[b]Məşhur "Peugeot" şirkətinin Bakıdakı nümayəndəliyinin 11 il axtarışda olan rəhbəri həbs edilib[b]
Bakı. Hafiz Heydərov - APA. "Fransa-Azərbaycan" Səhmdar Cəmiyyətinin (SC) rəhbəri həbs edilib.
Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Şahin Musa oğlu Musayev 11 il axtarışda olub. Fransanın məşhur "Peugeot" şirkətinin Bakıdakı nümayəndəliyinə və "Fransa-Azərbaycan" SC-yə rəhbərlik etmiş M. Musayev 11 il əvvəl Azərbaycan Beynəlxalq Bankından götürdüyü 200 min ABŞ dolları məbləğində vəsaiti mənimsəməkdə təqsirli bilinir. Həmin vaxtdan Cinayət Məcəlləsinin 88-ci (mənimsəmə) maddəsi (köhnə redaksiyada) ilə barəsində axtarış elan olunmuş M. Musayev uzun müddət Fransada gizlənib. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində M. Musayev ötən gün Bakı şəhərindəki evində həbs edilib.Faktla bağlı araşdırma aparılır.
4610 sonuçtan 4.451 ile 4.460 arası

10-29-2008, 12:30 PM #4451Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Avropa Birliyinin gələn il keçiriləcək sammitində Azərbaycan da iştirak edəcək
[b]Avropa Birliyinin gələn il keçiriləcək sammitində Azərbaycan da iştirak edəcək[b]
Bakı. Laçın Sultanova - APA. Gələn il Brüsseldə Avropa Birliyinin 27+6 formatında sammiti keçiriləcək. APA-nın məlumatına görə, sammitdə AB-yə üzv 27 ölkə ilə yanaşı, Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarus da iştirak edəcəklər. 2009-cu il yanvarın 1-dən AB-yə sədrlik edəcək Çexiyanın xarici işlər nazirinin müavini Tomas Poyar bildirib ki, Belarus prezidenti Aleksandr Lukaşenko da zirvə toplantısına dəvət oluna bilər.

10-29-2008, 12:40 PM #4452Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Məşhur "Peugeot" şirkətinin Bakıdakı nümayəndəliyinin 11 il axtarışda olan rəhbəri həbs edilib

10-29-2008, 01:00 PM #4453Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Fatih Terim həbs oluna bilər
[b]Fatih Terim həbs oluna bilər[b]
Bakı - APA-SPORT. Türkiyə futbol yığmasının baş məşqçisi Fatih Terim həbs oluna bilər. "APA-SPORT"un məlumatına görə, təcrübəli çalışdırıcının 3 aydan 2 ilədək dəmir barmaqlıqlar arxasında oturması mümkündür.Terim ötən ay "Yeni Şafak" qəzetinin müxbiri Osman Tanburacının şərəf və ləyaqətini alçaltmaqda günahlandırılır. Bununla bağlı, jurnalist sentyabrın 11-də məhkəməyə müraciət edib. İddiada göstərilir ki, Tanburacı dünya çempionatının seçmə mərhələsi çərçivəsində Belçika yığmasına qarşı keçirilən oyundan öncə efirə gedən idman proqramında Terimi tənqid atəşinə tutub. Bundan qəzəblənən baş məşqçi verilişdən sonra, sentyabrın 9-da jurnalistlə telefon əlaqəsi saxlayaraq, onu söyüşə "qonaq" edib.İlkin istintaq zamanı Terimin göstərilən tarixdə Tanburacıya həqiqətən də zəng vurduğu müəyyənləşib. 55 yaşlı məşqçi haqqında Türkiyə Cinayət Məcəlləsinin 125.1 maddəsi üzrə cinayət işi açılıb.

10-29-2008, 01:10 PM #4454Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Noyabrın 21-də türkdilli ölkələrin Parlament Assambleyası yaradıla bilər
[b]Noyabrın 21-də türkdilli ölkələrin Parlament Assambleyası yaradıla bilər[b]
Bakı Elnur Məmmədli - APA. Noyabrın 21-də türkdilli ölkələrin Parlament Assambleyasının yaradılması məqsədilə İstanbulda növbəti toplantı keçiriləcək. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç deyib. O bildirib ki, Parlament Assambleyasının yaradılması istiqamətində indiyə qədər bir sıra addımlar atılıb: "Mən İstanbul toplantısında Parlament Assambleyasının yaradılacağını düşünürəm".

10-29-2008, 01:20 PM #4455Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
AMB-nin rəsmi valyuta məzənnələri
[b]AMB-nin rəsmi valyuta məzənnələri[b]
1 USD

10-29-2008, 01:30 PM #4456Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan manatının real effektiv məzənnəsi 8 illik maksimuma çatıb
[b]Azərbaycan manatının real effektiv məzənnəsi 8 illik maksimuma çatıb[b]
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycan manatının real effektiv məzənnəsi 2008-ci ilin yanvar-sentyabr ayları ərzində 15,1% yüksəlib. Azərbaycan Milli Bankından «APA-ECONOMICS»ə verilən məlumata əsasən, bu, 2000-ci ildən sonrakı dövr ərzində ən yüksək göstəricidir. Real effektiv məzənnə ölkənin əsas xarici ticarət tərəfdaşlarının valyutalarının real mübadilə məzənnələrinin örtaölçülmüş göstəricisidir və onun hesablanmasında müvafiq ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı nəzərə alınır. Yəni, bu, manatın xarici ticarət dövriyyəsində iştirak edən dövlətlərin valyutalarına qarşı orta vahid məzənnəsidir. Real effektiv məzənnənin artımı ölkənin yerli mallarının rəqabətlilik qabiliyyətinin aşağı düşdüyünü göstərir. Eyni zamanda, real effektiv məzənnənin hesablanmasında ölkədə və xarici ticarətdə tərəfdaş ölkələrdəki illik inflyasiya nəzərə alınır, yəni real effektiv məzənnənin artımına həm də yüksək inflyasiya təsir edir. Hətta tək Azərbaycanda deyil, həmçinin tərəfdaş ölkələrdə olan inflyasiyanın səviyyəsi nəzərə alınmalıdır. Azərbaycanda olan inflyasiyanın tərəfdaş dövlətlərdəki inflyasiyadan artıq olması yerli iqtisadiyyatın rəqabətlilik qabiliyyətinin düşdüyünü əks etdirir.Qeyd edək ki, son illər ərzində real effektiv məzənnənin dinamikasında əks olunan qeyri-neft sektorunda da rəqabətlilik qabiliyyəti davamlı olaraq azalır.

10-29-2008, 01:40 PM #4457Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Bakıda uzun müddət axtarışda olan qadın həbs edilib
[b]Bakıda uzun müddət axtarışda olan qadın həbs edilib[b]
Bakı. Hafiz Heydərov-APA. Bakıda uzun müddət axtarışda olan qadın həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1951-ci il təvəllüdlü Leyla Həsənqulu qızı Ələkbərova Cinayət Məcəlləsinin 188-ci (torpaq üzərində mülkiyyət hüququnu pozma) maddəsi ilə təqsirli bilinir. Əzizbəyov rayon Məhkəməsinin L. Ələkbərova barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə qərarından sonra Əzizbəyov rayon Polis İdarəsinin 1-ci Polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində o paytaxtda saxlanılıb. L. Ələkbərova barəsində Əzizbəyov rayon Prokurorluğunda açılan cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

10-29-2008, 01:50 PM #4458Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Nağd valyutanın mübadilə məzənnələri
[b]Nağd valyutanın mübadilə məzənnələri[b]
Alış/ Satış

10-29-2008, 02:00 PM #4459Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
BVF-nin sabiq baş iqtisadçısı Kennet Roqoff: «Dolların bahalaşmasının iqtisadi əsasları yoxdur»
[b]BVF-nin sabiq baş iqtisadçısı Kennet Roqoff: «Dolların bahalaşmasının iqtisadi əsasları yoxdur»[b]
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. ABŞ-ın bank və maliyyə sistemində yaşanan böhran mühitində dolların dünyanın əsas valyutalarına qarşı sürətli artımının iqtisadi əsasları yoxdur və bu proses müvəqqəti xarakteri daşıyır. «APA-ECONOMICS»in «RİA Novosti» agentliyinə istinadən verdiyi məlumata görə, bu fikri Harvard Universitetinin professoru, Beynəlxalq Valyuta Fondunun (BVF) sabiq baş iqtisadçısı Kennet Roqoff söyləyib.«Dağılan ABŞ iqtisadiyyatında artan dollar ağla gəlməyən bir fenomendir. Bunu yalnız onunla izah etmək olar ki, investorlar Avropada müşahidə olunan mənfi tendensiyalardan ABŞ-dakı hadisələrdən daha çox ehtiyat edirlər», - deyə K.Roqoff bildirib.ABŞ iqtisadiyyatı geriləmə mərhələsinə daxil olsa da, dünyada dollara tələbatın artması nəticəsində onun avroya qarşı məzənnəsi iki illik, funta qarşı isə 6 illik maksimuma çatıb. Dolların əsas ehtiyat valyutası kimi bərpası və dollarla avro arasındakı məzənnə fərqinin kəskin azalmasını proqnozlaşdıran əksər analitiklərdən fərqli olaraq, K.Roqoff dolların böhrandan əvvəl olan mövqelərə qayıdacağını gözləyir. K.Roqoffun fikrincə, möhkəmlənən dollar Amerika mallarının xarici bazarlarda rəqabətlilik qabiliyyətini azaldır, bu da böhran vəziyyətində olan ABŞ iqtisadiyyatı və ixracatçıları üçün ciddi zərbədir.Eyni zamanda qeyd olunmalıdır ki, dolların bahalaşmasının əsas səbəbi investorlar tərəfindən aktivlərin kütləvi şəkildə satılması və onları ya pula çevrilməsi, ya da əldə olunan pulların ABŞ-ın federal istiqrazlarında yerləşdirilməsidir. Maliyyə bazarlarına olan etimadın bərpası ABŞ və Avropa ölkələri hökumətlərinin böhrana qarşı gördükləri tədbirlərin ilk müsbət effekti əvvəl investorları səhmlər, sonra isə törəmə qiymətli kağızlar bazarlarına qaytaracaq və bununla da dollara süni tələbat kəskin azalacaq.

10-29-2008, 02:10 PM #4460Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Dünya şöhrətli bariton Müslüm Maqomayevlə vida mərasimi - FOTOSESSİYA
[b]Dünya şöhrətli bariton Müslüm Maqomayevlə vida mərasimi - FOTOSESSİYA[b]

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Şahin Musa oğlu Musayev 11 il axtarışda olub. Fransanın məşhur "Peugeot" şirkətinin Bakıdakı nümayəndəliyinə və "Fransa-Azərbaycan" SC-yə rəhbərlik etmiş M. Musayev 11 il əvvəl Azərbaycan Beynəlxalq Bankından götürdüyü 200 min ABŞ dolları məbləğində vəsaiti mənimsəməkdə təqsirli bilinir. Həmin vaxtdan Cinayət Məcəlləsinin 88-ci (mənimsəmə) maddəsi (köhnə redaksiyada) ilə barəsində axtarış elan olunmuş M. Musayev uzun müddət Fransada gizlənib. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində M. Musayev ötən gün Bakı şəhərindəki evində həbs edilib.Faktla bağlı araşdırma aparılır.

Yer imleri