Əsas məzmuna keç
Sayfa 78/461 İlkİlk ... 2868767778798088128178 ... SonSon
4610 sonuçtan 771 ile 780 arası

Azərbaycan Xəbərləri

1. #771
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan paytaxtında 20 yaşlı qızı oğurlayaraq zorlayan 3 nəfər həbs olunub

[b]Azərbaycan paytaxtında 20 yaşlı qızı oğurlayaraq zorlayan 3 nəfər həbs olunub[b]

Bakı. Şəhriyar Əlizadə - APA. Dünən günorta saatlarında metronun "20 Yanvar" stansiyasının yaxınlığında 20 yaşlı qız oğurlanıb. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisənin şahidlərinin sözlərindən məlum olub ki, qızı zorla "AzSamand" markalı avtomobilə oturdaraq naməlum istiqamətə aparıblar.

Polislərin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qızı Müşfiqabad qəsəbə sakini, 1981-ci il təvəllüdlü Seymur Abbasovun oğurladığı və Novxanıdakı bağ evinə apardığı müəyyənləşib. Əməliyyat qrupu S. Abbasovla yanaşı, bağ evində onun iş yoldaşları Rəşad Hacıyev və Samir Sadıxovu da yaxalayıb. Hələlik adı açıqlanmayan zərərçəkən isə bildirib ki, oğlanlar onu bağ evinə apararaq orada döyüb, sonra isə zorlayıblar. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanıb.

2. #772
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub[b]

Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 30-da saat 11.40-dan 23.55-dək fasilələrlə Ermənistanın Berd, İcevan və Noyemberyan rayonları ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu, Tovuz rayonunun Ağbulaq və Ağdam kəndləri, Qazax rayonunun isə Qızıl Hacılı və Aşağı Əskipara kəndləri sahəsindəki mövqelərini, saat 12.40-dan 12.50-dək və saat 21.20-dən 22.00-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 21.50-dən 00.00-dək ara-sıra Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

3. #773
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Rumıniya prezidenti yol qəzası törətdiyinə görə cəzalandırılıb

[b]Rumıniya prezidenti yol qəzası törətdiyinə görə cəzalandırılıb[b]

Bakı. Laçın Sultanova - APA. Rumıniya prezidenti Trayan Basesku kiçik yol-nəqliyyat hadisəsinin səbəbkarı olub. APA-nın xarici KİV-ə istinadən verdiyi məlumata görə, T. Baseskunun idarə etdiyi avtomobil şəhər meriyasının binası yaxınlığında öndə hərəkət edən başqa bir avtomobilə dəyib. Hadisə zamanı xəsarət alan olmayıb. Prezident mühafizəçilərinin müşayiəti ilə yol polisi idarəsinə gedərək protokol doldurub və alkoqol testindən keçib. Törətdiyi qəzaya görə dövlət başçısına 3 cərimə bəndi cəza (il ərzində 15 cərimə alan sürücü imtahandan keçməli olur) kəsilib və o, 100 ley (40 dollar) məbləğində cərimələnib. Hadisənin səbəbkarı olduğunu etiraf edən T. Basesku bildirib ki, vaxtilə Buxarestin meri işləyərkən oturduğu kabinetin pəncərələrinə baxdığı üçün qarşıdakı maşına diqqət yetirməyib.

4. #774
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Avropa Məhkəməsinin hakimi vəzifəsinə Azərbaycandan olan namizədlərlə bağlı müzakirələr AŞ PA-nın aprelin 15-də keçiriləcək iclasında aparılacaq

[b]Avropa Məhkəməsinin hakimi vəzifəsinə Azərbaycandan olan namizədlərlə bağlı müzakirələr AŞ PA-nın aprelin 15-də keçiriləcək iclasında aparılacaq[b]

Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycandan İnsan Haqları üzrə Avropa Məhkəməsinin hakimi vəzifəsinə müəyyənləşdirilən namizədlərlə bağlı Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasının aprelin 15-də keçiriləcək iclasında müzakirələr aparılacaq.

Bu barədə APA-ya Azərbaycan Respublikasının İnsan Haqları üzrə Avropa Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov məlumat verib. Ç. Əsgərov güman edir ki, müzakirələr zamanı müsbət qərar qəbul olunacaq və Azərbaycandan Avropa Məhkəməsində çalışacaq hakim müəyyənləşəcək. Qeyd edək ki, Azərbaycandan Avropa Məhkəməsinin hakimi vəzifəsinə Xanlar Hacıyevin, Rövşən İsmayılovun və Səadət Yusifovanın namizədlikləri irəli sürülüb. Namizədlərlə bağlı AŞ PA-nın Hakimlərin Seçilməsi üzrə Alt Komitəsində müzakirələr aparılıb. Alt Komitənin Azərbaycandan olan namizədlər haqqında müsbət rəy açıqladığı bildirilib.

5. #775
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İlk dəfə olaraq "Ukrayna-Azərbaycan tədris lüğəti" nəşr olunub

[b]İlk dəfə olaraq "Ukrayna-Azərbaycan tədris lüğəti" nəşr olunub[b]

Bakı. Laçın Sultanova - APA. İlk dəfə olaraq "Ukrayna-Azərbaycan tədris lüğəti" nəşr olunub. Ukraynanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, lüğət Ukraynanın Azərbaycandakı səfiri Stepan Volkovetskinin təşəbbüsü ilə Bakı Slavyan Universiteti (BSU) tərəfindən hazırlanıb və nəşr edilib. Lüğətdə 11 minə yaxın söz və müasir Ukrayna dilinin frazeoloji birləşmələri yer alıb. Sözlərin tərcüməsi ilə yanaşı, lüğətdə Ukrayna dilini öyrənmək üçün vacib olan sözlərdən istifadəyə dair nümunələr və sözlərin əsas qrammatik formaları göstərilib. Səfirlikdən o da bildirilib ki, lüğətin nüsxələri böyük Ukrayna şairi Taras Şevçenkonun abidəsinin bu ilin aprelində Bakıda keçiriləcək açılış mərasimində Ukrayna və Azərbaycan prezidentləri Viktor Yuşşenko və İlham Əliyevə təqdim olunacaq.

6. #776
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Tümendə Fərman Salmanova həsr olunmuş elmi-praktik konfrans keçiriləcək

[b]Tümendə Fərman Salmanova həsr olunmuş elmi-praktik konfrans keçiriləcək[b]

Bakı. Laçın Sultanova - APA. Aprelin 2-3-də Tümendə "Salmanovskiye çteniya" adlı gənc mütəxəssislərin ikinci elmi-praktiki konfransı keçiriləcək. APA-nın məlumatına görə, tədbirdə Rusiya prezidentinin Ural Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsinin müavini Viktor Basargin, Tümen vilayətinin qubernatoru Vladimir Yakuşev, Rusiya Elmlər Akademiyasının vitse-prezidenti Nikolay Laverov, Neft v və Qaz Problemləri İnstitutunun direktoru Anatoli Dmitriyevski, Tümen ali təhsil ocaqlarının rektorları, vilayətin elm müəssisələrinin baş direktorları iştirak edəcəklər. Konfransa 60-dan çox alimin qatılacağı gözlənilir. Onların əksəriyyəti elmi məruzə ilə çıxış edəcək. Bu konfrans görkəmli geoloq, Tümenin neft sənayesində böyük işlər görmüş həmyerlimiz Fərman Salmanova həsr olunduğu üçün «Salmanovskiye çteniya» adlandırılır.

7. #777
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi Parisdə qeyd olunacaq

[b]Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi Parisdə qeyd olunacaq[b]

Bakı. Ülviyyə Əliyeva - APA. Aprelin 2-də Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 90 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Bu barədə APA-ya Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib. Parisin "Les Champs Elysees" teatrında keçiriləcək yubiley tədbirinə Fransanın dövlət və hökumət nümayəndələri, bu ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin üzvləri də qatılacaqlar. Tədbirin bədii hissəsində Azərbaycanın incəsənət xadimləri xüsusi konsert proqramı ilə çıxış edəcəklər.

8. #778
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Estoniya parlamentinin vitse-spikerinin Azərbaycana səfəri başlayıb

[b]Estoniya parlamentinin vitse-spikerinin Azərbaycana səfəri başlayıb[b]

Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Estoniya parlamentinin vitse-spikeri, Avropa Şurası Parlament Assambleyası siyasi komitəsinin sədr müavini Kristina Ojulandın (Kristiina Ojuland) Azərbaycana səfəri başlayıb. APA-nın məlumatına görə, K. Ojuland Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib. Estoniya parlamentinin vitse-spikeri jurnalistlərə açıqlamasında Azərbaycan-Estoniya əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan sürətlə inkişaf edir. K. Ojuland Azərbaycan Xarici İşlər, İqtisadi İnkişaf nazirliklərində və Milli Məclisdə görüşlər keçirəcəyini söyləyib.

9. #779
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

AŞ PA siyasi komitəsinin sədr müavini: "Avropa Şurasının Azərbaycanı monitorinq altında saxlaması normaldır"

[b]AŞ PA siyasi komitəsinin sədr müavini: "Avropa Şurasının Azərbaycanı monitorinq altında saxlaması normaldır"[b]

Bakı. Elbrus Seyfullayev - APA. "Avropa Şurasının Azərbaycanı monitorinq altında saxlaması normaldır, burada qeyri-adi heç nə yoxdur". APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan Estoniya parlamentinin vitse-spikeri, Avropa Şurası Parlament Assambleyası (AŞ PA) siyasi komitəsinin sədr müavini Kristina Ojuland (Kristiina Ojuland) jurnalistlərə açıqlamasında deyib.

K. Ojulandın sözlərinə görə, monitorinqlər Avropa Şurasına üzv olan bütün ölkələrdə aparılır: "Daimi həmməruzəçilər var, onlar ölkələrdə baş verən prosesləri izləyir və yekun hesabat hazırlayırlar".Qeyd edək ki, AŞ Azərbaycanı monitorinq altında olan ölkələr sırasına aid edir.

10. #780
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Akif Şahbazov: "Apardığımız danışıqlar göstərdi ki, müxalifətin indiki prezidentə alternativ namizəd irəli sürmək imkanı yoxdur"

[b]Akif Şahbazov: "Apardığımız danışıqlar göstərdi ki, müxalifətin indiki prezidentə alternativ namizəd irəli sürmək imkanı yoxdur"[b]

Bakı. Elnur Məmmədli - APA. "Müxalifət liderləri ilə aparılan danışıqlar göstərdi ki, prezident seçkilərində bu düşərgənin hazırkı prezidentə alternativ namizəd irəli sürmək imkanı yoxdur. Buna baxmayaraq, biz müxalifətin seçkiyə vahid şəkildə getməsi üçün bütün imkanlarımızdan istifadə etdik və bu təşəbbüsümüzün səmimi olduğunu göstərdik". Bu açıqlamanı APA-ya Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazov partiya lideri Rəsul Quliyevin təşəbbüsü ilə müxalifət liderləri arasında aparılan danışıqların yekununa münasibət bildirərkən deyib. O, belə cəhdlərin davam etdirilməsini vacib sayıb: "Azərbaycan xalqının mənafeyi baxımdan bir bayraq altında birləşmək cəhdi belə müsbət hal olardı. Mənim fikrimcə, bundan sonra prezident seçkiləri ilə bağlı geniş müzakirələrə vaxt sərf etməyə dəyməz. Kimlərsə manipulyasiya xarakterli mübarizə əzmini ortaya qoymuş olsa da, mənim üçün 2008-ci il prezident seçkiləri artıq qurtarıb". A. Şahbazovun fikrincə, o, bu seçkilərdə hər hansı dəyişikliyin olacağına inanmır: "Biz seçkilərlə bağlı konkret nəticəyə gəlməmişik. Bizim yeganə məqsədimiz Rəsul Quliyevin Azərbaycana qayıtması ilə bağlıdır. O gəldikdən sonra siyasi mövqeyimizin necə olacağı barədə qərara gələcəyik".

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.