[b]"Azərbaycanın Avroatlantik məkana inteqrasiyası və demokratik seçkilər" mövzusunda konfrans başa çatıb[b]
Bakı. Rəşad Süleymanov-APA. Bu gün Bakıda "Azərbaycanın Avroatlantik məkana inteqrasiyası və demokratik seçkilər" mövzusunda keçirilən ikigünlük konfrans öz işini başa çatdırıb.
[APA-nın məlumatına görə, konfransın bu gün keçirilən müxtəlif sessiyalarında "Avroatlantik məkana inteqrasiyada seçkilərin rolu", "Azərbaycan-NATO əməkdaşlığı: Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planından irəli gələn məqsəd və vəzifələr", "Qafqazın Avroatlantik qurumlara inteqrasiyası prosesində Türkiyənin rolu", "Demokratiyanın inkişafı və insan hüquqlarının təmin olunmasında informasiya cəmiyyətinin rolu", "Avroatlantik məkana inteqrasiya: müdafiə və təhlükəsizlik sahəsində" əlaqələr mövzularında məruzələr dinlənilib. Konfransda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev informasiya cəmiyyətinin inkişafından danışıb. Cənubi Qafqaz və Avropa arasında informasiya mübadilələrinin artdığını deyən R.Əliquliyev bu sahədə NATO-nun da mühüm rol oynadığını vurğulayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Problemləri İdarəsinin II katibi Hikmət Hacıyev isə Azərbaycan və NATO arasında həyata keçirilən Fərdi Tərəfdaşlığq üzrə Əməliyyat Planı (İPAP), Sülh Naminə Tərəfdaşlıq Proqramı (PfP), Planlaşdırma və Analiz Prosesi (PARP), PARPDİB və digər proqramlar barədə məlumat verib. "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmaları Mərkəzinin direktoru Cəsur Məmmədov isə Azərbaycanda hərbi qurumlar və KİV əlaqələri barədə məruzə ilə çıxış edib. Konfransda qeyd olunub ki, NATO ilə həyata keçirilən İPAP-da qeyd olunan əsas məsələlərdən biri də ictimaiyyətlə və KİV-lə əlaqələrdir. Hazırkı dövrdə Azərbaycanın hərbi qurumlarının KİV-lə əlaqələrini tənzimləyəcək informasiya strategiyasının yaradılmasına ehtiyac duyulur. Qeyd edək ki, konfrans Azərbaycan Hüquqşünaslar Konfederasiyası, Avrasiya Hüquqşünaslar Assosiasiyasının, NATO-nun İctimai Diplomatiya bölməsinin və Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçirilib.
Azərbaycan Xəbərləri
Printable View

06-25-2008, 08:11 PMAPA"Azərbaycanın Avroatlantik məkana inteqrasiyası və demokratik seçkilər" mövzusunda konfrans başa çatıb

06-25-2008, 08:21 PMAPAProkuror hərbi hissə komandirinə cəza istəyib
[b]Prokuror hərbi hissə komandirinə cəza istəyib[b]
[Bakı. Hacı Zeynalov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Mirzəli Abbasovun sədrliyi ilə Müdafiə Nazirliyinin Səngəçalda yerləşən "N" saylı hərbi hissəsinin sabiq komandiri, polkovnik leytenant İlqar Əmirxanovun və həmin hərbi hissənin zabiti Nazim Hüseynovun məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, prosesdə çıxış edən dövlət ittihamçısı Mehdixan Abdullayev İ. Əmirxanovun 9 il, N. Hüseynovun 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini istəyib. İyunun 27-də təqsirləndirilən şəxslərə hökm oxunacaq. Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham olunurlar. -
06-25-2008, 08:31 PMAPAOmbudsman təsisatında yeni hüquqi nəşrlərin təqdimat mərasimi keçirilib
[b]Ombudsman təsisatında yeni hüquqi nəşrlərin təqdimat mərasimi keçirilib[b]
[Bakı-APA. Ombudsman Aparatında İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın təşəbbüsü və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının dəstəyi ilə ingilis dilindən Azərbaycan dilinə tərcümə olunan "Hüquq müdafiəçiləri: insan hüquqlarını müdafiə etmək hüququnu qoruyarkən", "İnsan Hüquqları üçün yeni mərhələ" kitablarının təqdimatı keçirilib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının eksperti Kyaran O’Maoleyn və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz üzrə regional nümayəndəsi Vladlen Stefanovun, dövlət qurumlarının, qeyri-hökümət təşkilatlarının və mətbuat nümayəndələrinin də iştirak etdiyi tədbirdə giriş sözü Ombudsman Elmira Süleymanova çıxış edib. Ombudsman çap materiallarının əhəmiyyətini vurğulayıb, kitabların nəşrində göstərdiyi yardıma görə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına təşəkkürünü bildirib. -
06-25-2008, 08:41 PMAPARasim Əkbərovun səhhəti kəskin pisləşib
[b]Rasim Əkbərovun səhhəti kəskin pisləşib[b]
[Bakı. Elnur Məmmədli - APA. Həbsdə olan sabiq hərbi hissə komandiri Rasim Əkbərovun səhhəti kəskin pisləşib. R. Əkbərovun qardaşı Rafael Əkbərovun APA-ya verdiyi məlumata görə, vəziyyəti ağırlaşan məhkum saxlandığı 1 saylı Cəzaçəkmə Müəssisəsinin tibb hissəsinə yerləşdirilib: "İki aydır ki, onun səhhəti ağırlaşıb, srağagün isə daxili qanaxma başlayıb. Rasim Əkbərov ötən gün bir litrdən artıq qan itirib və bundan sonra tibb hissəsinə yerləşdirilib. Bu gün ona lazım olan dərmanları apardıq. Səhiyyə Nazirliyinin həkimləri onu müayinə ediblər. Həkimlərin sözlərinə görə, böyrəyindəki daşlar Rasim Əkbərovun böyrəyini zədələyib". -
06-25-2008, 08:51 PMAPAAzərbaycan prezidenti hərbi qulluqçulara ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb
[b]Azərbaycan prezidenti hərbi qulluqçulara ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb[b]
[Bakı-APA. Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısının sərəncamı ilə polkovnik Elşad Babayev, polkovnik Rəhim Cəfərov, polkovnik Hüseyn Mahmudov və polkovnik Çingiz Şəfiyevə general-mayor hərbi rütbəsi verilib. -
06-25-2008, 09:01 PMAPAPrezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin iştirakı ilə Yevlaxda Respublika bələdiyyələrinin II toplantısı keçirilib
[b]Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin iştirakı ilə Yevlaxda Respublika bələdiyyələrinin II toplantısı keçirilib[b]
Yevlax. Teymur Zahidoğlu - APA. Bu gün Yevlaxda Respublika bələdiyyələrinin II toplantısı keçirilib.
[APA-nın Qarabağ bürosunun məlumatına görə, tədbirdə Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Şəhər və Kənd Bələdiyyələri Assosiasiyalarının rəhbərləri, ətraf rayonların İcra Hakimiyyəti başçıları, bələdiyyə sədrləri iştirak ediblər. Hesabat xarakterli toplantıda bələdiyyələrin fəaliyyəti, gördüyü işlər, gələcək planları barədə müzakirələr aparılıb. R. Mehdiyev bələdiyyələrin uğurları ilə yanaşı çatışmazlıqların olduğunu da vurğulayıb. O, Azərbaycan bələdiyyələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində tədbirlərin görüldüyünü bildirib. R. Mehdiyev daha sonra Yevlax-Mingəçevir Dairə Seçki Komissiyasının inzibati binasına baş çəkib. -
06-25-2008, 09:11 PMAPAPrezident İlham Əliyev Azərbaycan hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb
[b]Prezident İlham Əliyev Azərbaycan hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb[b]
[Bakı-APA. Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Silahlı Qüvvələrin 90 illik yubileyi münasibətilə Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətinə, öz xidməti vəzifəsini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə bir qrup hərbçi "Azərbaycan Bayrağı" ordeni, bir qrup hərçi "Vətən uğrunda", bir qrup hərbçi "İgidliyə görə", bir qrup hərbçi isə "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib. Bəzi hərbçilər ölümündən sonra təltif olunublar. -
06-25-2008, 09:21 PMAPATomas Hammarberq: "Azərbaycanla bağlı bəzi məqamlar bizi narahat edir"
[b]Tomas Hammarberq: "Azərbaycanla bağlı bəzi məqamlar bizi narahat edir"[b]
Strasburq. Fuad Qulubəyli-APA. "Azərbaycan Avropa Şurasının çox mühüm üzvüdür və biz Azərbaycan hökuməti ilə mütəmadi əlaqə saxlayırıq". APA-nın Avropa bürosunun məlumatına görə, bu fikirləri Strasburqda keçirdiyi mətbuat konfransında Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberq söyləyib.
[O, Azərbaycanda keçiriləcək prezident seçkilərinin mühüm siyasi hadisə adlandırıb və seçkilərdən sonra ölkəmizə səfər edəcəyini bildirib: "Çünki seçkilərdən öncə və seçki zamanı insan hüquqlarının monitorinqi ilə ATƏT-in Varşava bürosu və AŞ PA kimi qurumlar məşğuldur. Keçən il Azərbaycanla bağlı hesabat hazırlamışdım və orada əsas məsələlər, tövsiyələr öz əksini tapıb. Mən bu hesabatla bağlı bir neçə əsas məqama toxunmaq istəyirəm. Bunlardan biri ədliyyə sistemində olan problemlərlə bağlıdır. Gələn həftə Avropa Şurasının saytında mənim ədliyyə və məhkəmə sistemlərində korrupsiyanın olması ilə bağlı məqaləm dərc olunacaq və bu məqalədə Azərbaycanla bağlı bəzi fikirlər öz əksini tapacaq. İkinci ciddi məsələ Qobustan həbsxanasında saxlanan ömürlük azadlıqdan məhrum edilmiş məhbusların taleyi ilə bağlıdır. Söz azadlığı ilə bağlı durum da narahatlıq doğurur". Tomas Hammarberq jurnalist Eynulla Fətullayevin hələ də həbsdə olmasından narahat olduğunu bildirib və buna təəssüfləndiyini deyib: "Azərbaycanla bağlı bizi narahat edən məqamlar var, lakin bir komissar olaraq öz işimi konstruktiv məcrada qurmağa çalışıram. Biz Azərbaycan hökuməti ilə daim təmasdayıq. Sadəcə bundan sonra təkid etməliyik ki, bizim irəli sürdüyümüz tövsiyələr qəbul edilsin. Siyasi məhbus sayılan şəxslərin azadlığa buraxılması ilə bağlı tövsiyələrimizin nəzərə alınmaması da bizi narahat edir". Tomas Hammarberq Azərbaycana son səfəri zamanı iki qaçqın düşərgəsinə baş çəkdiyini onların yaşayışı ilə maraqlandığını bildirib: "Azərbaycanda qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə bağlı nəzərə çarpan dəyişiklik onların yaşayış səviyyəsinin yaxşılaşdırılmasıdır. Bununla belə təbii ki, məcburi köçkünlərin və qaçqınların öz yurdlarına qayıtmaq hüququ var və bu hüquq təmin olunmayıb. Bu hüququn təmin olunması üçün ilk növbədə münaqişə həll edilməlidir və bu münaqişənin həllində Avropa Şurasının rolu azdır. Nizamlanma prosesi ilə ATƏT-in Minsk Qrupu məşğul olur və biz bu danışıqların gedişinə heç bir təzyiq göstərə bilmərik. Amma Dağlıq Qarabağ münaqişəsi həllini tapmasa, onların geri dönmək hüququnu təmin etmək çətin olacaq". Ermənistanda insan hüquqlarının durumuna toxunan Tomas Hammarberq AŞ PA-nın aprel ayında bu ölkə ilə bağlı xüsusi qətnamə qəbul etdiyini xatırladıb. O, Ermənistana insan hüquqları sahəsində vəziyyəti düzəltmək üçün vaxt verildiyini, lakin bu sahədə vəziyyətin dəyişmədiyini bildirib. Tomas Hammarberq AŞ PA-nın yay sessiyasında Ermənistanla bağlı fövqəladə müzakirələrin keçirilməsini bu tövsiyələrin yerinə yetirilməməsi ilə əlaqələndirib. -
06-25-2008, 09:31 PMAPACanni Bukikkio: "Əsas məsələ Seçki Məcəlləsinin necə tətbiq olunmasıdır"
[b]Canni Bukikkio: "Əsas məsələ Seçki Məcəlləsinin necə tətbiq olunmasıdır"[b]
Strasburq. Fuad Qulubəyli-APA. "Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda demokratik institutların fəaliyyətinə dair qətnaməsində səslənən fikirlərlə razıyam". APA-nın Avropa bürosunun məlumatına görə, bu fikirləri Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkio Strasburqda keçirdiyi mətbuat konfransında söyləyib.
[O, Azərbaycanda pozitiv inkişaf getdiyini, lakin müəyyən problemlərin həllinə ehtiyac duyulduğunu söyləyib: "Azərbaycanda qanunlar beynəlxalq standartlara uyğunlaşdırılır, amma çatışmayan cəhət onların həyata keçirilməməsidir. Xüsusilə ədliyyə və hüquq sahəsində müəyyən çatışmazlıqlar var". Seçki Məcəlləsinə edilən dəyişiklikləri dəyərləndirən Canni Bukikkio yeni məcəlləni daha yaxşı sənəd adlandırıb: "Amma bu, o demək deyil ki, Seçki Məcəlləsi mükəmməldir. Məcəlləni daha da yaxşılaşdırmaq olar. İndi əsas məsələ bu məcəllənin necə tətbiq olunmasıdır. Seçki Məcəlləsində əsas problem seçki komissiyalarının formalaşdırılması ilə bağlıdır. Təbii ki, ideal seçki komissiyası təşkil etmək çətindir. Hesab edirəm ki, ən yaxşı həll modeli tapılana kimi seçki komissiyasının səlahiyyətləri iqtidarla müxalifət arasında bölünə bilər". O, seçkilərin ədalətli keçiriləcəyinə inandığını deyib: "Mən optimistəm və ümid edirəm ki, seçkilər ədalətli keçiriləcək və bütün dünya tərəfindən qəbul olunacaq". -
06-26-2008, 11:11 AMAPAAzərbaycanlı uşaq Corc Buşun iştirakı ilə keçiriləcək beysbol yarışında iştirak edəcək
[b]Azərbaycanlı uşaq Corc Buşun iştirakı ilə keçiriləcək beysbol yarışında iştirak edəcək[b]
Vaşinqton. Hüsniyyə Həsənova - APA. Doqquz aylıq olarkən Azərbaycanda amerikalı ailə tərəfindən övladlığa götürülmüş 5 yaşlı Ketrin Əliyeva azyaşlı uşaqlardan ibarət beysbol milli komandasına seçilib.
[APA-nın ABŞ bürosunun xəbərinə görə, yaşadığı Ohayo ştatında yüzlərlə namizədin arasından seçilən Ketrin ABŞ-ın hər ştatından oyuna qatılacaq 50 uşaqdan biri olacaq. Balaca Ketrinin anası Dorri Qraf bildirib ki, qızının bu yarışmaya seçilməsi təsadüf deyil. Belə ki, onun münsiflər heyətinə təqdim etdiyi "Amerika yuxusu" adlı inşa bütün parametrlərə tam cavab verib. İyulun 16-da Ağ Evin yaşıl meydançasında prezident Corc Buş və xanımı Lauranın iştirakı ilə baş tutacaq yarışmadan əvvəl K. Əliyevanın ailəsi Azərbaycandan himayəyə götürülmüş uşaqların Vaşinqtonda keçiriləcək toplantısında da iştirak edəcək.