İstanbul Böyük Şəhər Bələdiyyə Teatrının kollektivi Bakıda Elçinin “Qatil” tamaşasını nümayiş etdirəcək
Bakıda səfərdə olan İstanbul Böyük Şəhər Bələdiyyə Teatrının yaradıcı kollektivi bu gün Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin, Zərifə Əliyevanın və görkəmli dramaturq İlyas Əfəndiyevin məzarını ziyarət edib. APA-nın məlumatına görə, nümayəndə heyətində İstanbul Böyük Şəhər teatrlarının rejissor qurumunun üzvü Tülay Er Ünsal, İstanbul Böyük Şəhər teatrlarının baş rejissoru NurullahTuncay, 15 ildən artıqdır Türkiyədə yaşayan azərbaycanlı aktrisa, İstanbul Böyük Şəhər Bələdiyyə Teatrının rejissoru Məlahət Abbasova və teatrın yaradıcı heyəti təmsil olunub.
Fəxri Xiyabanda jurnalistlərə açıqlama verən İstanbul Böyük Şəhər Teatrlarının baş rejissoru Nurullah Tuncay Məlahət Abbasova ilə 20 ilə yaxındır birgə çalışdığını deyib. Aktrisanın sənətini yüksək qiymətləndirdiyini deyən N. Tuncay onun səhnəyə qoyduğu tamaşaların böyük maraqla izləndiyini vurğulayıb: “Məlahət Abbasova bu işin təhsilini alıb. Olduqca bacarıqlı sənətçidir. Bakılı tamaşaçılar qarşısında sabah oynayacağımız tamaşa 2006-2007-ci illər ərzində 150 dəfə göstərilib. Bu da yalnız Türkiyədə yox, ümumiyyətlə, müasir teatr aləmində çox nadir hadisədir. Tamaşa İstanbulun mədəni həyatında böyük maraq və rəğbətlə qarşılanıb, sənətşünaslar tərəfindən yüksək qiymətləndirilib, mətbuatın diqqət mərkəzində olub. Bütün dünyada şou öndə olsa da, əsl sənət arxada qalıb. Amma bu görüntüdür, əslində sənət hər zaman davam edir”.
Azərbaycana Elçin Əfəndiyevin dəvəti ilə gəldiyini qeyd edən N. Tuncay M. Abbasova sayəsində Azərbaycan teatrı haqqında məlumat aldıqlarını vurğulayıb.
Qeyd edək ki, nümayəndə heyəti səfər çərçivəsində noyabrın 2-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Elçinin “Qatil” pyesi əsasında səhnələşdirilmiş “Ulduzlar altında cinayət” tamaşası ilə çıxış edəcək. Tamaşa ilk dəfə 2006-cı ilin noyabrın 1-də göstərilib. Tamaşanın quruluşçu rejissoru Məlahət Abbasovadır. Əsas rolların ifaçıları E.Altındağ və E.Özertem dərin psixoloji surət yaradıblar. Tamaşanın bəstəkarı Selim Atakan, tərtibatçısı Emra Albayrak Şahin, dizayneri Feyza Zeybekdir. “Qatil” faciəsi Elçinin Türkiyənin aparıcı teatr səhnələrində tamaşaya qoyulmuş dördüncü pyesidir.
APA
4610 sonuçtan 81 ile 90 arası
-
11-01-2007, 05:38 PM #81Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2006
- Yer
- Yerixo
- Mesajlar
- 1.946
Avropadakı azərbaycanlı xanımıar bir araya gəldi
Avropadakı azərbaycanlı xanımıar bir araya gəldi
Londonda "Sara Xatun" Qadın Cəmiyyəti ilk toplantısını keçirdi
Londonda, Azərbaycanlı Gənclər Klubu tərəfindən qurulmus "Sara Xatun" Qadın Cəmiyyəti ilk toplantısını keçirib. Cəmiyyətin sədri Simuzər Baloğlanovanın "QayNar"a verdiyi məlumata görə ilk toplantıda cəmiyyətin fəaliyyət planı müzakirə edilib. Qərara alınıb ki, "Sara Xatun" Qadın Cəmiyyətinin gələcəkdə genişlənərək Avropanın digər ölkələrini də əhatə etməsi istiqamətində ardıcıl iş görülsün.
İlk toplantıda əsasən Britaniyadakı Azərbaycanlı qadınlar istirak ediblər. Müğənni Almaz Ələsgərli də cəmiyyətin ilk tədbirində iştirak etmək ücün Londona səfər edib. O, eyni zamanda "Caspian-Khazri" Azərbaycan məktəbində təşkil edilmiş proqrama da qatılıb.
Xatırladaq ki, ötən aydan fəaliyyətə başlayan "Sara Xatun" Qadın Cəmiyyətinin əsas məqsədi Avropadakı azərbaycanlı ziyalı qadınları bir yerə toplamaq və konkret layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərmək, azərbaycanlı qadınları aktiv ictimai fəaliyyetə cəlb etməkdir. Bundan başqa qadınların asudə vaxtlarını səmərəli keçirməsi ücün də tədbirlərin görüləcəyi planlaşdırılır.
QayNarŞükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!
-
11-01-2007, 05:51 PM #82Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2006
- Yer
- Yerixo
- Mesajlar
- 1.946
İstanbul B.Ş. Bələdiyyə Teatrının kollektivi Bakıda Elçinin “Qatil” tamaşasını nümayiş etdirəcək
Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!
-
11-02-2007, 12:25 PM #83Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2006
- Yer
- Yerixo
- Mesajlar
- 1.946
GÜNEYDƏ MUSİQİÇİLƏRƏ TƏYZİQLƏR BAŞLAYIB
GÜNEYDƏ MUSİQİÇİLƏRƏ TƏYZİQLƏR BAŞLAYIB
Urmu News saytının verdiyi xəbərə görə, İran İslam Respublikasının Nizam İntizam qüvvələri Urmuda musiqiçilərə təyziqə başlayıb.
ETTALLAT əməkdaşları şəhərin musiqi məktəblərində işləyən bütün cavabdeh şəxsləri çağıraraq, onlara toy mərasimlərində hansı musiqiləri ifa edikləri barədə suallar veriblər. Daha sonra ETTALLAT əməkdaşları musiqiçilərə bəzi mahnıları ifa etməyi qadağan ediblər və bildiriblər ki, musiqi ifa etməzdən öncə onlardan yazılı icazə almalıdırlar.
Restoran sahiblərinə isə ETTALLAT tərəfindən xəbərdarlıq edilibki, ETTALLAT-ın yazılı icazəsi olmadan heç bir musiqi, toy şənliklərində səslənə bilməz.
Digər xəbərlərə görə isə, toylarda və konsertlərdə Azərbaycan milli rəqslərini milli geyimdə ifa edən, “Barış” qurupunun solisti, Nima Dəstan ETTALLAT-a çağrılaraq, tədbirlərdə milli rəqs və mahnıları ifa edəcəyi təqdirdə həbsə məhkum ediləcəyi ilə hədələnib.
ContactŞükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!
-
11-02-2007, 12:35 PM #84Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2006
- Yer
- Yerixo
- Mesajlar
- 1.946
Samir Məmmədov dünya çempionatında bürünc medalı təmin edib
Samir Məmmədov dünya çempionatında bürünc medalı təmin edib
ABŞ-ın Çikaqo şəhərində keçirilən boks üzrə dünya çempionatında 1/4 final mərhələsinin döyüşləri başa çatıb
Boksçularımız Amerikada keçirilən dünya çempionatından medalsız qayıtmayacaqlar. Azərbaycan boksunun imicini 51 kq çəkili idmançımız Samir Məmmədov qoruya bilib. Pekin olimpiadasına ilk və son lisenziyanı qazanmış həmyerlimiz 1/4 finalda Puerto-Rikolu Makuilyams Arroy üzərində 33-21 hesabıyla qalib gələrək adını yarımfinala yazdırıb. Bu isə o deməkdir ki, Samir ən azı bürünc medalı özünə təmin edib. Yarımfinalda onun rəqibi amerikalı Roşi Ueren olacaq.
Ağır çəkili boksçumuz Elçin Əlizadə də mundiala əlvida deyib. 91 kq çəki dərəcəsində döyüşmüş Əlizadə mübarizəni 1\4 finalda dayandırıb. Bu mərhələdə o rusiyalı Ruslan Çaxiyevə 6-17 hesabıyla məğlub olub. Bu məğlubiyyətdən sonra Elçin də Pekinə lisenziya şanslarını beynəlxalq turnirlərə saxlayıb.
Xatırladaq ki, dünya çempionatında Azərbaycan 11 dəri əlcək ustası ilə təmsil olunurdu.
ANS TVŞükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!
-
11-02-2007, 12:37 PM #85Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2006
- Yer
- Yerixo
- Mesajlar
- 1.946
Dolların ucuzlaşması Azərbaycan hökumətini narahat etmir
Dolların ucuzlaşması Azərbaycan hökumətini narahat etmir
“Amerika valyutasının dəyərini itirməsi, neft fondunun gəlirlərinə təsir etmir”
Azərbaycanda neftin bahalaşmasını müsbət qarşılayırlar. Dolların ucuzlaşmasına gəlincə isə, bu fakt höküməti elə də narahat etmir. Dövlət neft fondunun icraçı direktoru Şahmar Mövsumov deyir ki, Amerika valyutasının dəyərini itirməsi fondun gəlirlərinə təsir etmir.
ANS Press / © 2007 Bütün hüquqlar qorunur.Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!
-
11-02-2007, 12:41 PM #86Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2006
- Yer
- Yerixo
- Mesajlar
- 1.946
Abdulla Gül: "Azərbaycanın doğru yolda inkişaf etməsindən qürur duyuram"
Abdulla Gül: "Azərbaycanın doğru yolda inkişaf etməsindən qürur duyuram"
"Azərbaycandakı irəliləyişləri görmək bizi çox sevindirir. Bu ölkə Heydər Əliyevin açdığı yolla inkişaf edir. Qardaş ölkənin keçmişini xatırlayanda bugünkü inkişaf daha yaxşı nəzərə çarpır. İndi Azərbaycan bütün dünyanın diqqətini cəlb edən ölkədir. İqtisadiyyat getdikcə güclənir, demokratiya inkişaf edir.Təbii ki, bu yöndə müəyyən problemlər də ola bilər, amma heç bir ölkə problemlərini bir gündə həll etmir. Mən Azərbaycanın səbirlə çox ciddi inkişafa imza atdığını görürəm. Ölkə mətbuatı istədiyini yazır, siyasətçilər fikirlərini sərbəst ifadə edə bilir. Bunlar Azərbaycanı daha güclü vəziyyətə gətirəcək. Azərbaycanda demokratiyanın güclü olması gərəklidir. Bu, Dağlıq Qarabağ məsələsinin dünya ictimaiyyəti tərəfindən yaxşı başa düşülməsini də şərtləndirəcək. Azərbaycanın doğru yolda inkişaf etməsindən qürur duyuram".
.....
"İndi Bakı-Tiflis-Ərzurum qaz xəttini açmaq üzrəyik. Qars-Axalkələk-Tiflis dəmir yolunun da inşasına başlayırıq. Biz artıq danışmırıq, iş görürük. Bu dəmir yolu Qazaxıstan və Çinə qədər gedib çıxacaq. Biz bu layihələrin həyata keçirilməsinə həmişə kömək edəcəyik. Layihələri hazırlayanda, təbii ki, təhlükəsizlik məsələlərinə də diqqət yetiririk. İndiyə qədər boru xətlərinə qarşı heç bir təhdid və təhlükə olmayıb. Ancaq biz əvvəlcədən tədbir görməyə davam edəcəyik".
.....
APAŞükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!
-
11-02-2007, 12:55 PM #87Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2006
- Yer
- Yerixo
- Mesajlar
- 1.946
Türkiyə və Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşları olaraq qalır
Türkiyə və Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşları olaraq qalır
Azərbaycanın Dövlət Gömrük Komitəsi yanvar-sentyabr ayları ərzində 134 ölkə ilə həyata keçirilən ticarət əməliyyatlarının yekunlarını açıqlayıb. Azəbaycanın aşağıdakı ölkələrlə ticarət əməliyyatlarının həcmi xüsusilə böyükdür:
İXRAC
Ölkə.........Dəyər (min ABŞ dolları).........Ümumi ixraca münasibətdə %
Türkiyə.........784230,56........................ .18,17
İtaliya...........597074,97...................... ...13,83
İran..............354436,50...................... .....8,21
Rusiya...........349886,15........................ ...8,11
Gürcüstan......272815,74........................ ..6,32
İDXAL
Ölkə..........Dəyər (min ABŞ dolları)..........Ümumi idxala münasibətdə %
Rusiya............697359,16....................... .17,85
Türkiyə...........394887,17...................... ..10,11
Almaniya.........332201,00........................ ..8,50
Ukrayna..........331361,71........................ ..8,48
B. Britaniya......304486,64.......................... 7,79
TrendŞükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!
-
11-02-2007, 04:53 PM #88Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2006
- Yer
- Yerixo
- Mesajlar
- 1.946
AMİP Türkiyə səfirliyi qarşısında aksiya keçirib
AMİP Türkiyə səfirliyi qarşısında aksiya keçirib
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Türkiyənin Bakıdakı səfirliyi qarşısında aksiya keçirib. Aksiyada terrorla mübarizədə Türkiyəyə dəstək verilməsi ilə bağlı şüarlar səsləndirilib.
Aksiya 15-20 dəqiqə davam edib, piketin qətnaməsi oxunub, ancaq səfirlik binası yaxınlığında partiya fəalları ilə polis arasında insident yaranıb. Aksiyaçılar dağılışmaq istəməyiblər, səfirliyin binasından bir qədər aralı ərazidə yenə də şüarlar səsləndirməyə cəhd ediblər.
Polis buna imkan verməyib, aksiyaçıları hadisə yerindən uzaqlaşdırıb.Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!
-
11-02-2007, 04:57 PM #89Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2006
- Yer
- Yerixo
- Mesajlar
- 1.946
AMİP-in Türkiyə səfirliyi qarşısında keçirdiyi dəstək aksiyası dağıdılıb
AMİP-in Türkiyə səfirliyi qarşısında keçirdiyi dəstək aksiyası dağıdılıb
Polis piketi dağıdaraq, 5 nəfəri saxlayıb
Bu gün Azərbaycan Milli İstiqlal partiyasının bir qrup fəalı Türkiyənin Azərbaycandakı səfirliyi qarşısında Türkiyənin PKK terroruna qarşı mübarizəsinə dəstək məqsədilə piket keçirib. "Turan" informasiya agentliyinin məlumatına görə, piketçilər "Terrora yox!", "PKK, erməni, türkün düşməni!" şüarları qaldırıb.
Piketçilər hər an Türkiyə ordusunun tərkibində PKK terroruna qarşı mübarizəyə qoşulmağa hazır olduqlarını bildiriblər.
Polis piketçilərdən 5 nəfəri saxlayıb. Buna baxmayaraq, piketçilər qətnamələrini səfirliyin önündə oxuyub və diplomatik korpus nümayəndəsinə təqdim edib.
Sənəddə deyilir ki, AMİP Türkiyənin antiterror əməliyyatlarını dəstəkləyir, bu şərəfli və gərgin mübarizədə hər zaman qardaş ölkənin yanında olacaq. "AMİP ümid edir ki, türk milləti PKK kimi terrorçu təşkilatın kökünü birdəfəlik kəsməyə, cinayətkarları cəzalandırmağa nail olacaq və bu ağır imtahandan da şərəflə çıxacaq".
Qətnamədə Azərbaycan hakimiyyətindən PKK-nı terrorçu təşkilat kimi rəsmən tanımasını, Türkiyənin apardığı antiterror əməliyyatlarına lazımi dəstək göstərməsini qətiyyətlə tələb olunur.
ANS PRESS
Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!
-
11-02-2007, 07:49 PM #90Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2006
- Yer
- Yerixo
- Mesajlar
- 1.946
Bütün xarici sərnişin dəmir yolu reyslərinə biletlərin qiyməti artırılıb
Azərbaycanda bütün xarici sərnişin dəmir yolu reyslərinə biletlərin qiyməti artırılıb
Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi (ADDY) noyabr ayının 1-dən etibarən ölkə xaricinə hərəkət edən sərnişin qatarlarına biletlərin qiymətini artırıb. Bu barədə «APA-Economics»ə ADDY-dan məlumat verilib.
Gediş haqların bahalaşması bütün xarici marşrutlar üzrə baş verib. Belə ki, Bakı-Tümen reysi ilə hərəkət edən sərnişin qatarının plaskart vaqonlarına biletin qiyməti 85,59 manat, kupe vaqonlara - 137,72 manat, Bakı-Tiflis reysinə 22,37 manat (kupe) və 42,19 manat (xüsusi vaqon), Bakı-Kiyev reysinə 109,34 manat (kupe) və 218,43 manat (xüsusi vaqon), Bakı-Moskva reysinə 62,24 manat (plaskart), 101 manat (kupe) və 203 manat (xüsusi vaqon), Bakı-Sankt-Peterburq reysinə 72 manat (plaskart), 118 manat (kupe) və 235 manat (xüsusi vaqon) məbləğində müəyyənləşdirilib.
APA-EconomicsŞükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri