Əsas məzmuna keç
Sayfa 456/461 İlkİlk ... 356406446454455456457458 ... SonSon
4610 sonuçtan 4.551 ile 4.560 arası

Azərbaycan Xəbərləri

1. #4551
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

UEFA Superkubokunun qalibi yenə Bakıya gəlir

[b]UEFA Superkubokunun qalibi yenə Bakıya gəlir[b]

"Anderlext" "Bakı" ilə yoldaşlıq görüşü keçirəcək

Bakı. Mehman Süleymanov - APA-SPORT. 2005-ci ildə Azərbaycan kubokunu qazanan "Bakı" klubu Belçika "Anderlext"i ilə əməkdaşlıq edəcək. "APA-SPORT"un məlumatına görə, artıq bununla bağlı ilkin razılıq əldə olunub. Bununla bağlı "Anderlext"in Brüsseldə yerləşən baş ofisində "Bakı"nın vitse-prezidenti Tunc Afşarla klubun baş müdiri Herman Van Holsbeeckin iştirakı ilə toplantı keçirilib. Bu, "Bakı"nın prezidenti Hafiz Məmmədovun "Böyük Bakı Futbol Klubu" layihəsinə daxil olan Avropa klubları ilə əməkdaşlıq sayəsində aid ilk addımdır. Əldə olunan razılığa əsasən, "Anderlext"in seleksiyaçıları Bekir Tedik və Rik Velde noyabrda Bakıya gələrək, klubun yeniyetmə və gənclərdən ibarət komandasının məşqlərində iştirak edəcək. Dekabrdan etibarən isə "Bakı"nın yeniyetmə futbolçuları "Anderlext"in məşqlərinə qatılacaqlar. Bunun sayəsində onlar Avropa futbolu ilə yaxından tanış olmaq, səviyyələrini artırmaq imkanı qazanacaqlar. Bundan əlavə, gələn il "Bakı"nın yeniyetmə futbolçuları arasında təşkil olunacaq festivalda "Anderlext"in yeniyetmələrdən ibarət komandasının da iştirak edəcəyi planlaşdırılır. Qarşılıqlı əməkdaşlıq əsas komandalardan da yan ötməyəcək. Belə ki, bu klublar arasında gələn il yoldaşlıq görüşü keçiriləcəyi qərara alınıb.Qeyd edək ki, üç il öncə Çempionlar Liqasında Bakıda "Neftçi"yə uduzan (0:1) "Anderlext" 29 dəfə Belçika çempionu olub, 2 dəfə Avropa Superkubokunu, 1 dəfə UEFA Kubokunu, 2 dəfə Avropa Kuboklar Kubokunu qazanıb.

2. #4552
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycandakı bank filiallarının 60%-i paytaxtda yerləşir

[b]Azərbaycandakı bank filiallarının 60%-i paytaxtda yerləşir[b]

Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Cari ilin oktyabrın 1-nə Azərbaycanda 553 bank filialı fəaliyyət göstərib. Azərbaycan Milli Bankından «APA-ECONOMICS»ə verilən məlumata əsasən, il ərzində ölkədə 95 yeni filial açılıb.Ölkədəki filialların 327-si (təxminən 60%) Bakı və Abşeronda yerləşir, bunların sayı isə son bir ildə 58 vahid artıb. Həmçinin, 72 filial (15 vahid artıb) Aran iqtisadi zonası, 58-i (12 filial) Gəncə-Qazax iqtisadi zonası, 27-si (5 filial) Lənkəran iqtisadi zonası, 24-ü (3 filial) Quba-Xaçmaz iqtisadi zonası, 23-ü (2 filial) Şəki-Zaqatala iqtisadi zonası, 10-u Naxçıvan, 10-u Dağlıq Şirvan iqtisadi zonası, 2-i Yuxarı Qarabağ iqtisadi zonasının ərazisində fəaliyyət göstərir.

3. #4553
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Yeni radio yanvar ayında yayıma başlayacaq

[b]Yeni radio yanvar ayında yayıma başlayacaq[b]

Bakı. Kəmalə Quliyeva - APA. Milli Televiziya və Radio Şurasının (MTRŞ) Bakı və Abşeron üzrə 105:7 MHz işçi tezliyi üçün elan etdiyi müsabiqənin qalibi olan "Media FM" radiosu yeni ildən efirə çıxa bilər. Şura sədri Nuşirəvan Məhərrəmli APA-ya açıqlamasında bildirib ki, qanunvericiliyə əsasən radio 6 ay ərzində efirə çıxmalıdır: "Amma onlar yanvar ayında efirə çıxa bilsələr, çox yaxşı olar". N. Məhərrəmli yeni radionun universal xarakterli olacağını, həm xəbərlər, həm musiqili-əyləncəli verilişlər, həm tok-şoular yayımlayacağını söyləyib.

4. #4554
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Gələn ilin əvvəlində avro və dolların məzənnələri bərabərləşəcək

[b]Gələn ilin əvvəlində avro və dolların məzənnələri bərabərləşəcək[b]

Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Dünya valyuta bazarlarında bir günlük artımdan sonra avronun dollara qarşı ucuzlaşması davam edib.

«APA-ECONOMICS»in məlumatına görə, oktyabrın 30-da avronun məzənnəsi 1,2809 dollar təşkil etmişdirsə, bu gün birjalarda ticarət günü açılandan sonra məzənnə 1,2694 dollara qədər enib və bu tendensiya davam edir. Ümumilikdə, cari ilin ortasından avro dollara qarşı 22% ucuzlaşıb.Analitiklərin fikrincə, bunun əsas səbəbi Avrozonada iqtisadiyyatın geriləməsi və Avropa bank sisteminin cari vəziyyətinin pisləşməsi fonunda investorların fond bazarlarından çıxarılan pulların dollara investisiya etməsi ilə bağlıdır. Eyni zamanda, inkişafda olan ölkələrin böhrana daxil olması Avrozonaya mənfi təsiri daha da gücləndirib, çünki son 10 il ərzində Avropanın bank sistemi inkişafda olan ölkələrə iri həcmdə kreditlər ayırıb. «Morgan Stanley»in hesablamalarına görə, Avrozona və İngiltərə bankları tərəfindən inkişafda olan ölkələrə verilən kreditlərin həcmi Amerika və Yaponiya tərəfindən ayrılmış kreditlərdən təxminən 5 dəfə çoxdur. Nəticədə, ölkələrin böhran vəziyyətə düşməsi, o cümlədən son üç ay ərzində inkişafda olan ölkələrin səhmlər bazarlarının məcmu indeksinin 60% azalması Avropa banklarının likvidliyini kəskin azaldıb. Avropa banklarının inkişafda olan ölkələrdən bu cür asılılığı Avropa maliyyə sisteminin və dolayısı ilə avronun məzənnəsinə mənfi təsir göstərir. «BNP Paribas»ın hesablamalarına görə, ən gec 2009-cu ilin əvvəlində avro və dolların məzənnələri bərabərləşəcək, çünki həm inkişafda olan ölkələrdə, həm də Avropada böhranın daha da dərinləşəcəyi gözlənilir.Aydındır ki, bu proses bilavasitə Azərbaycanda manat/dollar və əsasən manat/avro məzənnələrinə də təsir edəcək. Qeyd edək ki, dünyada avro/dollar məzənnəsinin yüksəlib və enməsi manatın bu valyutalara qarşı məzənnəsinin müəyyənləşməsində dərhal nəzərə alınır.

5. #4555
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan paytaxtındakı orta məktəblərdən birində kütləvi zəhərlənmə baş verib

[b]Azərbaycan paytaxtındakı orta məktəblərdən birində kütləvi zəhərlənmə baş verib[b]

Bakı İlhamə İsabalayeva - APA Bu gün Bakının Xətai rayonundakı 95 saylı orta məktəbin 5-ci sinif şagirdləri arasında kütləvi zəhərlənmə baş verib.

Məktəbin direktoru Tahir Süleymanovun APA-ya verdiyi məlumata görə, ikinci dərsdən sonra 5-ci sinif şagirdi Əliyeva Rəhimə ad günü münasibəti ilə doqquz sinif yoldaşına Ukraynanın istehsalı olan "Bonjur" keksi verib. Onun sözlərinə görə, R. Əliyeva dünən və bu gün səhər həmin kekslərdən üçünü yesə də, onun səhhətində heç bir problem yaranmayıb. Amma sinif yoldaşları - Tərlan Şahverdiyev, Qorqud Lətifli, Elvin Mazalov, Uğur Qasımov, Vəfa Yarəliyeva, Lamiyə Süleymanova, Aygün Əlizadə, Suliyyə Fərruxzadə, Turanə Nadirova bu keksi yedikdən sonra zəhərləniblər. T. Süleymanov bildirib ki, Əhmədli qəsəbəsində yerləşən "İlqar" marketdən alınmış bu kekslərin üzərində istifadə müddətinin 2009-cu ilin fevralında bitəcəyi qeyd edilib. Direktor 1 saylı Uşaq Yoluxucu Xəstəxanasına aparılan uşaqların vəziyyətinin hazırda kafi olduğunu deyib. Onun sözlərinə görə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi artıq məsələ ilə bağlı araşdırma aparmağa başlayıb. 1 saylı Uşaq Yoluxucu Xəstəxanasının baş həkiminin müavini Ofeliya Əliyevanın APA-ya verdiyi məlumata görə, xəstəxanaya qida zəhərlənməsi diaqnozu ilə gətirilən 9 şagirdin həyatını xilas etmək üçün bütün tədbirlər görülüb, hazırda onların durumu normaldır.

6. #4556
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

PKK-dan 124 terrorçu fərarilik edib

[b]PKK-dan 124 terrorçu fərarilik edib[b]

Ankara - APA. Türkiyə Hərbi Hava Qüvvələrinin 2-19 oktyabr tarixləri arasında İraqın şimalındakı PKK mövqelərini bombalaması nəticəsində terror təşkilatı ciddi itkilərə məruz qalıb. APA-nın məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı hava bombardmanları nəticəsində xeyli terrorçunun məhv edildiyini və bir çoxunun da qaçdığını açıqlayıb. Belə ki, 124 terrorçunun fərarilik edərək PKK-dan uzaqlaşdığına dair kəşfiyyat məlumatları əldə olunub. Bundan başqa, son 1 həftə ərzində ölkə daxilində 6 PKK terrorçusu məhv edilib.

7. #4557
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Əli Əhmədov: "Azərbaycanda müxalifət adı uğrunda mübarizə gedir" - MÜSAHİBƏ

[b]Əli Əhmədov: "Azərbaycanda müxalifət adı uğrunda mübarizə gedir" - MÜSAHİBƏ[b]

"Müxalifət artıq öz dayaqlarını itirib, sadəcə, illüziyalarla yaşayır"

Bakı. Elnur Məmmədli - APA. Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın icra katibi Əli Əhmədovun APA-ya müsahibəsi- Oktyabrın 15-də Azərbaycanda keçirilən prezident seçkiləri və seçkisonrası vəziyyət əvvəlki seçkilərdən kifayət qədər fərqləndi. Vəziyyətin bu qədər dəyişməsinin səbəbi nə idi?- Bu seçkilər Azərbaycan cəmiyyətinin demokratik dəyərlərə sadiq olduğunu bir daha təsdiq etdi. Əlbəttə, hər bir seçkinin ən həlledici məqamı seçicilərin rəyidir. 2008-ci il prezident seçkilərinin fərqli xüsusiyyəti bundan ibarət olub ki, Azərbaycan seçiciləri seçkilərə start verilməzdən hələ xeyli əvvəl açıq şəkildə prezident İlham Əliyevi dəstəklədiklərini bildiriblər. Seçkilərin nəticəsi də xalqın bu iradəsini əks etdirib. Beynəlxalq müşahidə missiyalarının seçkilərin nəticələrini qiymətləndirməsinə gəldikdə, burada da əhəmiyyətli irəliləyişlər var. Bundan əvvəl də Azərbaycanda seçkilər həm qanunvericiliyə, həm də demokratik dəyərlərə uyğun keçirilib. Ancaq əvvəlki seçkilərdə beynəlxalq təşkilatların mövqeləri vətəndaşların müəyyən etirazlarına səbəb olurdu və bu etirazlar əsaslı idi. 2008-ci il seçkilərinin nəticələri ilə bağlı beynəlxalq təşkilatların səsləndirdiyi rəylər isə, müəyyən tənqidi məqamlar olmasına baxmayaraq, əvvəlki rəylərlə müqayisədə daha proqressivdir. Digər tərəfdən, bu seçkiləri 1200-dən çox beynəlxalq müşahidəçi izləyirdi. Onların hər bir məntəqədə səsvermənin gedişini izləmək imkanı vardı. Onlar seçkinin nəticəsinə təsir edə biləcək ciddi nöqsanlar aşkarlamadılar. Bütün bunlar onu göstərir ki, bu seçkilər təşkilatçılıq, insanların fəallığı, vətəndaşların öz iradəsini açıq ifadə etməsi baxımından fərqlənir. Bu, Azərbaycanın demokratiya yolunda inkişafında əhəmiyyətli hesab oluna bilər. Azərbaycanda seçki fəlsəfəsinin əhəmiyyətli dərəcədə dəyişməsini özündə ehtiva edən məqamlar da var. Bu məqamlar odur ki, seçkilərdə iştirak edən namizədlər təşviqatı daha sivil formada apardılar, Azərbaycanın siyasi tarixində ilk dəfə olaraq qalibi təbrik etdilər. Bu da ölkənin siyasi mədəniyyətində yeni məqamların başlanğıcını qoydu.- Beynəlxalq təşkilatlar əvvəlki seçkilərlə bağlı daha sərt mövqe bildirirdi. Bu, əvvəlki seçkilərdə ciddi pozuntuların olmasından irəli gəlirdi, yoxsa ortada başqa məqamlar vardı?- Əvvəla onu demək istəyirəm ki, bu seçkilər daha yüksək professionallıqla təşkil olunmuşdu. Həm MSK-nın seçkilərin keçirilməsi ilə bağlı gördüyü işlər, həm digər dövlət qurumlarının qanunauyğun şəkildə seçki ilə bağlı üzərlərinə düşən vəzifəni yerinə yetirməsi, tərəflərin qanunauyğun şəkildə öz təbliğatını aparması bu seçkilərin əvvəlkilərdə müqayisədə irəliyə doğru atılmış addım olduğunu göstərir. Digər tərəfdən, Azərbaycan seçkilərin şəffaflığına beynəlxalq ictimaiyyətin inamını artırmaq üçün bir çox addımlar atdı. Seçki məntəqələrinin 10 faizində "veb kamera"ların quraşdırılmasını buna misal göstərmək olar. Digər tərəfdən, beynəlxalq müşahidəçilərin sayının çox olması da seçkilərin şəffaflığına, beynəlxalq qurumların inamının artırılmasına yönələn addım idi. Bunlar təsirsiz ötüşə bilməzdi. Beynəlxalq qurumların sözün həqiqi mənasında Azərbaycanın seçki ilə bağlı bütün məsələlərdə şəffaflıq olduğunu qəbul etməkdən başqa yolu qalmadı. Bundan başqa, əvvəl keçirilən seçkilərdə əldə olunan təcrübələr, beynəlxalq müşahidəçilərin tənqidlərinə səbəb olan məqamların aradan qaldırılması, onlardan seçkilərin nəticəsi ilə əlaqədar daha obyektiv, qərəzsiz hesabatlar hazırlamalarını istəməyimiz bu məsələlərə təsir etdi. Əvvəlkilərlə müqayisədə, indiki hesabatlar daha mütərəqqidir. Amma burada da həqiqəti əks etdirməyən, bəzi hallarda qərəzli kimi dəyərləndirilən məqamlar var. - Hazırda hökumətin formalaşması mərhələsidir. Necə düşünürsünüz, hökumətdə ciddi kadr dəyişikliyinə ehtiyac varmı?- Bu seçkilərin İlham Əliyevin qələbəsi ilə başa çatması, əslində, Azərbaycan vətəndaşlarının ötən beş ilə verdiyi qiymətin təzahürüdür. Doğrudan da, ötən beş il Azərbaycan tarixinə sürətli inkişaf mərhələsi kimi düşüb. Əgər ötən beş ildə prezidentin həyata keçirdiyi siyasət, onun nəticələri vətəndaşları razı salıbsa və onlar bu beş ilin nəticələrinə görə İlham Əliyevə 90 faiz həddində dəstək nümayiş etdiriblərsə, bu o deməkdir ki, həm prezidentin həyata keçirdiyi siyasət, həm də bütövlükdə onun formalaşdırdığı komandanın fəaliyyəti vətəndaşları qane edir. Digər tərəfdən, Azərbaycanın Konstitusiyasına görə, hökumətin formalaşdırılması bilavasitə prezidentin səlahiyyətinə aiddir. Bu mənada hökumətin formalaşdırması prezidentin öz rəyindən asılıdır. Bu məsələyə kiminsə qarışması, fikir söyləməsi etikadan kənar olar. - Bu seçkilər iqtidarla bir sıra müxalifət partiyaları arasında da yumşalma yaratdı. Bu mövqenin digər partiyalarla münasibətdə də nümayiş etdirilməsi gözlənilirmi?- Seçkinin ortaya çıxardığı məqamlardan biri də odur ki, seçkilərdən sonra ittihamlar olmadı. Təbii ki, bu, iqtidar-müxalifət münasibətlərinin əhəmiyyətli dərəcədə dəyişməsini şərtləndirən vacib məqamlardandır. Amma iqtidar-müxalifət münasibətlərindən söhbət gedəndə burada bir neçə məsələnin aydınlaşmasına ehtiyac var. İqtidar məlumdur, seçkinin nəticəsində qalib gələn tərəfdir. Müxalifətə gəldikdə, Azərbaycanda bu məsələdə ciddi aydınlaşmaya ehtiyac var. Klassik mənada belədir ki, seçkidə iştirak edən və çoxluğun dəstəyini qazana bilməyən tərəf müxalifət adlanır. Seçkilərdə iştirak etməyən partiyaların və onların tərəfdarlarının müxalifət adlandırılması nə dərəcədə hüquqi əsaslara söykənir, bunu müəyyən etmək lazımdır. Azərbaycanda müxalifət adı uğrunda mübarizə gedir. Odur ki, kimin müxalifət olduğu aydınlaşmalıdır. Bu aydınlaşma olmalıdır ki, hakimiyyət də iqtidar-müxalifət münasibətlərini tənzimləyərkən qarşısında kimləri görməli olduğunu bilsin. Bu, Azərbaycanın siyasi həyatının tənzimlənməyə ciddi ehtiyacı olan məqamlarından biridir. Hər halda yaxın zamanlarda bu sahədə ciddi irəliləyiş olmalıdır.- Səsvermədə seçicilərin 74 faizinin iştirak etdiyi bildirildi. Qalan 26 faiz seçicinin seçkidə iştirak etməyən partiyaların elektoratı olması barədə iddiaları necə qiymətləndirirsiniz?- Mən qətiyyən bu fikirlə razı deyiləm. Əgər o 26 faiz müxalifətin elektoratı olsaydı və müxalifət onun bu qədər elektoratının olduğuna inansaydı, seçkilərə qatılardı. Seçkilərdə iştirakdan imtina edən müxalifətin bircə motivi olub. Onlar gözəl bilirdilər ki, ictimai dəstəkdən məhrumdurlar və elektorat formalaşdıra bilməyiblər. Onların belə iddia irəli sürməsinə gəldikdə, bu iddialar üçün heç bir əsas yoxdur. Dünyanın bütün ölkələrində seçkidə iştirak edən seçicilərin ən yüksək həddi 70-80 faiz ətrafında olur. Bu, bütövlükdə vətəndaş əhval ruhiyyəsinin göstəricisidir. Seçkidə iştirak etməyənlərin müəyyən qisminin həmin gün ola bilsin ki, daha vacib işi olub, ya da bir qisim, ümumiyyətlə, siyasətlə o qədər də maraqlanmır, siyasi proseslərə biganədir. Həmin insanların belə çağırışlardan xəbərləri belə olmur. Müxalifət partiyaları bir neçə dəfə kütləvi aksiyalar keçirməyə cəhd göstərib. Amma müxtəlif bəhanələrlə, əsasən da guya istədikləri yerin ayrılmaması bəhanəsi ilə aksiya keçirməkdən imtina ediblər. Əslində isə bilirlər ki, keçirmək istədikləri aksiyalara yetərincə insan qoşulmur. Hər kəs xatırlayır ki, müxalifət xeyli əvvəl Ukrayna meydanında mitinq keçirməyə cəhd etdi, amma bu aksiyalara az sayda insan gəldiyindən, sonradan mitinq keçirmək həvəsindən birdəfəlik əl çəkdilər. Bəhanələrindən isə hələ də əl çəkməyiblər. Müxalifət artıq öz dayaqlarını itirib, sadəcə, illüziyalarla yaşayır. - Bəzi müxalifət partiyaları seçki ərəfəsində YAP-ın namizədini dəstəklədi. YAP onların bu dəstəyinə əl uzadacaqmı?- Əvvəla, onu qeyd edək istəyirəm ki, seçkidə YAP-ın namizədini Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti dəstəklədi. Bu mənada vaxtilə müxalifət mövqeyində olan bir neçə partiyanın İlham Əliyevin namizədliyini dəstəkləməsini bütövlükdə Azərbaycan xalqının dəstəyinin tərkib hissəsi hesab edir, bunu əlahiddə nəzərdən keçirməyi düzgün saymıram. Bir halda ki, cəmiyyətin mütləq əksəriyyəti İlham Əliyevin namizədliyini açıq müdafiə edir, azacıq məntiqi olan hər kəs bu ümumxalq rəyin əleyhinə getməyə cürət etməzdi. İstənilən halda, mən İlham Əliyevi müdafiə edən bütün vətəndaşlara, o cümlədən partiyalara hörmətimi bildirirəm. Əməkdaşlıq məsələlərinə gəldikdə, YAP Azərbaycanın inkişafı naminə, istənilən siyasi təşkilatla əməkdaşlığa hazırdır. Təki bu dialoqun aparılmasında ortada saf niyyətlər, hər hansı şəxsin, təşkilatın mənafeyi yox, bütövlükdə Azərbaycanın maraqlarına xidmət etmək istəyi olsun.

8. #4558
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Rusiyanın Voronej Prokurorluğu Azərbaycan vətəndaşını xəstəxanaya qəbul etməyən həkimlər haqqında təhqiqata başlayıb

[b]Rusiyanın Voronej Prokurorluğu Azərbaycan vətəndaşını xəstəxanaya qəbul etməyən həkimlər haqqında təhqiqata başlayıb[b]

Bakı. Viktoriya Dementyeva - APA. Rusiyanın Voronej şəhər Prokurorluğu Azərbaycan vətəndaşı Vüqar Məmmədovu yerli xəstəxanaya qəbul etməyən həkimlərin hərəkətinin qanunauyğunluğunu araşdırır. APA-nın Rusiya mənbələrinə istinadən verdiyi məlumata görə, insident bu ilin aprelində baş verib. Naməlum şəxslər tərəfindən döyülən Azərbaycan vətəndaşı xəstəxanaya aparılsa da, həkimlər onu qəbul etməyiblər. Səkkiz saat sonra V. Məmmədov keçinib. Ona xəsarət yetirən şəxslər bir qədər sonra aşkarlanaraq məsuliyyətə cəlb ediliblər.

9. #4559
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İslamofobiya və ksenofobiya ilə mübarizəyə həsr olunmuş Bakı konfransında Avropa Şurasının rəsmiləri iştirak edəcəklər

[b]İslamofobiya və ksenofobiya ilə mübarizəyə həsr olunmuş Bakı konfransında Avropa Şurasının rəsmiləri iştirak edəcəklər[b]

Bakı. Laçın Sultanova - APA. Noyabrın 4-8 də Bakıda keçiriləcək "İslamofobiya və ksenofobiyanın müxtəlif növləri: gənclərə təsiri və qarşısının almasında gənclərin fəaliyyəti" adlı beynəlxalq konfransda Avropa Şurasının (AŞ) rəsmiləri də iştirak edəcək. AŞ-dan APA-ya verilən məlumata görə, tədbirdə AŞ-nin Gənclər və İdman Şöbəsinin rəhbəri Ralf-Rene Vinqartner və qurumun Gənclər Fondunun direktoru Jan Klod Lazaro qatılacaq. Qeyd edək ki, 43 ölkədən 120-dən artıq nümayəndənin iştirak edəcəyi konfransın təşkilatçıları AŞ, Avropa Gənclər Forumu, İSESCO, "Dialoq və əməkdaşlıq uğrunda" İslam Konfransı Təşkilatının Gənclər Forumu, Azərbaycan Gənclər və İdman Nazirliyidir. Konfransda islamofobiya, antisemitizm, dini və milli zəmində qarşıdurma mövzuları müzakirə olunacaq. Müzakirələrin yekununda "Bakı Gənclər Təşəbbüsü" adlı sənədin qəbulu nəzərdə tutulub.

10. #4560
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bu ilin sonuna qədər Azərbaycanda Rusiya Mədəniyyət Mərkəzi açılacaq

[b]Bu ilin sonuna qədər Azərbaycanda Rusiya Mədəniyyət Mərkəzi açılacaq[b]

Moskva - APA. Rusiya bu ilin sonuna qədər Azərbaycan, Ermənistan və Moldovada mədəni mərkəzlər açacaq. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Moskvada keçirilən Ümumdünya Soydaşlar Konfransında xarici işlər naziri Sergey Lavrov deyib. O, uzaq xaricdə də 10-a yaxın mədəni mərkəz açmağı planlaşdırdıqlarını söyləyib: "Soydaşlarımızla aparılan işin rəngarəng olmasını vacib sayırıq".

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.