Əsas məzmuna keç
Sayfa 406/461 İlkİlk ... 306356396404405406407408416456 ... SonSon
4610 sonuçtan 4.051 ile 4.060 arası

Azərbaycan Xəbərləri

1. #4051
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bakı-Tiflis-Ceyhan boru kəməri ilə il ərzində daşınacaq Qazaxıstan neftinin həcmi 3 milyon ton artırılıb

[b]Bakı-Tiflis-Ceyhan boru kəməri ilə il ərzində daşınacaq Qazaxıstan neftinin həcmi 3 milyon ton artırılıb[b]

Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Qazaxıstanın «Tengiz» yatağında hasil olunan neftin yaxın günlərdə Bakı-Tiflis-Ceyhan boru kəməri ilə ixracına başlanacaq. "APA-ECONOMICS"in xəbərinə görə, bu barədə "Nezavisimaya gazeta"ya bp şirkətindən məlumat verilib.

bp şirkətinin operatoru olduğu layihə əsasında, kəmərə vurulacaq Qazaxıstan nefti Aktaudan Azərbaycana tankerlər vasitəsi ilə çatdırılacaq. Qazaxıstan neftinin noyabrın ortalarında Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanında tankerlərə yüklənməsinə nəzərdə tutulur. bp-dən bildirib ki, Bakı-Tiflis-Ceyhan boru kəməri ilə ixrac edilən Qazaxıstan neftinin ilkin həcm ildə 2 mln. tondan 5 mln. tona qədər artırılıb, gələcəkdə isə bu rəqəmin 20 mln. tona çatdırılması planlaşdırılır. İxrac olunacaq neftin həcminin artırılması həm ABŞ və Avropa İttifaqı ölkələri, həm də Qazaxıstanın maraqlarındadır. Bu arada Qazaxıstanın baş naziri Kərim Məsimov Qazaxıstanın enerji daşıyıcılarının dünya bazarlarına nəqlində çox istiqamətlilik prinsipinin tərəfdarı olduğunu bildirib, bu sırada diqqəti Azərbaycan və Gürcüstan istiqamətlərinə yönəldib.Qeyd edək ki, Qazaxıstanın karbohidrogen ehtiyatlarının Azərbaycan vasitəsilə dünya bazarlarına çatdırılması prosesində son və mühüm addım Xəzər dənizinin dibi ilə çəkilməsi nəzərdə tutulan boru kəmərlərin tikintisi olacaq. Hazırda bu layihənin texniki-iqtisadi əsaslandırması üzərində işlər aparılır.

2. #4052
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İnquşetiyada hərbi maşın karvanı atəşə tutulub, ölən və yaralananlar var

[b]İnquşetiyada hərbi maşın karvanı atəşə tutulub, ölən və yaralananlar var[b]

İnquşetiya - APA. İnquşetiyada yaraqlılar hərbi avtomobil karvanını atəşə tutublar. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Alxastı-Surxaxi yolunda 15 nəfərə yaxın olduqları güman edilən silahlı şəxslər avtomat və qumbaraatanlarla hərbi maşın karvanına hücum ediblər. Nəticədə 2 hərbçi ölüb, 2-si yaralanıb. Basqınçılar hadisədən sonra meşəyə qaçıblar. Onları təqib edərkən daha 3 hərbçi yaralanıb. Bir neçə yaraqlının öldürüldüyü bildirilir.

3. #4053
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Təqaüdçü hüquq firmasını partladıb

[b]Təqaüdçü hüquq firmasını partladıb[b]

Bakı - APA. ABŞ-ın Corciya ştatında 78 yaşlı təqaüdçü Loyd Silvestr Kantrell içərisində partlayıcı maddə olan avtomobili hüquq firmasına çırpıb. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində Kantrell özü ölüb, binada olan 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İstintaqın ehtimallarına görə, baş vermiş insident terror aktı olmayıb. Təqaüdçü "McCamy, Phillips, Tuggle and Fordham" hüquq firması ilə aralarında yaranmış fikir ayrılığına görə bu addımı atıb. Kantrellin maşınında olan partlayıcıların isə benzin, təbii qaz və propandan ibarət olduğu müəyyənləşib. Təqaüdçü ilə əlbir şəxslərin olmadığı da açıqlanıb. Partlayışda xəsarət alanlar Dalton şəhərindəki xəstəxanaya yerləşdiriliblər. Onlardan ikisi artıq evə buraxılıb, biri xəstəxanada qalıb, digəri isə Oqasta şəhərindəki Yanıq Mərkəzinə aparılıb. Kantrellin evində axtarış aparılıb.

4. #4054
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bakı və Sumqayıtda 50-dən çox məktəb direktoru kompüterdə işləməyi bacarmır

[b]Bakı və Sumqayıtda 50-dən çox məktəb direktoru kompüterdə işləməyi bacarmır[b]

Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycanın təhsil naziri Misir Mərdanov Bakı və Sumqayıt şəhərlərinin orta məktəb direktorlarına informasiya kommunikasiya texnologiyaları bacarıqlarına yiyələnmə sertifikatları təqdim edib.

APA-nın məlumatına görə, nazir bildirib ki, Müəllimlərin İxtisasartırma İnstitutunda keçirilən treninqlərə 300-dən çox məktəb direktoru qatılıb və bu gün onların 108-nə birinci dərəcəli sertifikat təqdim edilir. İkinci və üçüncü dərəcəli sertifikatların sonra paylanılması nəzərdə tutulub. M. Mərdanov 50-dən çox məktəb direktorunun treninqlərdən keçə bilmədiyini deyib: "Sertifikat ala bilməyən direktorların vəzifədən çıxarılmasının vacib olduğunu deməzdim. Biz onların özlərini bir daha sınamasına imkan verəcəyik. Bunun üçün böyük bilik və bacarıq tələb olunmur, kompüteri sadəcə, operator səviyyəsində bilmək lazımdır". M. Mərdanov qeyd edib ki, yaxın günlərdə Bakı və Sumqayıtdan kənarda yerləşən orta məktəb direktorlarının da informasiya-kommunikasiya texnologiyaları bacarıqlarına yiyələnmə səviyyəsini yoxlamaq üçün addımlar atılacaq. Yaxın gələcəkdə isə bütün bölgələrdə yalnız məktəb direktorlarının deyil, onların müavinləri, sinif rəhbərləri və bütün müəllimlərin İKT bacarıqlarına yiyələnməsinə nail olunacaq.

5. #4055
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda müəllimlərin ixtisaslarının artırılması və təkmilləşdirilməsi ilə bağlı dövlət proqramı hazırlanır

[b]Azərbaycanda müəllimlərin ixtisaslarının artırılması və təkmilləşdirilməsi ilə bağlı dövlət proqramı hazırlanır[b]

Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Təhsil Nazirliyi müəllimlərin ixtisaslarının artırılması və təkmilləşdirilməsi ilə bağlı dövlət proqramı hazırlayır. APA-nın məlumatına görə, Misir Mərdanov bildirib ki, proqram orta təhsillə yanaşı, təhsilin digər pillələrinə də aid olacaq. Nazirin sözlərinə görə, hazırda müəllimlərin ixtisaslarının artırılması və təkmilləşdirilməsi işi pərakəndə şəkildə aparılır: "Bu istiqamət üzrə tam müəyyənləşdirilmiş siyasətimiz yoxdur. Proqram təsdiq edildikdən sonra bu işin icrasına vəsait ayrılacaq və onun həyata keçirilməsində problem yaranmayacaq".

6. #4056
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Voleybol Federasiyasının kompüterləri oğurlanıb

[b]Voleybol Federasiyasının kompüterləri oğurlanıb[b]

Bakı - APA-SPORT. Türkiyə Voleybol Federasiyasının mənzil-qərargahı basqına məruz qalıb. "APA-SPORT"un məlumatına görə, qurumun giriş qapısını sındıran oğrular bir neçə kompüteri özləri ilə aparıblar. Oğruların kimliyini hələlik müəyyənləşdirmək mümkün olmayıb. Maraqlıdır ki, basqınçılar götürdükləri kompüterlərin yerinə içində ağ siçan olan qutu qoyublar.

7. #4057
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Con Neqroponte ABŞ hökuməti adından Azərbaycan prezidentini seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib

[b]Con Neqroponte ABŞ hökuməti adından Azərbaycan prezidentini seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib[b]

Bakı - APA. Oktyabrın 17-də Amerika Birləşmiş Ştatlarının dövlət katibinin müavini Con Neqroponte Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət katibinin müavini seçkilərdə qələbə qazanması münasibətilə İ. Əliyevi həm öz adından, həm də ABŞ hökuməti adından təbrik edib, ona növbəti prezidentlik fəaliyyətində uğurlar arzulayıb.Prezident İ. Əliyev təbriklərə görə C. Neqroponteyə minnətdarlığını bildirib.

8. #4058
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan prezidenti Türkiyənin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə bu ölkənin rəhbərliyini təbrik edib

[b]Azərbaycan prezidenti Türkiyənin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə bu ölkənin rəhbərliyini təbrik edib[b]

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə bu ölkənin prezidenti Abdullah Gülü və baş naziri Rəcəb Tayyib Ərdoğanı təbrik edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Türkiyənin beynəlxalq aləmdə artan rolunun birbaşa ifadəsi olan bu tarixi hadisəni həm də Türkiyə diplomatiyasının böyük uğuru olduğunu deyən Azərbaycan dövlət başçısı BMT Baş Məclisində keçirilən seçkilərin bu cür nəticələnməsini dünyada və regionda sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olması yolunda Türkiyənin ardıcıl səylərinə dünya birliyi tərəfindən verilən yüksək qiymət adlandırıb: "Qardaş Türkiyənin hər bir vətəndaşına və bütün türk dünyasına fərəh gətirən bu xoş xəbərin sevincini Sizinlə birlikdə yaşayır, Təhlükəsizlik Şurasında Türkiyənin qarşıdakı məsul fəaliyyətinin hər cəhətdən səmərəli olacağına inamımızı ifadə etmək istəyirəm".

9. #4059
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Sabah MSK prezident seçkilərinin nəticələri ilə bağlı yekun protokolu Konstitusiya Məhkəməsinə göndərəcək

[b]Sabah MSK prezident seçkilərinin nəticələri ilə bağlı yekun protokolu Konstitusiya Məhkəməsinə göndərəcək[b]

Bakı. Elnur Məmmədli-APA. Sabah Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin nəticələrinə yekun vuracaq. APA-nın məlumatına görə, MSK-nın sabah keçiriləcək iclasında prezident seçkilərinin yekun protokolunu təsdiqləyərək, müvafiq sənədləri Konstitusiya Məhkəməsinə göndəriləcək.

Qeyd edək ki, bu il oktyabrın 15-də keçirilmiş prezident seçkiləri ilə bağlı Dairə Seçki Komissiyalarının (DSK) əksəriyyətindən yekun protokol oktyabrın 17-də Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub. Seçki Məcəlləsinin 203.1-ci maddəsinə uyğun olaraq ən gec 10 gün müddətinə MSK seçkilərin nəticələrinə yekun vuraraq, Konstitusiya Məhkəməsinə göndərməlidir. Konstitusiya Məhkəməsi isə qanunvericiliyin tələbinə görə, səsvermədən sonra ən gec 14 gün müddətinə seçkilərin nəticələrini elan etməlidir. Onu da xatırladaq ki, Azərbaycanda prezient seçkiləri bu il oktyabrın 15-də keçirilib. MSK-nın elan etdiyi ilkin nəticələrə görə, prezident İlham Əliyev bu seçkilərdə seçicilərin 88,73 faizinin səsini alaraq, qələbə qazanıb.

10. #4060
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Qarsda Qafqaz xalqlarının tarixi ilə bağlı elmi simpozium keçirilib

[b]Qarsda Qafqaz xalqlarının tarixi ilə bağlı elmi simpozium keçirilib[b]

Qars. Mayis Əlizadə-APA. Qarsda Qafqaz xalqlarının tarixi ilə bağlı elmi simpozium keçirilib. Konfransla bağlı APA-nın Türkiyə bürosuna müsahibə verən Ərzurumdakı Atatürk Universitetinin professoru Yavuz Aslan deyib ki, konfransda Qafqaz xalqlarının keçmişi və bu gününün tədqiqinə dəstək verilməsinin lazımlılığı vurğulanıb.

Tədbirdə Qafqaz xalqlarının tarixi ilə bağlı 50 alimin məruzəsi dinlənilib. Elə bu əsnada da məlum olub ki, Türkiyədə Qafqaz xalqlarının tarixi ilə bağlı az məlumat var. Y. Aslan deyib ki, bundan sonra universitetlərdə Qafqaz xalqları ilə bağlı elmi-araşdırma institutlarının yaradılmasına diqqət yetiriləcək. Hətta Qarsdakı Qafqaz Universitetinin elmi şurası bununla bağlı qərar da qəbul edib: " Türkiyədə demək olar ki, bütün Qafqaz xalqlarının nümayəndələri yaşadığına görə, tədqiqatların bütün universitetlərimizdə aparılması vacibdir". Professor bildirib ki, ermənilər simpoziumda iştirak etməyiblər, bunun səbəbi isə ona bəlli deyil. Lakin Azərbaycan tədbirdə nümayəndə heyəti ilə təmsil olunub: "Müzakirələr zamanı Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi barədə də söhbət aparıldı. Mən Türkiyənin bu münaqişədə qeyd-şərtsiz Azərbaycanın yanında olduğunu vurğuladım. Orda bildirdim ki, Türkiyə Qafqazdakı proseslərdə Rusiyanı və ya ABŞ-ı dəstəkləməsə də, torpaqlarını işğaldan xilas etməsi üçün Azərbaycanı həmişə dəstəkləməlidir. Türkiyə Qafqazda Azərbaycanın tərəfdaşı olmalıdır".

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.