Əsas məzmuna keç
Sayfa 29/461 İlkİlk ... 1927282930313979129 ... SonSon
4610 sonuçtan 281 ile 290 arası

Azərbaycan Xəbərləri

1. #281
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın paytaxtında 20 yaşlı gənc özünə qəsd edib

[b]Azərbaycanın paytaxtında 20 yaşlı gənc özünə qəsd edib[b]

Bakı. Samir Kazımlı - APA. Bu il martın 8-də Masallı rayon sakini, 20 yaşlı Rauf Feyzi oğlu Musayev bicaq yarası diaqnoz ilə 3 saylı xəstəxanaya yerləşdirilib.

Sabunçu Rayon Polis İdarəsinini 13-cü bölməsindən APA-ya verilən məlumata görə, araşdırma zamanı Rauf Musayevin Bakıxanov qəsəbəsində kirayədə yaşadığı mənzildə bıçaqla özünə xəsarət yetirdiyi müəyyən olunub. Bölmədə toplanmış ilkin təhqiqat materialları araşdırılması üçün Sabunçu rayon Prokurorluğuna göndərilib. Bölmədən onu da bildiriblər ki, Rauf Musayevin şəxsi ailə münaqişəsi zəminində özünə qəsd etdiyi ehtimal olunur. Belə ki, onun sevdiyi qızın ailəsi ilə problemi olması ilə bağlı ehtimallar var. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

2. #282
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Türkiyəli professor: "PKK və ASALA terror təşkilatları Türkiyə və Azərbaycana qarşı birgə fəaliyyət göstərir"

[b]Türkiyəli professor: "PKK və ASALA terror təşkilatları Türkiyə və Azərbaycana qarşı birgə fəaliyyət göstərir"[b]

Ərzurum - APA. Ermənilərin 90 il əvvəl Türkiyənin Ərzurum rayonunun Alaca kəndində qətlə yetirdiyi 278 türkün anım mərasimi keçirilib.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, mərasimdə çıxış edən Atatürk Universitetinin Türk-Erməni Münasibətləri Araşdırma Mərkəzinin müdiri, professor Erol Kürkçüoğlu erməni terror təşkilatı ASALA ilə PKK-nın Türkiyə və Azərbaycana qarşı birgə fəaliyyət göstərdiklərini bildirib. O, ermənilərin 15 dövlətin parlamentində uydurma "soyqırım"ı tanıtdıqlarını təəssüflə vurğulayıb. Professor Ermənistan öz Konstitusiyasında Türkiyənin Qars, Ərdahan, Van və Ərzincan vilayətlərini Qərbi Ermənistan kimi göstərdiyini söyləyib. Türkiyə Silahlı Qüvvələrinin mayoru Polad Can isə ermənilərin hələ də Türkiyə ərazisində dövlət qurmaq xəyalında olduqlarını deyib: "Osmanlı dövləti Birinci Dünya Müharibəsində məğlub olduqdan sonra ermənilərin içindəki xəyanət hissi üzə çıxdı. Onlar bizim torpaqlarımızda erməni dövləti qurmaq istədilər. Buna nail olmadıqda isə şərq vilayətlərimizdə kütləvi qətllər törətdilər. Hələ də torpaqlarımızda erməni dövləti qurmaq üçün təbliğat aparırlar. Ancaq dünən olduğu kimi, bu gün də, sabah da vətənimizə qəsd edənlərin qolları qoparılacaq və düşmənlərimiz ən sərt şəkildə layiqli cavablarını alacaqlar".

3. #283
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ramil Usubov: "Polisin qeyri-qanuni halların qarşısını tez və qətiyyətlə almağa hər cür imkanı var"

[b]Ramil Usubov: "Polisin qeyri-qanuni halların qarşısını tez və qətiyyətlə almağa hər cür imkanı var"[b]

Bakı. Rəşad Süleymanov - APA. "Payızda Azərbaycanda keçiriləcək prezident seçkilərdə cəmiyyətimiz üçün problem yaradan halların olacağını düşünmürəm".

Bunu APA-nın sualını cavablandıran Azərbaycanın daxili işlər naziri Ramil Usubov bildirib. Nazir polisin həmişə, o cümlədən seçki ilində də baş verəcək bütün qanunsuz hərəkətlərin qarşısını almağa hazır olduğunu vurğulayıb: " Polis həmişə baş verə biləcək bütün qeyri-qanuni halların qarşısını almağa hazırdır. Polisin belə halların qarşısını tez və qətiyyətlə almağa hər cür imkanı var. Belə hallar baş verəcəyi təqdirdə də, qarşısı qətiyyətlə alınacaq".

4. #284
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Daxili İşlər Nazirliyi yeni «Fiat» markalı avtomobilləri polis əməkdaşlarına təqdim edib

[b]Azərbaycan Daxili İşlər Nazirliyi yeni «Fiat» markalı avtomobilləri polis əməkdaşlarına təqdim edib[b]

Bakı. Rəşad Süleymanov - APA. Bu gün Azərbaycan Daxili İşlər Nazirliyi yeni «Fiat» markalı avtomobilləri polis əməkdaşlarına təqdim edib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən daxili işlər naziri Ramil Usubov bildirib ki, son illər polisin müasir avadanlıqlar və texniki vasitələrlə təchizatı yüksəlib.

Bu da vətəndaşların qarşılaşdıqları problemlərin vaxtından aradan qaldırılmasına kömək edir. Daha sonra yeni avtomobillərin sənədləri polis bölmələrinə təqdim olunub. Tədbirin sonunda polis əməkdaşları yeni maşınlarla rəsmi keçid ediblər. R. Usubov jurnalistlərə açıqlamasında bildirib ki, növbətçi hissələrdə xidmət aparmaq üçün nəzərdə tutulan bu avtomaşınların alınmasına ümumilikdə 3 mln. 100 min manat (hər biri 16 500 manat) vəsait xərclənib: «Bu gün 188 avtomaşın təqdim olunur ki, onun da 130-u Bakı şəhərinin polis idarələrinə verilib. Bu ilin sonuna qədər daha 50-60 maşının alınaraq paytaxt və rayon polislərinə verilməsi nəzərdə tutulur».R.Usubov onu da vurğulayıb ki, bunlardan əlavə respublikada 400 belə avtomaşına ehtiyac var.

5. #285
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan və Bolqarıstan prezidentləri arasında görüş keçirilib

[b]Azərbaycan və Bolqarıstan prezidentləri arasında görüş keçirilib[b]

Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda səfərdə olan Bolqarıstan prezidenti Georgi Pırvanovla təkbətək görüşüb. APA-nın məlumatına görə, görüşdə iki ölkə arasında münasibətlərin inkişafı, perspektivlərlə bağlı müzakirələr aparılıb

Görüşdə həmçinin iki ölkə arasında əlaqələrin inkişafı üçün potensial olduğu da qeyd edilib. Görüşdə regional və beynəlxalq məsələlərlə bağlı da müzakirələr aparılıb.Daha sonra prezidentlərin də iştirakı ilə nümayəndə heyətlərinin görüşü keçirilib. Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstan prezidentini salamlayıb və iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini, qarşılıqlı səfərlərin münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.Öz növbəsində Bolqarıstan prezidenti Azərbaycanın dövlət başçısı ilə apardıqları müzakirələrin səmərəli olduğunu, Azərbaycanın Avropaya inteqrasiya yolu tutmasından məmnun olduğunu və bu yöndə ölkəsinin dəstəyə hazır olduğunu deyib.

6. #286
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan və Bolqarıstan prezidentləri birgə brifinq keçiriblər

[b]Azərbaycan və Bolqarıstan prezidentləri birgə brifinq keçiriblər[b]

Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycan və Bolqarıstan prezidentləri İlham Əliyevlə Georgi Pırvanov birgə brifinq keçiriblər. APA-nın məlumatına görə, Azərbaycan prezidenti Georgi Pırvanovun işgüzar səfərinin önəmli olduğunu deyib.

İlham Əliyev iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu, səfər çərçivəsində iqtisadi, siyasi, humanitar sahədə müzakirələr aparıldığını vurğulayıb. Bolqarıstanın Azərbaycanın Avropaya inteqrasiya prosesinə dəstək verdiyini deyib. Azərbaycan prezidenti müzakirələrdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparıldığını, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının mütləqliyinin bir daha vurğulandığını bildirib. Azərbaycan prezidenti həmçinin beynəlxalq və regional layihələrdən, Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çıxmasından, ölkəmizin regiondakı bütün layihələrdə əsas iştirakçı olmasından danışıb. Dövlət başçısı Bakı-Tiflis-Qars layihəsinin perspektivdə Avropa və Asiyanı birləşdirən dəmir yolu xətti olacağını və Azərbaycanın imkanlarının günbəgün artdığını qeyd edib. İ. Əliyev bildirib ki, onun həmkarı ilə apardığı danışıqlar təkcə ikitərəfli deyil, həm də regional mahiyyət daşıyıb: "Bu əməkdaşlıq Qara dəniz və Xəzər dənizi hövzəsinin əməkdaşlığına çevrilir".Öz növbəsində Bolqarıstan prezidenti Georgi Pırvanov da səfərini "siyasi dialoqun bir hissəsi" adlandırıb. O deyib ki, bu, açıq dialoqdur və artıq yaxşı nəticələr də var. Bolqarıstanın Avropa Birliyi ölkəsi olduğunu xatırladan Georgi Pırvanov birlik üçün enerji təhlükəsizliyinin mühümlüyünü vurğulayıb. "Nabucco" layihəsinin reallaşdırlması istiqamətində müzakirələrin intensivləşməsinin tərəfdarı olan Bolqarıstan prezidenti Xəzər və Qara dəniz regionu ölkələrinin birgə konfransının keçirilməsini təklif etdiyini də bildirib. O, Azərbaycan prezidentinin bu təklifə dəstək verdiyini də vurğulayıb. G. Pırvanov deyib ki, təklifin gercəkləşdirilməsi üçün ekspertlər iş aparıb, müzakirə ediləcək mövzuları müəyyənlışdirməlidirlər. Bolqarıstanın dövlət başçısı Azərbaycanın Burqas-Aleksandropolis layihəsində də iştirakını arzu etdiklərini söyləyib. O, ölkəsinin həm də enerji və nəqliyyat sektorunda əməkdaşlığa hazır olduğunu qeyd edib. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəsinin mövqeyini hələ ATƏT-ə sədrlik etdiyi dövrdə açıqladığını deyən G. Pırvanov Kosovanın müstəqilliyini tanımadıqlarını, orada vəziyyətin sabitləşməsini və münasibətlərin aydınlaşmasını gözlədiklərini bildirib. O, Kosovonın digər münaqişələr üçün president olmadığını da deyib. G. Pırvanov Azərbaycan prezidentini ölkəsinə səfərə dəvət etdiyni də açıqlayıb.

7. #287
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Lənkəranda ər arvadını güllələyib

[b]Lənkəranda ər arvadını güllələyib[b]

Lənkəranda ər arvadını güllələyib. APA-nın cənub bölgəsinin məlumatına görə, rayonun Tütəpeştə kənd sakini, 1961- ci il təvəllüdlü Şəmsəddin Cəfər oğlu Əliyev ailə münaqişəsi zəminində 1954-cü il təvəllüdlü həyat yoldaşı Qafilə Paşa qızı Əliyevaya odlu silahdan atəş açıb. Nəticədə Q. əliyeva ağır yaralanıb. Ona Lənkəran rayon Mərkəzi Xəstəxanasında ilkin yardım göstərildikdən sonra Bakıya göndərilib. Faktla bağlı Lənkəran şəhər Polis Şöbəsində araşdırma aparılır.

8. #288
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Sara Aşurbəyli haqqında sayt istifadəyə verilib

[b]Sara Aşurbəyli haqqında sayt istifadəyə verilib[b]

Bakı. Zaur Nurməmmədov - APA. Yaxın günlərdə internetin Azərbaycan seqmentində daha bir sayt istifadəyə verilib. Bu, görkəmli tarixçi-alim Sara Aşurbəyli haqqında yaradılmış saytdır. APA-nın məlumatına görə, [ ünvanlı saytın yaradılması S. Aşurbəylinin yaxın qohumları Ramiz Aşurlu, Yevgeniya Aşurlu və Süleyman Aşurlunun təşəbbüsü ilə həyata keçirilib. Qeyd edək ki, S.Aşurbəyli Bakının və Şirvanşahlar dövlətinin tarixinə dair çox qiymətli tədqiqatların, tarix, mədəniyyət və incəsənətə dair gözəl məqalələrin müəllifidir.

9. #289
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ömürlük və uzun müddətə həbs cəzasına məhkum edilən şəxslərin saxlanma şəraiti mövzusunda beynəlxalq ekspertlərin görüşü keçiriləcək

[b]Ömürlük və uzun müddətə həbs cəzasına məhkum edilən şəxslərin saxlanma şəraiti mövzusunda beynəlxalq ekspertlərin görüşü keçiriləcək[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. Sabah Bakıda ömürlük və uzun müddətə həbs cəzasına məhkum edilənlərin, habelə təqsirləndirilən şəxslərin saxlanma şəraiti mövzusunda beynəlxalq ekspertlərin görüşü keçiriləcək. Bu barədə APA-ya Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Görüş Ədliyyə Nazirliyi ilə Avropa Şurası arasında Azərbaycanda həbsxana sisteminin yeniləşdirilməsinin əsas istiqamətləri ilə bağlı qəbul edilən birgə fəaliyyət proqramı (2007-2008-ci illər) çərçivəsində təşkil olunacaq. İndiyədək bu proqrama uyğun olaraq üç tədbir keçirilib.

10. #290
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ABŞ Konqresi Ağ Evi məhkəməyə verib

[b]ABŞ Konqresi Ağ Evi məhkəməyə verib[b]

Vaşinqton - APA. ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Konqres adından Corc Buş administrasiyasına qarşı məhkəmə iddiası qaldırıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, 36 səhifəlik iddia Nümayəndələr Palatasının Hüquq Komitəsinin baş hüquqşünası İrvin Neytan tərəfindən məhkəməyə təqdim olunub. Cavabdehlər qismində prezident aparatının rəhbəri Coşua Bolten və administrasiyanın keçmiş baş hüquqşünası Xerriyet Mayers göstərilib. Bu iki şəxs bir sıra ştatlarda bəzi prokurorların işdən qovulması ilə bağlı yaranmış qalmaqala dair ifadə vermək üçün ötən ilin yayında rəsmi şəkildə Konqresə dəvət olunsalar da, Ağ Evin qadağasını əsas gətirərək dəvəti rədd ediblər. Məhkəmə iddiasında bildirilir ki, siyasi hakimiyyətin qolları tıxanıb, ona görə də Bolten və Mayersin Konqresə gələrək ifadə vermələri və tələb olunan bütün sənədləri təqdim etmələri üçün məhkəmənin müdaxiləsi zəruridir. Ağ Evin mətbuat katibi Dan Perino isə prezident administrasiyasının məhkəməyə verilməsini siyasi teatr adlandırıb.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.