[b]«Azerfon» şirkəti Azərbaycan ərazisində 21 yeni baza stansiyası quraşdırıb[b]
Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» şirkəti bu ilin sentyabr ayı ərzində ölkə ərazisində yeni quraşdırdığı 21 baza stansiyasını istifadəyə verib. Şirkətin mətbuat xidmətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, yeni stansiyaların 2-si Abşeron yarımadası, 11-i Bakı şəhəri, 3-ü Dəvəçi, 1-i Gədəbəy, 2-si Xaçmaz, 1-i Şamaxı, 1-i Salyan rayonunda quraşdırılıb. Hazırda mobil operator ölkə ərazisinin 80%-ni mobil rabitə xidməti ilə təmin edir.Qeyd edək ki, «Azerfon» şirkətinə Azərbaycan ərazisində GSM standartlı mobil rabitə xidmətləri göstərməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 2005-ci il dekabrı 30-da lisenziya verilib. Şirkət kommersiya fəaliyyətinə 2007-ci il martın 21-də «Nar Mobile» ticarət nişanı ilə başlayıb. Hazırda «Nar Mobile» şəbəkəsindən 500 mindən çox abunəçi istifadə edir.
4610 sonuçtan 4.531 ile 4.540 arası

10-30-2008, 06:40 PM #4531Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Xaçmazda donuzçuluq fermasında yanğın baş verib
[b]Xaçmazda donuzçuluq fermasında yanğın baş verib[b]
Xaçmaz. Solmaz Mehdiyeva-APA. Bu gün saat 14.15 radələrində Xaçmaz rayonunun Müqtədir qəsəbəsində yerləşən 1 saylı yardımçı təsərrüfatın donuzçuluq fermasında yanğın baş verib. APA-nın yerli bürosunun məlumatına görə, yanğın nəticəsində 10-a yaxın donuz yanaraq məhv olub. Hadisə yerinə Xaçmaz rayon Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinin 2 yanğınsöndürən maşını gəlib. Yanğının qonşu təsərrüfatlara və yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb. İlkin versiya kimi yanğının elektrik naqillərində yaranan qısaqapanma nəticəsində baş verdiyi bildirilib.

10-30-2008, 06:50 PM #4532Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
«Azerfon» şirkəti Azərbaycan ərazisində 21 yeni baza stansiyası quraşdırıb

10-30-2008, 07:10 PM #4533Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Noyabrın 5-dən sonra Azərbaycan ərazisində yenidən yağışlar yağacaq - AYLIQ PROQNOZ
[b]Noyabrın 5-dən sonra Azərbaycan ərazisində yenidən yağışlar yağacaq - AYLIQ PROQNOZ[b]
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan ərazisində noyabr ayının ilk günlərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, birinci ongünlüyün ortalarında isə havanın qeyri-sabit, yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva APA-ya bildirib ki, ayın ilk günlərində hava şəraitinin sabit keçməsinə baxmayaraq, ay ərzində orta aylıq temperaturun iqlim normasından 1 dərəcə aşağı olacağı, yağıntıların isə bəzi rayonlarda normadan çox olacağı gözlənilir. Bakı və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 11-13 dərəcə isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxındır. Ayın üçüncü ongünlüyünün ikinci yarısında isə orta sutkalıq temperatur 8-10 dərəcə təşkil edəcək ki, bu da iqlim normasından bir qədər aşağıdır. Gecələr havanın temperaturu 6-10, gündüzlər 14-19 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur 20-22 dərəcə, ayın sonunda isə 10-12 dərəcəyədək enəcək. Yağıntının aylıq miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə (norma 28-38 mm) bir qədər çox olacaq. Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1-5 dərəcə isti, ayrı-ayrı günlərdə isə mənfi 2-5 dərəcəyədək enəcək. Gündüzlər 10-15 dərəcə isti, ayrı-ayrı günlərdə 17-20 dərəcə, ayın sonunda isə 5-9 dərəcə isti olacaq. Yağıntının aylıq miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə (norma 18-28 mm) bir qədər çox olacaq.Yuxarı Qarabağ-Xankəndi, Kəlbəcər, Xocavənd, Zəngilan, Qubadlı, Şuşa, Xocalı, Laçın, Daşkəsən-Gədəbəydə havanın orta aylıq temperaturunun 4-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Üçüncü ongünlüyün ikinci yarısında isə orta sutkalıq temperatur mənfi 1-3 dərəcə təşkil edəcək. Bu da iqlim normasından bir qədər aşağıdır. Gecələr havanın temperaturunun 0-4 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə mənfi 5 dərəcəyədək enəcək. Gündüzlər 8-10 dərəcə isti, ayrı-ayrı günlərində 12-17 dərəcə, ayın sonunda isə 1-5 dərəcə isti olacaq. Yağıntının aylıq miqdarının iqlim normasından (norma 27-34 mm) çox olacağı proqnozlaşdırılır. Qazax-Gəncə, Tərtər, Ağdam-Füzuli-Cəbrayılda havanın orta aylıq temperaturunun 8-10 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-7 dərəcə isti, ayın sonunda temperatur 0 dərəcəyə yaxın olacaq. Gündüzlər temperaturun 11-15 dərəcə isti, ayrı-ayrı günlərdə 17-19 dərəcə, ayın sonunda isə 7-9 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə (norma 15-24 mm) bir qədər çox olacaq. Balakən-Şəki-Zaqatala-Qəbələ, Şamaxı-İsmayıllı, Xızı, Siyəzən, Dəvəçi, Quba-Qusar-Xaçmazda havanın orta aylıq temperaturunun 5-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 1-5 dərəcə isti, ayrı-ayrı günlərdə isə 1-5 dərəcə şaxta olacaq. Gündüzlər temperaturun 8-13, ayın sonunda 4-6 dərəcə isti olacağı gözlənilir. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə (norma 29-73 mm) bir qədər çox olacağı proqnozlaşdırılır.Mərkəzi Aran rayonlarında - Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Əli-Bayramı, Sabirabad, Salyan, Neftçalada havanın orta aylıq temperaturunun 10-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 4-9, ayın sonunda isə 0-3 dərəcə isti olacaq. Gündüzlər temperatur 14-18 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə 20-22 dərəcəyədək yüksələcək, ayın sonunda isə 9-12 dərəcə isti gözlənilir. Yağıntının aylıq miqdarı iqlim normasına yaxın (norma 24-45 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq. Masallı-Lənkəran-Astara-Lerik-Yardımlıda havanın orta aylıq temperaturunun 9-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 4-8, gündüzlər 12-17, üçüncü ongünlükdə 8-11 dərəcə isti gözlənilir. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın (norma 77-170 mm), bəzi yerlərdə bir qədər çox olacağı gözlənilir.

10-30-2008, 07:20 PM #4534Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın müdafiə naziri ilə Baş Qərargah rəisinin səlahiyyətlərinin bölüşdürülməsinə dair müzakirələr başlayıb
[b]Azərbaycanın müdafiə naziri ilə Baş Qərargah rəisinin səlahiyyətlərinin bölüşdürülməsinə dair müzakirələr başlayıb[b]
Bakı. Rəşad Süleymanov - APA. Bu gün Bakıda Azərbaycan Müdafiə Nazirliyi və Baş Qərargahın G strukturuna keçidinə dair müzakirələr başlayıb.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, müzakirələr NATO-nun Ali Birləşmiş Transformasiya Komandanlığı Qərargahının ekspertlərinin iştirakı ilə aparılır. Ekspertlər Baş Qərargahın NATO ölkələrində olduğu kimi, Müdafiə Nazirliyindən ayrılması, eləcə də Müdafiə Nazirliyinin strukturunda dəyişikliklər, NATO strukturlarına uyğunlaşdırılması məsələlərinin müzakirə edirlər.Qeyd edək ki, G strukturuna keçid Müdafiə Nazirliyi və Baş Qərargahın təşkilati-ştat strukturunun tam şəkildə NATO standartlarına uyğunlaşdırılması deməkdir. İslahatların yekun nəticəsi olaraq, müdafiə naziri ilə Baş Qərargah rəisinin səlahiyyətləri müəyyən olunacaq, Silahlı Qüvvələrin çevik idarəetmə sistemi yaradılacaq. Baş Qərargah hərbi əməliyyatlar zamanı Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları, Sərhəd Qoşunları, Daxili Qoşunlar, Milli Qvardiya kimi hərbi birləşmələrin fəaliyyətini koordinasiya edəcək.

10-30-2008, 07:30 PM #4535Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Mirzə Sakit 10 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüləcək
[b]Mirzə Sakit 10 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüləcək[b]
Bakı. Kəmalə Quliyeva-APA. Ombudsman Aparatının nümayəndələri Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 12 və 14 saylı cəzaçəkmə müəssisələrinə baxış keçiriblər. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, 12 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Eynulla Fətullayevlə söhbət zamanı o, səhhəti ilə bağlı şikayət etməyib, bir qədər əvvəl bu müəssisədə digər məhkumla probleminin olduğunu bildirib. E. Fətullayev həmin məsələnin artıq yoluna qoyulduğunu və hazırda Cəzaçəkmə Müəssisəsi ilə bağlı problemin olmadığını söyləyib. E. Fətullayevin də iştirak etdiyi söhbət zamanı cəzaçəkmə müəssisəsinin rəisi onun həyatına hər hansı bir təhlükənin olmadığını deyib. Ombudsmanın nümayəndələri 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən "Azadlıq" qəzetinin əməkdaşı Sakit Zahidovla (Mirzə Sakit) da görüşüblər. M. Sakit söhbət zamanı müəssisənin əməkdaşı E. Quliyev tərəfindən döyüldüyünü və adı çəkilən müəssisədə özünə qarşı qərəzli münasibət bəsləndiyini söyləyib. Müəssisə rəhbərliyinin iştirakı ilə keçirilən söhbət zamanı onlar M. Sakitə güc tətbiq edilmədiyini bildiriblər.Bildirilib ki, Ombudsman Elmira Süleymanova hər iki məhkumun qaldırdığı məsələlərlə bağlı Ədliyyə Nazirliyinə müraciət edib. Məlumata görə, M. Sakit bu günlərdə 10 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüləcək.

10-30-2008, 07:50 PM #4536Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
DİN Goranboy sakininin polis məntəqəsində öldürülməsi faktını təkzib edir
[b]DİN Goranboy sakininin polis məntəqəsində öldürülməsi faktını təkzib edir[b]
Bakı. Hafiz Heydərov - APA. "Goranboy rayon sakini Məhəmməd Rəhimov sahə müvəkkilinin otağında ölüb". Bu sözləri APA-ya İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov verib. Onun sözlərinə görə, hadisə avqust ayının 31-də Goranboyun Dəliməmmədli şəhərində baş verib: "Məhəmməd Rəhimov toydan sərxoş vəziyyətdə qayıdarkən evində tanımadığı kişinin olduğunu görüb. Rəhimovla Vaqif adlı həmin şəxs arasında mübahisəsi düşüb. Vaqif zəng edərək evə polis çağırıb. Evə gələn iki polis əməkdaşı Vaqiflə birgə Məhəmməd Rəhimovu Dəliməmmədli şəhərində yerləşən polis sahə müvəkkilliyinə aparıb. Hadisədən iki saat sonra ərinin dalınca gedən Yeganə Kazımova M. Rəhimovun sahə müvəkkilinin otağından 20 metr aralıda həyətdə, ağacın altında meyitini tapıb. Yeganə Kazımova ərinin meyiti üzərində çoxlu sayda xəsarət əlamətlərinin olduğunu görsə də, əvvəlcə bu barədə heç kimə danışmayıb". Lakin artıq ərinin ölümünün qohumları və İşgəncələrə Qarşı Azərbaycan Komitəsi tərəfindən araşdırıldığını gördükdə Kazımova hər şeyi olduğu kimi danışmaq məcburiyyətində qalıb. Komitə sədri E. Behbudov apardığı araşdırmalar nəticəsində M. Rəhimovun Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən döyülərək öldürülməsi faktının təsdiqləndiyini bildirib. O, həmçinin əlində bu faktları sübut edən kifayət qədər dəlillərin və video görüntünün olduğunu bildirib. Hüquq müdafiəçisi məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə müraciət etdiyini deyib.Mərhumun bacısı Xatirə Rəhimova da APA-ya açıqlamasına qardaşının polis əməkdaşları tərəfindən döyülərək öldürüldüyünü iddia edib. Buna baxmayaraq, işgəncə faktının RPŞ tərəfindən rədd edildiyini vurğulayan X. Rəhimova məsələ ilə bağlı ölkə başçısına müraciət etdiklərini bildirib.Goranboy rayon Polis Şöbəsinin məsul əməkdaşı Rahib Tağıyev isə APA-ya açıqlamasında E. Behbudovun və mərhumun bacısının dediklərini təkzib edib. O, 31 avqust tarixində M. Rəhimovun həyat yoldaşı ilə dalaşdığı üçün polis məntəqəsinə dəvət olunduğunu bildirib. Məntəqənin həyətində M. Rəhimovun özünü pis hiss edərək yıxıldığını söyləyən R. Tağıyev onun həmin vaxt sərxoş olduğunu və ürək tutmasından vəfat etdiyini bildirib. "Hadisə ilə əlaqədar rayon prokurorluğu tərəfindən araşdırma aparılıb və prokurorluqdan bizə bildirilib ki, bu hadisədə cinayət tərkibi yoxdur".Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov da APA-ya açıqlamasında M. Rəhimovun ölümündə işgəncə faktının olmadığını bildirib. Baş vermiş hadisənin nazirlik tərəfindən ciddi araşdırıldığını söyləyən S. Gözəlov M. Rəhimovun ölümünə Məhkəmə tibbi ekpertizası tərəfindən rəy verildiyini diqqətə çatdırıb. "Tibbi ekspertizanın rəyinə əsasən, Məhəmməd Rəhimov ürək tutmasından vəfat edib" deyən S. Gözəlov hadisədə cinayət tərkibinin olmadığını və faktla əlaqədar Goranboy rayon Prokurorluğu tərəfindən araşdırma aparıldığını bildirib.

10-30-2008, 08:00 PM #4537Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Məhkəmə "İdeal" qəzetinin baş redaktorunun məcburi qaydada məhkəməyə gətirilməsinə sanksiya verib - YENİLƏNİB
[b]Məhkəmə "İdeal" qəzetinin baş redaktorunun məcburi qaydada məhkəməyə gətirilməsinə sanksiya verib - YENİLƏNİB[b]
Bakı. Elnur Məmmədli - APA. Nəsimi rayon Məhkəməsi "İdeal" qəzetinin baş redaktoru Nazim Quliyevin məcburi qaydada məhkəməyə gətirilməsi barədə qərar qəbul edib. Bu barədə qərar oktyabrın 29-da hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən iclasda qəbul olunub. Hakim E. Əhmədov APA-ya bildirib ki, N. Quliyevə Tənzilə Rüstəmxanlının ona qarşı qaldırdığı iddia əsasında keçirilən məhkəmə iclaslarında iştirak üçün bir neçə dəfə bildiriş göndərilsə də, cavabdeh tərəf proseslərə qatılmayıb. Odur ki, məhkəmə onun prosesə məcburi qaydada gətirilməsinə sanksiya verib: "Biz Nazim Quliyevin məhkəməyə gəlməsinə çalışırıq. Bəlkə gəlib prosesdə öz təqsirsizliyini sübut edəcək". Qeyd edək ki, N. Quliyevlə bağlı daha bir neçə iddiaya isə gələn həftə baxılacaq. N. Quliyevlə yanaşı, qardaşının baş redaktoru olduğu "Gündəm" qəzeti barədə də məhkəməyə iddialar təqdim olunub.Xatırladaq ki, N. Quliyev bundan əvvəl də bir neçə dəfə həbs edilib.

10-30-2008, 09:00 PM #4538Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Joze Manuel Barrozo: "İlham Əliyevin yenidən prezident seçilməsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə öz töhfəsini verəcək"
[b]Joze Manuel Barrozo: "İlham Əliyevin yenidən prezident seçilməsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə öz töhfəsini verəcək"[b]
Bakı - APA. Avropa Komissiyasının sədri Joze Manuel Barrozo Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısını yenidən prezident seçilməsi münasibətilə təbrik edən Avropa Komissiyasının sədri bunu Cənubi Qafqaz üçün əhəmiyyətli məqam kimi dəyərləndirib, Azərbaycanın bölgədə mühüm rol oynamağa davam edəcəyinə inandığını vurğulayıb. J. M. Barrozo bildirib ki, Azərbaycan Avropa İttifaqı (Aİ) ilə Yeni Qonşuluq Siyasətinə dair fəaliyyət planını qəbul edərək, Avropaya inteqrasiya prosesinin irəliləyişi istiqamətində öz iradəsini nümayiş etdirib, eyni zamanda, Aİ-nin enerji təhlükəsizliyi üçün çox mühüm və etibarlı tərəfdaşa çevrilib.Bütün bu məsələlər üzrə qarşıda duran vacib çağırışlarla bağlı prezident İ. Əliyevin rəhbərlik rolunun böyük əhəmiyyət kəsb edəcəyini vurğulayan J. M. Barrozo Yeni Qonşuluq Siyasətinə dair fəaliyyət planının bütün sahələri ilə bağlı məsələlərin həyata keçirilməsinin davam etdirilməsində Aİ-nin Azərbaycanı dəstəkləməyə hazır olduğunu qeyd edib.Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Avropa Komissiyasının sədri ümidvar olduğunu bildirib ki, İ. Əliyevin yenidən prezident seçilməsi münaqişənin sülh yolu ilə həllinə öz töhfəsini verəcək.J. M. Barrozo Aİ ilə Azərbaycan arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib. Serbiya prezidenti Boris Tadiç, Liviya inqilabının rəhbəri, Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin başçısı, polkovnik Müəmmər əl-Qəzzafi, Suriya prezidenti Bəşər Əsəd, Pakistan prezidenti Asif Əli Zərdari, Pakistanın baş naziri Seyid Yusif Rza Gilani, "bp-Azərbaycan" şirkətinin prezidenti Bill Şreyder və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius L. Vizer də İ. Əliyevə yenidən prezident seçilməsi münasibətilə təbrik ünvanlayıblar.

10-31-2008, 11:10 AM #4539Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan Ceyhan limanından «Azeri Light» markalı 1 mln. barel xam neft partiyasının satışına dair tender keçirir
[b]Azərbaycan Ceyhan limanından «Azeri Light» markalı 1 mln. barel xam neft partiyasının satışına dair tender keçirir[b]
Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin dekabr ayının 1-5-də Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanından «Azeri Light» markalı xam neft partiyasının ixracına dair növbəti marketinq sorğusu elan edib. Bu barədə «APA-ECONOMICS»ə ARDNŞ-dan məlumat verilib.Tender çərçivəsində Ceyhan limanından 1 mln. barel həcmində neftin satılması planlaşdırılır. Sorğuya oktyabrın 31-də yekun vurulacaq, nəticələr isə noyabrın 1-də elan olunacaq.

10-31-2008, 11:30 AM #4540Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
İnquşetiya prezidenti Murad Zyazikov istefaya göndərilib
[b]İnquşetiya prezidenti Murad Zyazikov istefaya göndərilib[b]
Moskva-APA. Rusiya prezidenti Dmitri Medvedev İnquşetiya prezidenti Murad Zyazikovu istefaya göndərib. APA-nın məlumatına görə, İnquşetiya prezidentinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Privoljsk-Ural hərbi dairəsinin qərargah rəisinin müavini Yunusbek Evkurova tapşırılıb. "İnterfaks" agentliyi isə Murat Zyazikovun öz istəyi ilə istefaya getdiyi barədə məlumat yayıb. Qeyd edək ki, son zamanlar İnquşetiyada hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum faktları artıb. Ötən bir ay ərzində həmçinin Murad Zyazikovun qohumlarına və respublikanın yüksək vəzifəli şəxslərinə bir neçə sui-qəsd təşkil olunub. 2002-ci ildən İnquşetiyaya rəhbərlik edən Zyazikov inquş müxalifətçisi Maqomed Yevloyevin milislər tərəfindən qətlə yetirilməsindən sonra ciddi tənqid atəşinə tutulub. Yevloyevin ailəsi bu hadisədən sonra prezident Zyazikovu qan düşməni elan ediblər.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri