiklərini deyib. Ümid Partiyasının sədri, keçmiş prezidentliyə namizəd İqbal Ağazadə məhkəməyə müraciət etmək niyyətində olmadığını bildirib: "Heç hara müraciət etmək niyyətim yoxdur. Yazını oxumamışam və oxusam da belə, kiməsə şikayət etmək istəmirəm. Fikrimcə, bu, mətbuata qarşı təzyiq olar". "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı isə deyib ki, məhkəmədə prezidentliyə sabiq namizədlərə qalib gəlməyə hazırdır: "Məmnunam ki, prezidentliyə namizədlər mübarizə aparmağa obyekt tapdılar". -
10-20-2008, 06:50 PMAPADövlət qulluğuna qəbulla bağlı elan edilən müsabiqəyə yekun vurulub
[b]Dövlət qulluğuna qəbulla bağlı elan edilən müsabiqəyə yekun vurulub[b]
[Bakı. Laura Cəbrayıllı - APA. Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən bu il sentyabrın 11-də dövlət qulluğuna qəbulla bağlı elan edilən müsabiqəyə sənəd qəbulu başa çatıb. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 33 dövlət orqanı üzrə 601 vakant dövlət qulluğu vəzifəsinə qeydə alınan 2338 namizədin 574-ü (24,6%) qadın, 1764-ü (75,4%) isə kişidir. Ən çox namizəd İqtisadi İnkişaf Nazirliyi (49 yerə 401 namizəd), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (88 yerə 181 namizəd), Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (57 yerə 168 namizəd), Təhsil Nazirliyi (58 yerə 168 namizəd) və Dövlət Miqrasiya Xidmətinə (9 yerə 159 namizəd) qeydə alınıb. Namizədlər gələn ayın ilk ongünlüyündə test imtahanından, sonra isə müsahibədən keçəcəklər. -
10-20-2008, 07:20 PMAPARusiya vətəndaşı Bakıda ölüb
[b]Rusiya vətəndaşı Bakıda ölüb[b]
[Bakı. Hafiz Heydərov - APA. Bakıda baş vermiş yol-nəqliyyat hadisəsində Rusiya vətəndaşı həlak olub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə R. Rüstəmov küçəsində baş verib. Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü İlqar Vaqif oğlu Həşimov idarə etdiyi "Mercedes" markalı, 10 TN 871 dövlət nömrə nişanlı maşınla piyada, Rusiya vətəndaşı, 1975-ci il təvəllüdlü Vyeçeslav Vitalyeviç Balyayevi vurub. V. Balyayev aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Faktla bağlı araşdırma aparılır. -
10-20-2008, 07:30 PMAPAFlora Kərimova Türkiyədə əməliyyat olunmaq fikrindən daşınıb
[b]Flora Kərimova Türkiyədə əməliyyat olunmaq fikrindən daşınıb[b]
[Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın xalq artisti Flora Kərimova Türkiyədə gözündən əməliyyat olunmaq fikrindən daşınıb. Xalq artisti APA-ya bildirib ki, əməliyyatın olacağını biləndə çox həyəcanlanıb, qorxu hissi keçirib: "Əməliyyat barədə danışıqlardan sonra gözüm öz-özünə düzəlməyə başladı. Gözümün tam düzəlməsi üçün bir az vaxt lazımdır. Az bir müddətdə gözüm tam gücünü bərpa edəcək və daha əməliyyata ehtiyac qalmayacaq". F. Kərimova onu da bildirib ki, problem tam həll olunandan sonra yaradıcılıq işlərini sürətləndirəcək. O, 12 mahnısına klip çəkdirməyi qarşısına məqsəd qoyduğunu da açıqlayıb.