<span style="color:#FF0000;font-size:18px;">[b]Sabunçu sakini qohumunu qətlə yetirib[b]</span>
Bakı. Hafiz Heydərov-APA. Azərbaycan paytaxtında daha bir qətl hadisəsi baş verib. Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə, Ramana qəsəbəsində yerləşən südçülük sovxozunda baş verib. Qəsəbə sakini, 1967-ci il təvəllüdlü Əsəd Ələkbər oğlu Nurullahi yaxın qohumu, 1984-cü il təvəllüdlü Telman Bulud oğlu Tərcüvanini bıçaqla qətlə yetirib. Qətl hadisəsini törədən Ə. Nurullahi Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilib. Sabunçu rayon Polis İdarəsindən bildirilib ki, ilkin araşdırmalar nəticəsində hadisənin şəxsi münaqişə zənində baş verdiyi məlum olub. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
4610 sonuçtan 4.541 ile 4.550 arası
-
10-31-2008, 11:50 AM #4541Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan Milli Bankı uçot dərəcəsini 10%-ə endirib
<span style="color:#FF0000;font-size:18px;">[b]Azərbaycan Milli Bankı uçot dərəcəsini 10%-ə endirib[b]</span>
Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Azərbaycan Milli Bankı (AMB) İdarə Heyətinin qərarı ilə 2008-ci ilin oktyabr ayının 31-dən etibarən uçot dərəcəsi 12%-dən 10%-ə endirilib.
Həmçinin, faiz dəhlizinin yuxarı həddi 17%-dən 15%-ə, dəhlizin aşağı həddi isə 3%-dən 1%-dək azaldılıb.AMB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, cari il ərzində valyuta balansının profisiti əhəmiyyətli dərəcədə artıb və ölkənin xarici dövlətlərlə münasibətdə kreditor mövqeyi daha da güclənib. Bu şəraitdə bank sisteminin sabitliyi xarici böhranların təsirindən etibarlı qorunub: «Dünya iqtisadiyyatında isə tənəzzül və deflyasiya meylləri güclənib. Aparıcı ölkələrdə iqtisadi artım zəifləməyə başlayıb, dünya maliyyə sistemində likvidlik böhranı davam edir. Bu şəraitdə mərkəzi banklar maliyyə sabitliyinin qorunması sahəsində təsirli tədbirlər paketini həyata keçirməyə başlayıb».«Bununla belə bank sistemində maliyyə sabitliyini daha etibarlı qorumaq və xarici risk amillərini qabaqlayıcı rejimdə neytrallaşdırmaq üçün Milli Bank hökumətlə birgə preventiv siyasət tədbirlərini davam etdirir. Bu tədbirlər bank sisteminin xarici iqtisadi böhranlara qarşı davamlılığının daha da güclənməsinə yönəlmiş kompleks prudensial idarəetmə və likvidlik alətlərinin yüksək çevikliyinin təmin olunmasını əhatə edir», - deyə AMB-nin mətbuat xidmətdən bildirilib. Qeyd edək ki, mərkəzi bank tərəfindən uçot dərəcəsinin azaldılması pul-kredit siyasətinin yumşaldılmasına istiqamətlənir. Yəni, Azərbaycanda pul-kredit siyasətinin bir qədər yumşaldılması zəruri hesab olunur, bu da onu göstərir ki, bank sistemində problemlər yaranmaqdadır. Banklar tərəfindən istehlak kreditlərini dayandırmasına baxmayaraq, bankların likvidlik problemi yaranıb, bunu da son zamanlar müşahidə olunan həm repo əməliyyatlarının kəskin azalması, həm də mərkəzləşdirilmiş kredit bazarının fəallığının artması təsdiqləyir. Beləliklə, AMB banklar üçün maliyyə vəsaitlərini ucuzlaşdırmaq, ehtiyatların azaldılması siyasətini irəli sürərək bank sistemində likvidlik probleminin aradan qaldırılmasına şərait yaradır. Bununla yanaşı qeyd olunmalıdır ki, hazırda kommersiya banklarının xarici borcu tarixi maksimuma çatıb (1,6 mlrd. manat), bu da dünya maliyyə böhranı, iri maliyyə qurumlarının müflisləşmə təhlükəsi ilə üzləşməsi baxımından milli bank sistemi üçün ciddi təhlükə yaradır. Qeyd edək ki, bankların xarici borcunun yüksək səviyyədə olması şəraitində bank təşkilatları üçün ehtiyat normalarının ləğv edilməsi qərarı uçot dərəcəsinin azaldılmasından daha faydalı ola bilər. Ümumilikdə, AMB tərəfindən uçot dərəcəsinin aşağı salınmasından sonra mərkəzləşdirilmiş kredit bazarının fəallaşacağını gözləmək olar, əks halda bu addımın əhəmiyyəti olmayacaq və uçot dərəcəsi bank sisteminin sağlamlaşmasında heç bir rolu oynamayan nəzəri göstərici kimi qalacaq.Xatırladaq ki, oktyabr ayının 14-də AMB uçot dərəcəsinin 15%-dən 12%-dək azaldılmasına dair qərar qəbul edib.
-
10-31-2008, 12:00 PM #4542Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Sabunçu sakini qohumunu qətlə yetirib
-
10-31-2008, 12:20 PM #4543Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Etibar Əliyev: «İnstitusional inkişaf «Texnikabank»ın fəaliyyətinin prioritet istiqamətidir»
<span style="color:#FF0000;font-size:18px;">[b]Etibar Əliyev: «İnstitusional inkişaf «Texnikabank»ın fəaliyyətinin prioritet istiqamətidir»[b]</span>
Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycanın «Texnikabank» ASC-nin Müşahidə Şurasının sədri Etibar Əliyevin «APA-ECONOMICS»ə müsahibəsi.- «Texnikabank»ın Azərbaycanın bank-maliyyə sektorunda hazırkı mövqeyini necə xarakterizə etmək olar?- «Texnikabank» ASC-nin Azərbaycanın bank xidmətləri bazarına gəlişindən ötən 15 il ərzində fəaliyyəti çox məhsuldar olub. Bu gün «Texnikabank» fiziki və hüquqi şəxslərdən əmanətlərin cəlb edilməsi, qısa və uzunmüddətli kreditlərin ayrılması, köçürmə və hesablaşma-kassa əməliyyatlarının aparılması, bank zəmanətinin verilməsi kimi əməliyyatlar həyata keçirir. Bankın beynəlxalq valyuta bazarında konvertasiya əməliyyatları aparmaq hüququ var və 15-dək sürətli pulköçürmə sisteminə qoşulub. «Texnikabank» ölkədə yeganə bankdır ki, emissiya etdiyi avro istiqrazlar beynəlxalq valyuta birjalarında katirovka olunur. «Texnikabank» eyni zamanda elektron kartlar bazarında aktiv fəaliyyət göstərir. Beynəlxalq Visa Assosiasiyasının və «Mastercard İnternational» ödəmə sisteminin prinsipial üzvü olan bankımız indiyədək müştərilərə 40 662 plastik kart təqdim edib. Bankımız həmçinin Milli Kart Prosesinq Mərkəzinin nizamnamə kapitalında iştirak edir. Ticarət və iaşə obyektlərində POS-terminallarının sayını 327-yə çatdırıb. Bundan başqa, bankın törəmə müəssisəsi olan «Texnikalizinq» MMC 3 ildir ki, bu sahədə uğurla fəaliyyət göstərir. Bankın digər bir törəmə müəssisəsi - «Texnika Kapital Menecment» MMC qiymətli kağızlar bazarında brokerlik fəaliyyəti ilə məşğuldur. Bankın 2006-cı ildə yaradılan «Alfa İnsurance» törəmə müəssisəsi isə sığorta bazarında aktiv fəaliyyət göstərir. «Texnikabank» ötən il «Visa Pos Acquiring» layihəsinə start verib. Layihə «Texnikabank»a ticarət mərkəzlərində quraşdırılan POS-terminallarda beynəlxalq əməliyyatları prosesinq etməyə və başqa banklara bu xidmətlərdən istifadəni təklif etməyə imkan yaradır. Ötən il həmçinin «Cirrus/Maestro Mastercard Standard» və «Master Gold» kartlarının emissiyasına, eləcə də «Visa VSDC İssuinq», «Visa Smart Platinum co-brand» layihələrinin icrasına başlamışıq.- Bu ilin ötən dövrü «Texnikabank» üçün necə keçib?- Cari ilin yanvar-sentyabr ayları ərzində bankın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 48,35%, cari ilin əvvəli ilə müqayisədə 24,04% artaraq 439 644,353 min manata çatıb. Bankın məcmu kapitalı 57 438,330 min manata yüksəlib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 55,20% çoxdur. İlin əvvəlindən təxminən 20 041,911 min manat həcmində xalis mənfəət əldə etmişik. Bizim ciddi önəm verdiyimiz məsələlərdən biri də bankın filial şəbəkəsini daha da genişləndirməkdən ibarətdir. Bu gün 60 minə yaxın hüquqi və fiziki şəxsə xidmət göstərən «Texnikabank» özəl banklar arasında ən geniş filial şəbəkəsinə malikdir.- «Texnikabank»ın kredit siyasəti barədə məlumat verərdiniz.- Son beş ildə «Texnikabank»ın kredit portfelində 34 dəfə artım qeydə alınıb. Bank 2007-ci ildə də Azərbaycanda kredit bazarının əsas iştirakçılarından biri olub və kreditləşmə sahəsində yüksək sıçrayışlar qeydə alınıb. Belə ki, bank korporativ və fərdi müştərilərinə il ərzində 263 mln. manat kredit verib. Bu da 2006-cı illə müqayisədə 3,4 dəfə artım deməkdir. Cari ildə isə bankın kredit portfelini 330 mln. manata çatdırmağı planlaşdırmışıq. «Texnikabank»ın kredit siyasətinin əsas istiqamətlərindən biri kredit portfelinin ciddi diversifikasiya olunmasıdır. Verilmiş kreditlərin 72%-i iqtisadiyyatın müxtəlif sahələrində çalışan korporativ müştərilərin, 28%-i isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Biz həmçinin kredit portfelinin sektorlar üzrə geniş diversifikasiyasına da ciddi diqqət yetiririk. Ötən il bankın kredit portfelində ticarət sektoru 19%, xidmət sahəsi 18%, istehsal müəssisələri 18%, tikinti sektoru 12% təşkil edib. Kənd Təsərrüfatı Nazirliyi ilə birgə reallaşdırılan «Şimal», «Şərq» layihələrini, dağ və yüksək dağlıq ərazilərin inkişaf etdirilməsi layihələrində iştirak edirik. Gələcəkdə bankın kredit portfelində regional layihələrə ayrılacaq vəsaitlərin həcmini artırmağı planlaşdırırıq.- «Texnikabank»ın ipoteka proqramlarının icrası necə gedir?- «Texnikabank» ötən dövrdə ipoteka bazarının şəriksiz liderinə çevrilib. Təkcə ötən il bank tərəfindən ümumilikdə 19,4 mln. manat məbləğində 501 ipoteka krediti verilib. Bu kreditlərdən 217-si (8,7 mln. manat) İpoteka Fondunun vəsaitləri hesabına ödənilib. Biz ipoteka kreditlərinin aktuallığını, bazarda bu növ kreditlərə yüksək tələbat olduğunu nəzərə alaraq 2007-ci ildən öz kredit proqramımızı həyata keçirməyə başlamışıq. Qara Dəniz Ticarət və İnkişaf Bankı ötən ilin sonunda «Texnikabank»a 8 mln. dollar məbləğində ipoteka krediti ayırıb.- Bankın perspektiv addımları və institusional inkişaf planları nədən ibarətdir?- İnstitusional inkişaf «Texnikabank»ın cari ildə və gələcək fəaliyyətində prioritet istiqamət kimi nəzərdə tutulur. Bu baxımdan fəaliyyətimizi bütün sahələrində beynəlxalq maliyyə strukturlarının standartlarına uyğunlaşdırırıq. Bankın korporativ idarəetmə standartlarına müvafiq yeni strukturu hazırlanıb. İdarəetmə orqanları arasında dəqiq vəzifə bölgüsü aparılıb. Strateji plan qrupu yaradılıb və bankın 3 illik strateji inkişaf planı təsdiqlənib. Bankın institusional inkişafını səciyyələndirən amillərdən biri də risklərin daha səmərəli idarə edilməsi üçün riskləri idarəetmə komitəsi və eyniadlı departamentin yaradılmasıdır. Müasir texnologiya bankçılığının yaradılması qarşıda duran əsas vəzifələrimizdəndir. Yaxın gələcəkdə bankda T24 yeni proqram təminatının tətbiqinə başlanılacaqdır. «Texnikabank» yeni proqram təminatının alınması üçün İsveçrənin «Temenos Group AG» şirkəti ilə müqavilə bağlayıb. Yeni proqram təminatının implementasiyasını 2009-cu ilin birinci yarısında yekunlaşdırmaq nəzərdə tutulub.- Bank rəhbəri olaraq necə hesab edirsiniz, dünyada hökm sürən qlobal maliyyə böhranı Azərbaycanın maliyyə-bank strukturlarının fəaliyyətinə necə təsir göstərəcək? Bu sahədə ciddi təhlükələr gözlənilirmi?- ABŞ-dan başlanan və tez bir zamanda dünyanın ayrı-ayrı ölkələrinə sirayət edən maliyyə böhranına riskli ipoteka kreditləri səbəb olub. Burada, əlbəttə ki, beynəlxalq aləmdə siyasi gərginliyin artması və başqa amillər də az rol oynamayıb. Hazırda Amerikada, Avropa və Asiya ölkələrində qlobal maliyyə böhranına qarşı mübarizəni gücləndirmək üçün əlavə imkanlar axtarılır. Azərbaycanın dünya birjalarında yaşanan böhranın fəsadlarını sığortalamaq və yaxud bu fəsadların təsirini ən zəif həddə endirmək iqtidarında olduğunu söyləmək mümkündür. Azərbaycanın bank-maliyyə sistemi kifayət qədər sabitdir və bu amil respublikamızın beynəlxalq maliyyə böhranının təsirindən qorunmasında mühüm rol oynayır. Milli Bankın davamlı olaraq həyata keçirdiyi çevik monetar siyasət isə ölkədə bank sisteminin sabitliyini daha da möhkəmləndirir. Fikrimcə, Milli Bankın ölkədə maliyyə sabitliyinin qorunması məqsədilə kreditlər üzrə uçot dərəcəsini və faiz dəhlizinin yuxarı həddini aşağı salması lazımi səmərə verəcək. Bank-maliyyə sektorunda gözlənilə bilən hər hansı təhlükənin qarşısını almağa yönəldilən ən mükəmməl addımlardan biri də, heç şübhəsiz ki, yaxın vaxtlardan etibarən kommersiya bankları üçün müəyyən olunmuş məcburi ehtiyat normalarının aşağı salınması olacaq. Kommersiya bankları üçün müəyyən olunan uçot dərəcələrinin aşağı salınması onlara kreditləri əvvəlki səviyyədə sabit saxlamağa imkan verəcək. Yeri gəlmişkən, son vaxtlar guya banklarda kreditləşmənin məhdudlaşdırılması və yaxud dayandırılması barədə dövriyyəyə buraxılan şayiələrin heç bir əsası yoxdur. Sadəcə, indiki dövrdə banklar kreditlərin verilməsi ilə bağlı tələblərini bir qədər sərtləşdiriblər.
-
10-31-2008, 12:30 PM #4544Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Nağd valyutanın mübadilə məzənnələri
<span style="color:#FF0000;font-size:18px;">[b]Nağd valyutanın mübadilə məzənnələri[b]</span>
Alış/ Satış
-
10-31-2008, 12:40 PM #4545Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
ABŞ-da son 7 ildə ilk dəfə ÜDM-nin azalması qeydə alınıb
<span style="color:#FF0000;font-size:18px;">[b]ABŞ-da son 7 ildə ilk dəfə ÜDM-nin azalması qeydə alınıb[b]</span>
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Oktyabrın 30-da Amerika bazarlarında Dow Jones indeksi 2,11% - 9180,69 bəndədək, S&P 500 2,58% - 954,09 bəndədək, Nasdaq isə 2,49% - 1698,52 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, oktyabrın 30-da kotirovkaların yüksəlməsinin əsas səbəbi ABŞ-da III rüb ərzində ÜDM-nin faktiki azalmasının proqnozlardan aşağı səviyyədə olması ilə bağlıdır. Belə ki, ABŞ-da ÜDM-nin rüblük azalması 0,5% səviyyəsində proqnozlaşdırılsa da, real azalma 0,3% təşkil edib. Qeyd edək ki, bu, son 7 il ərzində müşahidə olunan ilk ÜDM azalmasıdır. Bundan əlavə, oktyabrın 29-da Federal Ehtiyat Sistemi tərəfindən faiz dərəcəsinin 1%-ə endirilməsi bazara müsbət təsir göstərib. Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 1,16% - 4291,65 bəndədək, Fransa CAC-40-ı 0,15% - 3407,82 bəndədək, Almaniya DAX-ı isə 1,26% - 4869,30 bəndədək yüksəlib. Avropada kotirovkaların yüksəlməsinə ilk növbədə ABŞ-da olan müsbət tendensiyalar və Avropa şirkətlərinin rüblük hesabatlarının proqnozlardan daha pozitiv olması təsir edib.Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2809 dollar təşkil edib (-2,6%).
-
10-31-2008, 12:50 PM #4546Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Şəkidə baş verən yol qəzasında 1 nəfər ölüb, 1 nəfər ağır yaralanıb
<span style="color:#FF0000;font-size:18px;">[b]Şəkidə baş verən yol qəzasında 1 nəfər ölüb, 1 nəfər ağır yaralanıb[b]</span>
Şəki. Vüqar Heydərov-APA. Ötən gecə saat 21.00 radələrində Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, Şəki rayonunun Baş Laysqı kənd sakini, 1956-cı il təvəllüdlü Nurullayev Hikmət Lütüş oğlunun idarə etdiyi "VAZ-2107" markalı 10 NB 557 dövlət nömrə nişanlı avtomobil onun həmkəndlisi, 1972-ci il təvəllüdlü Zəkəriyyəyev Rövzət Tapdıq oğlunun idarə etdiyi 96-86-AQR nömrə nişanlı avtomaşınla toqquşub. Nəticədə H. Nurullayev və onun sərnişini 1991-ci il təvəllüdlü Həbibullayev Vüqar İsfəndiyar oğlu aldıqları xəsarətlərlə Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. H. Nurullayev orada dünyasını dəyişib. V. Həbibullayevin vəziyyətinin isə ağır olduğu bildirilir. Faktla bağlı Şəki rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
-
10-31-2008, 01:00 PM #4547Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Müğənni Elnarə: "Röya və Natəvanla aramızda soyuqluq var" - FOTOSESSİYA
<span style="color:#FF0000;font-size:18px;">[b]Müğənni Elnarə: "Röya və Natəvanla aramızda soyuqluq var" - FOTOSESSİYA[b]</span>
"İbrahim Borçalıya prodüserlik edəcəyəm"
Bakı. Ülkər Qasımova-APA. Müğənni Elnarə Xəlilovanın APA-ya müsahibəsi - Müğənni Elnarə bu gün hansı işlərlə məşğuldur?- Müğənni Elnarə hazırda dördüncü kurs tələbəsidir. Eyni zamanda övladımın dayəliyini edirəm. Yeni mahnılar üzərində işləməyə başlamışam, ilin sonuna kimi yeni albom hazırlamaq istəyindəyəm. Həmçinin internet saytımın hazırlıq işləri ilə məşğulam. Artıq saytda tamamlama işləri gedir. - Bu sənətdə özünüzü tam peşəkar hesab edirsiniz?- Bəli, bu gün mən peşəkar olduğumu deyə bilərəm. Çünki artıq Azərbaycan Milli Konservatoriyasının sonuncu kursunda oxuyuram. Bu kursu da bitirdikdən sonra artıq əlimə diplom alacağam və ondan sonra heç kim mənim qeyri-peşəkar olduğumu deyə bilməyəcək. Peşəkarlığımı sübut edən ikinci amil isə ilk addımımı məhz Heydər Əliyev Sarayında atmağımdır. - Azərbaycandan kənarda tanındığınızı əminliklə deyə bilərsiniz?- Yox, bunu deyə bilmərəm. Bunun üçün hələ çox tezdir. Əslində bu yöndə işlər görürəm. Azərbaycan üçün nə etmək lazımdırsa, bacardığım qədər etmişəm. İndi özümü prodüser kimi yoxlamaq istəyirəm. Hər bir işdə eksperiment etməyi xoşlayıram, görək yeni işim necə alınacaq. - Sirr deyilsə, kimə prodüserlik edəcəksiniz?- İbrahim Borçalıya prodüserlik edəcəyəm. Biz onun ailəsi ilə dostuq. Həyat yoldaşım Rövşənlə qərara gəldik ki, heç bir təmənna güdmədən bu insana kömək edək. Həqiqətən də çox şirindil, ürəyiaçıq bir insandır. İndiki zəmanədə onun kimi insanlar azlıq təşkil edir. Ümumiyyətlə biz bir insana kömək edəndə təmənna güdməyə alışmışıq. Amma elə şeylər var ki, onu təmənnasız görərik. - Bir prodüser kimi hansı işləri həyata keçirəcəksiniz?- Mən İbrahim Borçalının bütün repertuarına əl gəzdirəcəyəm. Onun tutan mahnılarını yenidən aranjeman etdirəcəyik. Ona bildirmişəm ki, həmin mahnıları n onun öyrəşdiyi kimi 200 manata yox, ondan on dəfə baha qiymətə aranjeman edəcəyik. Fikrimcə, bu prosesə gələn ildən başlayacağıq. Sadəcə, bu müddət ərzində İbrahim Borçalı özünü düzgün təqdim edə bilməyib. İbrahimlə yanaşı bu siyahıda bır çox müğənnilər var ki, düzgün təqdim olunmayıblar. Mən həmişə İbrahimə deyirəm ki, səndə hər şey var, sadəcə düzgün mövqe tutmamısan. Səsin məlahətli səsdir, qəşəng oxuyursan. Mənə elə gəlir ki, onun kimi müğənnilərin özünü düzgün təqdimetmə imkanları azdır. İnformasiyaları azdır, dünya ilə ayaqlaşmırlar, oturub "Fashion TV"yə baxmırlar ki, necə geyinmək lazımdır. Yaxud da dünya ulduzlarının konsertlərinə, onların ifalarına qulaq asmırlar. İbrahim Borçalıya Corc Maykl, Elton Con, Stinqin disklərini aldırmışam ki, oturub, onları dinləsin. Çünki onun ifa tərzini dəyişmək lazımdır. Ən azından onlara qulaq asandan sonra ifası hindistanlı musiqiçilərin ifasına bənzəməyəcək. Etiraf etməliyəm ki, bu gün əl gəzdiriləsi müğənnilərin sayı çoxdur. İbrahimdən başqa kim özünə əl gəzdirmək istəyirsə, bizə müraciət etsin, amma onlara bu işi təmənnasız etməyəcəyik. - Bir müddət əvvəl çıxışlarınızın birində "Qızımın müğənni olmasına heç zaman icazə verməyəcəyəm" fikrini səsləndirmisiniz...- Bəli, demişəm ki, qızımı müğənni olmağa qoymayacağam. Hələ balaca olsa da, musiqiyə çox böyük həvəsi var. Mən onu 18 yaşına kimi bu sənətdən qoruyacağam. Bu yaşdan sonra isə ona ana kimi məsləhət verə bilərəm. Məsləhətə qulaq asıb-asmamaq onun öz işidir. Amma ana kimi əlimdən gələni edəcəyəm ki, onu bu peşədən çəkindirim.- Heç kimə rəva bilmədiyini Elnarə niyə özünə rəva bilir?- Mən bu sənətə gələndə vəziyyət belə deyildi. 2000-ci illə hazırkı vəziyyət arasında yerlə göy qədər fərqi var. Belə görürəm ki, 2010-cu ildə bundan da dəhşətli olacaq. Valideynlərim məni Vaqif Gərayzadənin yanına gətirəndə bugünkü vəziyyətdən əsər-əlamət belə yox idi, elə olsaydı, heç məni aparmazdılar. Düzdür, həmin vaxtlarda da belə şeylər var idi, amma bütün bunlar televiziyaya çıxarılmırdı. İndi isə belə deyil, hamı özünü onunla reklam edir. Efirdə, mətbuatda hər şeyi göstərmək olmaz. Səmimi olmaq olar, amma sadəlövh olmaq olmaz. Ümumiyyətlə, bağlı yer saxlamalısan ki, nə vaxtsa kimlərisə maraqlandıra biləsən. Arxaya dönüb geridə qoyduğum səkkiz ilə baxanda, çəkdiyim əziyyətə, sərf etdiyim vaxta və pula, əməyə heyfim gəlir, yoxsa elə bu gün mikrofonu əlimdən qoyub gedərəm və bir daha oxumaram. - Özünüz üçün qadağa qoyduğunuz televiziya verilişləri var? - Qalmaqal xarakterli verilişlərə çıxmağa özümə qadağa qoymuşam. Ailə qurana kimi elə vaxtlar olub ki, mən özüm bu verilişlərə maraq göstərmişəm, bu, mənə lazım olub. Vaxt olub ki, lazım olan və olmayan hər yerə getmişəm. İndi isə bu hərəkəti etmək mənə yaraşmaz. Maraqlısı budur ki, tamaşaçını elə bil bu verilişlərə baxmaq üçün tərbiyə etmişik, hamı ancaq qalmaqal, dava-dalaş xəbərləri axtarır. Qalmaqal verilişləri ilə bol olan kanala çıxmağa özümə embarqo qoymuşam. Ancaq səhər proqramına çıxa bilərəm, başqa verilişlərə çıxmağı isə özümə yaraşdırmıram. - Bu gün qadın üçün müğənnilik etməyin çox çətin olduğunu etiraf etdiniz. Elnarənin sənətdən getmək fikri yoxdur ki?- Ola bilər. Onsuz da mən bu sənətə hobbi kimi yanaşıram. Ümumiyyətlə "hər yerdə mən olmalıyam, birinci olmalıyam, hamının gözünü yormalıyam" fikri məndən çox uzaqdır. Mənim üçün bu gün həyatda daha maraqlı dəyərlər var. Ailəm, övladım... Bundan sonra da mənim həyatda hər şeyim ailəmdir. - Deyirlər ki, populyarlıq bir xəstəlikdir. Siz bu xəstəliyə tutulmamısınız ki?- Düz deyirlər, vaxt olub bu xəstəliyə mən də tutulmuşam, ancaq çox şükür ki, bu gün dediyiniz xəstəlik məndən çox uzaqdır. Bu gün baş verənləri kənardan çaşqın vəziyyətdə tamaşaçı kimi seyr edirəm. Bu dəqiqə insanların nə istədiyini tapmaq çox çətindir. Bu gün hamının elədiyini eləsəm, heç kim məni tanımaz. Mən dənizdə damla olaram. Hər halda mənim ifa etdiyim mahnılarda kommersiya tərəfləri olmuş olsa belə, digər səpgili mahnılarım da var. Əgər mən bu işə pul xərcləyirəmsə, bu pulu hansı yolla isə çıxarmalıyam. Mənim ifa etdiyim mahnıların sözlərinə diqqətlə qulaq asan dinləyicilər bilir ki, hər mahnımda insanlara nəyisə aşılayıram, nəyisə təbliğ etməyə çalışıram. - Bir zamanlar ayrılmaz cütlük olan Röya, Elnarə və Natəvanın arasında soyuqluq hiss olunur. Münasibətlərinizdəki soyuqluğun səbəbi nədir?- Bu, təbiidir, soyuqluq olmalıdır. Hərənin öz həyatı var. Əgər üçümüzdən birimiz dara düşəriksə, bir-birimizin dadına çatırıq. Bir-birimizə borc pul da veririk. Məhərrəmlik və Orucluq ayı olanda hansımızda pul olmasa, bir-birimizə müraciət edirik. Düzdür, soyuqluq var, ancaq imkan daxilində bir-birimizin xeyrində, şərində iştirak edirik. Hərəmiz özümüz üçün bir ulduzuq. Elə olur ki, vaxtın azlığından hətta zənglərə cavab verə bilmirəm və qarşı tərəf düşünür ki, ulduzluğum tutub. - Vaqif Gərayzadə ilə münasibətləriniz necədir?- Əlbəttə ki, əla. O mənim sənətdəki atamdır. Ümid edirəm ki, münasibətlərimiz ömrümün sonuna kimi də belə qalacaq. - "W Trio"nun dağılmasına təəssüflənmirsən? - Təəssüflənirəm. Ancaq düşünürəm ki, dünyada çox populyarlıq əldə edən və milyonlarla büdcəsi olan "Beatles", "Spice girls" qrupları da dağıldı. Hər halda bizim qrupumuz o qrupların yanında bir damla idi. Bu, normal bir şeydir. Qəbul etmək lazımdır ki, 4-5 fərqli xarakterli insanın işbirliyi uzun sürmür. - Bir zamanlar uzun saçlarını kəsməyə cürət edən Elnarə imicində daha nələri dəyişməyə hazırlaşır?- Kəsdirdiyim saçları hələ də özümdə saxlayıram. Həmin il 50 dərəcəyə yaxın istilər var idi. Mən də təzə ana olmuşdum və uzun saçlar mənə mane olurdu. Ancaq saçlarımı kəsdirəndən sonra çox adam məni qınadı. Ancaq saçımı kəsdirməkdə məqsədim heç də imicimdə dəyişiklik etmək deyildi. Tənqidlərdən nəticə çıxarıb yenə də saçımı uzadıram. Düzdür, mən əvvəlki Elnarə ola bilmərəm. Axı 20-22 yaşında deyiləm. Artıq ailəli qadınam, hər şeyin təri var. İnanmıram ki, əvvəlki üslubuma qayıdım. Axı indi özümü camaata güldürə bilmərəm. - Sirr deyilsə, həyat yoldaşınız qarşınızda hansı qadağaları qoyub?- Bu qadağalar hər iki tərəfdən var. Hər dəfə müsahibədən öncə mənə nəyi deyib, nəyi deməməyi söyləyir. Mənim onun məsləhətinə çox ehtiyacım var. Allah həyat yoldaşımı və balamı mənə çox görməsin...
-
10-31-2008, 01:40 PM #4548Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan bank sistemində absolyut likvidlik əmsalı yüksək səviyyədədir
<span style="color:#FF0000;font-size:18px;">[b]Azərbaycan bank sistemində absolyut likvidlik əmsalı yüksək səviyyədədir[b]</span>
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının məcmu xalis likvid aktivlərinin depozitlərin ümumi həcminə nisbəti 2008-ci ilin oktyabr ayının 1-nə 51,9% təşkil edib. Azərbaycan Milli Bankından «APA-ECONOMICS»ə verilən məlumata əsasən, bu göstərici il ərzində 3,8 faiz bəndi, cari ilin əvvəlindən isə 12,9 faiz bəndi artıb.Qeyd edək ki, bank sisteminin və bankların ayrılıqda maliyyə durumunun əsas göstəricilərdən biri likvid aktivlərin öhdəliklərə nisbətidir. Bu göstəricinin 30%-dən yuxarı olması bank sisteminin stabil, maliyyə vəziyyətinin isə sağlam olduğunu göstərir. Azərbaycanda depozitlərdən başqa bankların digər öhdəlikləri də mövcuddur və onları nəzərə alanda, likvid aktivlərin öhdəliklərə nisbəti oktyabrın 1-nə 44,1% təşkil edib. İl ərzində bu göstərici dəyişməz qalıb, cari ilin əvvəlindən isə 7,9 faiz bəndi artıb. Likvid aktivlərin öhdəliklərə nisbəti, yəni absolyut likvidliyinin əmsalı bankların qisa müddətdə ödənilə biləcək öhdəliklərin hissəsini göstərir. Göründüyü kimi, Azərbaycanda bu əmsal yüksək səviyyədədir.
-
10-31-2008, 01:50 PM #4549Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Siyasətçilərlə idman jurnalistləri arasında dava düşdü
<span style="color:#FF0000;font-size:18px;">[b]Siyasətçilərlə idman jurnalistləri arasında dava düşdü[b]</span>
Bakı. Mehman Süleymanov - APA-SPORT. Böyük Britaniya siyasətçiləri ilə idman jurnalistləri arasında Qlazqo şəhərində keçirilən futbol matçı qalmaqalla bitib. "APA-SPORT"un məlumatına görə, meydandakı gərginlik, əsəblərin tarıma çəkilməsi 55-ci dəqiqədə hesab 6:2 irəlidə olarkən oyunun yarımçıq dayandırılması ilə nəticələnib. Tərəflər arasında iğtişaşın kəsilmədiyini və bunun dava-dalaşa gətirib çıxardığını görən hakim görüşü vaxtından əvvəl bitirməyə məcbur olub. Vəziyyət o həddə çatıb ki, siyasətçi Con Parkın BBC-nin şotlandiyalı müxbiri Çik Yanqa yetirdiyi ağır xəsarət nəticəsində sonuncu meydanı yarımçıq tərk edib. Bu hərəkətinə görə meydandan qovulan siyasətçinin komanda yoldaşı Frenk Makaviti isə lap "ağırını çıxarıb". Şotlandiyanın sabiq idman naziri olan bu şəxs qırmızı vərəqə almasa da, oyunun gedişində söyüşlər yağdırdığı hakimi sonradan həm də hədələyib. Maraqlıdır ki, mətbuat nümayəndələri meydandan kənarda paylarını alıblar. Aralarında ölkənin aparıcı jurnalistləri olan britaniyalı həmkarlarımız oyunda baş verənləri təsadüfən bir-birlərinə söz vermədikləri halda yazmayıblar. Ancaq parlamentin nümayəndələrindən kiminsə yoldaşlıq görüşündəki insidentlə bağlı informasiyanı mətbuata ötürməsi sayəsində hamı baş verənlərdən xəbər tutub. Nəticədə jurnalistlər öz rəhbərlərindən şiddətli töhmət alıblar.
-
10-31-2008, 02:00 PM #4550Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
"Dövlət gənclər mükafatı" hər il Gənclər Günü ərəfəsində veriləcək
<span style="color:#FF0000;font-size:18px;">[b]"Dövlət gənclər mükafatı" hər il Gənclər Günü ərəfəsində veriləcək[b]</span>
Bakı. Kəmalə Quliyeva-APA "Dövlət gənclər mükafatı"nın əsasnaməsi hazırdır". Bu barədə APA-ya açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib. Nazir müavini deyib ki, bu mükafatın təsis olunması barəsində 5-ci Gənclər Forumunda qərar qəbul edilib. İ. Babayev bildirib ki, hazırda gənclərlə bağlı ölkə başçısının və müxtəlif nazirliklərin təqaüdləri var. "Dövlət gənclər mükafatı" təsis olunandan sonra isə bütün təqaüdlər bu mükafat çərçivəsində veriləcək. Nazir müavininin sözlərinə görə, bu mükafat ölkə prezidenti tərəfindən hər il Gənclər Günü ərəfəsində elm, təhsil, mədəniyyət, incəsənət sahələrində uğur qazanan gənclərə veriləcək.


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri