Əsas məzmuna keç
Sayfa 436/461 İlkİlk ... 336386426434435436437438446 ... SonSon
4610 sonuçtan 4.351 ile 4.360 arası

Azərbaycan Xəbərləri

1. #4351
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Əli Kərimli: "KXCP ilə heç bir müzakirə aparmırıq"

[b]Əli Kərimli: "KXCP ilə heç bir müzakirə aparmırıq"[b]

Bakı. Elnur Məmmədli - APA. "Prezident seçkiləri ilə bağlı beş təşkilatın birgə bəyanatından sonra KXCP ilə bizim aramızda hər hansı müzakirə aparılmayıb. Ona görə də Mirmahmud bəylə aramızda hansısa danışıqları mətbuata çıxarıb, çıxarmamaq məsələsində razılıq olmayıb". Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun ittihamlarına münasibət bildirərkən deyib. M. Mirəlioğlu müxalifətin yeni formatının yaradılması ilə bağlı danışıqların aparıldığını, bu danışıqlar zamanı ortada hər hansı nəticənin olmadığı halda mətbuata verməmək barədə bir sıra partiyalar arasında razılaşmanın olduğunu, lakin bunun Ə. Kərimli tərəfindən pozulduğunu iddia edib. Bunun yanlış fikir olduğunu deyən Ə. Kərimli son 2 ayda M. Mirəlioğlu ilə heç bir müzakirə aparılmadığından barəsində səslənən fikirləri qəbul etməyib: "Biz Mirmahmud bəylə birgə bəyanatla bağlı müzakirə aparmışıq və o zaman da KXCP bəyanata qoşulmaqdan imtina edib". Ə. Kərimli müxalifətin yeni mərkəzinin yaranması ilə bağlı müzakirələrin Müxalifətin Əməkdaşlıq Mərkəzi çərçivəsində aparıldığını bildirib: "Seçki kampaniyası dövründə bir araya gəldik və əsas işimiz 15 oktyabr seçkilərinə münasibət oldu. Bu arada biz gələcək əməkdaşlıqla bağlı da birgə müzakirələr aparmışıq. Həmin müzakirələr davam edir və biz hesab edirik ki, əməkdaşlığı genişləndirmək lazımdır. Konkret olaraq hansısa bir layihəni müzakirə etmirik. Amma fikir mübadiləsi aparılır və ümid edirəm ki, bu mübadilə müəyyən nəticələrə gəlməyə imkan verəcək. Bizim hazırda da əməkdaşlığımız var və bu funksional əməkdaşlıq mərhələsidir. Sadəcə, mənim təklifim ondan ibarətdir ki, biz daha yüksək səviyyəli əməkdaşlığa keçə bilərik və keçməliyik. MƏM-də də əksəriyyət hesab edir ki, biz yeni mərhələyə keçə bilərik. Amma bu konsensusla olmalıdır. Hamı belə bir qənaətə gələndə biz konkret addım atacağıq".

2. #4352
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Nağd valyutanın mübadilə məzənnələri

[b]Nağd valyutanın mübadilə məzənnələri[b]

Alış/ Satış

3. #4353
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda pensiyaçı və sığortaolunanlar üçün vahid məlumat bazası yaradılır

[b]Azərbaycanda pensiyaçı və sığortaolunanlar üçün vahid məlumat bazası yaradılır[b]

Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaçı və sığortaolunanların özlərinə aid məlumatları İnternet vasitəsilə əldə edə bilməsi üçün ümumi məlumat bazası yaradacaq. Fondun ictimaiyyətlə əlaqələr sektorundan «APA-ECONOMICS»ə verilən məlumata görə, artıq məlumat bazasının yaradılması məqsədi ilə genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bundan başqa, hazırda pensiya-sığorta islahatlarının növbəti mərhələsini təşkil edəcək sığorta prinsiplərinin daha da gücləndirilməsi, sistemin gələcək maliyyə dayanıqlığının təmin edilməsi üçün aktuar hesablamaların aparılması, pensiya təyinatının avtomatlaşdırılması, əhaliyə ödənişlərin avtomatlaşdırılmasının başa çatdırılması, Fondun mərkəzi məlumat bazası ilə yerli şəbəkələrin birləşdirilməsi və korporativ idarəetmə sisteminin qurulması istiqamətində də iş aparılır.

4. #4354
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

BAXCP Ali Məclisinin sessiyası çağırılıb

[b]BAXCP Ali Məclisinin sessiyası çağırılıb[b]

Bakı-APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev iclasda Milli Məclisdə müzakirəyə çıxarılacaq gələn ilin dövlət büdcə layihəsi haqqında məlumat verib. Toplantıda Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar, dünya bazarlarında neftin qiymətinin düşməsinin Azərbaycan iqtisadiyyatına təsiri və s. məsələlər müzakirə olunub. İdarə Heyəti Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələrini, yeni ictimai-siyasi vəziyyəti və bələdiyyə seçkilərinə hazırlıq məsələlərinin müzakirəsi məqsədilə noyabrın 22-də partiya Ali Məclisinin sessiyasının çağırılmasına qərar verib.

5. #4355
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

58 yaşlı Bakı sakini intihar edib

[b]58 yaşlı Bakı sakini intihar edib[b]

Bakı. Hafiz Heydərov-APA. Azərbaycan paytaxtında 58 yaşlı kişi intihar edib. Binəqədi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Görədil bağlarında yerləşən Azad Quliyevə məxsus evdə baş verib. Qohumunun evinə qonaq gələn, Bakı şəhər sakini, 1950-ci il təvəllüdlü Novruzəli Ələsgər oğlu Babayev həyətdə yerləşən talvarın dirəyindən özünü asaraq intihar edib. Mərhumun meyiti ötən gecə qohumları tərəfindən aşkar edilərək tibbi ekspertizaya göndərilib. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. N. Babayev intihardan qabaq iki səhifəlik məktub yazdığı məlum olub. O, məktubda ölümündə heç kimin təqsirkar olmadığını, intihar etməsinə isə ailəsində yaranmış problemlərin səbəb olduğunu qeyd edib. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.Məlumata görə, N. Babayev uzun illər Rusiyada yaşayıb, bir müddət əvvəl Rusiyada ailə həyatı qurduğu qadın tərəfindən evdən qovulub.

6. #4356
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bakıda Qarşılıqlı Rouminq Ekspertlər Qrupunun iclası keçirilir

[b]Bakıda Qarşılıqlı Rouminq Ekspertlər Qrupunun iclası keçirilir[b]

Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Bu gün Bakıda «Azercell Telecom» şirkətinin təşəbbüsü ilə GSM Assosiasiyası tərəfindən təşkil olunan Qarşılıqlı Rouminq Ekspertlər Qrupunun (QREQ) 55-ci iclası işə başlayıb. «Azercell»dən «APA-ECONOMICS»ə verilən məlumata görə, konfransda 50-dən çox ölkədən 120-dən artıq ekspert iştirak edir. Tədbirdə SS7 əsasında qurulmuş şəbəkələrdə təhlükəsizliyə qarşı cəhdlərdən və dələduzluq hallarından qorunma, Rouminq üzrə Məlumat Bazasının Elektron Mübadilə imkanları - İR.21, Rouminq və 3GPP şəbəkənin seçim üslublarının idarə edilməsi, NGMN-CSMA statusu barədə əməkdaşlıq sazişi, İP qarşılıqlı iş Alyansının (İPQİA) yeniləşməsi və SS7 şəbəkəsinin planlaşdırılması mövzuları üzrə müzakirələr aparılacaq. Bu gün alt qrupların iclasları ilə öz işinə başlayan konfransın açılış mərasimi oktyabrın 29-da keçiriləcək. Konfrans oktyabrın 30-da yekunlaşacaq. Qeyd edək ki, QREQ-in ötən ilki iclası Praqada (Cex) olub. Bu təşkilatın illik iclası regionda ilk dəfə olaraq, Bakıda keçirilir.

7. #4357
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Prezidentliyə keçmiş namizədlər "Xural" qəzetində dərc olunmuş yazı ilə bağlı məhkəməyə müraciət edəcəklər

[b]Prezidentliyə keçmiş namizədlər "Xural" qəzetində dərc olunmuş yazı ilə bağlı məhkəməyə müraciət edəcəklər[b]

Bakı. Ramil Məmmədli - APA. Böyük Quruluş Partiyası (BQP) "Xural" qəzetində dərc olunmuş və prezidentliyə namizədlərin xərclərindən bəhs edən yazının müəllifini məhkəməyə verəcək. Bu barədə APA-ya BQP sədri, prezidentliyə keçmiş namizəd Fazil Qəzənfəroğlu məlumat verib. O bildirib ki, "Xural" sonuncu sayında həmin yazı ilə bağlı təkzib verdiyindən qəzet barədə iddia qaldırılmayacaq: "Yazıda kampaniya zamanı xərclənən vəsaitin qaynaqları təhrif olunub. Məqalə müəllifi qərəzli şəkildə ictimaiyyəti aldatmağa çalışıb. Buna görə də müəllif Aydın Canıyev barədə mülki qaydada aidiyyəti məhkəmə instansiyasına müraciət ediləcək". Prezidentliyə namizəd olmuş Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə "Xural" qəzetini məhkəməyə verəcəklərini söyləyib. O, oktyabrın 28-də Nərimanov rayon Məhkəməsinə müraciət edəcəklərini deyib. Prezidentliyə digər keçmiş namizəd - Qüdrət Həsənquliyevin sədri olduğu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası məsələ ilə bağlı ötən həftə Mətbuat Şurasına göndərdiyi məktubun cavabını gözləyir. Mətbuat Şurasının cavabından asılı olaraq partiya "Xural" qəzetində cap olunan yazı barədə müvafiq addım atacaq.

8. #4358
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Yunanıstan Azərbaycanda yod çatışmazlığı ilə mübarizəyə 1 milyon avrodan artıq vəsait ayırıb

[b]Yunanıstan Azərbaycanda yod çatışmazlığı ilə mübarizəyə 1 milyon avrodan artıq vəsait ayırıb[b]

Bakı. Laçın Sultanova-APA. Yunanıstan mütəxəssislərinin Azərbaycanın şimal-qərb rayonlarında yod çatışmazlığı ilə bağlı problemin aradan qaldırılması məqsədi ilə həyata keçirdikləri layihə başa çatıb. Bunu APA-ya hazırda Bakıda səfərdə olan Yunanıstanın Patras Universitetinin professoru Neokus Geordopoulos bildirib. O deyib ki, 10 il davam edən layihə Azərbaycanın 6 rayonunda həyata keçirilib. Məlumata görə, layihənin başa çatması ilə əlaqədar Şəki Mərkəzi Rayon Xəstəxanasında endokrinoloji laboratoriya yaradılacaq. Həmin laboratoriyada çalışacaq 4 həkim Yunanıstanda təlimlər keçəcək. Yunanıstan tərəfindən laboratoriyaya 3 müasir avadanlıq da hədiyyə ediləcək. N. Geodopoulosun sözlərinə görə, 10 il ərzində Yunanıstan hökuməti bu layihəyə 1 milyon avrodan artıq vəsait ayırıb.

9. #4359
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Beynəlxalq Valyuta Fondu Ukraynaya 16,5 milyard dollar kredit ayıracaq

[b]Beynəlxalq Valyuta Fondu Ukraynaya 16,5 milyard dollar kredit ayıracaq[b]

Kiyev - APA. Beynəlxalq Valyuta Fondu (İMF) Ukraynaya 16,5 milyard dollar həcmində kredit ayıracaq. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, bunu fondun rəhbəri Dominik Stross-Kan açıqlayıb. O bildirib ki, bu vəsait dünya maliyyə böhranı və metalın qiymətinin azaldığı bir dövrdə Ukraynada iqtisadi sabitliyi dəstəkləmək məqsədilə ayrılacaq: "Proqram Ukraynada iqtisadi sabitliyi bərpa etməyə yönəlib. Ukrayna rəhbərliyi ödəmə balansını düzəltmək, inflyasiyanı aşağı salmaq və ölkənin xarici iqtisadi faktorlardan asılılığını azaltmaq niyyətindədir". Qeyd edək ki, kredit razılaşması Beynəlxalq Valyuta Fondunun Direktorlar Şurası tərəfindən təsdiqləndikdən və ölkənin bank qanunvericiliyinə dəyişiklik edildikdən sonra 16,5 milyard dollarlıq vəsait Ukraynaya veriləcək.

10. #4360
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

«Texnikabank» dünya maliyyə böhranı səngiyəndən sonra beynəlxalq birjalarda qiymətli kağızların yerləşdirilməsini davam etdirəcək

[b]«Texnikabank» dünya maliyyə böhranı səngiyəndən sonra beynəlxalq birjalarda qiymətli kağızların yerləşdirilməsini davam etdirəcək[b]

Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Dünya maliyyə bazarlarında müşahidə olunan maliyyə böhranı ilə bağlı cari vəziyyət sabitləşəndən sonra Azərbaycanın «Texnikabank» Səhmdar Kommersiya Bankı (SKB) beynəlxalq birjalarda korporativ qiymətli kağızlarının yerləşdirilməsini davam etdirəcək. Bu barədə «APA-ECONOMICS»ə «Texnikabank» SKB-dən məlumat verilib.Bankdan bildirilib ki, bu il «Texnikabank»ın emissiya etdiyi 36 mln. ABŞ dolları məbləğində qiymətli kağızların 26 mln. dollarlıq hissəsi Londonda, 10 mln. dollarını isə Baltik ölkələrində yerləşdirilib. Bank dünya maliyyə bazarlarında baş verən böhranla əlaqədar olaraq daha böyük məbləğdə qiymətli kağızların xarici birjalarda yerləşdirilməsindən imtina edib. «Yerləşdirdiyimiz qiymətli kağızların bir hissəsi 3, bir hissəsi isə 1 illikdir. Bu, «Texnikabank»ın xarici bazarda ilk qiymətli kağız yerləşdirməsi olub», - deyə bankdan bildirilib.«Texnikabank»ın istiqraz emissiyasının yerləşdirilməsi prosesində menecer qismində ABŞ-ın «Morgan Stanley» bankı çıxış edib.Qeyd edək ki, «Texnikabank» SKB-nin aktivlərinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 439,644 mln. manat, kredit portfeli 305,886 mln. manat, məcmu kapitalı 57,438 mln. manat təşkil edib. Hazırda «Texnikabank»ın respublika üzrə 35 filialı, 2 şöbəsi, 3 mübadilə şöbəsi və 46 bankomatı fəaliyyət göstərir.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.