[b]Azərbaycan prezidenti İlham Əliyev Çexiya, Fransa və Pakistan səfirlərinin etimadnamələrini qəbul edib[b]
[Bakı-APA. Prezident İlham Əliyev Çexiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Radek Matulanın etimadnaməsini qəbul edib. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı perspektivlərin olduğunu deyən səfir dövlətimizin başçısını əmin edib ki, diplomatik fəaliyyəti dövründə qarşılıqlı münasibətlərin daha da genişləndirilməsi üçün səylə çalışacaq. Azərbaycanla Çexiya arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev səfirin diplomatik fəaliyyəti dövründə əlaqələrin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcəyini bildirib. Prezident İlham Əliyev bu gün həmçinin Fransanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qabriel Kellerin etimadnaməsini qəbul edib. Dövlət başçısı Azərbaycanla Fransa arasında münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayıb, əlaqələrin genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu deyib. Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, Azərbaycanda diplomatik fəaliyyəti dövründə səfir ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə töhfəsini verəcək. Səfir Qabriel Keller ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini deyib. O bildirdi ki, Fransa Avropa İttifaqında sədrliyə başladığı dövrdən Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin daha da genişlənməsinə çalışacaq. Bu gün Pakistanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Əbdul Həmid də etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Dövlətimizin başçısı ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycanla Pakistanın müttəfiq ölkələr olduğunu qeyd edən prezident İlham Əliyev bildirib ki, müstəqilliyimizin ilkin illərindən başlayaraq ölkəmiz Pakistanın dəstəyini daim hiss edib. Səfir Əbdul Həmid Pakistanla Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıb. Həm regional, həm də beynəlxalq məsələlərdə ölkələrimizin mövqeyinin üst-üstə düşdüyünü vurğulayan Əbdul Həmid beynəlxalq təşkilatlarda sıx əməkdaşlığın həyata keçirildiyini bildirib.
Azərbaycan Xəbərləri
Printable View

07-04-2008, 06:21 PMAPAAzərbaycan prezidenti İlham Əliyev Çexiya, Fransa və Pakistan səfirlərinin etimadnamələrini qəbul edib

07-04-2008, 06:31 PMAPAMaçarıstanın baş naziri Ferenç Dyurçani iyulun 7-də Azərbaycan səfər edəcək
[b]Maçarıstanın baş naziri Ferenç Dyurçani iyulun 7-də Azərbaycan səfər edəcək[b]
Bakı. Tamara Qriqoryeva-APA. İyulun 7-də Macarıstanın baş naziri Ferenç Dyurçani Bakıya səfər edəcək. Macarıstan baş nazirinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər zamanı əsasən energetika sahəsində əməkdaşlıq və ikitərəfli əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunacaq.
[Tərəflər Nabucco layihəsi ətrafında əməkdaşlığın aktivləşdirilməsi imkanlarını gözdən keçirəcəklər. Macarıstan baş nazirinin Bakıya səfəri zamanı dövlətlərarası əməkdaşlığın müxtəlif sahələrinə dair bir neçə sənəd imzalanacaq. Hazırda sənədlərin hazırlanması işi davam edir. Baş nazirin azərbaycanlı həmkarı ilə görüşü nəzərdə tutulur. Ferenç Dyurçani iki günlük səfər çərçivəsində həmçinin Xarici İşlər Nazirliyi və Sənaye və Energetika Nazirliyində görüşlər keçirəcək. -
07-04-2008, 06:41 PMAPADövlət Xalçaçılıq Muzeyinə XII və XIII əsrlərə aid rəngli kətan parçası təqdim olunub
[b]Dövlət Xalçaçılıq Muzeyinə XII və XIII əsrlərə aid rəngli kətan parçası təqdim olunub[b]
[Bakı. Ülkər Qasımova-APA. Lətif Kərimov adına Azərbaycan Dövlət Xalça və Xalçaçılıq Muzeyinə XII və XIII əsrlərə aid rəngli kətan parçası təqdim olunub. Bu barədə APA-ya məlumat verən muzeyin direktoru Röya Tağıyeva deyib ki, bu qədim kətan parça nümunələri Qardaşxan Alsanov və Bəhlul İbrahimov tərəfindən Xaraba Gilanda 1979-cu ildə aşkar olunub. Bundan əlvaə muzeyə bizim eradan əvvəl VIII-VI-cı əsrlərə aid üç bürünc bilərzik, iki bürünc düymə, üç bürünc üzük də təqdim olunub. Ordubad rayonunda yerləşən Muncuqlutəpə adlı bir yerdə aşkar olunan bu tapıntılar tarixi elmlər namizədi Solmaz Qaşqay tərəfindən muzeyə təhfil verilib. R.Tağıyevanın sözlərinə görə, muzeyə eyni zamanda Tufan Axundov tərəfindən Cəlilabadın Polutəpə rayonundan tapılan IX-X əsrlərə aid çəhrayı gildən düzəldilmiş əl işi də təqdim olunub. -
07-04-2008, 06:51 PMAPAAzərbaycan prezidenti İlham Əliyev ABŞ prezidentinə təbrik məktubu göndərib
[b]Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidentinə təbrik məktubu göndərib[b]
[Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik günü münasibətilə ABŞ prezidenti Corc Buşa təbrik məktubu göndərib. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Prezident təbrik məktubunda dost Amerika xalqına ən səmimi təbriklərimizi yetirməkdən son dərəcə məmnunluq duyduğunu bildirib: "Amerika Birləşmiş Ştatları dünyada sülhün, sabitliyin bərqərar olması naminə daim ardıcıl səylər göstərir, bəşəriyyət üçün təhlükə mənbəyi olan beynəlxalq terrorizmə qarşı mübarizənin önündə gedir. Biz bu işdə Birləşmiş Ştatların yanındayıq və hər zaman öz töhfəmizi verməyə hazırıq. Bu gün Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər strateji xarakter daşıyaraq, müvəffəqiyyətlə inkişaf etməkdədir. Bir çox sahələrdə, xüsusən də enerji təhlükəsizliyi məsələlərində ölkələrimizin sıx əməkdaşlığı, həyata keçirdiyimiz irimiqyaslı transmilli layihələrdə ABŞ-ın yaxından iştirakı və dəstəyi bizim üçün çox əhəmiyyətlidir. Biz eyni zamanda Azərbaycanın Avroatlantik strukturlarına inteqrasiyasına, ölkəmizdə demokratik təsisatların inkişafına Birləşmiş Ştatların maraq və yardımından məmnunluq duyuruq. Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri olan Amerika Birləşmiş Ştatlarının ardıcıl səylərini biz yüksək qiymətləndirir, Ermənistanın təcavüzünə son qoyulacağına və işğal edilmiş torpaqlarımızın tezliklə azad ediləcəyinə böyük ümidlər bəsləyirik. Cənab Prezident, bu əlamətdar bayram günündə bir daha Sizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Amerika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm". -
07-05-2008, 11:11 AMAPATürkiyədə iyulun 1-də həbs olunmuş şəxslərin dindirildiyi binanın önündə şübhəli paket aşkarlanıb
[b]Türkiyədə iyulun 1-də həbs olunmuş şəxslərin dindirildiyi binanın önündə şübhəli paket aşkarlanıb[b]
[Ankara - APA. Türkiyədə "Ergenekon" adlandırılan istintaq çərçivəsində iyulun 1-də həbs olunmuş şəxslərin dindirildiyi binanın önündə şübhəli paket aşkarlanıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, İstanbulun Beşiktaş rayonundakı ədliyyə binasının qarşısında aşkarlanan paket qorxuya səbəb olub. Ərazini əhatəyə alan polis yolda nəqliyyatın hərəkətini dayandırıb. Sonra şübhəli paket partladılıb. Hadisə zamanı zərər çəkən olmayıb. -
07-05-2008, 11:21 AMAPAErmənistan paytaxtında müxalifətin icazəsiz mitinqi başlayıb
[b]Ermənistan paytaxtında müxalifətin icazəsiz mitinqi başlayıb[b]
İrəvan - APA. Ermənistan hakimiyyəti müxalifət lideri Levon Ter-Petrosyanın tərəfdarlarının mitinqini əngəlləyə bilməyib.
[APA-nın erməni saytlarına istinadən verdiyi məlumata görə, İrəvan meriyasının müxalifətin bu gün yerli vaxtla saat 19.00-a təyin etdiyi mitinqə icazə verməməsinə baxmayaraq, insanlar günorta saatlarından qədim əlyazmalar institutu - Matenadaranın qarşısındakı meydana yaxınlaşmağa başlayıb. Polis əvvəlcə meydana gələn yolları mühasirəyə alıb və müxalifətçiləri ora buraxmayıb. Amma son anda polislər geri çəkiliblər və müxalifətin mitinqinə şərait yaradılıb. Əyalətlərdən paytaxta gəlmək istəyənlərin şəhərə girişinə isə imkan verilməyib. Qeyd edək ki, iyulun 13-də Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberq Ermənistana səfər edəcək. -
07-05-2008, 11:31 AMAPAAMİP yubiley tədbirlərinə başlayıb
[b]AMİP yubiley tədbirlərinə başlayıb[b]
[Bakı. Ramil Məmmədli-APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) yaradılmasının 16-cı ildönümü ilə bağlı bayram tədbirlərinə başlayıb. AMİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla bağlı partiyanın rayon və şəhər təşkilatlarında tədbirlər keçirilir. Yekun olaraq isə bu ilin sentyabr ayında geniş bayram mərasimi təşkil olunacaq. Qeyd edək ki, AMİP-in təsis konfransı 1992-ci ilin iyulun 3-4-də Bakıda keçirilib. Partiyanın ilk sədri Etibar Məmmədov seçilib. O, 2004-cü ildə partiya sədrliyindən istefa verib və 2005-ci ilin qurultayında qurumun lideri elan olunub. 2005-2006-cı illərdə partiyanın sədri Əli Əliyev, 2006-2008-ci illərdə isə Ayaz Rüstəmov olub. Hazırda isə partiyanın sədri vəzifəsini qurumun baş katibi Fuad Muxtarov icra edir. -
07-05-2008, 11:41 AMAPAMüdafiə naziri Səfər Əbiyev Çexiyanın xarici işlər nazirini qəbul edib
[b]Müdafiə naziri Səfər Əbiyev Çexiyanın xarici işlər nazirini qəbul edib[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Bakıda səfərdə olan Çexiyanın xarici işlər naziri Karel Şvartsenberq bu gün müdafiə naziri Səfər Əbiyevlə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, S. Əbiyev Azərbaycanla Çexiya arasında yaranan əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edərək deyib ki, hərbi əməkdaşlığın qorunması sahəsində də uğurlu işlər aparılır. S. Əbiyev bölgədəki mövcud hərbi-siyasi durum barədə də qonağı məlumatlandırıb, Azərbaycan ərazilərinin Ertmənistan Slahlı Qüvvələri tərəfindən işğalı fakı barədə danışıb. Nazir deyib ki, sülh sdanışıqları nəticə vermədiyi halda torpaqlarımızın güc yolu ilə azad olunmasını istisna edilmir. Cexiyanın xarici işlər naziri görüş zamanı regiondakı mövcud vəziyyətə münasibət bildirib, münaqişənin həlli prosesində ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayıb. -
07-05-2008, 11:51 AMAPATürkiyədə əsgərləri daşıyan avtobus aşıb
[b]Türkiyədə əsgərləri daşıyan avtobus aşıb[b]
[Şanlıurfa - APA. Türkiyənin cənub-şərqindəki Şanlıurfa rayonu ərazisində əsgərləri daşıyan mikroavtobus qəzaya uğrayıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Şanlıurfa-Qaziantep yolunda hərəkət edərkən sağ arxa təkəri çıxan mikroavtobus aşıb. Nəticədə sürücü və içəridəki 10 əsgər yaralanıb. Xəstəxanaya çatdırılan yaralıların vəziyyəti qənaətbəxşdir. -
07-05-2008, 12:01 PMAPAAzərbaycan prezidenti Xəzər Dəniz Gəmiçiliyinin bir qrup əməkdaşını təltif edib
[b]Azərbaycan prezidenti Xəzər Dəniz Gəmiçiliyinin bir qrup əməkdaşını təltif edib[b]
[Prezident İlham Əliyev Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin yaranmasının 150 illiyi ilə əlaqədar Hamlet Əbdüləli oğlu Mehdiyevə "əməkdar müəllim" fəxri adının verilməsi ilə bağlı sərəncan imzalayıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Dövlət başçısının digər sərəncamı ilə Fazil Niyaz oğlu Qəhrəmanov "əməkdar mühəndis" fəxri adı ilə təltif olunub. Prezident idarənin bir qrup əməkdaşını "Tərəqqi" medalı ilə təltif edib.