Əsas məzmuna keç
Sayfa 79/461 İlkİlk ... 2969777879808189129179 ... SonSon
4610 sonuçtan 781 ile 790 arası

Azərbaycan Xəbərləri

1. #781
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İbrus Teatrının kollektivi Sankt-Peterburqa qastrola gedəcək

[b]İbrus Teatrının kollektivi Sankt-Peterburqa qastrola gedəcək[b]

Bakı. Ülkər Qasımova - APA. İbrus Teatrının kollektivi aprelin 9-dan 13-nə qədər Sankt-Peterburqa qastrol səfərinə gedəcək. Teatrdan APA-ya verilən məlumata görə, səfərin məqsədi Sankt-Peterburqda keçiriləcək Beynəlxalq Teatr Festivalında iştirak etməkdir. Festivalda teatrın truppası Rüstəm İbrahimbəyovun "Şirə bənzər" tamaşası ilə çıxış edəcək. Tamaşada əsas rolları Fuad Poladov, Mehriban Zəki, Mələk Abbaszadə canlandırır.

2. #782
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Milli Məclisində Avropa Şurasının "Qadınlara qarşı zorakılığı dayandırın" kampaniyası çərçivəsində dinləmələr keçirilir

[b]Azərbaycan Milli Məclisində Avropa Şurasının "Qadınlara qarşı zorakılığı dayandırın" kampaniyası çərçivəsində dinləmələr keçirilir[b]

Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Azərbaycan Milli Məclisində "Ailə münasibətlərində zorakılıqdan qorunmanın hüquqi aspektləri" mövzusunda parlament dinləmələri keçirilir.

APA-nın məlumatına görə, vitse-spiker Bahar Muradova çıxışında bildirib ki, Azərbaycan qadın hüquqlarının qorunması ilə bağlı beynəlxalq konvensiyalara qoşulub. Ölkədə qadınların cəmiyyətdə yaxından iştirak etdiyini deyən B. Muradova qeyd edib ki, bəzi sahələrdə narahatlıqlar var, bir sıra dövlət qurumlarında qadınlar kifayət qədər təmsil olunmurlar: "Ancaq qadınlara mane olan heç nə yoxdur". Qeyd edək ki, dinləmələr Avropa Şurasının "Qadınlara qarşı zorakılığı dayandırın" kampaniyası çərçivəsində keçirilir. Tədbirdə Estoniya parlamentinin vitse-spikeri Kristina Ojuland, bir sıra beynəlxalq təşkilatların və Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirliklərinin təmsilçiləri də iştirak edir.

3. #783
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Nuşirəvan Məhərrəmli: "Telekanallarda türk dilində filmlərin yayımına dair xüsusi müzakirələrə ehtiyac yoxdur"

[b]Nuşirəvan Məhərrəmli: "Telekanallarda türk dilində filmlərin yayımına dair xüsusi müzakirələrə ehtiyac yoxdur"[b]

Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycanın televiziya kanallarında türk dilində olan filmlərin yayımında artım yoxdur. Bu barədə APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

Şura sədri deyib ki, televiziya kanalları MTRŞ-nin türk dilində olan filmlərlə bağlı tövsiyələrinə uyğun hərəkət edirlər: "Türkiyədə istehsal olunan seriallara həftə ərzində 10-12, bəzən isə 14 saat vaxt ayrılıb. Bu, çox da böyük rəqəm deyil, bu səbəbdən xüsusi müzakirələr açmağa ehtiyac yoxdur. Türk dilində olan filmlərin yayımına daha çox vaxt ayrılsa, bu prosesə müdaxilə edəcəyik". N. Məhərrəmli televiziya kanallarında Azərbaycan dilindən istifadə, reklamların yerləşdirilməsi və qanunvericiliyin digər tələbləri ilə bağlı şura tərəfindən aparılan monitorinqin davam etdirildiyini də deyib: "Bununla bağlı ciddi problemlər aşkar etməmişik. Amma çox təəssüf ki, Azərbaycanda yaşayan ziyalılardan bəziləri kanallarda öz fikirlərini ana dillərində ifadə edə bilmirlər. Bu, çox utandırıcı bir haldır. Bir sıra kanallarda onların fikirlərinin tərcüməsi titrlərdə verilir. Bəzi kanallar isə buna az diqqət yetirirlər. Təəssüf ki, Azərbaycanda bu cür danışan şəxslər də var. Onlar öz xalqlarına, ana dillərinə, mənsub olduqları ölkənin qanunlarına hörmətsizlik nümayiş etdirirlər. Biz kanallara bu faktların aradan qaldırılması üçün müvafiq tövsiyələr veririk. Azərbaycan dilini bilməyənlərin fikirləri ya tərcümə olunmalı, ya da həmin şəxslər efirdə çıxış etməməlidirlər".

4. #784
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Denis Bribosia: "Mənim ölkəm Fransada hər üç gündə bir qadın məişət zorakılığı nəticəsində dünyasını dəyişir"

[b]Denis Bribosia: "Mənim ölkəm Fransada hər üç gündə bir qadın məişət zorakılığı nəticəsində dünyasını dəyişir"[b]

Bakı. Elbrus Seyfullayev - APA. "Mənim ölkəm Fransada hər üç gündə bir qadın məişət zorakılığı nəticəsində dünyasını dəyişir". APA-nın məlumatına görə, bunu martın 31-də Avropa Şurasının "Qadınlara qarşı zorakılığı dayandırın" kampaniyası çərçivəsində Azərbaycan Milli Məclisində "Ailə münasibətlərində zorakılıqdan qorunmanın hüquqi aspektləri" mövzusunda keçirilən parlament dinləmələrində Avropa Şurasının Bakı Ofisinin rəhbəri Denis Bribosia deyib.

D. Bribosia bildirib ki, Avropanın bütün ölkələrində belə problemlər var: "Bu, qlobal problemdir. Zorakılıq təkcə həbsxanada yox, məişətdə də baş verir". D. Bribosia kampaniyanın 2006-cı ilin noyabrında başladığını və Avropa Şurasına üzv olan bütün ölkələrdə həyata keçirildiyini söyləyib. Onun sözlərinə görə, kampaniya çərçivəsində üç istiqamətdə - yerli, hökumət və parlamentlər səviyyəsində iş aparılır. Bu il aprelin sonunda Vyanada bütün ölkələrin hesabatı təqdim olunacaq: "İnanıram ki, Azərbaycan üçün hesabatı təqdim etmək çətin olmayacaq".

5. #785
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan paytaxtında yataqxana tipli binada partlayış olub

[b]Azərbaycan paytaxtında yataqxana tipli binada partlayış olub[b]

Bakı. Samir Kazımlı - APA. Dünən saat 19.00 radələrində Bakıxanov qəsəbəsinin Seyid Şuşinski küçəsində yerləşən 21 saylı yataqxana tipli binada partlayış olub. Sabunçu rayon prokurorluğundan APA-ya verilən məlumata görə, həmin binanın 1 saylı mənzilində qaz sayğacı quraşdırılan zaman partlayış baş verib. Partlayış zamanı orada olan Qaz İstehsalat Birliyinin əməkdaşı, Bakı şəhər sakini, 49 yaşlı İlqar Adil oğlu Nuriyev xəsarət alıb. Yaralıya xəstəxanada tibbi yardım göstərilib və o, evə buraxılıb. Hələlik partlayışın baş vermə səbəbləri məlum deyil. Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

6. #786
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bölgələrdə Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbirlər təşkil olunub

[b]Bölgələrdə Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbirlər təşkil olunub[b]

Bakı-APA. Naxçıvanda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbirlər təşkil olunub. APA-nın Naxçıvan bürosunun məlumatına görə, Naxçıvan şəhər ictimaiyyətinin, nazirlik, idarə və təşkilatlarının nümayəndələri soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidəni və xatirə muzeyini ziyarət ediblər. Muxtar Respublikasının şəhər və rayonlarında da soyqırım qurbanlarını anma mərasimləri keçirilir. Mədəniyyət müəssisələrində sərgilər, müxtəlif idmanı yarışları təşkil olunub. Hacıqabulda soyqırım gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilib. Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Əsabir Məmmədovun APA-nın Mil-Muğan bürosuna bildirdiyinə görə, konfransda çıxış edən məruzəçilər və tarixi faktları araşdıran mütəxəssislər qeyd ediblər ki, Hacıqabul rayonunun Nəvahi kəndində həmin vaxtlarda erməni cəlladları yüzlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetiriblər. Soyqırımı günü ilə əlaqədar Salyanda da tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kərəm Muradovun verdiyi məlumata görə, rayonda ucaldılmış soyqırımı abidəsinin və Salyan rayonunda şəhid olmuş türk əsgərlərinin qəbirləri ziyarət ediləndən sonra elmi-praktiki konfrans təşkil olunub. Lənkəranda ucaldılmış soyqırım qurbanlarının xatirə abidə kompleksi ziyarət edilib.Rayonun və şəhərin ümumtəhsil məktəblərində, Lənkəran Dövlət Universitetində, Tibb Texnikumunda, Dövlət Humanitar Kollecində, Peşə Liseyində ilk dərslər azərbaycanlıların soyqırımı mövzusuna həsr olunub. Soyqırımı ilə bağlı elmi-praktik konfrans keçirilib.

7. #787
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Baş prokuror: "Ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi hadisələrin soyqırımı kimi qəbul edilməsi üçün BMT qarşısında məsələ

[b]Baş prokuror: "Ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi hadisələrin soyqırımı kimi qəbul edilməsi üçün BMT qarşısında məsələ qaldırılmalıdır"[b]

Bakı. Hacı Zeynalov - APA. "Ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi hadisələrin soyqırımı kimi qəbul edilməsi üçün BMT qarşısında məsələ qaldırılmalıdır". APA-nın məlumatına görə, bu sözləri baş prokuror Zakir Qaralov Azərbaycan televiziyalarına açıqlamasında deyib.

Ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı siyasətini bu gün də davam etdirdiyini söyləyən baş prokuror etnik təmizləmə siyasətinin də dayandırılmadığını vurğulayıb. Z. Qaralov ermənilərin 1918-ci ilin martında törətdikləri qırğınlara bu illər ərzində qiymət verilməməsindən təəssüfünü dilə gətirərək, bunun beynəlxalq təşkilatlarda da müzakirə edilmədiyini diqqətə çatdırıb. Bunu dünyada ikili standartların mövcudluğunun növbəti göstəricisi hesab edən baş prokuror ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğınların soyqırımı kimi qəbul edilməsi üçün təkcə BMT deyil, digər təşkilatlar qarşısında da məsələ qaldırılmasının zəruriliyini qeyd edib: "Təkcə dövlət yox, bütün ictimai təşkilatlar, hər bir vətəndaş bu məsələlərlə bağlı mövqeyini bildirməlidir".

8. #788
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Kolumbiya Universitetində "Humanizmin sərhədləri: konsepsiyalar və faktlar" adlı beynəlxalq konfrans keçiriləcək

[b]Kolumbiya Universitetində "Humanizmin sərhədləri: konsepsiyalar və faktlar" adlı beynəlxalq konfrans keçiriləcək[b]

Bakı. Hacı Zeynalov - APA. Aprelin 2-3-də Nyu-Yorkun Kolumbiya Universitetində "Humanizmin sərhədləri: konsepsiyalar və faktlar" adlı beynəlxalq konfrans keçiriləcək. Bu barədə APA-ya Sülh və Demokratiya İnstitutunun mətbuat xidmətindən məlumat verilib. Konfransın təşkilatçısı Kolumbiya Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq və İctimai İşlər Məktəbidir. Tədbirdə çıxış edəcək Sülh və Demokratiya İnstitutunun konfliktologiya və miqrasiya departamentinin rəhbəri Arif Yunus Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yaranmış humanitar böhran və azərbaycanlı qaçqın və məcburi köçkünlərin durumu mövzusunda mühazirə oxuyacaq.

9. #789
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Vəkil azərbaycanlı deputatın Rusiyada həbs olunmuş oğlu Etimad İsmayılovla görüşüb

[b]Vəkil azərbaycanlı deputatın Rusiyada həbs olunmuş oğlu Etimad İsmayılovla görüşüb[b]

Bakı. Ramil Məmmədli - APA. Azərbaycan Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılovun oğlu Etimad İsmayılovun həbsi ilə bağlı qərardan kassasiya şikayəti verilib.

E. İsmayılovun vəkili Cərulla Ramazanov APA-ya bildirib ki, bu gün o, məsələ ilə bağlı Rusiya Baş Prokurorluğunda aidiyyəti şəxslərlə görüşüb və məsələnin ədalətli araşdırılmasını xahiş edib. Vəkil Baş Prokurorluğun nümayəndəsindən işin Çelyabinsk Vilayət Məhkəməsindən alınaraq Moskvada baxılmasını istəyib. C. Ramazanov iki gün öncə E. İsmayılovla saxlandığı təcridxanada görüşdüyünü bildirib: "Hüquqlarını müdafiə etdiyim şəxs fiziki cəhətdən hər hansı təzyiqlə üzləşməsə də, psixoloji gərginlik yaşayır". Vəkil növbəti məhkəmə iclasının vaxtının 10 gündən sonra bəlli olacağını deyib. Qeyd edək ki, E. İsmayılov "Avroasiya" Sənaye-Maliyyə Qrupu Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibidir. Çelyabinsk qubernatorunun himayəsində olan şirkətlərdən birinin "Avroasiya"ya 1 milyon ABŞ dolları məbləğində borcu var. Arbitraj Məhkəməsi həmin şirkətin Etimad İsmayılovun rəhbəri olduğu şirkətə borcunun olduğunu təsdiqləyən sənəd də verib. E. İsmayılov martın 25-də gecə Bakıdan Moskvaya qayıdarkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Domodedovo hava limanında saxlanılıb. Onun barəsində Rusiya Cinayət Məcəlləsinin "çirkli pulların yuyulması" və "dələduzluq" maddələri ilə ittiham irəli sürülüb və martın 27-də Çelyabinsk Şəhər Məhkəməsinin qərarı ilə barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

10. #790
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

NATO sammiti ərəfəsində Buxarestdə fövqəladə təhlükəsizlik tədbirləri görülür

[b]NATO sammiti ərəfəsində Buxarestdə fövqəladə təhlükəsizlik tədbirləri görülür[b]

Buxarest - APA. NATO-nun aprelin 2-4-də keçiriləcək zirvə toplantısı ərəfəsində Rumıniyanın paytaxtı Buxarestdə fövqəladə təhlükəsizlik tədbirləri həyata keçirilir.

APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Buxarestin mərkəzi hissəsi qapalı zonaya çevrilib. Şəhərin iki hava limanına aparan yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, polis və jandarmaların nəzarət etdiyi nəqliyyat dəhlizləri yaradılıb, xüsusi xidmət orqanları yüksək səviyyəli qonaqların gəlişi zamanı görüləcək təhlükəsizlik tədbirlərini sınaqdan keçirir. Yerli mətbuat paytaxt sakinlərinə sammitin keçiriləcəyi günlərdə şəhəri tərk etməyi məsləhət görüb. Dövlət orqanlarında 3 günlük qeyri-iş günü elan olunub. Həmin günlər məktəblər və liseylərdə dərslər keçirilməyəcək. Buxarest yaxınlığındakı mehmanxanalarda və istirahət zonalarında hökumətin tövsiyəsi ilə qiymətlər aşağı salınıb. Şəhərdə qalacaq vətəndaşlar öz avtomobillərini sammitin keçiriləcəyi parlament binası ətrafında və rəsmi kortejlərin keçəcəyi yollarda saxlamamağa qonaqların çağırılıb. Əks təqdirdə, həmin avtomobillər məcburi qaydada ərazidən evakuasiya ediləcək. Rəsmi heyətlərin keçəcəyi küçələrdə yerləşən binaların sakinlərinə pəncərələrini açmaq, hətta qonaqları salamlamaq qadağan olunub. ABŞ prezidenti Corc Buşun mühafizəsi üçün ayrıca tədbirlər görülüb. Onun qalacağı "Mariott" oteli əsl qalaya çevrilib. Otelin ətrafında yüzlərlə metr radiusda nəqliyyatın və piyadaların hərəkəti yasaqlanıb. Xüsusi xidmət orqanları otelin yaxınlığında yaşayan vətəndaşların siyahısını tərtib edərək onların kimliyini bir-bir araşdırıblar. Buxarest küçələrində yaşayan bomjlar və sahibsiz itlər yığışdırılaraq şəhər kənarındakı xüsusi yerlərə aparılıb. Kanalizasiya qapaqları möhürlənərək qapadılıb. Təhlükəsizlik tədbirləri üçün ümumilikdə 5 min 500 polis və jandarma, zirvə toplantısının işini təmin etmək üçünsə 23 min məmur cəlb edilib. Sammit hazırlıqlarına ümumilikdə 26 milyon avro xərclənib. Rumıniya Mərkəzi Bankı tarixi sammit münasibətilə xatirə sikkəsi buraxıb. Qeyd edək ki, Buxarest sammiti NATO-nun son 59 ildə keçirdiyi ən böyük tədbir olacaq. Zirvə toplantısında 26 üzv dövlətin, Sülh Naminə Tərəfdaşlıq Proqramını imzalamış 23 ölkənin dövlət, hökumət başçıları, nazirləri - ümumilikdə 3 min nəfər iştirak edəcək. Sammitin işini 3,5 mindən çox media nümayəndəsi işıqlandıracaq.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.