[b]Yanvar-avqust aylarında Azərbaycanda magistral neft və qaz kəmərləri ilə nəqletmə müvafiq olaraq 17% və 59% artıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 31,2 mln. ton neft nəql edilib. Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, nəqletmənin ¾ hissəsi Bakı-Tiflis-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib. Ötən dövr ərzində Bakıdan 23,5 mln. ton və ya 23,5% çox neft ötürülüb. Ümumilikdə, magistral neft kəmərləri ilə nəql edilmiş neftin həcmi əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 16,5% artıb.Hesabat dövrü ərzində ölkənin magistral qaz kəmərləri ilə 7,1 mln. ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 58,9% çox qaz nəql edilib. Nəql edilən qazın 29%-i Bakı-Tiflis-Ərzurum (BTƏ) kəməri vasitəsilə həyata keçirilib. Cari ilin səkkiz ayı ərzində bu kəmər vasitəsilə 3 mlrd. kubmetr qaz ötürülüb.
Azərbaycan Xəbərləri
Printable View

09-19-2008, 05:50 PMAPAYanvar-avqust aylarında Azərbaycanda magistral neft və qaz kəmərləri ilə nəqletmə müvafiq olaraq 17% və 59% artıb

09-19-2008, 06:00 PMAPAAzərbaycanın müdafiə naziri Səfər Əbiyev Bernar Fasie ilə görüşüb
[b]Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Bernar Fasie ilə görüşüb[b]
[Bakı - APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev sentyabrın 19-də ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasieni qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə regionda hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. -
09-19-2008, 06:10 PMAPASəfir Hulusi Kılıc: "Azərbaycan və Türkiyənin qarşılıqlı dəstəyi həmişə davam edəcək"
[b]Səfir Hulusi Kılıc: "Azərbaycan və Türkiyənin qarşılıqlı dəstəyi həmişə davam edəcək"[b]
[Bakı. Laura Cəbrayıllı - APA. "Tarix keçmişin aynasıdır. Biz bu aynada 1918-ci il hadisələrini, Azərbaycan-türk qardaşlarının kürək-kürəyə dayanıb bir mücadilə apardığını, 1918-ci ildə bu torpaqları kimlərin işğal etmək istədiyini görürük". APA-nın məlumatına görə, bu açıqlamanı Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç verib. Milli Azərbaycan Tarixi Muzeyində açılan Qafqaz İslam Ordusu və Bakının azad edilməsinə dair sərgi ilə tanış olan səfir hər kəsin bu sərgini görməsini tövsiyə edib: "Türkiyə-Azərbaycan qardaşlığına hələ şübhə edənlər varsa, buyurub, bu sərgiyə baxsınlar. Onlar görəcəklər ki, bizim qardaşlığımız Çanaqqala savaşı, Azərbaycan torpaqlarının qurtuluşundan sonra Türkiyədəki istiqlal savaşında azərbaycanlı qardaşlarımızın Atatürkə etdiyi yardımlarla, daha sonra isə Dağlıq Qarabağ məsələsində davam edib, həmişə də davam edəcək". -
09-19-2008, 06:20 PMAPAMilli Azərbaycan Tarixi Muzeyində Bakının azad edilməsinə həsr olunmuş sərgi açılıb
[b]Milli Azərbaycan Tarixi Muzeyində Bakının azad edilməsinə həsr olunmuş sərgi açılıb[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Qafqaz İslam Ordusu və Bakının rus-daşnak qoşunundan azad edilməsinə həsr olunmuş sərgi açılıb. APA-nın məlumatına görə, sərgidə Qafqaz İslam Ordusunun tarixi, döyüşlərinə dair məlumatlar, əsgərlərinin geyimləri, silahları nümayiş olunub. Sərgi ilə tanış olan Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç sərginin gözəl hazırlandığını və burada Azərbaycan-Türkiyə qardaşlığının əks olunduğunu bildirib. Sərginin iştirakçılarına yenicə çapdan çıxmış Mehman Süleymanovun "Nuru Paşa", Qaimmaqam Rüştü Türkərin "Qafqaz Türk İslam Ordusu Bakı yollarında" kitabı təqdim edilib. -
09-19-2008, 06:30 PMAPADövlət İncəsənət Muzeyi və Gənc Tamaşaçılar Teatrının bərpa layihələrində dəyişiklik olub
[b]Dövlət İncəsənət Muzeyi və Gənc Tamaşaçılar Teatrının bərpa layihələrində dəyişiklik olub[b]
[Bakı. Ülkər Qasımova-APA. Hazırda əsaslı təmir işləri aparılan Azərbaycan Dövlət İncəsənət Muzeyi və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bərpa layihələrində dəyişiklik olub. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, elə məhz bu səbəbdən binaların istifadəyə verilməsi prosesi bir qədər gecikəcək. Mədəniyyət və turizm naziri hər iki mədəniyyət ocağının bu ilin son ayında təhvil veriləcəyini açıqlayıb. -
09-19-2008, 06:40 PMAPAAzərbaycan bankları yalnız faiz gəlirlərindən mənfəət götürür
[b]Azərbaycan bankları yalnız faiz gəlirlərindən mənfəət götürür[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycanda fəaliyyət göstərən bank kredit təşkilatlarının cari mənfəəti yalnız faiz gəlirləri hesabına formalaşır. Azərbaycan Milli Bankından (AMB) «APA-ECONOMICS»ə verilən məlumata əsasən, bankların qeyri-faiz xərcləri isə qeyri-faiz gəlirlərini üstələyir. Belə ki, 2008-ci ilin avqust ayının əvvəlinə Azərbaycandakı bankların məcmu mənfəəti 146,59 mln. manat təşkil edib ki, bu da 2007-ci ilin eyni dövrü ilə müqayisədə 63,2% çoxdur. O cümlədən, faiz mənfəəti - 296,53 mln. manat (artım - 85,3%), qeyri-faiz zərəri - 29,09 mln. manat (artım - 85,1%), aktivlər üzrə xüsusi ehtiyatlara ayırmalar isə 120,71 mln. manat təşkil edib (artım - 121%). Qeyd edək ki, bu ayırmaların kəskin şəkildə artmasının əsas səbəbləri aktivlərin ümumi həcminin və aktivlərin ümumi strukturunda yüksək riskli aktivlərin artması ilə bağlıdır.Qeyd edək ki, avqust ayının əvvəlinə bankların ümumi faiz gəlirləri 533,66 mln. manat (artım - 97,2%), faiz xərcləri 237,13 mln. manat (artım - 114,5%), qeyri-faiz gəlirləri 162,02 mln. manat (artım - 56,5%), xərcləri isə 191,11 mln. manat (artım - 60,3%) təşkil edib. Göründüyü kimi, bankların faiz gəlir və xərclərinin kəskin artımı müşahidə olunur ki, bu da kreditləşmənin genişlənməsi ilə bağlıdır. Belə ki, avqustun 1-nə, bank kreditlərinin həcmi 6 361,5 mln. manat təşkil edib və bu, 2007-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 84,7% artıqdır. Faiz gəlirləri və kreditlərin artım templərinin müqayisəsi banklar tərəfindən kreditlər üzrə faiz dərəcələrinin kiçik səviyyədə qaldırdığını göstərir. Banklarda qeyri-faiz gəlirlərinin aşağı səviyyədə olması və ümumilikdə qeyri-faiz xərclərinin gəlirləri üstələməsi olduqca neqativ amildir. Çünki bu, bankların öz mənfəətini yalnız kredit əməliyyatlardan əldə etdiyini göstərir. Xatırladaq ki, qeyri-faiz gəlirlərə investisiya fəaliyyətindən, valyuta əməliyyatlardan, alınmış komissiya və cərimələrdən və s. bu kimi gəlirlər aiddir; qeyri-faiz xərclərə isə əməliyyat xərcləri, qiymətli kağızlarla əməliyyatlar üzrə xərclər, inzibati və s. bu kimi xərclər aiddir. Qeyd edək ki, bu cür gəlir və xərclərin strukturu normal kimi qiymətləndirilə bilməz, çünki banklar kreditləşmədən başqa geniş çeşiddə digər xidmətlər göstərir (kreditlərlə bağlı olmayan) və bunlardan gəlir götürməlidir. Lakin Azərbaycan bankları bu cür xidmətlərdən faydalanmır (yalnız zərər əldə edir). -
09-19-2008, 06:50 PMAPANizami Quliyev: "İstefa ərizəmi bu gün AXCP rəhbərliyinə təqdim etdim, Qulamhüseyn Əlibəylinin təsis edəcəyi partiyada olacağam"
[b]Nizami Quliyev: "İstefa ərizəmi bu gün AXCP rəhbərliyinə təqdim etdim, Qulamhüseyn Əlibəylinin təsis edəcəyi partiyada olacağam"[b]
[Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, keçmiş millət vəkili Nizami Quliyev partiya sıralarından istefa verib. N. Quliyev APA-ya bildirib ki, bu gün istefa ərizəsini AXCP rəhbərliyinə təqdim edib. İstefasının səbəblərinə toxunan N. Quliyev bunun partiyada taktiki gedişlərlə bağlı yaranmış fikir ayrılıqları ilə izah edib: "Taktiki gedişlər də daha çox seçkiyə münasibətdə fərqlidir. Mən elə bilirəm ki, partiyanın prioritet vəzifəsi seçkilərdə iştirak və bu yolla hakimiyyətə gəlməkdir. Əgər hər hansı bir partiya seçkidə iştirakdan imtina edirsə, onun proqramdan kənar əlavə resursları olmalıdır. Yəni xalqı inqilaba, üsyana hazırlamalıdır. Bu olmadığına və partiya seçkidə iştirak etmədiyinə görə, digər tərəfdən seçkiləri aktiv yox, passiv boykot etdiyinə görə qərara gəldim ki, bu partiyada siyasi fəaliyyəti davam etdirmək mənim xarakterimə uyğun gəlmir". N. Quliyev bir qədər əvvəl AXCP-dən istefa vermiş Qulamhüseyn Əlibəylinin təklifi ilə ona qoşulmaq qərarı verdiyini qeyd edib: "Qulamhüseyn bəyin təklifi ilə dərhal razılaşdım. Yəqin o özü də gələcəkdə bu məsələləri açıqlayacaq. Qulamhüseyn bəy seçkilərdə iştirak edir, mən də həmişə seçkidə iştirakın tərəfdarı olmuşam". Partiyadan digər şəxslərin də istefaya hazırlaşıb-hazırlaşmamasına gəldikdə, N. Quliyev bu barədə hər hansı fikir bildirmək istəməyib: "Nə Qulamhüseyn bəy, nə də mən o əxlaqın sahibi deyilik ki, partiyadan kimlərisə uzaqlaşdırmağa çalışaq. Bu mövqedən asılı olan məsələdir. Bizim əqidəmiz dəyişməyib, eynidir. Biz uzun illərdir, bu əqidədəyik. Sadəcə, taktiki gedişlərlə razılaşmadığımız üçün bu addımı atmışıq. Biz heç kimə heç nə təklif etməmişik". N. Quliyev Q. Əlibəylinin təsis edəcəyi partiyada təmsil olunacağını da qeyd edib. -
09-19-2008, 07:00 PMAPAAzərbaycan prezidentinin iştirakı ilə Zaqatala aeroportunun açılışı olub
[b]Azərbaycan prezidentinin iştirakı ilə Zaqatala aeroportunun açılışı olub[b]
Balakən. Vüqar Heydərov - APA. Azərbaycan prezidenti İlham Əliyev Zaqatala rayonunda olub.
[APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, dövlət başçısı Daxili Qoşunların Zaqatalada inşa edilən hərbi hissəsinə baxış keçirib, daha sonra Heydər Əliyev adına Parkda Heydər Əliyevin abidəsini ziyarət edib. Parkda Heydər Əliyev muzeyinin açılışı olub. Bundan başqa, prezident İ. Əliyev Zaqatalada yeni tikilmiş stadionun və aeroportun açılışına qatılıb. Ölkə başçısı Zaqatala aeroportunun açılışında çıxış edib. Daha sonra o, Zərifə Əliyeva adına parkın, və "Qafqaz" otelinin açılışlarına qatılıb. Ölkə başçısı rayonda Diaqnostika Mərkəzinin, Zərifə Əliyeva adına Texniki Fənlər Liseyinin açılışında, Qarabağ əlilləri və şəhid ailələri üçün tikilən 36 mənzilli 4 mərtəbəli binanın orderlərinin verilməsi mərasimində də iştirak edib. Zaqatalaya səfərini başa vuraraq, Qax rayonuna gedən prezident İ. Əliyev burada parkın, Heydər Əliyev Muzeyinin açılışında iştirak edib. Ölkə başçısının iştirakı ilə Qaxda yeni İdman Kompleksinin təməl qoyma mərasimi də keçirilib. Prezidentin Şəki, Oğuz, Qəbələ rayonlarına da gedəcəyi gözlənilir. -
09-19-2008, 07:10 PMAPAMurtuz Ələsgərov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib
[b]Murtuz Ələsgərov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib[b]
[Bakı - APA. Prezident İlham Əliyev Murtuz Ələsgərovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, M. Ələsgərov Azərbaycanda hüquq elmi və təhsilinin inkişafında xidmətlərinə görə təltif olunub. -
09-19-2008, 07:30 PMAPAABŞ-ın Ermənistandakı yeni səfiri vəzifəsinin icrasına başlayıb
[b]ABŞ-ın Ermənistandakı yeni səfiri vəzifəsinin icrasına başlayıb[b]
[İrəvan-APA. ABŞ-ın Ermənistandakı yeni səfiri Mari Yovanoviç səlahiyyətlərinin icrasına başlayıb. APA-nın "Reqnum" agentliyinə istinadən yaydığı məlumata görə, xanım səfir bu gün etimadnaməsinin surətini xarici işlər naziri Edvard Nalbandyana təqdim edib. Qeyd edək ki, artıq iki ildir ABŞ-ın Ermənistanda səfiri vəzifəsi vakant qalmışdı. Sabiq səfir Con Evans 2006-cı ildə verdiyi bir bəyanatda Türkiyənin guya ermənilərə qarşı soyqırımı törətdiyini bəyan etməsindən sonra rəsmi Vaşinqton onu geri çağırıb. ABŞ prezidenti Corc Buş Ermənistana səfir postuna qondarma "erməni soyqırımı"nı tanımaqdan qəti şəkildə imtina edən Riçard Xoqlandın namizədliyini irəli sürsə də, Konqres onun namizədliyini təsdiqləməyib. Avqustun 1-də ABŞ Senatı Mari Yovanoviçin Ermənistana səfir təyin olunması barədə prezidentin sərəncamını təsdiqləyib. Mari Yovanoviç bundan əvvəl ABŞ-ın Qırğızıstanda səfiri vəzifəsində çalışıb.