Əsas məzmuna keç
Sayfa 177/461 İlkİlk ... 77127167175176177178179187227277 ... SonSon
4610 sonuçtan 1.761 ile 1.770 arası

Azərbaycan Xəbərləri

1. #1761
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda 510 nəfər saxta bakalavr diplomu ilə magistraturaya sənəd verib

[b]Azərbaycanda 510 nəfər saxta bakalavr diplomu ilə magistraturaya sənəd verib[b]

Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 510 bakalavrın saxta bakalavr diplomu ilə magistraturaya sənəd verdiyini aşkarlayıb.

APA-nın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə bildirib ki, həmin bakalavrlar ali məktəbi bitirmədikləri halda hansısa yollarla ali təhsil haqqında saxta sənəd alıblar: "Onların əlində dövlət diplomu olduğu üçün hüquqi baxımdan sənədlərini qəbul etməməyə ixtiyarımız yoxdur. Ancaq hazırda bununla bağlı araşdırma aparılır və nəticələr barədə ölkə rəhbərliyinə məlumat verəcəyik". M. Abbaszadənin sözlərinə görə, müxtəlif illərin məzunları olmuş həmin bakalavrlara dövlət diplomunun hansı ali məktəb tərəfindən verildiyi hazırda araşdırılır. TQDK sədri qeyd edib ki, ali məktəblərin magistratura pilləsinə sənəd qəbulu sabah yekunlaşır. İndiyədək 13 mindən çox ərizə verilib, ərizələrin 11789-u təsdiqlənib. Ümumilikdə isə bu il 14-15 min bakalavrın magistraturaya sənəd verəcəyi gözlənilir. M. Abbaszadə bildirib ki, magistraturaya qəbul imtahanları iyunun 22-də keçiriləcək. İmtahanın nəticələrinin isə iyunun 24-ü səhər elan ediləcəyi gözlənilir.

2. #1762
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan vətəndaşı olan məhbus qadın Gürcüstan həbsxanasında aclıq aksiyası keçirir

[b]Azərbaycan vətəndaşı olan məhbus qadın Gürcüstan həbsxanasında aclıq aksiyası keçirir[b]

Bakı. Laçın Sultanova - APA. Tiflisdə qadınlar və yetkinlik yaşına çatmayanlar üçün 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 63 qadın aclıq aksiyası keçirir.

APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, iyunun 6-dan başlayan aclıq aksiyasına qoşulan məhbuslar arasında Azərbaycan vətəndaşı Dilarə Daşdəmirova da var. Onlar şərti azadlığa buraxılmalarını, cəzalarının çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəzlənməsini, yaş və səhhətləri ilə əlaqədar həbsdən azad olunmalarını, hamilə və 5 yaşına qədər uşaqları olan qadınların isə cəzalarının təxirə salınmasını tələb edirlər. D. Daşdəmirova ilə yanaşı, aclıq edən qadın məhbuslar arasında olan Rusiya və Ermənistan vətəndaşları ölkələrinin Tiflisdəki səfirliyinin nümayəndələri ilə görüşmək istədiklərini də bildiriblər. Azərbaycanın Gürcüstandakı səfirliyinin mətbuat katibi Elxan Poluxov isə APA-ya bildirib ki, D. Daşdəmirovanın xahişi Gürcüstan Ombudsmanı Sozar Subari tərəfindən artıq səfirliyə çatdırılıb. Öz növbəsində, səfirlik D. Daşdəmirova ilə görüşmək üçün Gürcüstan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əlaqə saxlayıb: "Bizə məhbusun saxlanıldığı Cəzaçəkmə Müəssisəsində hazırda etiraz aksiyası keçirildiyi üçün görüşün günün ikinci yarısında mümkün ola biləcəyi bildirildi". Qeyd edək ki, D. Daşdəmirovanın hansı cinayəti törətdiyinə görə həbs olunduğu və hansı cəzaya məhkum edildiyi barədə açıqlama verilmir.

3. #1763
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Çingiz Aytmatovun dəfnində iştirak edəcək

[b]Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Çingiz Aytmatovun dəfnində iştirak edəcək[b]

Bakı. Laçın Sultanova - APA. Böyük qırğız yazıçısı Çingiz Aytmatov sabah Bişkekdə, Ata-Beyit memorial kompleksində dəfn olunacaq.

APA-nın "Central Asian News" agentliyinə istinadən verdiyi məlumata görə, Bişkekin meri Daniar Usenov dəfn mərasimində dünyanın bir çox ölkəsindən gələn nümayəndə heyətlərinin iştirak edəcəyini bildirib. O, Ç. Aytmatovun müsəlman və qırğız adətlərinə uyğun dəfn olunacağını söyləyib. Mer yazıçının 80 illiyi ilə əlaqədar planlaşdırılmış bütün tədbirlərin - seminarların, konfransların, kinofestivalın mərhumun qırxı çıxandan sonra baş tutacağını açıqlayıb. O, Aytmatovun adının küçələrə, rayonlara, universitetlərə veriləcəyini də əlavə edib.Qeyd edək ki, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev dəfn mərasimində iştirak etmək üçün Qırğızıstana yola düşüb.

4. #1764
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan kitabxanaları ilə MDB ölkələrinin kitabxanaları arasında əməkdaşlıq və təcrübə mübadiləsi haqqında razılıq əldə olunub

[b]Azərbaycan kitabxanaları ilə MDB ölkələrinin kitabxanaları arasında əməkdaşlıq və təcrübə mübadiləsi haqqında razılıq əldə olunub[b]

Bakı. Ülkər Qasımova-APA. Krım Elmi Kitabxanasında "Azərbaycan guşəsi" açılıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, açılış mərasimi "Krım-2008" Beynəlxalq Kitabxana Konfransı çərçivəsində keçirilib. Konfrans çərçivəsində eyni zamanda Krım Elmi Kitabxanasında və İsmayıl ağa Qaspıralı adına Krım Tatar Kitabxanasında türkoloq alim Bəkir Çobanzadənin 115 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Yubiley tədbirində Mədəniyyət və Turizm Nazirliyinin kitabxana işi sektorunun əməkdaşları iştirak edib və "Bəkir Çobanzadə yaradıcılığı və Türk dünyasının ortaq dəyərləri" mövzusunda çıxış ediblər. Daha sonra tədbir iştirakçıları türkoloq alim Bəkir Çobanzadənin anadan olduğu Qarasubazar şəhərində onun şərəfinə ucaldılmış abidənin açılışı mərasimində və ədəbi-bədii gecədə iştirak ediblər. Tədbirdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası, Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası, Krım Muxtar Respublikasının Elmi Kitabxanası və İsmayıl ağa Qaspıralı adına Krım Tatar Kitabxanası arasında əməkdaşlığın inkişaf etdirilməsi və və təcrübə mübadiləsi sahəsində razılıq əldə olunub. Konfrans çərçivəsində Azərbaycan kitabxanaçıları bir sıra dünya kitabxanaları ilə əməkdaşlığın yaradılması sahəsində razılıq əldə edilib. Konfrans çərçivəsində Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə Ukraynanın Nikolayevsk şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi arasında əməkdaşlıq haqqında, habelə Astana şəhər mərkəzi kitabxanasında fəaliyyət göstərən "Amerika Guşəsi" ilə Gəncə şəhər mərkəzi kitabxanasındakı "Amerika Guşəsi" arasında təcrübə mübadiləsi aparmaq sahəsində, Astara rayon mərkəzləşdirilmiş kitabxana sistemi ilə Dağıstanın Xasavyurd şəhər mərkəzləşdirilmiş kitabxana sistemi arasında kitabxanaların avtomatlaşdırılması və birgə layihələrin işlənməsi sahəsində təcrübə mübadiləsinin aparılması haqqında razılıq əldə olunub. Eyni zamanda konfrans çərçivəsində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının fəaliyyətinin Müstəqil Dövlətlər Birliyi ərazisində ən çox oxunan "Biblioteka v şkole" qəzetində işıqlandırılması razılaşdırılıb.

5. #1765
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ana Vətən Partiyası iyunun 17-də növbəti qurultayını keçirəcək

[b]Ana Vətən Partiyası iyunun 17-də növbəti qurultayını keçirəcək[b]

Bakı. Elbrus Seyfullayev - APA. Ana Vətən Partiyası (AVP) iyunun 17-də növbəti qurultayını keçirəcək. Partiyanın sədri müavini Zahid Oruc APA-ya bildirib ki, "Park İnn" otelinə keçiriləcək qurultayda müxtəlif qurumların hesabatları dinləniləcək, təşkilata sədr seçiləcək, bu ilin payızında keçiriləcək prezident seçkilərinə münasibət bildiriləcək. Z. Oruc böyük ehtimalla qurultayda dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyinin dəstəklənəcəyi barədə qərarın qəbul olunacağını qeyd edib.

6. #1766
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Oqtay Şirəliyev: "Azərbaycanda yalnız Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən dövlət xəstəxanalarında tibbi xidmət pulsuzdur"

[b]Oqtay Şirəliyev: "Azərbaycanda yalnız Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən dövlət xəstəxanalarında tibbi xidmət pulsuzdur"[b]

Bakı. İlhamə İsabalayeva-APA. "Bəzi insanlar fikirləşirlər ki, bütün Azərbaycan səhiyyəsində tibbi xidmət pulsuzdur. Bu ilin fevralın birindən yalnız Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən dövlət xəstəxanalarında pulsuz tibbi xidmət göstərilir".

APA-nın məlumatına görə, bu fikirləri YAP qərargahında keçirdiyi mətbuat konfransında Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev deyib. Onun sözlərinə görə, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Neft Şirkəti və digər dövlət qurumlarının tabeliyində olan xəstəxanalarında tibbi xidmət yalnız həmin sahə üzrə çalışan işçilər üçün pulsuzdur. Həmin xəstəxanalarda müalicə olunmaq üçün müraciət edən digər şəxslər üçün tibbi xidmət pulludur. Azərbaycandakı dövlət xəstəxanalarında əməliyyatların da dövlət hesabına aparıldığını deyən O. Şirəliyev qeyd edib ki, 2007-ci ildən başlayaraq, Səhiyyə Nazirliyinin Elmi Cərrahiyyə Mərkəzində ürək əməliyyatları pulsuz aparılır. Hazırda yenidənqurma işlərinin aparılması üçün fəaliyyəti dayandırılan mərkəz ilin sonuna kimi öz işini yenidən bərpa edəcək: "Mərkəz fəaliyyətə başlayandan sonra ürək əməliyyatları da davam etdiriləcək. Əlbəttə ki, bu iş inkişaf etmiş ölkələrdə olduğu kimi növbə ilə olacaq və hər kəs öz növbəsini gözləməlidir". Nazirin bildirdiyinə görə, pulsuz tibbi xidmət tam tətbiq edildikdən sonra dövlət müəssisələrinə müraciət edən xəstələrin sayı artıb. Bu ilin yanvar-may aylarında dövlət xəstəxanalarına 260 min xəstə müraciət edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 min xəstə çoxdur. Pulsuz tibbi xidmətin tətbiqi ilə bağlı nazirliyə şikayətlərin daxil olmadığını deyən O. Şirəliyev qeyd edib ki, hazırda Azərbaycanda 540-a yaxın özəl klinika fəaliyyət göstərir. Həmin tibb müəssisələrinin göstərdiyi tibbi xidmətlərin qiymətləri də yüksək deyil və insanların əmək haqlarına uyğundur.

7. #1767
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Səhiyyə naziri Oqtay Şirəliyev: "İçliyi dövlət dilinə tərcümə olunmayan dərmanlar qanunsuzdur"

[b]Səhiyyə naziri Oqtay Şirəliyev: "İçliyi dövlət dilinə tərcümə olunmayan dərmanlar qanunsuzdur"[b]

APA-nın məlumatına görə, O. Şirəliyev bildirib ki, son beş ildə Azərbaycanda dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait 4 dəfədən çox artıb, son iki ildə 80-ə yaxın tibb müəssisəsi əsaslı təmir edilib və səhiyyə sahəsində 9 dövlət proqramı qəbul olunub. Nazir deyib ki, bir necə il əvvəl Azərbaycanda məxmərək və qızılca xəstəliklərinə yoluxma halları olsa da, ötən il qızılcaya yoluxma faktı qeydə alınmayıb, məxmərək xəstəliyi ilə bağlı isə bir necə hal aşkarlanıb. O. Şirəliyev hazırda Bakı, Gəncə və Lənkəranda üç perinatal mərkəzin yaradılması istiqamətində iş aparıldığını söyləyib. Bakıdakı mərkəz yaxın vaxtlarda istifadəyə veriləcək. Nazir paytaxt və regionların səhiyyə sistemləri arasında fərqi azaltmaq üçün ilin sonuna kimi rayonlar üçün də "Mercedes" markalı təcili yardım maşınları alınacağını açıqlayıb. Bir necə il əvvələ qədər Azərbaycana daxil olan dərmanların 80%-nin saxta olduğunu vurğulayan O. Şirəliyevin sözlərinə görə, hazırda ölkənin dərman bazarında yaranmış xaosu aradan qaldırmaq üçün tədbirlər görülür: "Son 6-7 ay ərzində nazirlik 1100 aptekdə yoxlama aparıb. Yoxlama nəticəsində 1000-ə yaxın dərman qeydiyyatdan keçmədiyi və istifadə müddəti bitdiyi üçün müsadirə edilib". Nazir Rusiyada istehsal olunan bəzi dərmanların Azərbaycana idxalının dayandırıldığını bildirib: "Dərmanların tərkibində aktiv maddələr olmalıdır. Ancaq Rusiyada istehsal olunan bəzi ucuz dərmanların tərkibində aktiv maddələr olmadığı üçün indi onlar Azərbaycana gətirilmir. Hazırda daha güclü dərmanlar alınır. Onlar daha səmərəlidir və bir necə dərmanı birlikdə əvəzləyə bilir". O. Şirəliyev Azərbaycanda 3500 adda dərman qeydiyyatdan keçdiyini, həmin dərmanların içliyinin (instruksiya) dövlət dilinə tərcümə edildiyini deyib: "İçliyi tərcümə olunmayan dərman bazara buraxılmır. Hansısa dərmanın içliyi tərcümə olunmayıbsa, bu o deməkdir ki, həmin dərman qeydiyyatdan keçməyib və qanunsuzdur".

8. #1768
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İordaniya Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə adlı quruma üzv qəbul olacaq

[b]İordaniya Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə adlı quruma üzv qəbul olacaq[b]

Bakı. Laçın Sultanova-APA. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) yüksək vəzifəli şəxslərinin komitəsi Seulda keçirilən növbəti iclasında İordaniyanın bu təşkilata üzv olmaq barədə müraciətinə müsbət rəy verib. APA-nın Qazaxıstan Xarici İşlər Nazirliyinə istinadən məlumatına görə, iclasda həmçinin AQEM-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının bu il Almatıda keçiriləcək üçüncü görüşünə hazırlıq, narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq haqqında konsepsiyanın layihəsi və yeni çağırışlar və təhlükələrə qarşı fəaliyyət planını müzakirə edilib. AQEM 1992-ci ildə Qazaxıstanın təşəbbüsü ilə Asiyada təhlükəsizliyin təminatı üçün ATƏT-ə bənzər səmərəli bir regional struktur kimi yaranıb. Hazırda bu qurumun 18 üzvü var.

9. #1769
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Füzulinin farsca divanı: linqvo-poetik təhlil" kitab nəşr edilib

[b]"Füzulinin farsca divanı: linqvo-poetik təhlil" kitab nəşr edilib[b]

Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda filologiya elmləri namizədi Şəfəq Əlibəylinin "Füzulinin farsca divanı: linqvo-poetik təhlil" kitab nəşr edilib. İnstitutun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monoqrafiyada Məhəmməd Füzulinin farsca divanının dili araşdırılır. Kitabda konkret dil faktları əsasında təhlillər aparılır və "Divan"ın orta əsr farsdilli ədəbiyyatda dil və üslub cəhətdən tutduğu mövqe aydınlaşdırılır. Tədqiqatda Füzulinin farsca divanının ahəngi, fonetikası, qafiyəsi, əruz və təkrarlar sistemi təhlil olunur, şairin poetik dilinin leksikası, məcazi sözlərin semantik-üslubi imkanları, söz birləşmələri və cümlə növləri nəzərdən keçirilir.

10. #1770
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İlin sonuna kimi Azərbaycanda böyrək çatışmazlığı xəstələrinin dövlət hesabına dializ olunması məsələsi tam həll ediləcək

[b]İlin sonuna kimi Azərbaycanda böyrək çatışmazlığı xəstələrinin dövlət hesabına dializ olunması məsələsi tam həll ediləcək[b]

Bakı. İlhamə İsabalayeva-APA. Bu ilin sonuna kimi Azərbaycandakı böyrək çatışmazlığı xəstələrinin dövlət hesabına dializ olunması məsələsi tam həll ediləcək. APA-nın məlumatına görə, Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev bildirib ki, hazırda respublikada böyrək çatışmazlığı olan 1100 xəstə var. Onların 700-ə yaxını dövlət hesabına dializ edilir. Nazirin sözlərinə görə, Azərbaycanda qeydiyyata alınan şəkərli diabet xəstələrinin də sayı 63 min nəfərdən artaraq 70 min nəfərə yaxınlaşıb: "Əvvəllər şəkərli diabet xəstələri, eləcə də onkoloji xəstələr dövlətdən yardım almadıqları üçün qeydiyyata durmurdular. İndi isə bu yardımı hiss etdiklərinə görə qeydiyyata düşməyə başlayıblar".

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.