[b]Əbülfəs Qarayev: "AŞ PA Mədəniyyət, Mədəni və Təbii İrs Direktorluğunun missiyasının vahid tərkibdə təşkil olunmasında israr edirik"[b]
[Bakı. Tamara Qriqoryeva-APA. "Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, Mədəni və Təbii İrs Direktorluğunun missiyası Azərbaycana səfər etməyi planlaşdırır. Biz əvvəlki kimi missiyanın vahid tərkibdə təşkil olunmasında israr edirik". APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev verib. Onun sözlərinə görə, Azərbaycan ölkəmizə, işğal altında olan ərazilərə və Ermənistana səfər edəcək missiyanın eyni tərkibdə olmasını istəyir. Əbülfəs Qarayev bildirib ki, Ermənistanda islam mədəni abidələrinin dağıdılmasına dair Azərbaycan tərəfdə faktlar mövcuddur: "Hazırda tərəflərə alternativ missiya variantları təklif olunur, bu, missiyanın müxtəlif vaxtlarda hər bir regiona səfər etməsi deməkdir. Bu variant bizi qane etmir, çünki missiyanın tərkibində dəyişiklik ola bilər və nəticədə müxtəlif fikirlər meydana çıxar". Nazir bildirib ki, Ermənistanın səfərlə bağlı hər dəfə yeni təklif irəli sürməsi bu missiyanın həyata keçirilməsi üçün problemlər yaradır: "Missiyanın baş çəkəcəyi abidələrin siyahısı hələ dəqiqləşdirilir, problem ondadır ki, Ermənistan tərəfi bu prosesi uzadır. Bununla belə, Azərbaycan Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, Mədəni və Təbii İrs Direktorluğunun missiyasını qəbul etməyə hazırdır".
Azərbaycan Xəbərləri
Printable View

10-06-2008, 12:10 PMAPAƏbülfəs Qarayev: "AŞ PA Mədəniyyət, Mədəni və Təbii İrs Direktorluğunun missiyasının vahid tərkibdə təşkil olunmasında israr edirik"

10-06-2008, 12:20 PMAPAİKT Gənclər Forumu qurumun təhsil nazirlərinin konfransında bir sıra təşəbbüslər irəli sürəcək
[b]İKT Gənclər Forumu qurumun təhsil nazirlərinin konfransında bir sıra təşəbbüslər irəli sürəcək[b]
[Bakı. Tamara Qriqoryeva-APA. İslam Konfransı Təşkilatının Gənclər Forumu qurumun təhsil nazirlərinin konfransında bir sıra təşəbbüslər irəli sürəcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə forumun baş katibi Elşad İsgəndərov məlumat verib. Onun sözlərinə görə, İKT Gənclər Forumu quruma üzv ölkələrin dərs kitablarına Xocalı faciəsi haqqında fəslin daxil edilməsi təşəbbüsünü irəli sürəcək. Bundan başqa forum İKT ölkələrində Xocalı faciəsinin anılması məsələsinə dair kurs təşkil etmək niyyətindədir. BU konteksdə digər təşəbbüs İKT regionunda Xocalı faciəsinin anım gününün təyin olunması ilə bağlıdır. Qeyd olunan təşəbbüslərlə bağlı layihələr 2009-2012-ci illərdə həyata keçiriləcək. -
10-06-2008, 12:30 PMAPAAzərbaycanın dörd futbolçusu "Real" klubuna cəlb olunacaq
[b]Azərbaycanın dörd futbolçusu "Real" klubuna cəlb olunacaq[b]
AFFA rəhbərliyi "kral klubu" ilə qarşılıqlı əməkdaşlığı müzakirə etmək üçün Madridə yollanacaq
[Bakı. Mehman Süleymanov - APA-SPORT. AFFA rəhbərliyi Madridin "Real" klubu ilə qarşılıqlı əməkdaşlıqla bağlı danışıqlar aparıb. "APA-SPORT"un assosiasiyanın rəsmi İnternet saytına istinadən məlumatına görə, 17 yaşlılardan ibarət yığmamızın 4 üzvü "kral klubu"nun eyniyaşlı komandasında bir aylıq təlim-məşq toplanışı keçəcək.Yaxın günlərdə AFFA-nın baş katibi Elxan Məmmədov, U-17 və U-21-in baş məşqçisi, həmçinin ali futbol qurumunun texniki direktoru Bernard Lippert və hüquqşünas Rəmiş Malıyev "Real"la əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün İspaniyaya səfərə yollanacaqlar. Madrid komandasında təlim-məşqdə olacaq futbolçulardan ikisi isə bir aylıq toplanış başa çatdıqdan sonra "Real"ın məşqçilərinin seçiminə əsasən, klubun 17 yaşlılardan ibarət komandasına cəlb ediləcək. Bununla bağlı bütün xərclər ispaniyalılar tərəfindən ödəniləcək.Qeyd edək ki, U-17 yığmamız bu il sentyabrın 17-də Madriddə "Real"la keçirdiyi yoldaşlıq görüşündə 3:2 hesablı qələbə qazanmışdı. -
10-06-2008, 12:40 PMAPAAzərbaycan Dövlət Neft Şirkətinin REBCO markalı növbəti xam neft partiyasını İsveçrənin «Vitol» şirkəti alıb
[b]Azərbaycan Dövlət Neft Şirkətinin REBCO markalı növbəti xam neft partiyasını İsveçrənin «Vitol» şirkəti alıb[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi oktyabr ayının 29-30-da Rusiyanın Novorossiysk limanından 600 min barel həcmində REBCO markalı xam neft partiyasının ixracına dair elan etdiyi marketinq sorğusunun nəticələrini açıqlayıb. Bu barədə «APA-ECONOMICS»ə ARDNŞ-dan məlumat verilib.Oktyabrın 3-də yekun vurulmuş sorğunun nəticələrinə əsasən, İsveçrənin «Vitol S.A.» şirkəti qalib elan olunub.Qeyd edək ki, ARDNŞ Bakı-Novorossiysk neft kəməri ilə xam neftin ixracına 1997-ci ildə başlayıb. Bu marşrutla ARDNŞ-in hasil etdiyi xam neft ixrac olunur. Neft kəmərlə nəql olunaraq Rusiya ərazisində «Transneft» şirkətinin kəmərlər sistemində rusiyalı ixracatçıların neftinə qarışır və Novorossiysk limanından Urals (Rusiya xam neft növü) markası altında satılır. -
10-06-2008, 12:50 PMAPAAzərbaycanda keçirilən sonuncu pul hərracında iki səhmdar cəmiyyətinin səhmləri satılıb
[b]Azərbaycanda keçirilən sonuncu pul hərracında iki səhmdar cəmiyyətinin səhmləri satılıb[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) tərəfindən oktyabrın 2-də keçirilən 481-ci pul hərracında iki səhmdar cəmiyyətinin səhmləri satılıb. Bu barədə «APA-ECONOMICS»ə DƏİEDK-dən məlumat verilib.Hərracda səhmləri satılmış təşkilatlar «Kürdəmir Broyler» və «Qusar Konserv» səhmdar cəmiyyətləridir.Səhmdar cəmiyyətlərinin məcmu nizamnamə kapitalı 2 848 511 manat, buraxılmış səhmlərinin ümumi sayı 1 592 578 ədəd, bir səhminin nominal qiyməti 2 manat, satışa çıxarılmış səhmlərinin sayı 267 179 ədəd, satışa çıxarılmış səhmlərin nominal dəyəri 534 358 manat, satışa çıxarılmış səhmlərin ilkin hərrac qiyməti isə 267 179 manat təşkil edib. Hərraca çıxarılmış bütün səhmlər satılıb. -
10-06-2008, 01:00 PMAPAKürdəmirdə baş verən yol qəzasında üç nəfər ölüb
[b]Kürdəmirdə baş verən yol qəzasında üç nəfər ölüb[b]
[Kürdəmir- Şahnəzər Bəşirov-APA Ötən gecə saat 22.30 radələrində Bakı-Qazax magistral yolunun Ağsu-Kürdəmir-İmişli yolu ilə kəsişməsində baş verən yol qəzasında 3 nəfər ölüb. Kürdəmir rayon Polis Şöbəsindən APA-nın Şirvan bürosuna verilən məlumata görə, Cəbrayıl rayonundan olan məcburi köçkün, hazırda Biləsuvar rayonundakı qaçqın şəhərciyində yaşayan 1970-ci il təvəllüdlü Hacıyev Arif Mürsəl oğlunun idarə etdiyi 02-BC-230 dövlət nömrə nişanlı VAZ-21-011 markalı minik avtomobili Bakı istiqamətində hərəkət edən Türkiyənin Koçeli- İzmit şəhər sakini, 1952-ci il təvəllüdlü Kinc Osman Mehmet oğlunun idarə etdiyi 34-YJ-4840 nömrə nişanlı "Volvo" markalı qoşqulu yük avtomaşını ilə toqquşub. Nəticədə VAZ-21-011 markalı avtomobilin sürücüsü A. Hacıyev və onun sərnişinləri Göyçay rayonu Çərəkə kənd sakini 1984-cü il təvəllüdlü Əhmədov Elmir Oqtay oğlu, 1966-cı il təvəllüdlü Bakı şəhəri Biləcəri qəsəbə sakini İsmayılov Roman Ümidvar oğlu hadisə yerində ölüblər. Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. -
10-06-2008, 01:10 PMAPAVakant dövlət qulluğu vəzifələri ilə bağlı elan edilən müsahibə üzrə sənəd qəbulu başa çatıb
[b]Vakant dövlət qulluğu vəzifələri ilə bağlı elan edilən müsahibə üzrə sənəd qəbulu başa çatıb[b]
[Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən sentyabrın 11-də elan edilən müsahibəyə təqdim edilən 198 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün sənəd qəbulu başa çatıb. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, komissiyada 106 namizəd qeydə alınıb. Onlardan 17-si qadın, 89-u isə kişidir. Qeyd olunub ki, 14 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarını əhatə edən bu vəzifələrdən 69,19 faizi üç dövlət orqanı üzrədir. Müsahibədə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi 70, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 38, Dövlət Sosial Müdafiə Fondu isə 29 vakant vəzifə ilə iştirak ediblər. Müsahibədə iştirak etmək üçün ən çox namizəd Mədəniyyət və Turizm Nazirliyi (3 vakant yerə qarşı 7 namizəd), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (8 vakant yerə qarşı 13 namizəd) və İqtisadi İnkişaf Nazirliyi (18 vakant yerə qarşı 20 namizəd) üzrə qeydə alınıb. Bu dövlət orqanları üzrə bir vakant yerə sənəd verən namizədlərin sayı müvafiq olaraq 2.33, 1.63 və 1.11 olub. Müsahibədə 1 vakant vəzifə ilə iştirak edən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Dövlət Dəniz Administrasiyası üzrə heç bir namizəd qeydə alınmayıb. -
10-06-2008, 01:20 PMAPAÖtən ay Azərbaycanın 1 695 875 kv/m ərazisi mina və partlamamış hərbi sursatdan təmizlənib
[b]Ötən ay Azərbaycanın 1 695 875 kv/m ərazisi mina və partlamamış hərbi sursatdan təmizlənib[b]
[Bakı. Rəşad Süleymanov - APA. Cari ilin sentyabr ayı ərzində Azərbaycanın 1 695 875 kv/m ərazisi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) APA-ya verilən məlumata görə, təmizləmə əməliyyatları nəticəsində 15 101 PHS və mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda 339 nəfər, həmçinin 5 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edib. ANAMA tərəfindən indiyədək ümumilikdə 75 109 944 kv/m ərazi təmizlənib və 343 932 ədəd mina və PHS tapılaraq zərərsizləşdirilib. Agentlik tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Goranboy, Xocavənd, Ağstafa rayonlarında və Bakı şəhəri Qaradağ rayonunda aparılır. Sentyabr ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.Qeyd edək ki, 2001-ci ilin sentyabrından müxtəlif mənbələrə istinadən aparılan statistikaya görə 101 hadisədə 57 nəfər həlak olub, 137 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. -
10-06-2008, 01:30 PMAPAANAMA İsveçdən minatəmizləmə təlimlərində istifadə olunan xüsusi «D-MİNE» elektron sistemi alıb
[b]ANAMA İsveçdən minatəmizləmə təlimlərində istifadə olunan xüsusi «D-MİNE» elektron sistemi alıb[b]
[Rəşad Süleymanov - APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) İsveçdən minatəmizləmə mütəxəssisləri üçün keçirilən təlimlər zamanı istifadə olunan xüsusi «D-MİNE» elektron sistemi alıb. Bu barədə APA-ya ANAMA-dan məlumat verilib. Agentliyin nümayəndələri ötən ay İsveçə səfəri çərçivəsində «D-MİNE» sistemlərinin istehsalçısı olan «Arne Nordstroms Mexanikal» şirkəti ilə danışıqlar aparılıb və sistemin alğı-satqısına dair razılıq əldə olunub.Hazırda «D-MİNE» sisteminin təlim prosesinə inteqrasiyası başlanıb. ANAMA-da hesab edirlər ki, sistemin istifadəsi əməliyyatlar zamanı minatəmizləmə heyətinin təhlükəsizlik səviyyəsini artıracaq və bununla əməliyyatların daha da məhsuldar olmasına köməklik göstərəcək. -
10-06-2008, 01:40 PMAPAQənimət Zahidin 1 saylı İstintaq Təcridxanası ilə bağlı iddiası təmin olunmayıb
[b]Qənimət Zahidin 1 saylı İstintaq Təcridxanası ilə bağlı iddiası təmin olunmayıb[b]
[Bakı-APA. Bu gün Səbayel Rayon Məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin 1 saylı İstintaq Təcridxanasına qarşı qaldırdığı 300 səhifədən çox əlyazmalarının qaytarılması iddiası ilə bağlı məhkəmə prosesi yekunlaşıb. APA-nın xəbərinə görə, məhkəmə Q. Zahidin iddiasının təmin olunmaması barədə qərar qəbul edib .Baş redaktorun vəkili Elçin Sadıqov APA-ya açıqlamasında qərardan apellyasiya şikayəti verəcəyini deyib. Qeyd edək ki, Q. Zahid iddiasında ona məxsus 300 səhifəlik əlyazmalarının təcridxana rəhbərliyi tərəfindən məhv edildiyini bildirib.