[b]Azərbaycanda Ukrayna avtobusları buraxılacaq[b]
[Bakı. Viktoriya Dementyeva - APA. Yaxın iki ildə Bakı şəhərində Ukrayna istehsalı olan «Bogdan Isuzu» sərnişin avtobuslarına xidmət göstərəcək servisin təşkili planlaşdırılır. Bundan sonra isə Azərbaycanda bu avtobusların yığılması prosesinə başlanıla bilər. «APA-ECONOMICS»in məlumatına görə, bunu Ukraynanın Azərbaycandakı səfirliyinin ticari-iqtisadi missiyasının başçısı Miroslav Blaşşuk bildirib. M.Blaşşuk qeyd edib ki, artıq bu gün Bakı şəhərində müxtəlif sərnişin marşrutlarında 170 ədəd «Bogdan Isuzu» avtobusu istismar olunur.Səfirlik təmsilçisi vurğulayıb ki, gələcəkdə Azərbaycanda Ukrayna təcrübəsi əsasında bu avtobuslardan istifadə etməklə «Məktəb avtobusu» proqramının tətbiqi planlaşdırılır. Bu proqram çərçivəsində uzaq ərazilərdə yaşayan şagirdlərin məktəbə aparıb-gətirilməsi təşkil olunacaq. M.Blaşşuk bildirib ki, Ukrayna tərəfi Heydər Əliyev Fonduna bu cür bir avtobus hədiyyə edib və artıq Fond və Təhsil Nazirliyi bu proqramın icrasını dəstəkləyib.
Azərbaycan Xəbərləri
Printable View

10-17-2008, 03:50 PMAPAAzərbaycanda Ukrayna avtobusları buraxılacaq

10-17-2008, 04:00 PMAPAAzərbaycanın müstəqillik aktına imza atan sabiq deputatların iştirakı ilə dəyirmi masa keçirilib
[b]Azərbaycanın müstəqillik aktına imza atan sabiq deputatların iştirakı ilə dəyirmi masa keçirilib[b]
[Bakı. Ramil Məmmədli-APA. Bu gün Azərbaycanın müstəqilliyi haqqında dövlət aktına imza atan sabiq deputatların iştirakı ilə dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib ki, bəyannamənin parlamentdə təsdiq olunması xalqın dəstəyi və ali qanunverici orqanda təmsil olunan "Müstəqil Azərbaycan" Deputat Blokunun mübarizəsi nəticəsində baş tutub: "Bu səbəbdən də "demblok"da təmsil olunan 46 nəfər deputat bizim tərəfimizdən "istiqlalçı deputatlar" adlandırılır". Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı həmin dövrləri unutdurulmasına cəhdlərin olduğunu bildirib. Onun sözlərinə görə "nə qədər cəhd edilsə də, 1988-1991-ci illərdə parlamentdə aparılan mübarizə unutdurula bilməz". O, biganəliyin bu vəziyyətə gəlib çatmasında özlərinin də günahı olduğunu söyləyib: "Meydanda və parlamentdə mübarizə apararaq, uğur qazananlar parçalandı. Artıq birləşməyə - bir təşkilatda birləşməyə doğru getməliyik". Toplantıda keçmiş deputatlar Etibar Məmmədov, Tahir Kərimli və həmin dövrdə siyasi mübarizədə iştirak edən şəxslər çıxış ediblər. -
10-17-2008, 04:10 PMAPAAzərbaycana gələn turistlərin sayı ildə 10%-dən çox artır
[b]Azərbaycana gələn turistlərin sayı ildə 10%-dən çox artır[b]
[Bakı. Viktoriya Dementyeva - APA. Azərbaycana gələn xarici turistlərin sayı ildə orta hesabla 10-11% artır. APA-nın məlumatına görə, bunu Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin müdiri Aydın İsmiyev bu gün keçirilən mətbuat konfransında bildirib. Tədbir ötən həftə Azərbaycan nümayəndə heyətinin qatıldığı «Ukrayna 2008» Beynəlxalq Turizm Sərgisinin nəticələrinə həsr olunub.A.İsmiyev bildirib ki, Ukraynaya səfər zamanı Azərbaycanın nazirlik və özəl turizm şirkətlərinin təmsilçiləri Ukrayna Dövlət Turizm və Kurort Xidmətinin rəhbərliyi, həmçinin yerli şirkət və təşkilatlarla görüşlər keçirilib. Görüşlərdə aparılan danışıqlarda əsas diqqət turizm sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi və optimallaşdırılması yolları diqqət mərkəzində saxlanılıb.A.İsmiyev qeyd edib ki, əgər 2002-ci ildə Azərbaycana 428 min xarici turist səfər edibsə, artıq 2007-ci ildə bu göstərici 1 mln-u üstələyib, cari ilin ilk yarısında isə ötən ilin ilk yarımilliyi ilə müqayisədə 200 min nəfər artıb. Eyni zamanda, 2007-ci ildə turizm sahəsində formalaşan gəlirlərin məcmu həcmi təxminən 177 mln. ABŞ dolları, bu ilin ilk yarısının yekununda isə 96,5 mln. dollar təşkil edib.Şöbə müdirinin sözlərinə görə, əgər 2002-ci ildə Azərbaycanda 94 otel və mehmanxana tipli obyekt fəaliyyət göstərirdisə, artıq bu gün həmin göstərici 337-yə çatıb. A.İsmiyev vurğulayıb ki, Azərbaycan turizm sektorunun əsas inkişaf dövrü son 6-7 ilə təsadüf edir.Tədbirdə iştirak edən Ukraynanın Azərbaycandakı səfirliyinin ticari-iqtisadi missiyasının başçısı Miroslav Blaşşuk bildirib ki, 2008-ci ilin yanvar-avqust ayları ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi təxminən 700 mln. dollara çatıb və ötən ilin analoji 8 aylıq göstəricisini 20% üstələyib.M.Blaşşuk xüsusi vurğulayıb ki, Ukrayna turistlərinin cəlb edilməsi üçün Azərbaycanda bir sıra kompleks tədbirlər həyata keçirilməlidir. Belə ki, ilk növbədə mövcud qiymət və tariflər turistlər üçün optimal həddə endirilməlidir, yeni çarter aviareysləri açılmalıdır, əlavə investisiyalar yatırılmalıdır və s. -
10-17-2008, 04:20 PMAPADünya Azərbaycanlıları Konqresinin yeni saytının təqdimatı olub
[b]Dünya Azərbaycanlıları Konqresinin yeni saytının təqdimatı olub[b]
[Bakı. Ramil Məmmədli - APA. Bu gün Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı qurumun yeni internet saytının ([) təqdimatı və DAK rəhbərliyinin (həmsədrlər - Sabir Rüstəmxanlı, Firidun Pərviznia, Daimi Şuranın sədri Əjdər Tağızadə) ABŞ və Avropa səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, S. Rüstəmxanlı deyib ki, ABŞ-da səfərdə olan DAK rəhbərliyi Corc Vaşinqton Universitetində "Qafqazda enerji təhlükəsizliyi və Azərbaycan" və "ABŞ-Azərbaycan əməkdaşlığında diasporanın rolu" mövzusunda konfranslara qatılıblar. Tədbirlərdən sonra S. Rüstəmxanlı, F. Pərvizniya və Ə. Tağızadə ABŞ Dövlət Departamentində, o cümlədən həm Respublikaçılar, həm də Demokratlar partiyalarını təmsil edən ayrı-ayrı qruplarla Senatda görüşlər keçiriblər. Avroatlantik məkan, Qafqaz və İran məsələləri üzrə mütəxəssislərin də iştirak etdiyi bu görüşlərdə DAK nümayəndə heyəti bir sıra problemlərlə bağlı fikir mübadiləsi aparıblar. DAK həmsədrləri həmçinin BMT rəsmiləri ilə görüşlər keçiriblər. Onun sözlərinə görə, bütün görüşlərdə Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın parçalanması ilə nəticələnən Türkmənçay müqaviləsinin 180 illiyi, Azərbaycan xalqının bölünmüş millət olması, o cümlədən İranda insan haqlarının hazırkı vəziyyəti ilə bağlı məlumatlar və sənədlər təqdim edilib. S. Rüstəmxanlı bildirib ki, Belçika hökumətinin nümayəndələri ilə görüşdə isə onlar diqqəti Ermənistanda və işğal olunan ərazilərdə saxlanılan əsirlərlə bağlı məsələyə yönəldiblər. Belçika hökumət rəsmiləri azərbaycanlı əsirlərlə bağlı məlumatın onlara təqdim edilməsini istəyiblər. -
10-17-2008, 04:30 PMAPABu ilin sonunadək Azərbaycanın bütün uşaq tibb müəssisələri elektron kart sistemi ilə əhatə olunacaq
[b]Bu ilin sonunadək Azərbaycanın bütün uşaq tibb müəssisələri elektron kart sistemi ilə əhatə olunacaq[b]
[Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycanın bütün uşaq tibb müəssisələri bu ilin sonunadək elektron kart sistemi ilə əhatə olunacaq. APA-nın məlumatına görə, bunu Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev deyib. Nazir bildirib ki, uşaqlar üçün nəzərdə tutulan sağlamlıq kartlarının paylanması davam etdirilir. Bu kartlarda körpələr haqqında bütün əhəmiyyətli informasiyalar toplanır. Uşağın hansı tibb müəssisəsində - doğum evi, poliklinika, xəstəxanada olmasından asılı olmayaraq, onun xəstəlikləri, genetik problemləri, müayinələrinin nəticələri, peyvəndləri və s. barədə məlumatlar bu kartlara qeyd edilir. -
10-17-2008, 04:50 PMAPAÇelik Bakıda xeyriyyə konserti verəcək
[b]Çelik Bakıda xeyriyyə konserti verəcək[b]
[Bakı. Ülkər Qasımova - APA. Azərbaycanda iş quran və burada yaşamağa qərar verən türkiyəli sənətçi Çelik Erişçinin Bakıdakı ilk konserti xeyriyyəçilik məqsədi daşıyacaq. O, konsertdən əldə olunacaq gəliri valideyn himayəsindən məhrum uşaqlara verəcək. APA-nın məlumatına görə, sənətçi konserti yeni açdığı "Le Paris" restoranında keçirmək fikrindədir: "Bakıda ilk konsertimi məhz xeyriyyə məqsədilə təşkil edəcəyəm. Həmin konsertdən əldə olunan gəliri isə kimsəsiz uşaqlara verəcəyəm. Valideyn himayəsindən məhrum olmuş uşaqların üzündə balaca bir gülüş görmək mənim üçün milyonlarla dollardan daha önəmlidir. Bu layihəmi həyata keçirdikdən sonra digər konsertlər barədə düşünəcəyəm". -
10-17-2008, 05:00 PMAPAAzərbaycan Kür və Araz çaylarında keçirilən növbəti ekoloji monitorinqin nəticələrini açıqlayıb
[b]Azərbaycan Kür və Araz çaylarında keçirilən növbəti ekoloji monitorinqin nəticələrini açıqlayıb[b]
[Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çayları, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə oktyabrın I ongünlüyündə keçirdiyi növbəti monitorinqin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq zamanı Kürün Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini (YVQH) dəfələrlə keçməsi müşahidə olunub. Kürün Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 2, mis birləşmələri 4 dəfə, Ağstafaçayda mis birləşmələri 3 dəfə (fenollar norma daxilindədir), Ağstafaçay su anbarında isə fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni keçib.Biogen maddələr və ammonium ionları norma daxilində olsa da, nitrit ionları Kür çayının Şıxlı-2 məntəqəsində 2 dəfə, Ağstafaçay məntəqəsində isə 1,9 dəfə YVQH-ni ötüb. Buna səbəb Gürcüstan və Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularıdır.Ermənistanla transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıqdır. Çayın Horadiz, I Şahsevən, Bəhramtəpə məntəqələrində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçib.Biogen maddələrdən nitrat və ammonium ionları norma daxilində olsa da, nitrit ionları Araz çayının Horadiz məntəqəsində 1,2 dəfə, Bəhramtəpədə 1,6 dəfə, I Şahsevəndə 1,8 dəfə YVQH-dən çox olub. Bunun da səbəbi Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan çirkab sulardır.Suyun oksigen rejimi isə bütün məntəqələrdə 5,28-6,64 mq/l arasında dəyişərək norma daxilində olub. -
10-17-2008, 05:10 PMAPAAzərbaycan Gürcüstana qaz ixracını artıra bilər
[b]Azərbaycan Gürcüstana qaz ixracını artıra bilər[b]
[Bakı. Vahab Rzayev, Zaur Nurməmmədov - APA-ECONOMICS. Azərbaycandan Gürcüstana qaz ixracının artırılacağı istisna olunmur. «APA-ECONOMICS»in məlumatına əsasən, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidentinin müşaviri Murad Heydərov bildirib.«Son hadisələri nəzərə alaraq, Gürcüstan şirkətləri ilə Rusiya «Qazprom»u arasında əməkdaşlıq dayandırılıb və, yəqin ki, Azərbaycan Gürcüstana əlavə qaz həcmləri göndərəcək», - deyə M.Heydərov bildirib. Lakin ARDNŞ rəsmisi Gürcüstan tərəfinin hələ belə bir təkliflə müraciət etmədiyini əlavə edib.M.Heydərovun sözlərinə görə, hazırda Azərbaycan Gürcüstana ildə 1 mlrd. kubmetrədək qaz ixrac edir. Bunun bir hissəsi «Sahdəniz I»-dən, qalan hissəsi isə «Azəri-Çıraq-Günəşli»dən nəql olunur. Ümumilikdə, Gürcüstanın qaza olan illik tələbatı 1,5 mlrd. kubmetrə bərabərdir.Qeyd edək ki, 2007-ci ildə «Qazprom» Gürcüstanda sənaye istehlakçıları ilə bağlanmış sazişlər əsasında bu ölkəyə qaz tədarük edib. Bundan başqa, Gürcüstan Rusiyanın Ermənistana tədarük etdiyi qazın həcminin 10%-ni tranzit haqqı kimi götürüb. «Qazprom»un 2007-ci il hesabatına əsasən, Gürcüstan 1,2 mlrd. kubmetr həcmində qaz alıb. Bu il isə Gürcüstan yalnız 10%-lik tranzit haqqının alınması ilə kifayətlənib. M.Heydərov əlavə edib ki, Gürcüstana əlavə qaz tələb olunacağı təqdirdə, Azərbaycan bu tələbatı təmin edə bilər. -
10-17-2008, 05:20 PMAPABu gün BBVB-nin valyuta bölməsində 8,665 mln. dollarlıq əqd bağlanıb
[b]Bu gün BBVB-nin valyuta bölməsində 8,665 mln. dollarlıq əqd bağlanıb[b]
[Bakı. Vüqar Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8086 AZN/$1 təşkil edib.BBVB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8086 AZN/$1, USD/AZN T+0 aləti üzrə əqdlərin həcmi 477 428 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 6 859 438 AZN, manatın orta məzənnəsi isə 0,8086 AZN/$1 təşkil edib.Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 8,665 mln. dollar və ya 7 336 866 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 1,733 mln. dollar düşür.Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. EUR/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 1 263 820 AZN, manatın orta məzənnəsi isə avroya nisbətən 1,0918 AZN təşkil edib. Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararasi kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 15,94%, ABŞ dolları üzrə isə illik 16,69% təşkil edib. Gün ərzində banklar arasında həcmi 1 mln. AZN, müddəti 30 gün, faiz dərəcəsi illik 16,00% olan 1 əqd qeydə alınıb. -
10-17-2008, 05:30 PMAPAAzərbaycan Dövlət Sosial Müdafiə Fondu yanvar-sentyabr aylarında sosial sığorta haqları üzrə gəlirlərini 31% artırıb
[b]Azərbaycan Dövlət Sosial Müdafiə Fondu yanvar-sentyabr aylarında sosial sığorta haqları üzrə gəlirlərini 31% artırıb[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sosial sığorta haqları üzrə gəlirləri 2008-ci ilin yanvar-sentyabr aylarında 2007-ci ilin müvafiq dövrünə nisbətən 31% artaraq 623 mln. manata çatıb. «APA-ECONOMICS»in məlumatına görə, bunu DSMF sədri Səlim Müslümov bildirib.Fonda daxil olan sığorta haqlarının 59%-i qeyri-büdcə təşkilatlarının payına düşür. Bu təşkilatlardan daxilolmalar həmin dövrə nisbətən 29%, fiziki şəxslərdən daxilolmalar 78%, torpaq mülkiyyətçiləri üzrə isə 95% artıb.S.Müslümovun sözlərinə görə, yeni iş yerlərinin yaradılması və sahibkarlıq fəaliyyəti subyektlərinin «bir pəncərə» prinsipi əsasında qeydiyyatının təşkili nəticəsində qeydə alınan sığortaolunanların sayı cari ilin ilk 6 ayı ərzində 75 min nəfər artıb. Hazırda Azərbaycanda sığortaolunanların sayı 1,8 mln. nəfərdən çoxdur.