[b]Azərbaycan və Çexiya xarici siyasət idarələri arasında bir sıra sənədlər imzalanacaq[b]
Bakı. Laçın Sultanova-APA. Çexiyanın xarici işlər naziri Karel Şvartsenberq iyulun 3-də Bakıya rəsmi səfərə gələcək.
[Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, səfər iyulun 5-nə kimi davam edəcək. Karel Şvartsenberq prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, müdafiə naziri Səfər Əbiyev, daxili işlər naziri Ramil Usubovla görüşəcək. Səfər çərçivəsində Çexiya və Azərbaycan xarici siyasət idarələri arasında bir sıra sənədlərin imzalanması nəzərdə tutulur. Çexiya XİN başçısı Bakıda keçiriləcək Azərbaycan-Çexiya biznes forumun açılışında iştirak edəcək, Bakının tarixi abidələri, o cümlədən İçəri-Şəhərlə tanış olacaq. Qeyd edək ki, K. Şvartsenberq hazırda Tiflisdə səfərdir, o dünən Batumda keçirilən GUAM-ın 3-cü sammitində iştirak edib.
Azərbaycan Xəbərləri
Printable View

07-02-2008, 12:11 PMAPAAzərbaycan və Çexiya xarici siyasət idarələri arasında bir sıra sənədlər imzalanacaq

07-02-2008, 12:41 PMAPAGeneral İlkər Başbuğ: "Həbslərin ordu komandanlığı ilə razılaşdırılması fikri əsassızdır"
[b]General İlkər Başbuğ: "Həbslərin ordu komandanlığı ilə razılaşdırılması fikri əsassızdır"[b]
Ankara-APA. Türkiyə Silahlı Qüvvələrinin rəhbərliyi "Ergenekon qalmaqalı" ilə əlaqədar bir sıra sabiq general və admiralların həbsinin ordu komandanlığı ilə razılaşdırılması barədə məlumatları təkzib edib.
[APA-nın məlumatına görə, avqustun 31-də Türkiyə quru qüvvələri komandanı İlkər Başbuğ həbslərin onunla razılaşdırılması barədə xəbərlərin yalan olduğunu bildirib: "Açıq şəkildə bəyan edirəm. Bununla bağlı fikirlər və düşüncələr kökündən səhvdir. Baş nazir Ərdoğanla bir neçə gün əvvəl keçirilən görüşümüzdə bu məsələ heç bir formada gündəmə gəlməyib". Qeyd edək ki, həbslərdən iki gün əvvəl İlkər Başbuğla baş nazir Ərdoğanın görüşü olub. Türkiyə mediası baş nazir Ərdoğanın istefada olan generallar Hurşit Tolon, Şener Eruyğur, İlker Güven və başqalarının həbsinin general İlkər Başbuğla razılaşdırıldığını iddia edib. Xatırladaq ki, İlker Başbuğ avqustun 31-dən etibarən Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına rəhbərlik edəcək. O, bu postda təqaüdə çıxan general Yaşar Böyükanıtı əvəzləyəcək. -
07-02-2008, 12:51 PMAPAAŞ PA prezidenti: "Azərbaycanda vəziyyət dəyişməsə, payız sessiyasında siyasi məhbuslar üzrə məruzəçi təyin oluna bilər"
[b]AŞ PA prezidenti: "Azərbaycanda vəziyyət dəyişməsə, payız sessiyasında siyasi məhbuslar üzrə məruzəçi təyin oluna bilər"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Sentyabra qədər Azərbaycanda vəziyyət dəyişməsə, Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında siyasi məhbuslar üzrə məruzəçi təyin oluna bilər".
[APA-nın məlumatına görə, bu sözləri Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Luis Mariya de Puç bu gün keçirdiyi brifinqdə deyib. O, AŞ PA-nın Azərbaycanda prezident seçkisi ilə bağlı müşahidə missiyasına qurumun ölkəmiz üzrə həmməruzəçisi Andres Herkelin rəhbərlik edəcəyini bildirib. AŞ PA prezidenti müşahidə missiyasında 30-dək deputatın təmsil olunduğunu söyləyib. O, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli variantını dəstəklədiklərini, bunun üçün əllərindən gələn köməyi göstərəcəklərini vurğulayıb. -
07-02-2008, 01:01 PMAPAGöygöl rayonunda Azərbaycan polisinin 90 illiyi qeyd olunub
[b]Göygöl rayonunda Azərbaycan polisinin 90 illiyi qeyd olunub[b]
[Göygöl. Nəzakət Məşədiəliqızı - APA. Göygöldə Azərbaycan polisinin yaranmasının 90 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. APA-nın qərb bürosunun məlumatına görə, polis əməkdaşları Heydər Əliyevin abidəsini, daha sonra 1990-1991-ci ildə şəhid olan 6 polis əməkdaşının məzarını ziyarət ediblər. Keçirilən bayram tədbirində vəzifəsinin öhdəsindən layiqincə gələn daxili işlər orqanlarının əməkdaşları mükafatlandırılıb. Göygöl rayon Polis Şöbəsinin rəisi Məhərrəm Quliyev ötən illə müqayisədə, bu ilin 6 ayı ərzində cinayətlərin sayının azaldığını, açılan cinayətlərin 98 faizə çatdığını bildirib. -
07-02-2008, 01:11 PMAPARöyanın üç günlük konsertinin sonuncu günü xeyriyyə məqsədli olacaq
[b]Röyanın üç günlük konsertinin sonuncu günü xeyriyyə məqsədli olacaq[b]
[Bakı. Ülkər Qasımova - APA. Röyanın Yaşıl Teatr Bakı Konsert Kompleksində verəcəyi üç günlük konsertinin sonuncu günü xeyriyyə məqsədi daşıyacaq. Bu barədə APA-ya konsertin təşkilatçısı "Səs Organization"un rəhbəri Nahid Emiloğlu deyib. Onun sözlərinə görə, iyulun 5-i və 6-sı konsert bilet satışı, 7-də isə dəvətlə olacaq. Sonuncu konsertə əlillər, kimsəsiz uşaqlar dəvət olunacaq. Konsertin biletlərinin qiyməti 20-100 manat arasındadır. Qeyd edək ki, konsretin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur. -
07-02-2008, 01:41 PMAPALuis Maria de Puç: "Azərbaycanla bağlı qətnamədən neft iyi gəldiyini düşünənlərin Avropa Şurası barədə təsəvvürləri yoxdur"
[b]Luis Maria de Puç: "Azərbaycanla bağlı qətnamədən neft iyi gəldiyini düşünənlərin Avropa Şurası barədə təsəvvürləri yoxdur"[b]
Bakı. Tamara Qriqoryeva-APA. "Qarşıdan gələn prezident seçkiləri çox mühüm məqamdır. Seçkilər bizim üçün böyük imkanlar yaradır, çox şey bu seçkilərdən asılıdır". APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Bakıda səfərdə olan AŞ PA prezidenti Luis Maria de Puç verib.
[O, AŞ PA-nın Azərbaycanla bağlı son qətnaməsində qurumun ölkə qarışısnda qoyduğu tələblərin dəqiq əks olunduğunu bildirib: "Qətnamədə həmçinin bu seçkilərin demokratik standartlara tam uyğun gəlməsinə dair də tələb öz əksini tapıb". Jurnalistlərin "Avropa Şurasının bəyanatlarından neft iyi gəlmirmi" sualını cavablandıran Luis Maria de Puç bu fikirlər razı olmadığını bildirib: "Azərbaycan bağlı qətnaməmizdən neft iyi gəldiyini düşünənlərin Avropa Şurasının necə bir qurum olduğu barədə təsəvvürləri yoxdur. Düzdür, Azərbaycanın neft və qaz resursları ilə maraqlanan bəzi ölkələr var, eyni zamanda ölkənizin mühüm strateji məkanda yerləşdiyini də anlayıram. Amma Avropa Şurası bu qətnaməni hansısa iqtisadi maraqları nəzərə alaraq, deyil, demokratik əsaslara söykənərək qəbul edib. Əgər qətnamə neft faktoruna söykənsəydi, bu sənəddə insan hüquqları, medianın durumu və başqa məsələlər yer almazdı. Avropa Şurası konkret təşkilatdır. Azərbaycan Avropa Şurası qarşısında demokratikləşmə, insan haqlarının qorunması və başqa məsələlərlə bağlı öhdəlikləri yerinə yetirməlidir. Düşünürəm ki, Azərbaycana səfərim izsiz ötüşməyəcək. Hökumət nümayəndələri ilə görüşlərimdən sonra bu qənaətə gəldim ki, dediyim sahələrlə bağlı müsbət nəticələr əldə edəcəyik". Medianın mövcud durumuna toxunana Luis Maria de Puç bildirib ki, Avropa Şurası jurnalistlərin həbsdə olmasını yolverilməz hesab edir. -
07-02-2008, 02:01 PMAPAPolis Akademiyasında Azərbaycan polisinin 90 illiyi münasibətilə təntənəli tədbir keçirilib
[b]Polis Akademiyasında Azərbaycan polisinin 90 illiyi münasibətilə təntənəli tədbir keçirilib[b]
Bakı. Hacı Zeynalov-APA. Bu gün Polis Akademiyasında Azərbaycan polisinin yaranmasının 90 illik yubileyi və Polis Akademiyasını məzunlarına diplomların verilməsi münasibətilə təntənəli tədbir keçirilib.
[APA-nın xəbərinə görə, Prezident Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dövlət başçısı İlham Əliyevin polis günü ilə bağlı təbrikini oxuyub. Təbrikdə qeyd olunub ki, Azərbaycan polisi daim cinayətkarlıqla mübarizə aparıb, insan azadlığının qorunmasında müstəsna rolu olub. Dövlət həmişə polis işçilərinə qayğı göstərib və bundan sonrada göstərəcək. Tədbirdə çıxış edən daxili işlər naziri Ramil Usubov bildirib ki, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan milli hökumətinin tərkibində ölkənin ilk Daxili İşlər Nazirliyi fəaliyyətə başlayıb. Onun sözlərinə görə, 1918-20-ci illəri əhatə edən fəaliyyət dövründə nazirlik və onun tərkib hissəsi olan polisin Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında müstəsna xidməti olub. 1991-ci ildə ikinci dəfə müstəqillik əldə ediləndən sonra Azərbaycanda polis strukturu yenidən formalaşdırılıb: "Azərbaycan polisi Dağlıq Qarabağ müharibəsində aktiv iştirak edib. Qarabağ uğrunda gedən döyüşlər zamanı daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyətinin 932 nəfəri şəhid, 681 nəfəri isə əlil olub. Döyüşlərdə göstərdiyi şücaətə görə daxili işlər orqanlarının 66 əməkdaşı milli qəhrəman, 247 nəfər isə "Azərbaycan bayrağı" ordeni ilə təltif edilib. Transmilli və beynəlxalq cinayətkarlığa qarşı mübarizə aparan Azərbaycan polisi İnterpolun üzvlüyünə qəbul edilib". Sonra R. Usubov Polis Akademiyasının 203 məzununa diplomlarını təqdim edib. Akademiyanı əla qiymətlərlə bitirən 5 məzuna baş leytenant, 198 məzuna isə leytenant rütbəsi verilib. Tədbirin sonunda daxili işlər orqanlarının hərbi keçidi olub. -
07-02-2008, 02:11 PMAPALuis Mariya de Puç: "Avropa Şurası işğal altındakı ərazilərin azad olunmasını tələb edir"
[b]Luis Mariya de Puç: "Avropa Şurası işğal altındakı ərazilərin azad olunmasını tələb edir"[b]
Bakı. Tamara Qriqoryeva - APA. Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir. APA-nın məlumatına görə, bunu Bakıda jurnalistlərə açıqlamasında Avropa Şurası Parlament Assambleyasının prezidenti Luis Mariya de Puç deyib.
[O bildirib ki, Avropa Şurası erməni qoşunları tərəfindən işğal olunmuş ərazilərin azad edilməsini tələb edir. Luis Mariya de Puç AŞ PA-nın ötən həftə qəbul etdiyi 1614 saylı qətnamədə Dağlıq Qarabağ problemi ilə bağlı məqamın da olduğunu xatırladıb. AŞ PA rəhbəri iki həftə sora Ermənistana səfər edəcəyini söyləyib: "Səfər zamanı mən Ermənistan hökuməti ilə danışıqlar aparacağam və öz dəyişməz mövqeyimi onlara çatdıracağam". -
07-02-2008, 02:21 PMAPAAzərbaycanın Dəvəçi rayonunda sərnişin avtobusu aşıb, iki nəfər həlak olub
[b]Azərbaycanın Dəvəçi rayonunda sərnişin avtobusu aşıb, iki nəfər həlak olub[b]
Dəvəçi. Solmaz Mehdiyeva - APA. Bu gün saat 08.00 radələrində Dəvəçinin Xaldan kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
[APA-nın şimal bürosunun məlumatına görə, İstisu istiqamətində hərəkət edən sərnişin avtobusu aşıb. Nəticədə sərnişinlərdən ikisi (şəxsiyyəti hələlik müəyyənləşdirilməyib) hadisə yerində keçinib, beş nəfər isə ağır xəsarət alıb. Yaralanan Dəvəçinin Şahnəzərli kənd sakinləri Aygün Sultanova, Seyidbacı Hacıyeva, Firəngiz Muxtarova, Aynurə Həsənova və Gənclər Həsənova Dəvəçidəki Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Qeyd edək ki, avtobusun bütün sərnişinləri Dəvəçinin Şahnəzərli kəndinin sakinləri olub. -
07-02-2008, 02:31 PMAPARauf Zeyni Milli QHT Forumunun prezidenti seçilib
[b]Rauf Zeyni Milli QHT Forumunun prezidenti seçilib[b]
Bakı. Ramil Məmmədli - APA. Bu gün Milli QHT Forumunun (MQF) VII qurultayı keçirilib. APA-nın məlumatına görə, qurultayda təşkilatın İdarə Heyətinin və Nəzarət Təftiş Komissiyalarının sədrlərinin hesabatları dinlənilib.
[Qurumun keçmiş prezidenti Azay Quliyev isə forumun keçdiyi yol barədə danışıb. O bildirib ki, forum fəaliyyət göstərdiyi müddətdə QHT-lə dövlət orqanları arasında əlaqələrin qurulmasına nail olub. Onun sözlərinə görə, qurum vətəndaş cəmiyyətinin inkişafında zəruri olan qanunların qəbul olunmasında ciddi fəaliyyət göstərib: "Bundan sonra forum fəaliyyətini Azərbaycandan kənarda da inkişaf etdirməli, regional məsələlərlə bağlı layihələrdə iştirak etməlidir". Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin sektor müdiri Ərəstun Mehdiyev forumun vətəndaş cəmiyyətinin inkişafındakı rolundan danışıb. Azərbaycan dövlətinin QHT-lərin inkişafında maraqlı olduğunu söyləyən Ə. Mehdiyev deyib ki, dövlət QHT-i özünə tərəfdaş hesab edir. Sonra forumun prezidentliyinə, İdarə Heyətinə və Nəzarət Təftiş Komissiyalarına (NTK) irəli sürülən namizədlərin siyahısı təsdiq olunub. Keçirilən gizli səsvermə nəticəsində Rauf Zeyni qurumun prezidenti seçilib. Bundan sonra 7 nəfərdən ibarət NTK və 21 nəfərin təmsil olunduğu İdarə Heyəti də formalaşıb. Yekun olaraq isə qurultayda qətnamə və prezident İlham Əliyevə müraciət qəbul olunub.