<span style="color:#FF0000;font-size:18px;">[b]Fransa təmsilçisi: "Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağda baş verən son hadisələr Kosovonun presedent olduğunu bir daha göstərir"[b]</span>
Bakı. Tamara Qriqoryeva-APA. "Kosovonun müstəqilliyini bəyan etməsi presedent yaradır". APA-nın məlumatına görə, bunu NATO Parlament Assambleyasının (PA) Bakıda keçirilən 68-ci "Rous Rout" seminarında çıxış edən Fransa təmsilçisi Lui Buvard deyib.
"Biz bu prosesləri Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağda görürük. Baş verənlər bir daha göstərir ki, Kosovo həqiqətən də presedentdir" söyləyən L. Buvard bunun regionda stabillik üçün də problem olduğunu vurğulayıb. Serbiyanın nümayəndəsi U. Vaynoviç isə Kosovonun müstəqilliyini tanımayan ölkələrdən biri olan Azərbaycana təşəkkürünü bildirib. Kosovonun müstəqilliyini bəyan etməsindən sonra Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağda da bu kimi presedent problemlərinin başladığını diqqətə çatdıran qonaq bunun regionun stabilliyinə də ziyan vura biləcəyini xatırladıb: "Hesab edirik ki, Kosovonun müstəqilliyini tanıyan ölkələr mövqeyini dəyişməlidir".
4610 sonuçtan 161 ile 170 arası
-
03-06-2008, 01:57 PM #161
ABŞ Dağlıq Qarabağda hərbi əməliyyatlarla bağlı təəssüfləndiyni bildirib
06.03.08 13:26
Azərbaycan, Bakı, 06 mart / « müxbir A.Qasımova/ ABŞ Dağlıq Qarabağ münaqişəsi tərəflərinin qoşunlarının təmas xəttində hərbi əməliyyatlarla bağlı təəssüfləndiyi bildirib. Bu barədə çərşənbə günü Vaşinqtonda keçirilən brifinqdə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Tom Keysi bəyan edib.
«Biz hər iki tərəfə öz narahatlığımızı ABŞ dövlət katibinin köməkçisinin müavini Metyu Brayza vasitəsilə bildirmişik. O, hazırda Bakıdadır, sabah isə Ermənistanda danışıqlar aparacaq» - deyə Keysi bildirib.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 4-də gecə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinin bir neçə istiqamətində növbəti dəfə atəşkəs rejimini pozublar. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən martın 5-də verilən məlumata gbrə, atışma nəticəsində Ermənistan tərəfi 12 hərbi qulluqçusunu itirib, 15 əsgəri isə yaralanıb. Azərbaycan tərəfindən dörd əsgər ölüb, biri isə yaralanıb. Hazırda qoşunların təmas xəttində vəziyyət nisbi sabitdir.
Keysinin sözlərinə görə, münaqişə tərəfləri güc göstərməkdən qaçmalı və münaqişənin diplomatik həlli yollarının tapılması üçün ATƏT-in Minsk qrupu ilə birgə işləməyin vacib olduğunu anlamalıdırlar. Ermənistanda seçki sonrası qeyri-sabit vəziyyətə toxunan Dövlət Departamentinin nümayəndəsi bildirib ki, Brayzanın səfərdə əsas məqsədi hökumət və müxalifət arasında dialoqa yardım göstərilməsi üçün imkanların öyrənilməsidir. «Onun Ermənistan hakimiyyətinə əsas müraciətlərindən biri vəziyyətin stabilləşdirilməsi olacaq və bizim üçün fövqəladə vəziyyətin ləğvini görmək çox vacibdir. Biz həmçinin «Azadlıq» radiostansiyası da daxil olmaqla, KİV-ə münasibətdə tətbiq edilən məhdudiyyətlərdən narahatıq. Biz onların ləğv olunmasını istərdik. Bu təkcə bizim üçün deyil, bu dövrdə açıq informasiya əldə etmək hüququna malik olan Ermənistan xalqı üçün də mühümdür» - deyə Keysi vurğulayıb.
Bazar günü prezident Robert Köçəryanın fərmanı ilə Ermənistanda 20 gün müddətinə fövqəladə vəziyyət elan olunub. Bu, müxalifətin prezident seçkilərinin nəticələrinə qarşı keçirdikləri nümayişlər polis qüvvələri tərəfindən dağıdılan zaman yaranmış qarşıdurmadan sonra tətbiq olunub. Ermənistanın Səhiyyə Nazirliyinin martın 3-nə olan məlumatına görə, şənbə günü və bazar günü gecə Yerevanda baş verən qarşıdurma zamanı zərər çəkənlərin ümumi sayı 131 nəfər təşkil edib ki, onlardan səkkizi güllə yarasından ölüb.
Fevral ayının 20-dən Yerevanda müxalifət tərəfindən təşkil olunmuş oturaq mitinqlər, yürüşlər, eləcə də tələbə tətilləri keçirilir. Bu aksiyaların təşkilatçıları və iştirakçıları fevralın 19-da Ermənistanda keçirilən prezident seçkiləri ilə bağlı MSK-nın yaydığı nəticələrə etirazlarını bildirirlər. Əhalinin etiraz aksiyasının amansızcasına yatırılmasından sonra bir çox müxalifətçilər həbs edilib və onların taleyi hələ də naməlumdur.
MSK-nın yekun məlumatlarına əsasən, seçicilərin 52,82 faiz səsini toplayan fəaliyyətdə olan Baş nazir Serj Sarkisyan Ermənistan prezidenti seçilib. İkinci yerdə 21,5 faiz səslə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan qərarlaşıb.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını, o cümlədən erməni icmasının da kompakt yaşadığı Dağlıq Qarabağ regionunu işğal edib. Təsdiq olunmamış məlumatlara görə, münaqişə nəticəsində hər iki tərəfdən 25 mindən çox insal həlak olub. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılırQəlbində sevgi varsa, orda nifrətə yer yox. Sev ki seviləsən.
-
03-06-2008, 02:01 PM #162Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Fransa təmsilçisi: "Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağda baş verən son hadisələr Kosovonun presedent olduğunu bir daha göstərir"
-
03-06-2008, 02:02 PM #163
Ukrayna məhkəməsi azərbaycanlı kriminal avtoriteti həbsdən azad etmədi
29.02.08 12:18
Azərbaycan, Bakı, 29 fevral / “Trend News”, müxbir K.Zərbalıyeva/ Kiyevin Şevçenko rayon məhkəməsi azərbaycanlı kriminal avtjritetin həbsdən azad olunması barədə şikayətini rədd edib.
Ukraynanın Praym Kraym İnformasiya Agentliyinin yaydığı məlumata görə, cümə axşamı məhkəmə kriminal aləmdə “Rövşən Lənkəranlı” kimi tanınan Rövşən Caniyevin şikayətinə baxıb.
Caniyev iki həftə öncə Ukraynanın hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Caniyevin vəkili Oksanu Pavilenko hüquqlarını müdafiə etdiyi şəxsin həbs olunan zaman hüquqlarının pozulduğunu və onun barəsində psixi dispanserdən alınan rəyi əsas gətirərək kriminal avtoritetin barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib.
Məhkəmə Caniyevin beynəlxalq axtarışda olduğunu və onun cinayətinin ağırlığını əsas gətirərək barəsindəki həbs qərarını qüvvədə saxlayıb.Qəlbində sevgi varsa, orda nifrətə yer yox. Sev ki seviləsən.
-
03-06-2008, 02:04 PM #164
Azərbaycanın müdafiə naziri cəbhə bölgəsindədir
06.03.08 12:41
Azərbaycan, Bərdə, 06 mart / « Trend News», müxbir Ş.Cəliloğlu/ Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev martın 6-da cəbhə bölgəsi olan Tərtər rayonuna gəlib. “Trend”in bölgə müxbirinin məlumatına görə, müdafiə naziri ötən ilin yekunlarına dair keçirilən hesabat iclasında iştirak edir.
Məlumata görə, müdafiə nazirinin hesabat yığıncağından sonra son günlər atəşkəs rejimi pozulan əraziyə də baş çəkəcəyi gözlənilir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 4-də səhər saatlarından başlayaraq növbəti dəfə atəşkəs rejimini pozublar. Bunun nəticəsində də cəbhənin bir neçə istiqamətində vəziyyət gərginləşib. Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, martın 4-5-də atəşkəsin pozulması nəticəsində Ermənistan Silahlı Qüvvələri 12 hərbçisini itirib, 15 əsgəri isə yaralanıb. Döyüşlər zamanı Azərbaycan Milli Ordusunun 4 əsgəri şəhid olub. Hazırda qoşunların təmas xəttində nisbi sakitlikdir.
Atəşkəs rejimi əsasən Tərtər rayonunun Göyarx və Qızıl Oba kəndləri istiqamətində pozulub.
Müdafiə Nazirliyinin mətbuat xidməti Əbiyevin hesabat yığıncağında iştirak etmək üçün Tərtərə getdiyini təsdiqləyib, ancaq bu səfərin cəbhə bölgəsində son günlər yaranmış gərginliklə bağlı olmadığını bildiriblər.Qəlbində sevgi varsa, orda nifrətə yer yox. Sev ki seviləsən.
-
03-06-2008, 02:05 PM #165
Azərbaycan Milli Elmlər Akademiyasında baş verən yanğın zamanı akademik vəfat edib
05.03.08 14:54
Azərbaycan, Bakı, 05 mart / « Trend News», müxbir E.Hüseynli/ Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya və Texnologiya İnstitutunun yeddinci mərtəbəsində bu gün günorta saatlarında baş verən yanğın nəticəsində 87 yaşlı akademik Hacıbəy Sultanov ölüb. Bu barədə çərşənbə günü “Trend”ə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Mətbuat xidmətinin məlumatına görə, yanğın həmin mərtəbədə olan Şamaxı Astrofizika Rəsədxanasının Bakı ofisində olub. Akademik Sultanov kəskin boğucu iydən vəfat edib.
Yanğının baş vermə səbəbləri araşdırılır.
Sultanov Şamaxı Astrofizika Rəsədxanasının şöbə müdiri idi.Qəlbində sevgi varsa, orda nifrətə yer yox. Sev ki seviləsən.
-
03-06-2008, 02:06 PM #166Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Amerikanın məşhur "Battery Dance" qrupu Bakıda konsert verəcək
<span style="color:#FF0000;font-size:18px;">[b]Amerikanın məşhur "Battery Dance" qrupu Bakıda konsert verəcək[b]</span>
Bakı. Ülkər Qasımova-APA. Amerikanın "Battery Dance" qrupu Bakıda çıxış edəcək. ABÅ
-
03-06-2008, 02:09 PM #167
Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar
06.03.08 10:10
Azərbaycan, Bakı / « Trend », müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 5-də saat 19.10\-dan martın 6-ı saat 06.25-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Alxanlı, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli və Aşağı Əbdülrəhmanlı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən, saat 20.40-dan 21.30-dək fasilələrlə Tərtər rayonunun Seysulan və Qızıl Oba kəndlərinin yaxınlığında yerləşən mövqelərdən, martın 6-da saat 00.10-dan 02.55-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndinin yaxınlığında yerləşən mövqelərdən, saat 02.05-dən 02.50-dək Ağdam rayonunun Şurabad kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bütün hallarda cavab atəşilə düşmən susdurulub.
İtki yoxdur.Qəlbində sevgi varsa, orda nifrətə yer yox. Sev ki seviləsən.
-
03-06-2008, 02:11 PM #168Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
İbrus Teatrı Torontoda keçiriləcək beynəlxalq teatr festivalında çıxış edəcək
<span style="color:#FF0000;font-size:18px;">[b]İbrus Teatrı Torontoda keçiriləcək beynəlxalq teatr festivalında çıxış edəcək[b]</span>
Bakı. Ülkər Qasımova-APA. İbrus Teatrının kollektivi martın 13-dən 22-nə kimi xarici ölkələrdə qastrol səfərində olacaq. Teatrdan APA-ya verilən məlumata görə, yaradıcı kollektivin ilk səfərini Moskvaya edəcək. Daha sonra isə İbrus Teatrı Torontoda keçiriləcək beynəlxalq teatr festivalına qatılacaq. Festivalda teatr kollektivinin iştirakı ilə Rüstəm İbrahimbəyovun "İvan Buninin sonuncu döyüşü" tamaşası nümayiş etdiriləcək. Tamaşada əsas rolları Fuad Poladov, Mehriban Zəki və Mələk Abbaszadə canlandırır.
-
03-06-2008, 02:11 PM #169
Muğam” müsabiqələrinin laureatlarından bir qrupu Prezident təqaüdünə layiq görülüb
05.03.08 20:23
Azərbaycan, Bakı, 05mart /«Trend Prezident İlham Əliyevin çərşənbə günü imzaladığı sərəncamına əsasən, “Muğam- 2005” və “Muğam- 2007” müsabiqələrinin laureatlarından altı nəfərinin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılacaq . Həmin istedadlar həm də Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüblər.
Qəlbində sevgi varsa, orda nifrətə yer yox. Sev ki seviləsən.
-
03-06-2008, 02:16 PM #170Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Qazaxıstan müdafiə nazirinin müavini: "Xəzər dənizində bütün hərbi əməliyyatlar dayandırılmalıdır"
<span style="color:#FF0000;font-size:18px;">[b]Qazaxıstan müdafiə nazirinin müavini: "Xəzər dənizində bütün hərbi əməliyyatlar dayandırılmalıdır"[b]</span>
Bakı. Tamara Qriqoryeva-APA. "Qazaxıstanın mövqeyi belədir ki, Xəzər dənizində bütün hərbi əməliyyatlar dayandırılmalıdır". APA-nın məlumatına görə, bunu Qazaxıstan müdafiə nazirinin müavini Bulat Sembinov bildirib. Xəzərin tam demilitarizasiyasının tərəfdarı olduqlarını vurğulayan nazir müavini bunun regionda stabilliyə doğru daha bir addım olacağını qeyd edib.


LinkBack URL
About LinkBacks




Alıntı ile cevapla
"Biz bu prosesləri Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağda görürük. Baş verənlər bir daha göstərir ki, Kosovo həqiqətən də presedentdir" söyləyən L. Buvard bunun regionda stabillik üçün də problem olduğunu vurğulayıb. Serbiyanın nümayəndəsi U. Vaynoviç isə Kosovonun müstəqilliyini tanımayan ölkələrdən biri olan Azərbaycana təşəkkürünü bildirib. Kosovonun müstəqilliyini bəyan etməsindən sonra Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağda da bu kimi presedent problemlərinin başladığını diqqətə çatdıran qonaq bunun regionun stabilliyinə də ziyan vura biləcəyini xatırladıb: "Hesab edirik ki, Kosovonun müstəqilliyini tanıyan ölkələr mövqeyini dəyişməlidir".

Yer imleri