[b]Azərbaycan prezidenti bəzi rayonların qaz təchizatının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzalayıb[b]
[Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Ağstafa, Qazax, Goranboy, Şəmkir, Samux, Tovuz, Gədəbəy, Salyan və Neftçala rayonlarının qaz təchizatının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzalayıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Sərəncama əsasən, adı çəkilən rayonlarda qaz təchizatının yaxşılaşdırılması üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinə 14 milyon manat vəsait ayrılıb. Sərəncamda eyni zamanda "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinə bu vəsaitin cari ilin sonunadək təyinatı üzrə istifadəsini təmin etmək və prezidentə məlumat vermək tapşırılıb.
Azərbaycan Xəbərləri
Printable View

07-05-2008, 12:11 PMAPAAzərbaycan prezidenti bəzi rayonların qaz təchizatının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzalayıb

07-05-2008, 12:21 PMAPAMəhkəmə ATO başqanı Sinan Aygünün həbsinə qərar verib, jurnalistlər Mustafa Balbay və Erol Mütərcimlər isə azadlığa buraxılıb
[b]Məhkəmə ATO başqanı Sinan Aygünün həbsinə qərar verib, jurnalistlər Mustafa Balbay və Erol Mütərcimlər isə azadlığa buraxılıb[b]
İstanbul-APA. "Ergenekon qalmaqalı" çərçivəsində həbs olunan 9 nəfərin ilkin məhkəmə istintaqı başa çatıb.
[APA-nın məlumatına görə, dünən Ankara Ticarət Odası başqanı Sinan Aygün, "Cümhuriyyət" qəzetinin Ankara bürosunun rəhbəri Mustafa Balbay, jurnalist Erol Mütərcimlər, professor Ercümənt Ovalı, istefada olan polkovniklər Kamal Aydın, Həsən Atilla Uğur, Birol Başaran, sabiq hərbçilər İbrahim Özcan və Durmuş Əli Kozoğlu məhkəmə qarşısında ifadə veriblər. Məhkəmənin qərarı ilə ATO başqanı Sinan Aygün, istefada olan polkovnik Həsən Atilla Uğur, Birol Başaran və İbrahim Özcan barədə həbs-qətimkan tədbiri seçilib. Adı çəkilən şəxslər məhkəmə zalından həbsxanaya aparılıblar. Professor Ərcümənt Ovalı isə 20 min lirə zamin müqabilində azadlığa buraxılıb. Məhkəmə Mustafa Balbay, Erol Mütərcimlər, Kamal Aydın və Durmuş Əli Kozoğlunu azadlığa buraxıb. Saxlanan digər şəxslərlə bağlı işlərin məhkəməyə bu gün göndəriləcəyi gözlənilir. Qeyd edək ki, dünən ifadə vermək üçün məhkəməyə gətirilən istefada olan ordu generalı Şener Əruyğurun səhhəti qəfil pisləşib. Qan təzyiqi qalxana generala ilkin tibbi yardım göstərilsə də, həkimlərin cəhdləri nəticəsiz qalıb. Məhkəmədən xəstəxanaya aparılan Şener Əruyğur ciddi həkim nəzarəti altında müalicə olunur. Onun vəkili Kazım Arslan generalın səhhətinin yaxşılaşdığını, həyatı üçün heç bir təhlükə olmadığını bildirib. -
07-05-2008, 12:31 PMAPAErmənilər müxtəlif istiqamətlərdə atəşkəsi pozublar
[b]Ermənilər müxtəlif istiqamətlərdə atəşkəsi pozublar[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozublar. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
[Məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 4-də saat 20.35-dən 20.50-dək və saat 23.00-dan 23.20-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.15-dən 23.30-dək və iyulun 5-də saat 00.25-dən 00.55-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 00.30-dan 01.00-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
07-05-2008, 12:41 PMAPAPolşa öz ərazisində ABŞ raketdən müdafiə sisteminin yerləşdirilməsinə razılıq verməyib
[b]Polşa öz ərazisində ABŞ raketdən müdafiə sisteminin yerləşdirilməsinə razılıq verməyib[b]
[Varşava-APA. Polşa hökuməti ölkə ərazisində ABŞ-ın raket hücumundan müdafiə sisteminin yerləşdirilməsinə razılıq verməyib. APA-nın məlumatına görə, polyak mətbuatı danışıqların nəticəsiz qaldığını, bununla belə tərəflərin dialoqu davam etdirmək barədə razılıq əldə etdiyini yazır. Bu məsələyə həsr olunmuş brifinqdə Polşanın baş naziri Donald Tusk bildirib ki, hazırda danışıqlar növbəti mərhələyə daxil olub: "Danışıqların iflasa uğraması, yaxud birdəfəlik bitməsi barədə danışmaq tezdir. Biz ABŞ-dan yeni təkliflər gözləyirik. Varşava ABŞ-dan ölkəmizin təhlükəsizliyi üçün real qarantiyalar istəyir. Polşa üçün əsas təhlükəsizlik məsələsi Avropa İttifaqının güclənməsidir". -
07-05-2008, 12:51 PMAPABMT missiyası bu gün gürcü-abxaz münaqişə zonasına səfər edəcək
[b]BMT missiyası bu gün gürcü-abxaz münaqişə zonasına səfər edəcək[b]
[Bakı. Tamara Qriqoryeva-APA. BMT-nin gürcü-abxaz sülh prosesinə dair xüsusi missiyası münaqişənin dinc yolla nizamlanmasına dair məsləhətləşmələr aparmaq üçün bu gün regiona səfər edəcək. APA-nın məlumatına görə, missiyaya BMT-nin insan hüquqları üzrə sabiq ali komissarı Bertran Ramçaran rəhbərlik edir. Missiya üzvləri Tiflis və Suxumidə münaqişə tərəfləri ilə ayrı-ayrılıqda danışıqlar aparacaqlar. Səfərin yekunlarına dair BMT baş katibinə təqdim olunmaq üçün xüsusi hesabat hazırlanması nəzərdə tutulur. -
07-05-2008, 01:01 PMAPAQax sakini qətlə yetirilib
[b]Qax sakini qətlə yetirilib[b]
[Qax. Hafiz Heydərov-APA. Azərbaycanın Qax rayonunda gürcü əsilli rayon sakini naməlum şəxslər tərəfindən qətlə yetirilib. Qax rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə ötən gecə rayonun Qaxingiloy kəndində qeydə alınıb. Kənd sakini 1978-ci il təvəllüdlü Qoqita Vasoyoviç Kaşaşvili naməlum şəraitdə bıçaqlanaraq qətlə yetirilib. Cinayətin kimlər tərəfindən törədilməsi hələlik məlum deyil. Hazırda RPŞ tərəfindən cinayətkarların tapılması istiqamətində axtarış-əməliyyat tədbirləri həyata keçirilir. -
07-05-2008, 01:11 PMAPANarkotik maddələrin satışı ilə məşğul olan Astara sakini yaxalanıb
[b]Narkotik maddələrin satışı ilə məşğul olan Astara sakini yaxalanıb[b]
[Astara. Ağaddin Babayev-APA. Astara rayon Polis Şöbəsi əməkdaşlarının operativ əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin satışı ilə məşğul olan rayon sakini həbs olunub. Bu barədə APA-nın Cənub bürosuna RPŞ-nin rəis müavini Arzu Hacıyev məlumat verib. Onun sözlərinə görə, uzun müddət narkotik maddələrin qanunsuz satışı ilə məşğul olan rayonun Ərçivan kənd sakini, 1972-ci il təvəllüdlü Akif Məhəmmədhəsən oğlu Kərimov narkotik vasitə sayılan 1 qram heroini şərti alıcıya satarkən polis əməkdaşları tərəfindən yaxalanıb. Əməliyyat-istintaq tədbirləri zamanı müəyyənləşdirilib ki, saxlanılan şəxs özü də narkotik vasitələrin aludəçisidir. Hazırda onun kimlərlə cinayət əlaqəsində olması, satdığı narkotik vasitələrin mənbəyi və bu şəbəkənin digər üzvlərinin aşkarlanması istiqamətində araşdırma aparılır. Fakt üzrə Astara RPŞ-də Cinayət Məcəlləsinin 134.2 maddəsi ilə cinayət işi açılıb. -
07-05-2008, 01:21 PMAPAQazaxıstan paytaxtının 10 illiyi ilə bağlı təntənəli mərasimlərə start verilib
[b]Qazaxıstan paytaxtının 10 illiyi ilə bağlı təntənəli mərasimlərə start verilib[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Bu gün Qazaxıstan paytaxtının 10 illiyi ilə bağlı təntənəli mərasimlərə start verilib. APA-nın məlumatına görə, mərasimlərdə iştirak etmək üçün dünən Türkiyə prezidenti Abdullah Gül Astanaya gəlib. Bu gün Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Dmitri Medvedyev, Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədov, Qırğızıstan prezidenti Kurmanbek Bakiyev, Tacikistan prezidenti Emomali Rahmon, Ermənistan prezidenti Serj Sərkisyan, Gürcüstan prezidenti Mixail Saakaşvili, İordaniya kralı II Abdullanın Astana gəlməsi gözlənilir. Paytaxctda təşkil olunacaq təntənəli mərasim prezident Nursultan Nazarbayevin çıxışı ilə başlayacaq. Daha sonra digər dövlət başçılarının çıxışları nəzərdə tutulub. Bayram tədbirləri çərçivəsində müxtəlif ölkələrdən olan incəsənət ustalarının iştirakı ilə qala-konsert keçirilməsi nəzərdə tutulub. Sabah isə Astanaya toplaşan MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçiriləcək. -
07-05-2008, 01:31 PMAPABakı-Qazax magistralında ağır yol qəzası baş verib
[b]Bakı-Qazax magistralında ağır yol qəzası baş verib[b]
[Hacıqabul. Əlibəy Zeynalov-APA. Bakı-Qazax magistralının 141-ci kilometrliyində ağır yol qəzası baş verib. Hacıqabul rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, iyulun 4-də saat 22.30 radələrində Ucar rayonunun Gəraybəyli sakini Quliyev Cabbar Davud oğlu idarə etdiyi "Mersedes" markalı 10-XG-425 dövlət nömrə nişanlı avtomaşını böyük sürətlə hərəkət edərkən aşırıb. Nəticədə avtomobildə olan sərnişin, Zərdab rayonunun Əlibəyli kənd sakini, 1962-ci il təvəllüdlü Mikayılov Vəli Mikayıl oğlu hadisə yerində keçinib. Digər sərnişin - Ucar rayon sakini, 1963-ci il təvəllüdlü Müslümov Zöhrab Əjdər oğlu boyun fəqərəsinin yerini dəyişmiş sınığı və aşağı ətrafın iflici xəsarəti ilə ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasına, sonra isə Bakı şəhərinə aparılıb. Avtomobildə olan digər iki sərnişin isə həyatları üçün təhlükəli olmayan xəsarətlər alıblar. Faktla bağlı Hacıqabul rayon Polis şöbəsində tədqiqat aparılır. -
07-05-2008, 01:41 PMAPAAzərbaycan prezidenti II dünya müharibəsinin veteranı Ağadadaş Səmədova "Oka" avtomobili hədiyyə edib
[b]Azərbaycan prezidenti II dünya müharibəsinin veteranı Ağadadaş Səmədova "Oka" avtomobili hədiyyə edib[b]
[Lənkəran. Ağaddin Babayev-APA. Lənkəran şəhər İcra Hakimiyyətində iyulun 3-də Rusiya prezidenti Dmitri Medvedevin II və III dərəcəli "Şöhrət" ordeni təqdim etdiyi Vilvan kənd sakini, II dünya müharibəsinin veteranı Ağadadaş Səmədovla rayon ictimaiyyəti nümayəndələrinin görüşü keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, tədbirdə şəhər icra hakimiyyətinin başçısı Süleyman Mikayılov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin mavini İlqar Rəhimov, Lənkəran Rayon Veteranlar Şurasının sədri Musarza Əzimov çıxış edərək, yüksək mükafat münasibətilə Ağadadaş Səmədova təbriklərini çatdırıblar. Sonda isə veteran döyüşçüyə ölkə başçısı İlham Əliyevin hədiyyəsi olan "OKA" markalı minik avtomobil təqdim olunub. Lənkəran şəhər icra hakimiyyəti isə veterana televizor və torpaq sahəsi hədiyyə edib.