[b]"Aqo" qrupu Ermənistan hökumətini siyasi motivlə həbs olunanları azad etməyə çağırıb[b]
İrəvan - APA. "Avropa Şurası Ermənistanda sabitliyin yaranması və regionun inkişafında maraqlıdır". APA-nın "Novosti-Armeniya"ya istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistanda səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" Monitorinq Qrupunun sədri, isveçli Per Syorgen İrəvanda keçirdiyi mətbuat konfransında deyib.
O, Ermənistanın mövcud vəziyyətdən çıxış və demokratik inkişaf yoluna qayıdış cəhdləri göstərdiyi çətin bir dövrdə bu ölkəyə səfər etdiklərini söyləyib. P. Syorgen səfər zamanı diqqəti təkcə Ermənistanın Avropa Şurası qarşısındakı öhdəliklərini necə yerinə yetirdiyinə yox, KİV azadlığının təmin olunması, seçkilərin şəffaflığı və 1 mart hadisələrindən sonra yaranmış vəziyyətin öyrənilməsinə də yönəldəcəklərini bildirib. "Aqo" qrupunun rəhbəri ölkədə durumun normallaşdırılması məqsədilə 6 təklif irəli sürdüklərini və bu təklifləri Ermənistanın xarici işlər nazirinə təqdim etdiklərini açıqlayıb. O, 1 mart hadisələrinə görə həbs olunan şəxslərin saxlanıldığı İrəvandakı "Kentron" istintaq təcridxanasında olduqlarını və bu şəxslərin öz ailələrindən, cəmiyyətdən tamamilə təcrid edildiklərini vurğulayıb: "Bu, düzgün deyil. Ədliyyə naziri bizi əmin etdi ki, məsələ həll olunacaq". P. Syorgen bəyan edib ki, "Aqo" Qrupu beynəlxalq təşkilatların siyasi motivlərlə həbs olunmuş bütün şəxslərin azadlığı buraxılmasına dair tələbini dəstəkləyir və Ermənistanın ədliyyə naziri həbsdən azad ediləcək şəxslər barədə qrupa müntəzəm məlumat verəcək. O, 1-2 mart olaylarının müstəqil və tərəfsiz şəkildə araşdırılması tələbini də dəstəklədiklərini açıqlayaraq təhqiqata beynəlxalq ekspertlərin də kömək edə biləcəyini deyib. P. Syorgen Ermənistan parlamentinin "Mitinqlər, yürüşlər, nümayişlər, kütləvi toplantıların keçirilməsi haqqında" qanuna etdiyi əlavələrə də toxunub: "Təəssüf edirəm ki, qanun Avropa Şurası ilə müzakirə və məsləhətləşmə aparılmadan qəbul olunub. Venesiya Komissiyası artıq sənədi araşdırıb və öz tövsiyələrini Ermənistan hökumətinə təqdim edəcək". P. Syorgen hakimiyyətlə müxalifət arasında siyasi dialoqun vacibliyini də vurğulayıb.
4610 sonuçtan 801 ile 810 arası

03-31-2008, 06:06 PM #801Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Lətif Hüseynov: "Azərbaycan 2008-ci ilin prezident seçkilərinə Seçki Məcəlləsinə ediləcək əlavə və dəyişikliklə gedəcək"
[b]Lətif Hüseynov: "Azərbaycan 2008-ci ilin prezident seçkilərinə Seçki Məcəlləsinə ediləcək əlavə və dəyişikliklə gedəcək"[b]
Bakı. Elbrus Seyfullayev - APA. Avropa Şurasının Venesiya Komissiyasının üzvü Lətif Hüseynov müsahibə verib. APA-nın məlumatına görə, müsahibədə L. Hüseynov Azərbaycanın Seçki Məcəlləsinə və "Sərbəst toplaşma azadlığı haqqında" qanuna əlavə və dəyişiklərlə bağlı rəsmi Bakı ilə Venesiya Komissiyası arasında aparılan müzakirələrə dair fikirlərini bildirib, əldə olunan razılıqların bəzi detallarını açıqlayıb.
- Avropa Şurası Venesiya Komissiyasının son sessiyasında Azərbaycanın Seçki Məcəlləsinə əlavə və dəyişikliklə bağlı verilən rəydə hansı məsələlər əksini tapıb?- Avropa Şurası Venesiya Komissiyasının mart ayında keçirilən plenar sessiyasında Azərbaycan Seçki Məcəlləsinə əlavə və dəyişikliklə bağlı hazırlanan aralıq rəy müzakirə olunaraq qəbul edilib. Aralıq rəy ona görə deyirəm ki, hələlik bu sənəd qəbul olunmayıb. Həmin rəydə məcəlləyə əlavə və dəyişikliklə bağlı məsələ əksini tapıb. Azərbaycan hökumətinin təqdim etdiyi əlavə və dəyişikliklə bağlı verilən həmin rəy ümumilikdə müsbətdir. Ancaq orada müəyyən iradlar da var. Məsələn, bu iradlardan biri "exit-poll" keçirən təşkilatların Mərkəzi Seçki Komissiyasında akkreditasiya olunması ilə bağlıdır. Azərbaycan hökumətinin təqdim etdiyi təkliflərdə həmin təşkilatların mütləq akkreditasiyadan keçməsi əksini tapıb. Venesiya Komissiyası isə belə bir qeydiyyatın aparılmasına ehtiyac görmür. Bundan başqa, hərbçilərin səsvermə prosedurunun yaxşılaşdırılması ilə bağlı təkliflər var. Bu təklifdə məqsəd ondan ibarətdir ki, hərbçilər mümkün qədər digər seçicilərlə birgə səs verməlidirlər. Azərbaycan hökumətin təqdim etdiyi layihədə isə mövcud reallıqdan irəli gələrək, xüsusi rejimin hökm sürdüyü ərazilərdə bu təcrübəni tətbiq etməyə imkanın olmadığı göstərilib. Artıq rəy Azərbaycan hökumətinə təqdim olunub. Çox güman ki, həmin rəy öyrənilməklə və nəzərə alınmaqla qanun layihəsinin son variantı Milli Məclisə təqdim olunacaq. Ola bilər ki, Seçki Məcəlləsinə təklif olunan əlavə və dəyişiklik "Sərbəst toplaşma azadlığı haqqında" qanuna əlavə və dəyişikliklərlə bir yerdə Milli Məclisə təqdim olunsun. - Seçki Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklərdə seçki komissiyalarının tərkibi ilə bağlı müddəa varmı?- Azərbaycan hökumətinin təqdim etdiyi layihədə seçki komissiyalarının tərkibi ilə bağlı hər hansı müddəa yoxdur. Ancaq mart ayında Venesiya Komissiyasında keçirilən müzakirələr zamanı Azərbaycan hökumətinin nümayəndəsi bildirdi ki, sənəd qəbul olunmaq üçün parlamentə təqdim olunan zaman bu məsələ də ayrıca müddəa kimi parlamentə təqdim oluna bilər. Yəni Seçki Məcəlləsinə əlavə və dəyişiklik Milli Məclisdə müzakirə olunarkən seçki komissiyalarının tərkibi ilə bağlı məsələ də müzakirə oluna bilər. Ümumiyyətlə, seçki komissiyalarının tərkibi ilə bağlı Avropada da vahid standart yoxdur. Yəni müxtəlif variantlar ola bilər. Venesiya Komissiyası nə vaxtsa formal olaraq seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması ilə bağlı təqdim etdiyi variantdan geri çəkilmək istəmir. Ancaq hökumət də hesab edir ki, bu bir tövsiyədir, bunu qəbul etmək də, etməmək də olar. Azərbaycan tərəfi hesab edir ki, mövcud Seçki Məcəlləsi tamamilə beynəlxalq standartlara uyğundur. Hazırda seçki komissiyalarının tərkibi mövcud standartlara zidd deyil. Ancaq Azərbaycan hökuməti yenə də konkret təkliflər olarsa, müzakirələrə hazır olduğunu bildirir. - Azərbaycan hökumətinin Venesiya Komissiyasına təqdim etdiyi layihədə barmaqların mürəkkəbə batırılması ilə bağlı müddəa əksini tapıbmı?- Bəli, bu müddəa konkret şəkildə göstərilib. Ümumilikdə təklif olunan əlavə və dəyişikliklər 10-dan az deyil. Hesab edirəm ki, Azərbaycan hökuməti Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliyə seçki prosesinin təkmilləşdirilməsi kimi yanaşıb. Azərbaycan 2008-ci ilin prezident seçkilərinə Seçki Məcəlləsinə ediləcək əlavə və dəyişikliklə gedəcək. - Bəs Azərbaycanın "Sərbəst toplaşma azadlığı haqqında" qanununa əlavə və dəyişikliklə bağlı nə vəziyyət nə yerdədir? - Azərbaycanın "Sərbəst toplaşma azadlığı haqqında" qanununa əlavə və dəyişikliklə bağlı Venesiya Komissiyasının rəyi ötən ilin dekabrında verilib. Bu, Venesiya Komissiyasının Avropa Şurasının üzvü olan ölkələrin analoji qanunları ilə bağlı verdiyi ən müsbət rəylərdən biri sayılır. Bu layihədə isə cəmi bir müddəa ilə bağlı irad var. Söhbət İcra Hakimiyyəti orqanlarının qarşısında toplaşmaqdan gedir. Orada göstərilib ki, bu irad istisna olmaqla, "Sərbəst toplaşma azadlığı haqqında" qanuna əlavə və dəyişikliklər bu formada parlamentdə qəbul olunarsa, Avropa standartlarına tam uyğun olacaq. İradla bağlı müddəaya gəlinsə, Azərbaycan hökumətinin təqdim etdiyi layihədə göstərilib ki, icra hakimiyyətlərinin qarşısında toplantılar keçirilməməlidir. Hazırda məsələ Venesiya Komissiyası ilə dialoq səviyyəsində razılaşdırılır və son variant yaxın vaxtlarda Milli Məclisə təqdim olunacaq. - Azərbaycanda İşgəncələr Əleyhinə Komitənin yaradılması nə qədər realdır?- BMT tərəfindən İşgəncələr Əleyhinə Konvensiya 1984-cü ildə qəbul olunub. Bu yaxınlarda həmin konvensiyaya fakültativ bir protokol da qəbul olundu. Həmin protokola əsasən, İşgəncələr Əleyhinə Alt Komitə yaradılır. Həmin komitənin əsas məqsədi iştirakçı dövlətlərin azadlıqdan məhrumetmə yerlərinə səfər etmək və orada saxlanılan şəxslərin saxlanma şəraiti ilə tanış olmaqdır. Bununla bağlı dövlətlərin milli mexanizmlər yaratması da nəzərdə tutulub. Həmin qurum qeyri-dövlət təşkilatı da ola bilər. Ancaq ona müəyyən status verilməlidir. Bu qurumun əməkdaşları azadlıqdan məhrumetmə yerlərinə istənilən vaxt səfər edib, istənilən şəxslə görüşmək imkanına malik olmalıdırlar. Azərbaycan isə həmin protokola qoşulmayıb, hələlik bizdə bu məsələ öyrənilir. Hesab edirəm ki, komitənin yaradılması məsələsində Azərbaycanda problem olmamalıdır.- Siz bir neçə gün əvvəl BMT-də ən yüksək Ekspert Orqanına seçildiniz. Bununla bağlı nə deyə bilərsiniz? - BMT-də ən yüksək Ekspert Orqanına seçilməyim ilk növbədə Azərbaycanın uğurudur. Digər təşkilatlardan fərqli olaraq, burada hər ölkədən bir deyil, cəmi 18 ekspert fəaliyyət göstərir. Bu ekspertləri İnsan Haqları Şurasının üzvü olan 47 dövlət seçir. Bizim daxil olduğumuz 22 dövlətdən ibarət Şərqi Avropa qrupundan 2 yerə 4 namizəd verilmişdi. Maraqlıdır ki, 30 dövlət Azərbaycana səs verib. Bu, Azərbaycan diplomatiyasının uğurudur. Mən bunu BMT-də "Azərbaycanın işğal altındakı ərazilərindəki vəziyyətə dair" qəbul olunan qətnamədən sonra ölkənin növbəti uğuru kimi qiymətləndirirəm.

03-31-2008, 06:16 PM #802Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
"Aqo" qrupu Ermənistan hökumətini siyasi motivlə həbs olunanları azad etməyə çağırıb

03-31-2008, 06:21 PM #803Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Bakı Şəhər İcra Hakimiyyəti Kəlbəcərin işğalının ildönümü ilə əlaqədar BMT-nin Bakı nümayəndəliyinin qarşısında aksiya keçirilməsin<
[b]Bakı Şəhər İcra Hakimiyyəti Kəlbəcərin işğalının ildönümü ilə əlaqədar BMT-nin Bakı nümayəndəliyinin qarşısında aksiya keçirilməsinə icazə verməyib[b]
Bakı. Elnur Məmmədli - APA. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) bir qrup məcburi köçkün jurnalistin Kəlbəcərin ermənilər tərəfindən işğalının növbəti ildönümü ilə bağlı aprelin 2-də BMT-nin Bakı nümayəndəliyinin binası qarşısında aksiya keçirməklə bağlı müraciətinə mənfi cavab verib. Aksiyanın təşkilat komitəsindən APA-ya daxil olan məlumata görə, şəhər rəhbərliyi bu gün jurnalistlərə göndərdiyi cavab məktubunda aksiyanın keçirilməsinin məqsədəuyğun olmadığını bildirib. BŞİH öz qərarını "Sərbəst toplaşma azadlığı haqqında" qanunun 9-cu maddəsinin üçüncü hissəsinin birinci bəndinə uyğun olaraq qanunverici, icra və məhkəmə hakimiyyəti orqanlarının yerləşdiyi binaların ətrafında 300 metr radius çərçivəsində kütləvi aksiyaların keçirilməsinin qadağan olunduğunu əsas gətirilib. BŞİH-in rədd cavabına baxmayaraq, təşkilatçılar aksiyanı keçirmək niyyətində olduqlarını bildiriblər.

03-31-2008, 06:41 PM #804Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Robert Köçəryan Dağlıq Qarabağa gedib
[b]Robert Köçəryan Dağlıq Qarabağa gedib[b]
Xankəndi - APA. Ermənistan prezidenti Robert Köçəryan bu gün işğal altında olan Azərbaycan ərazisi Dağlıq Qarabağa səfər edib. APA-nın Ermənistan saytlarına istinadən verdiyi məlumata görə, R. Köçəryan Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanla görüşüb. Görüş zamanı münaqişənin həlli prosesi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

03-31-2008, 07:01 PM #805Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan parlamentində "Ailə münasibətlərində zorakılıqdan qorunmanın hüquqi aspektləri" mövzusunda dinləmələr keçirilib
[b]Azərbaycan parlamentində "Ailə münasibətlərində zorakılıqdan qorunmanın hüquqi aspektləri" mövzusunda dinləmələr keçirilib[b]
Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Azərbaycan Milli Məclisində "Ailə münasibətlərində zorakılıqdan qorunmanın hüquqi aspektləri" mövzusunda parlament dinləmələri keçirilib. APA-nın məlumatına görə, Avropa Şurasının "Qadınlara qarşı zorakılığı dayandırın" kampaniyası çərçivəsində keçirilən tədbirdə Estoniya parlamentinin vitse-spikeri Kristina Ojuland, bir sıra beynəlxalq təşkilatların və Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirliklərinin təmsilçiləri də iştirak ediblər. Dinləmələr zamanı vitse-spiker Bahar Muradova bildirib ki, Azərbaycan qadın hüquqlarının qorunması ilə bağlı beynəlxalq konvensiyalara qoşulub. Qadınların cəmiyyətin qurulmasında yaxından iştirak etdiyini deyən B. Muradova qeyd edib ki, bununla bağlı bəzi sahələrdə müəyyən problemlər mövcuddur. O, sözlərinə misal olaraq bir sıra dövlət qurumlarında qadınların kifayət qədər təmsil olunmadıqlarını deyib. Parlamentin hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov Azərbaycanda qadın hüquqlarının qorunması ilə bağlı dövlət səviyyəsində iş aparıldığını deyib. Onun sözlərinə görə, ölkədə qəbul edilən Milli Fəaliyyət Planının bir hissəsi qadınların hüquqlarının qorunması ilə bağlıdır. Ə. Hüseynov, həmçinin Azərbaycanda "Gender bərabərliyi haqqında" qanunun qəbul edildiyini də xatırladıb. Estoniya parlamentinin vitse-spikeri Kristina Ojuland ölkəsində sözügedən sahədə vəziyyətə dair məruzə ilə çıxış edib. O, hər il Estoniyada orta hesabla 500 qadının insan alverinin qurbanı olduğunu diqqətə çatdırıb. K. Ojuland Estoniyada hər gün 285 qadının zorakılığa və cinsi istismara məruz qaldığını da bildirib.

03-31-2008, 07:51 PM #806Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
ABŞ Dövlət Departamentinin qaçqın və köçkünlərlə iş üzrə bürosu Şimali və Cənubi Qafqazda QHT-lər üçün qrant proqramı elan edib
[b]ABŞ Dövlət Departamentinin qaçqın və köçkünlərlə iş üzrə bürosu Şimali və Cənubi Qafqazda QHT-lər üçün qrant proqramı elan edib[b]
Bakı. Ülviyyə Əliyeva-APA. ABŞ Dövlət Departamenti Şimali və Cənubi Qafqazda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları üçün qaçqın və məcburi köçkünlərə yardım məqsədilə qrant proqramı elan edib. APA-nın məlumatına görə, yardımın ümumi məbləği 2,6 milyon dollardır. Qeyri-hökumət təşkilatları aprelin 28-dək qrantları almaq üçün Amerika Dövlət Departamentinin qaçqın və köçkünlərlə iş üzrə bürosuna müraciət etməlidirlər. Yardım bir il müddətinə nəzərdə tutulub. Bu yardım Azərbaycan qeyri-hökumət təşkilatlarına qaçqın və məcburi köçkünlərin mənzillə təmin olunması, sanitariya məsələlərinin həlli və psixoloji yardım məqsədilə veriləcək.

03-31-2008, 08:06 PM #807Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan paytaxtında Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının İcraiyyə Komitəsinin iclası keçirilir
[b]Azərbaycan paytaxtında Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının İcraiyyə Komitəsinin iclası keçirilir[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Bu gün Bakıda Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının İcraiyyə Komitəsinin iclası keçirilir. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda 15 dövlətdən olan 30-dan çox nümayəndə, o cümlədən Çin, İndoneziya, Ukrayna, Şimali İrlandiya və Uqandanın prokurorluq orqanlarının rəhbərləri, Pakistan və Hindistanın antikorrupsiya qurumlarının başçıları iştirak edir. İcraiyyə Komitəsinin bugünkü iclasında Azərbaycan ədliyyə naziri Fikrət Məmmədov çıxış edib. Daha sonra Assosiasiyanın növbəti tədbirlərinin keçirilməsi mexanizmi barədə müzakirələr aparılıb. İcraiyyə Komitəsinin üzvləri Ədliyyə Nazirliyində, Baş Prokurorluq yayında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində olub, hüquqi sahədə əməkdaşlığın perspektivləri barədə müzakirə aparıblar.

04-01-2008, 10:11 AM #808Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
2007-ci ildə Azərbaycan Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 69 nəfəri korrupsiya faktına görə cinayət məsuliyyətinə cəlb edib
[b]2007-ci ildə Azərbaycan Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 69 nəfəri korrupsiya faktına görə cinayət məsuliyyətinə cəlb edib[b]
Bakı. Tamara Qriqoryeva - APA. 2007-ci ildə Azərbaycan Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən müxtəlif vəzifəli 69 nəfər korrupsiya faktına görə cinayət məsuliyyətinə cəlb olunub.
APA-nın məlumatına görə, bu barədə Azərbaycanın baş prokuroru Zakir Qaralov bildirib. Bu ilin I rübündə idarə tərəfindən korrupsiya faktı ilə bağlı 13 cinayət işinin başlandığını qeyd edən baş prokuror ilin əvvəlindən müxtəlif vəzifəli 6 nəfərin cinayət məsuliyyətinə cəlb olduğunu diqqətə çatdırıb. O, korrupsiya ilə mübarizə tədbirlərinin davam etdirildiyini vurğulayıb.

04-01-2008, 01:21 PM #809Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik ediləcək
[b]Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik ediləcək[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinə hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı dəyişiklik ediləcək".
APA-nın məlumatına görə, bunu Azərbaycan Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, Azərbaycan Cinayət Məcəlləsinə (CM) konkret bu müddəanın daxil edilməsi ilə bağlı öhdəlik götürüb. K. Əliyev deyib ki, "Şəffaflığın Artırılması və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Strategiya"ya əlavə tədbirlər planı hazırlanıb. Planda cinayət qanunvericiliyinə dəyişikliklərlə bağlı tapşırıqlar verilib: "Hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı bir sıra dövlətlərin təcrübəsi öyrəniləcək və Azərbaycanın cinayət qanunvericiliyinə tətbiq olunacaq. Hüquqi şəxslərin cinayət məsuliyyətinin yaradılması Azərbaycan cinayət qanunvericiliyinin əsas prinsiplərinin dəyişdirilməsi və Cinayət Məsuliyyətinin əksər müddəasının yenilənməsinə gətirib çıxaracaq".

04-01-2008, 01:26 PM #810Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Sərdar Cəlaloğlu: "Prezident seçkiləri ilə əlaqədar xarici ölkələrə səfər etmək, bu səfərlərə ümid bağlamaq yanlışdır"
[b]Sərdar Cəlaloğlu: "Prezident seçkiləri ilə əlaqədar xarici ölkələrə səfər etmək, bu səfərlərə ümid bağlamaq yanlışdır"[b]
Bakı. Elnur Məmmədli-APA. "Prezident seçkiləri Azərbaycanın daxilində keçirilir, xaricdə yox. Buna görə də bu seçkilərlə əlaqədar xaricə səfərlər etmək, bu səfərlərə böyük ümidlər bağlamaq yanlışdır. Bundan əvvəlki seçkilərdə müxalifətçilərin xaricə etdikləri səfərlər seçkilərə heç bir təsir göstərməyib". Bu açıqlamanı APA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu verib. Onun sözlərinə görə, seçkilərdə namizədliyini irəli sürməsinə baxmayaraq, xarici ölkələrə səfər etməyəcək. S. Cəlaloğlu seçkilər vaxtı namizədlərin öz işlərini Azərbaycan daxilində qurmasına tərəfdar olduğunu qeyd edib: "Mən namizəd olaraq seçki ərəfəsində daha çox ölkə daxilində fəaliyyət göstərəcəyəm. Ola bilər ki, əvvəlki seçkilərdə olduğu kimi, bu il də namizədlər seçkiqabağı təbliğat məqsədi ilə xaricə səfər etsinlər. Amma bu səfərlərin heç biri ölkədə gedən siyasi proseslərə təsir etməyəcək".

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
O, Ermənistanın mövcud vəziyyətdən çıxış və demokratik inkişaf yoluna qayıdış cəhdləri göstərdiyi çətin bir dövrdə bu ölkəyə səfər etdiklərini söyləyib. P. Syorgen səfər zamanı diqqəti təkcə Ermənistanın Avropa Şurası qarşısındakı öhdəliklərini necə yerinə yetirdiyinə yox, KİV azadlığının təmin olunması, seçkilərin şəffaflığı və 1 mart hadisələrindən sonra yaranmış vəziyyətin öyrənilməsinə də yönəldəcəklərini bildirib. "Aqo" qrupunun rəhbəri ölkədə durumun normallaşdırılması məqsədilə 6 təklif irəli sürdüklərini və bu təklifləri Ermənistanın xarici işlər nazirinə təqdim etdiklərini açıqlayıb. O, 1 mart hadisələrinə görə həbs olunan şəxslərin saxlanıldığı İrəvandakı "Kentron" istintaq təcridxanasında olduqlarını və bu şəxslərin öz ailələrindən, cəmiyyətdən tamamilə təcrid edildiklərini vurğulayıb: "Bu, düzgün deyil. Ədliyyə naziri bizi əmin etdi ki, məsələ həll olunacaq". P. Syorgen bəyan edib ki, "Aqo" Qrupu beynəlxalq təşkilatların siyasi motivlərlə həbs olunmuş bütün şəxslərin azadlığı buraxılmasına dair tələbini dəstəkləyir və Ermənistanın ədliyyə naziri həbsdən azad ediləcək şəxslər barədə qrupa müntəzəm məlumat verəcək. O, 1-2 mart olaylarının müstəqil və tərəfsiz şəkildə araşdırılması tələbini də dəstəklədiklərini açıqlayaraq təhqiqata beynəlxalq ekspertlərin də kömək edə biləcəyini deyib. P. Syorgen Ermənistan parlamentinin "Mitinqlər, yürüşlər, nümayişlər, kütləvi toplantıların keçirilməsi haqqında" qanuna etdiyi əlavələrə də toxunub: "Təəssüf edirəm ki, qanun Avropa Şurası ilə müzakirə və məsləhətləşmə aparılmadan qəbul olunub. Venesiya Komissiyası artıq sənədi araşdırıb və öz tövsiyələrini Ermənistan hökumətinə təqdim edəcək". P. Syorgen hakimiyyətlə müxalifət arasında siyasi dialoqun vacibliyini də vurğulayıb.

Yer imleri