[b]Akif Şahbazov: "Güman etmirəm ki, Rəsul Quliyev seçkilərdə İlham Əliyevin namizədliyinin dəstəklənməsi qərarının əleyhinə çıxacaq"[b]
Bakı. Elnur Məmmədli - APA. Açıq Cəmiyyət Partiyasının (ACP) Ali Məclisinin növbəti iclası oktyabrın 8-də Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında keçiriləcək. Bu barədə APA-ya məlumat verən partiyanın sədri Akif Şahbazovun sözlərinə görə, iclasda oktyabrın 15-də keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi məsələsi müzakirəyə çıxarılacaq. A. Şahbazov İdarə Heyətinin müvafiq təklifi ilə bağlı partiyanın lideri Rəsul Quliyevlə əvvəlcədən heç bir müzakirə aparılmadığını qeyd edib: "İndi bilmirəm, Rəsul Quliyevin bu təklifdən xəbəri var, ya yox. Bu məsələdə partiya sərbəst qərar qəbul etdi". Akif Şahbazov qərarla bağlı Rəsul Quliyevə məlumat verilməməsini onun prezidentliyə namizəd kimi seçkilərdə iştirak etməməsi və partiya ilə intensiv əlaqələrin olmaması ilə izah edib: "Demək olar ki, bizim əlaqələrimiz həmişə birtərəfli qaydada, yalnız Rəsul Quliyev tərəfindən reallaşdırılır. Bu məsələdə partiya sərbəstdir, yaxın günlərdə də Ali Məclis məsələyə rəsmi mövqeyini bildirəcək". Rəsul Quliyevin bu təklifin əleyhinə olacağı halda ACP-nın hansı addım atacağı ilə bağlı sualı cavablandıran A. Şahbazov bildirib ki, partiya liderinin bu qərarın əleyhinə çıxacağını güman etmir: "Mən hələ Azərbaycan Demokrat Partiyasında Ali Məclisin sədri olan zaman konstruktiv müxalifətçiliklə bağlı qərar qəbul etmişdik. Rəsul Quliyev həmin qərarın əleyhinə oldu. Rəsul Quliyev indikindən fərqli olaraq o zaman partiya sədri idi, səlahiyyətindən istifadə edərək prosesə birbaşa müdaxilə etdi, həmin qərarın ləğvinə nail oldu. Nəticədə isə Rəsul Quliyev öz tərəfdarları ilə ADP-dən ayrıldı və yeni bir partiya təsis etdi. O zaman da həm ADP-yə, həm bizim partiyaya, həm də bütövlükdə müxalifət düşərgəsinə əhəmiyyətli dərəcədə zərbə dəydi. Yenə də güman etmirəm ki, Rəsul Quliyev İlham Əliyevin dəstəklənməsinin əleyhinə olacaq. Əgər o bu qərardan xəbər tutub əleyhinə gedərsə, mən hesab edirəm ki, partiya bu məsələdə israrlı mövqe nümayiş etdirəcək".
4610 sonuçtan 3.551 ile 3.560 arası

10-06-2008, 03:40 PM #3551Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
AVCİYA prezident seçkiləri ilə bağlı KİV-də aparılan monitorinqin nəticələrini açıqlayıb
[b]AVCİYA prezident seçkiləri ilə bağlı KİV-də aparılan monitorinqin nəticələrini açıqlayıb[b]
Bakı. Elnur Məmmədli-APA. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) prezident seçkiləri ilə bağlı KİV-də apardığı monitorinqin bir aylıq nəticələrini açıqlayıb. Assosiasiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, monitorinq səsvermə gününədək davam edəcək. Monitorinq 7 telekanal, 8 gündəlik qəzetin fəaliyyətini əhatə edir.
Ötən müddət ərzində telekanallarda seçkiyə aid ümumilikdə 327 informasiya yayımlanıb ki, onlardan 295-i rəsmi və ümumi, beynəlxalq missiyalar, seçki prosesinin monitorinqinə dair xəbərlər, 17-i tok-şou, dəyirmi masa, 105-i isə namizədlər haqqında məlumatlar və siyasi reklamdır. Bu müddətdə ATV və Lider telekanalları istisna olunmaqla özəl telekanallarda namizədlərin ödənişli efir vaxtı qeydə alınmayıb. AzTV, "Space" və "Lider" telekanallarının seçki prosesi ilə bağlı ümumi məlumatlarının 67%-i fəaliyyətdə olan prezident və hökumət üzvləri, 26%-i MSK-ın məlumatları və beynəlxalq müşahidəçilər, yerdə qalan 7%-i isə digər namizədlər barəsindədir. Ümumilikdə isə seçki ilə bağlı məlumatlar daha çox İctimai Televiziyada yayımlanıb. Monitorinqə cəlb edilmiş 8 qəzet ötən müddət ərzində ümumilikdə 862 material dərc edib ki, onlardan 502-i ümumi məlumatlar və beynəlxalq missiyaların seçki ilə bağlı rəy və çıxışları, 360-ı isə namizədlər və seçkiləri boykot edən müxalifət partiyaları haqqındadır.

10-06-2008, 03:50 PM #3552Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Akif Şahbazov: "Güman etmirəm ki, Rəsul Quliyev seçkilərdə İlham Əliyevin namizədliyinin dəstəklənməsi qərarının əleyhinə çıxacaq"

10-06-2008, 04:00 PM #3553Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Permdə təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlardan 35-nin şəxsiyyəti müəyyənləşdirilib
[b]Permdə təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlardan 35-nin şəxsiyyəti müəyyənləşdirilib[b]
Bakı. Laçın Sultanova - APA. Sentyabrın 14-də Perm yaxınlığında təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlardan 35-nin kimliyi artıq məlum olub. APA-nın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Sverdlovsk məhkəmə-tibb ekspertizası bürosunun rəisinin müavini Vladimir Qromov bildirib ki, oktyabrın sonunadək aviaqəzada həlak olanların hamısının cəsədi identifikasiya olunacaq. Ekspertiza bitəndən sonra nəticələr Rusiya Prokurorluğunun İstintaq Komitəsinə göndəriləcək. Qeyd edək ki, qəza nəticəsində 88 sərnişin ölüb. Onların arasında 7-si Azərbaycan vətəndaşı olmaqla, 8 azərbaycanlı və əslən Azərbaycanın Quba rayonunun Qırmızı Qəsəbəsindən olan 4 nəfərdən ibarət Naxumovlar ailəsi olub.

10-06-2008, 04:10 PM #3554Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
OPEC-in «neft səbətinin» qiyməti 8 aylıq minimuma enib
[b]OPEC-in «neft səbətinin» qiyməti 8 aylıq minimuma enib[b]
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Dünya bazarında OPEC-in «neft səbətinin» qiyməti 8 aylıq minimuma enib. «APA-ECONOMICS»in məlumatına görə, «səbətin» qiyməti oktyabrın 3-də 2,91 dollar ucuzlaşaraq 86,37 dollar/barel səviyyəsinə çatıb. Qeyd edək ki, sonuncu dəfə bu qiymət səviyyəsi cari ilin fevralın 8-də qeydə alınıb. OPEC-in «neft səbətinin» maksimal qiyməti (140,7 dollar) isə iyulun 3-də müşahidə olunub. «Səbətin» qiyməti OPEC-ə üzv olan ölkələrin ixrac etdiyi neftin orta qiymətini əks etdirir. Hazırda «səbətə» 13 neft markası, o cümlədən, Saharan Blend (Əlcəzair), Girassol (Anqola), Oriente (Ekvador), Minas (İndoneziya), Iran Heavy (İran), Basra Light (İrak), Kuwait Eport (Küveyt), Es Sider (Liviya), Bonny Light (Nigeriya), Qatar Marine (Qətər), Arab Light (Səudiyyə Ərəbistanı), Murban (BƏƏ) və BCF 17 (Venesuela) daxildir.Neftin qiymətinin aşağı düşməsi digər markalar üzrə də müşahidə olunur və bunun əsas səbəbi dünya bazarlarında dolların bahalaşması ilə bağlıdır. Qeyd edək ki, bu gün dolların avroya qarşı məzənnəsi 1,3543 dollar təşkil edərək 13 aylıq maksimuma çatıb.

10-06-2008, 04:20 PM #3555Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Tədqiqat: Avropada tıxaclardan daha çox britaniyalı sürücülər əziyyət çəkir
[b]Tədqiqat: Avropada tıxaclardan daha çox britaniyalı sürücülər əziyyət çəkir[b]
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Böyük Britaniyanın bir qrup alimi Avropanın iri şəhərlərində istifadədə olan avtomobillərin orta sürətini öyrənmək üçün tədqiqat keçirib. «APA-ECONOMICS»in məlumatına görə, siyahıya London (Böyük Britaniya) başçılıq edir. Belə ki, bu şəhərdə avtomobillərin orta sürəti 19 km/saat təşkil edir. Londondan sonra siyahıda 24 km/saat sürətlə Berlin (Almaniya) qərarlaşıb. İlk üçlüyü Varşava (Polşa) tamamlayır. Bu şəhərdə avtomobillərin orta sürəti 26 km/saat təşkil edir. Siyahıya həmçinin Roma (İtaliya), Mançester, Bristol (Böyük Britaniya) Edinburq, Qlazqo (Şotlandiya), Paris (Fransa), Belfast (Şimali İrlandiya) və digər tıxaclardan əziyyət çəkən şəhərlər daxil olub.Qeyd edək ki, siyahıda MDB ölkələrinin heç bir şəhəri daxil edilməyib. Çünki bu ölkələrdə tədqiqat aparılmayıb. İstisna olunmur ki, tədqiqat Azərbaycanda da aparılsaydı, Bakı şəhərinin lider ölkələrin siyahısına daxil olardı.

10-06-2008, 04:30 PM #3556Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Prezidentliyə namizəd Qulamhüseyn Əlibəyli Gəncədə seçicilərlə görüşüb
[b]Prezidentliyə namizəd Qulamhüseyn Əlibəyli Gəncədə seçicilərlə görüşüb[b]
Bakı. Elnur Məmmədli - APA. Prezidentliyə bitərəf namizəd Qulamhüseyn Əlibəyli Gəncədə seçicilərlə görüş keçirib. Namizədin seçki qərargahından APA-ya daxil olan məlumata görə, görüşdə namizədin vəkili Etibar Allahverdiyev Q. Əlibəylinin həyat və fəaliyyəti, Milli Azadlıq Hərəkatında iştirakı, millət vəkili kimi fəaliyyəti barədə seçicilərə geniş məlumat verib.Q. Əlibəyli isə çıxışında öz seçki platforması barədə məlumat verib, əhalinin sosial vəziyyəti, insan haqları, demokratik problemlər, hüquq bərabərliyi və digər sahələrdə olan problemlərdən danışıb, bu vəziyyətdən çıxış yollarına toxunub. Q. Əlibəyli hər zaman siyasi qüvvələrin seçkilərdə iştirakına tərəfdar olduğunu, məhz buna görə seçkilərə qatılmaq qərarı verdiyini bildirib. O, seçkidən başqa hakimiyyət məsələsini həll edə biləcək vasitənin olmadığını vurğulayıb: "Keçdiyim yol Azərbaycan dövlətinin idarə olunmasında iştirakıma imkan verir. Ona görə də, bu hüquqdan istifadə etməyə çalışıram. Məqsədimə nə dərəcədə nail olacağım isə mənə səs vermək istəyən seçicilərdən və təbii ki, hakimiyyətin seçkini necə yekunlaşdırmaq istəyindən asılıdır".Q. Əlibəylinin sözlərinə görə, bu gün Azərbaycanın problemləri çox olsa da, başlıca problem Qarabağ məsələsidir. O, Azərbaycan hakimiyyətinin Qarabağ məsələsində güzəştli mövqe tutduğunu bildirib və ümumilikdə Minsk Qrupundan imtina edilməsinin vacib olduğunu qeyd edib. Prezidentliyə namizəd bildirib ki, Azərbaycanda sosial problemlər kifayət qədərdir, əhali çətin vəziyyətdə yaşayır. O, həkimlərin, müəllimlərin əməkhaqlarının artırılmasının vacib olduğunu bildirib. Bundan əlavə Q. Əlibəyli Azərbaycanda idarəetmə mexanizminin düzgün təşkil olunmadığını qeyd edib: "Prezident seçilsəm, ilk addım kimi prezidentin səlahiyyətlərini referendum yolu ilə xeyli məhdudlaşdırmağa çalışacağam".

10-06-2008, 04:40 PM #3557Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Xəzərin Azərbaycan sektorunu ən çox çirkləndirən mənbələr açıqlanıb
[b]Xəzərin Azərbaycan sektorunu ən çox çirkləndirən mənbələr açıqlanıb[b]
Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi bu ilin yanvar-sentyabr ayları ərzində Xəzər dənizinin Azərbaycan sektorunda və 955,08 km-lik sahil zolağında (şimaldan cənubadək), çimərlik ərazilərində, eləcə də dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və s. 1 027 monitorinq keçirib. Nazirliyin mətbuat xidmətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, monitorinq zamanı 1 537 su və qrunt nümunələri üzərində 15 212 kimyəvi, bioloji, ekotoksikoloji, mikrobioloji təhlillər aparılıb. Monitorinqlər zamanı Xəzər dənizi ilə əlaqəsi olan 316 axar qeydə alınıb ki, onlardan 287-si sahildən, 31-i isə dəniz akvatoriyasında olan müəssisə və obyektlərin fəaliyyəti nəticəsində dənizə antropogen təsir göstərir.Monitorinqlər nəticəsində məlum olub ki, qaynar nöqtə kimi qeydə alınmış Hövsan və 32 saylı kanallar vasitəsi ilə çirkab sular təmizlənmədən və zərərsizləşdirilmədən Bakı ərazisindən Xəzər dənizinə axıdılmaqdadır. Ekoloji tarazlığın ən çox pozulma halları «Neft Daşları» rayonunda, «Bibiheybətneft», «Abşeronneft», «28 May», «Qum adası» Neft-Qaz Çıxarma İdarələrinin istehsalat dairələrində qeydə alınıb. Bakı Buxtası və Cilov adası ərazilərində batmış və yarımbatmış gəmilərin, istifadəsiz estakadaların, yanalma körpülərinin və atılıb qalmış dəmir-beton konstruksiyalarının dənizdən çıxarılma işləri də davam etdirilir.

10-06-2008, 04:50 PM #3558Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan sentyabrda enerji istehsalını 14% azaldıb
[b]Azərbaycan sentyabrda enerji istehsalını 14% azaldıb[b]
Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Cari ilin sentyabr ayında Azərbaycanın enerji sistemində 1,4 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib. Bu isə avqust ayına nisbətdə 14% azdır. Bu barədə «APA-ECONOMICS»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.Bu həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1,3 mlrd. kVt/saat, su elektrik stansiyalarının (SES) payına isə 0,1 mlrd. kVt/saat elektrik enerjisi istehsalı düşüb. Bununla yanaşı, ay ərzində Rusiya, İran və Gürcüstanla elektrik enerjisi mübadiləsi davam etdirilib. Qeyd edək ki, cari ilin yanvar-sentyabr ayları ərzində enerji sistemində ümumilikdə 15,7 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Bunun 13,7 mlrd. kVt/saatı İES-lərin, 2 mlrd. kVt/saatı isə SES-lərin payına düşüb.

10-06-2008, 05:00 PM #3559Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Demokratik Jurnalistlər Liqası keçirdiyi monitorinqin nəticələrini açıqlayıb
[b]Demokratik Jurnalistlər Liqası keçirdiyi monitorinqin nəticələrini açıqlayıb[b]
Bakı-APA. Demokratik Jurnalistlər Liqası (DJL) sentyabr ayı üçün söz və mətbuat azadlığı sahəsindəki vəziyyətlə bağlı keçirdiyi monitorinqin nəticələrini açıqlayıb. DJL-dən APA-ya verilən məlumata görə, monitorinqin nəticələrinə görə sentyabr ayında 29 fakt qeydə alınıb: "Ötən ay 6 KİV əməkdaşı prokurorluq əməkdaşları tərəfindən dindirilib, 2 KİV əməkdaşı polislər tərəfindən fiziki təzyiqə məruz qalaraq saxlanılıb". Qeyd olunub ki, 1 KİV-in baş redaktoru Yasamal Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 188 (torpaq üzərində mülkiyyət hüququnu pozma) və 315.1 (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyətin nümayəndəsinə zor tətbiq etməklə müqavimət göstərmə) maddələri ilə ittiham olunaraq 1 il 6 ay müddətinə şərti həbs cəzası alıb. Hesabatda o da bildirilib ki, Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrasına Nəzarət üzrə Baş İdarəsi tərəfindən bəzi təşkilatlara olan 20 min manatdan çox borcu ödəmədiyi üçün 1 KİV-in bank hesabı dondurulub.

10-06-2008, 05:10 PM #3560Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Luçesku: "İş yerimi gələn il dəyişəcəyəm"
[b]Luçesku: "İş yerimi gələn il dəyişəcəyəm"[b]
Bakı - APA-SPORT. "Nə qədər çox istəsəm də, dekabradək "Şaxtyor"dan ayrıla bilmərəm. Komandanın prezidenti Renat Axmetov məni buraxmaz". "APA-SPORT"un məlumatına görə, bu sözləri Ukraynanın "Şaxtyor" klubunun baş məşqçisi Mirça Luçesku deyib. Rumıniyalı mütəxəssis bildirib ki, yanvarda iş yerini mütləq dəyişəcək: "Artıq yorulmuşam. 2009-cu ilin yanvarından Donetsk klubunu çalışdırmayacağam". Türkiyə, Rumıniya və bir çox ölkələrdən təklif aldığını vurğulayan Luçesku daha çox istirahət haqqında düşündüyünü deyib.Qeyd edək ki, Luçesku Türkiyədəki fəaliyyəti ilə futbol həvəskarlarının daha çox yadında qalıb. O, 2002-ci ildə "Qalatasaray"a, 2004-cü ildə isə "Beşiktaş"a qızıl medal qazandırıb. Hazırda "Beşiktaş" rəhbərliyi onu yenidən komandaya cəlb etmək istəyir.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri