[b]Peşəkar Futbol Liqası "Olimpik" klubunun xahişini rədd edib[b]
[Bakı. Aqşin Əliyev - APA-SPORT. Bakının "Olimpik" klubunun rəhbərliyi Peşəkar Futbol Liqasına (PFL) müraciət edib. "APA-SPORT"un məlumatıma görə, "təyyarəçilər" Premyer Liqanın VIII turu çərçivəsində sabah "Qəbələ"yə qarşı ev oyununun 1 gün ertələnməsini xahiş ediblər. "Olimpik" rəsmiləri heyətin 5 üzvünün Azərbaycan milli komandasına, 1 futbolçunun Moldova yığmasına çağırılmasını, daha 3 oyunçunun zədəli olmasını əsas göstəriblər.Lakin PFL "Olimpik"ə rədd cavabı verib. Qurum rəhbərliyi yığmamızın Bəhreynlə yoldaşlıq görüşünün VIII turla üst-üstə düşmədiyini bildirərək, müraciəti əsassız sayıb. Beləliklə, "Olimpik" - "Qəbələ" matçı qabaqcadan nəzərdə tutulduğu kimi, sabah "Şəfa" stadionunda keçiriləcək.
Azərbaycan Xəbərləri
Printable View

10-17-2008, 05:40 PMAPAPeşəkar Futbol Liqası "Olimpik" klubunun xahişini rədd edib

10-17-2008, 06:00 PMAPADİN və Baş Prokurorluq Azərbaycana külli miqdarda silah-sursat keçirilməsinin qarşısının alınması ilə bağlı məlumat yayıb
[b]DİN və Baş Prokurorluq Azərbaycana külli miqdarda silah-sursat keçirilməsinin qarşısının alınması ilə bağlı məlumat yayıb[b]
Bakı. Hafiz Heydərov - APA. Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğunun mətbuat xidmətləri Azərbaycana külli miqdarda silah keçirilməsinin qarşısının alınması ilə bağlı məlumat yayıb.
[DİN-in mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, 2008-ci il oktyabrın 13-ü, saat 13.00 radələrində Qazax-Bakı avtomagistral yolunun 343-cü km-də yerləşən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 723 saylı Yol Patrul Xidməti postunda yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində vəzifələrini yerinə yetirən polis əməkdaşları tərəfindən özünü şübhəli aparan Vəliyev İntiqam Fərman oğlunun idarə etdiyi "KamAZ" markalı, 35 BE 715 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi saxlanılıb. Avtomaşına baxış keçirilərkən onun yük hissəsindən Rusiya, Türkiyə və ABŞ istehsalı olan 157 ədəd yivsiz ov və pnevmatik silahlar, 26 qutu müxtəlif çaplı patronlar, 10 qutu patron gilizləri, 3 qutu ov tüfənginin ehtiyat hissələri və 300 ədəd qandal aşkar edilib.Torlanmış material üzrə Gəncə şəhər Polis İdarəsinin istintaq şöbəsində ilkin araşdırma aparılaraq həmin gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1 və 228.4-cü maddələri ilə cinayət işi başlanıb. Cinayətin törədilməsində vəzifəli şəxslərin, eləcə də xarici ölkə vətəndaşlarının iştirak etməsi ehtimalı və aktuallığı nəzərə alınaraq cinayət işi istintaqın davam etdirilməsi üçün Gəncə şəhər Prokurorluğuna həvalə edilib.İstintaqla müəyyən olunub ki, Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən, İstanbul-Bakı arasında sərnişin və yük daşıması ilə məşğul olan "Öz Nuhoğlu" şirkətinin Bakı nümayəndəliyinin işçisi Səyavuş Eyvazov Sumqayıt şəhərində ov silahlarının, onların komrlekt hissələrinin və döyüş sursatlarının satışı ilə məşğul olan "Franki" firmasının rəhbəri Qürbət Nəcəfov, əvvəllər "Qırmızı körrü" sərhəd-keçid məntəqəsində "Broker" təşkilatında işləmiş Ağstafa rayon sakini İlham Rəhimov və Türkiyə vətəndaşı Hacı Şərəf adlı şəxslə cinayət əlaqəsinə girərək, yivsiz ov və pnevmatik silahların, patronların, ov tüfənginin ehtiyat hissələrinin və qandalların qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsi barədə razılığa gəlib.Bu məqsədlə Hacı Şərəf Türkiyədə hələlik istintaqa məlum olmayan mənbədən əldə etdiyi yuxarıda qeyd olunan silah-sursatı Sumqayıt şəhər sakini Qürbət Nəcəfova satış məqsədilə çatdırılması üçün Türkiyə-Gürcüstan sərhədindən qanunsuz keçirməklə, Səyavuş Eyvazova təhvil verib. Səyavuş Eyvazov həmin silah-sursatı adları hələlik istintaqa məlum olmayan Gürcüstan vətəndaşlarının "QAZel" markalı avtomaşınına yükləyərək Gürcüstan-Azərbaycan sərhədinə gətirib və malların qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsi üçün tanışı İlham Rəhimova müraciət edib. İlham Rəhimov 2008-ci il oktyabrın 13-də həmin silah-sursatı "Sınıq körpü" gömrük postundan gömrük nəzarətindən kənar keçirərək Qazax rayonunun Şıxlı kəndi ərazisində İntiqam Vəliyevə məxsus "KamAZ" markalı avtomaşına yükləyib və Sumqayıt şəhərinə apararkən polis əməkdaşları tərəfindən saxlanılıb.İstintaqla müəyyən edilib ki, dəstə üzvləri əvvəllər də bir-neçə dəfə ov silahlarını, onun ehtiyat hissələrini və patronlarını qaçaqmalçılıq yolu ilə Azərbaycana gətiriblər. Törətdiyi cinayət əməllərinə görə, Səyavuş Eyvazov, Qürbət Nəcəfov və İlham Rəhimov qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə tərəfindən həbs qəti imkan tədbiri seçilib.Hazırda həmin cinayətin törədilməsində iştirakı olan digər şəxslərin məsuliyyətə cəlb edilməsi və dəstə üzvləri tərəfindən törədilmiş başqa cinayətlərin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. -
10-17-2008, 06:10 PMAPAAzərbaycan Dövlət Sosial Müdafiə Fondunun əhaliyə ödənişləri son 5 ildə 4,6 dəfə artıb
[b]Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun əhaliyə ödənişləri son 5 ildə 4,6 dəfə artıb[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məcmu gəlirləri ötən ilin müvafiq dövrünə nisbətdə 34% artaraq 959 mln. manat olub. «APA-ECONOMICS»in məlumatına görə, bunu DSMF sədri Səlim Müslümov bildirib. S.Müslümovun sözlərinə görə, Fondun gəlir proqnozu qeyri-büdcə təşkilatları üzrə 100,1% icra olunub.Fondun xərcləri isə hesabat dövründə 980 mln. manat təşkil edib. Bu vəsaitin 97%-i və ya 949 mln. manatı əhaliyə ödənişlərə yönəldilib. Bu da 2007-ci ilin müvafiq dövrünə nisbətən 37% çoxdur. Xərclərin 97%-ni pensiya ödəmələri təşkil edib. S.Müslümov onu da qeyd edib ki, son 5 ildə DSMF-dən əhaliyə ödənişlər 4,6 dəfə artaraq 1,349 mlrd. manata çatıb. -
10-17-2008, 06:20 PMAPABakıda "İslam bölgəsi fəlsəfəsinin dünya fəlsəfə sistemində tədqiqi və tədrisi problemləri" mövzusunda beynəlxalq konfrans keçiriləcək
[b]Bakıda "İslam bölgəsi fəlsəfəsinin dünya fəlsəfə sistemində tədqiqi və tədrisi problemləri" mövzusunda beynəlxalq konfrans keçiriləcək[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Bakıda noyabrın 28-də "İslam bölgəsi fəlsəfəsinin dünya fəlsəfə sistemində tədqiqi və tədrisi problemləri " mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfrans UNESKO-nun dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu tərəfindən təşkil olunacaq. Bu barədə APA-ya institutun fəlsəfə və ictimai fikir tarixi şöbəsinin müdiri Zümrüd Quluzadə məlumat verib. O bildirib ki, konfransda Rusiya, Türkiyə, İran və digər ölkələrin alim və mütəxəssisləri iştirak edəcək. İslam bölgəsi fəlsəfəsinin dünya miqyasında tədrisi və tədqiqi səviyyəsi ilə yanaşı, toplantıda müasir fəlsəfənin aktual problemləri, qədim əlyazmaların oxunması və nəşri məsələləri ətrafında fikir mübadiləsi aparılacaq. -
10-17-2008, 06:30 PMAPAAzərbaycan əhalisinin sayı 8 milyon 700 min nəfərə çatıb
[b]Azərbaycan əhalisinin sayı 8 milyon 700 min nəfərə çatıb[b]
Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan əhalisi 0,8% və ya 69 min nəfər artıb. Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə bildirilib ki, 2008-ci ilin oktyabr ayının 1-nə olan məlumata görə, Azərbaycan əhalisinin sayı 8,699 mln. nəfərə çatıb.
[Əhalinin 4,501 mln. nəfəri (51,7%) şəhər, 4,198 mln. nəfəri (48,3%-i) isə kənd sakinidir. Ölkə əhalisinin 49%-ni kişilər, 51%-ni qadınlar təşkil edir. Hazırda hər 1000 nəfər kişiyə 1027 qadın düşür. Əhalinin 23%-i 0-14 yaşda, 70%-i 15-64 yaşda, 7%-i 65 və yuxarı yaşda olanlardır. Əhalinin 31,2%-i 14-29 yaşda olan gənclərdir. Əhalinin orta yaşı 32, doğulanda gözlənilən ömür uzunluğu 72,4, o cümlədən kişilər üçün 69,7, qadınlar üçün 75,1 yaşdır. Bu il Azərbaycanda 107,9 min, gündə təxminən 394 körpə doğulub. Onların 53,6%-i oğlan, 46,4%-i qızdır. Körpələrin 1110-u əkiz, 13-i üçəmdir. Nikahda olmayan qadınlar tərəfindən doğulan uşaqların sayı bir qədər azalaraq diri doğulanlarının 10%-ni təşkil edib. Doğulan oğlan uşaqlarına ən çox Əli, Murad, Məhəmməd, Hüseyn və Nihad, qız uşaqlarına isə Fatimə, Nərmin, Fidan, Zəhra və Nuray adları qoyulub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə doğulanların sayı 17,4-dən 16,8-ə, ölənlərin sayı isə 6,4-dən 6,2-ə qədər azalıb. -
10-17-2008, 06:40 PMAPA"Azərbaycan fəlsəfə tarixi"nin II cildi çapdan çıxıb
[b]"Azərbaycan fəlsəfə tarixi"nin II cildi çapdan çıxıb[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Dörd cilddə nəşri nəzərdə tutulan "Azərbaycan fəlsəfə tarixi"nin II cildi çapdan çıxıb. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun fəlsəfə və ictimai fikir tarixi şöbəsindən məlumat verilib. Nəşrin I cildində ən qədim dövrdən XIII əsrə, II cilddə isə XIII-XVIII əsrlərdə Azərbaycan fəlsəfə tarixi əks olunub. Kitabların məsul redaktoru fəlsəfə elmləri doktoru Zümrüd Quluzadədir. Professor İzzət Rüstəmovun məsul redaktorluğu ilə nəşr ediləcək III cilddə XIX əsrin, IV cilddə isə XX əsrin milli fəlsəfə tarixindən bəhs olunacaq. -
10-17-2008, 07:30 PMAPAXanış Şahıyev Azərbaycan prezidentini seçkilərdə qələbəsi münasibətilə təbrik edib
[b]Xanış Şahıyev Azərbaycan prezidentini seçkilərdə qələbəsi münasibətilə təbrik edib[b]
[Bakı - APA. Oktyabrın 17-də Lerik rayonunun ağsaqqalı, fermer Xanış Şahıyev Azərbaycan prezidenti İlham Əliyevi seçkilərdə qələbəsi münasibətilə təbrik edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, X. Şahıyev dövlət başçısına möhkəm can sağlığı, xalqın xoşbəxt gələcəyi və firavanlığı naminə fəaliyyətində uğurlar arzulayıb. -
10-17-2008, 07:40 PMAPASerj Sarkisyan və Daniel Frid Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə ediblər
[b]Serj Sarkisyan və Daniel Frid Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə ediblər[b]
[İrəvan - APA. ABŞ dövlət katibinin müavini Daniel Frid Ermənistanda səfərdədir. APA-nın erməni saytlarına istinadən verdiyi məlumata görə, bu gün İrəvana gələn D. Frid prezident Serj Sarkisyanla görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli, erməni-türk münasibətləri və Ermənistandakı daxili siyasi vəziyyət müzakirə edilib. Tərəflər ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ probleminin həlli üçün ən optimal format olduğunu vurğulayıblar. Qeyd olunub ki, münaqişə beynəlxalq hüququn təməl prinsipləri nəzərə alınmaqla həll edilməlidir. -
10-17-2008, 07:50 PMAPAZaqatalada yanğın olub
[b]Zaqatalada yanğın olub[b]
[Zaqatala. Vüqar Heydərov -APA. Bu gün saat 18.15 radələrində Zaqatala rayonunun Suvəgil kəndində yanğın baş verib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, yanğın kənd sakini Pirdas Muradovaya məxsus mal tövləsində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala Rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşları gəlib və yanğın söndürülüb. Yanğın nəticəsində mal tövləsi və orada olan 200 ədəd ot kipi yanıb. -
10-17-2008, 08:10 PMAPAAzərbaycan prezidenti İlham Əliyev akademik Mahmud Kərimovu "Şöhrət" ordeni ilə təltif edib
[b]Azərbaycan prezidenti İlham Əliyev akademik Mahmud Kərimovu "Şöhrət" ordeni ilə təltif edib[b]
[Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev akademik Mahmud Kərimovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Mahmud Kərimov bu ordenə Azərbaycan elmi qarşısında xidmətlərinə görə layiq görülüb.