[b]Litva parlamenti "Tvinning" layihəsi çərçivəsində Azərbaycan tərəfi ilə ilkin danışıqlara başlayıb[b]
Bakı. Elbrus Seyfullayev - APA. Litva parlamentinin baş katibi Gintautas Vilkelisin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyevin dəvəti ilə Azərbaycanda səfərdədir. Milli Məclisin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, səfərdə məqsəd Avropa Birliyinin Azərbaycan Milli Məclisi ilə həyata keçirəcəyi "Tvinning" layihəsi çərçivəsində əməkdaşlıq imkanlarının dəyərləndirilməsidir. Litva parlamenti AB-də Azərbaycan üzrə elan edilən "Tvinning" layihəsində iştirak çağırışına qoşularaq Azərbaycan tərəfi ilə ilkin danışıqlar mərhələsinə başlayıb. Layihədə məqsəd Avropa Birliyinə üzv ölkələrdən biri və ya bir neçəsi ilə sıx əməkdaşlıq və tərəfdaşlıq zəminində Azərbaycan qanunvericiliyinin Avropa Birliyi standartlarına uyğunlaşdırılmasıdır. Hər iki ölkənin parlament aparatı rəhbərlərinin görüşündə layihənin ayrı-ayrı məqamları təhlil edilib, qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.
4610 sonuçtan 3.451 ile 3.460 arası

10-03-2008, 11:50 AM #3451Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Dünya bazarında neftin qiyməti 94 dollaradək ucuzlaşıb
[b]Dünya bazarında neftin qiyməti 94 dollaradək ucuzlaşıb[b]
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Oktyabrın 2-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 4,56 dollar və ya 4,6% ucuzlaşaraq 1 barelə görə 93,97 dollar təşkil edib.«APA-ECONOMICS»in məlumatına görə, ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 4,77 dollar - 90,56 dollaradək enib. Qeyd edək ki, neftin qiymətinə dünya bazarında dolların möhkəmlənməsi və ABŞ-da neft ehtiyatlarının artması təsir göstərib. Belə ki, ABŞ-da son 6 həftədə ilk dəfə neft ehtiyatlarının, son 10 həftədə isə benzin ehtiyatlarının artımı müşahidə olunur. Həm də ABŞ-da neft və neft məhsullarının istehlakı ötən ilin analoji dövrü ilə müqayisədə 7,1% azalıb.

10-03-2008, 12:00 PM #3452Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Litva parlamenti "Tvinning" layihəsi çərçivəsində Azərbaycan tərəfi ilə ilkin danışıqlara başlayıb

10-03-2008, 12:10 PM #3453Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Müxalifətçi deputat yoxa çıxıb
[b]Müxalifətçi deputat yoxa çıxıb[b]
Bişkek - APA. Qırğızıstan parlamentinin müxalifətçi deputatı Ruslan Şabatoyev itib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Sosial-Demokrat Partiyasından seçilmiş deputatın yoxa çıxmasını onun partiya yoldaşı, deputat Bakıt Beşimov açıqlayıb. B. Beşimov sonuncu dəfə R. Şabatoyevi sentyabrın 30-da gördüklərini deyib. Deputat həmin günün axşamı evdən çıxaraq hansısa görüşə gedib və geri qayıtmayıb. Onun mobil telefonu söndürülüb. Milis R. Şabatoyevin axtarışına başlayıb.

10-03-2008, 12:20 PM #3454Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Beynəlxalq Böhran Qrupu: "Ötən ay Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyət dəyişilməz qalıb"
[b]Beynəlxalq Böhran Qrupu: "Ötən ay Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyət dəyişilməz qalıb"[b]
Bakı. Tamara Qriqoryeva-APA. Sentyabr ayında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyət dəyişilməz qalıb. APA-nın məlumatına görə, bu fikirlər Beynəlxalq Böhran Qrupunun daimi hesabatında öz əksini tapıb.
Hesabatda bildirilir ki, ötən ay on regionda münaqişələrlə bağlı vəziyyət pisləşib, iki münaqişə rayonunda isə situasiya yaxşılaşıb. Hesabat müəllifləri həmçinin ötən ay Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmağa başladığını da xüsusi qeyd ediblər. Hesabatın Azərbaycanla bağlı hissəsində ölkədə seçki kampaniyasının başlaması, ABŞ-ın vitse-prezidenti Riçard Çeyninin bu ölkəyə səfəri xüsusi qeyd edilir.

10-03-2008, 12:30 PM #3455Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın nümayəndə heyəti Həştərxanda keçirilən Xəzər dənizi ölkələrinin hökumətlərarası iqtisadi beynəlxalq konfransına qatılıb
[b]Azərbaycanın nümayəndə heyəti Həştərxanda keçirilən Xəzər dənizi ölkələrinin hökumətlərarası iqtisadi beynəlxalq konfransına qatılıb[b]
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Həştərxanda (Rusiya) Xəzər dənizi ölkələrinin hökumətlərarası iqtisadi beynəlxalq konfransı işə başlayıb. Bu barədə «APA-ECONOMICS»ə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) məlumat verilib.Konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinə baş nazirinin birinci müavini Yaqub Eyyubov başçılıq edir. «Bir sıra ölkənin iştirak etdiyi konfransda Azərbaycanı hökumət rəsmiləri ilə yanaşı Azpromo-nun da nümayəndələri təmsil edir. Tədbir iştirakçılarına Azərbaycanın neft və qaz sektorunun potensialından məlumat veriləcək və bir sıra digər məsələlər müzakirə olunacaq», - deyə Fonddan bildirilib.Konfransda həmçinin Xəzər dənizi ölkələri arasında iqtisadi əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunacaq.Xatırladaq ki, Azpromo 2003-cü ildə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılıb. Hazırda Fondun Himayəçilər Şurasına müxtəlif nazirlik və idarələr, beynəlxalq təşkilatlar, eləcə də özəl şirkətlərin nümayəndələrindən ibarət 92 nəfər daxildir.Qeyd edək ki, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov da Həştərxana yola düşüb. Nazir burada Xəzəryanı ölkələrin nəqliyyat nazirləri və müvafiq qurumların rəhbərlərinin toplantısında iştirak edəcək. İclasda Xəzər hövzəsi regionunda nəqliyyat əlaqələri, daşımaçılığın inkişafı və perspektivləri müzakirə olunacaq. Nazirlərin iclası cari ilin noyabrında Bakıda keçirilməsi planlaşdırılan Xəzəryanı ölkələrin dövlət başçıları sammitinə hazırlıq məqsədi daşıyır.

10-03-2008, 12:40 PM #3456Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanlı müğənni Tarkanın mahnısını ifa etmək üçün ondan icazə alıb
[b]Azərbaycanlı müğənni Tarkanın mahnısını ifa etmək üçün ondan icazə alıb[b]
Bakı. Ülkər Qasımova-APA. Türkiyə şou-biznesinə qatılan azərbaycanlı müğənni Yeganə Mürsəlova meqa-star Tarkanın mahnısını oxuyacaq. Bununla bağlı APA-ya açıqlama verən Y. Mürsəlova Tarkanın bəstəsi olan və ifasında səslənən "İstanbul ağlıyor" mahnısını yaxın günlərdə ifa edəcəyini deyib: "Bu mahnını ifa etmək üçün Tarkanın özündən icazə alınıb. O, klipin çəkilməsinə də razılıq verib. Yaxın günlərdə mahnı ictimaiyyətə təqdim olunacaq. Ümidvaram ki, "İstanbul ağlıyor" mənim ifamda da seviləcək". Y. Mürsəlova bu mahnının üzərində hazırlıq işləri gedən ikinci albomuna daxil ediləcəyini qeyd edib. Türkiyə şou-biznesindən razılıq edən müğənni Azərbaycana qayıtmaq niyyətində olmadığını açıqlayıb. Müğənni albomuna Azərbaycanın üç xalq mahnısının da daxil ediləcəyini qeyd edib. Türkiyədə olduğu müddətdə Azərbaycandakı həmkarlarının heç biri tərəfindən adicə telefon zənginin belə edilmədiyini deyən Yeganə azərbaycanlı sənətçilərin onun bu uğuruna sevinmədiklərini vurğulayıb: "Yəqin ki, mənim bu uğuruma Azərbaycanda sevinən həmrkarlarım yoxdur ki, məni təbrik etməyiblər. Əslində mən qərib ölkədəyəm, bu zənglərə, həmvətənlərimin dəstəyinə ehtiyacım var. Mən bunu gözləyirdim, təəssüf ki, bunu nə gördüm, nə də eşitdim..."

10-03-2008, 12:50 PM #3457Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
BMW yeni krossoverinin ilkin variantını nümayiş edib
[b]BMW yeni krossoverinin ilkin variantını nümayiş edib[b]
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Almaniyanın BMW avtomobil şirkəti Parisdə (Fransa) keçirilən beynəlxalq avtomobil sərgisində yeni «BMW Concept X1» krossoverini nümayiş etdirib. «APA-ECONOMICS»in məlumatına görə, hazırda sərgidə nümayiş olunan «BMW Concept X1» yeni modelin ilkin variantıdır və gələn ilin yanvar ayında Detroytda (ABŞ) keçiriləcək avtomobil sərgisində bu modelin istehsal olunacaq versiyası nümayiş olunacaq. Dünya avtomobil bazarına isə bu model 2009-cu ilin ortalarında çıxarılacaq. Avtomobil mütəxəssislərinin fikrincə, «BMW Concept X1» modeli «BMW X3» modelinə çox oxşayır və sadəcə «X3»dən bir qədər qısadır. Belə ki, əgər «BMW X3»ün uzunluğu 4 569 mm təşkil edirsə, «BMW Concept X1» modelinin uzunluğu 4 457 mm-dir. Modellər arasında ciddi fərq olmasa da, yeni «BMW Concept X1»in satış qiyməti bir qədər ucuz olacaq. Belə ki, bu modelin satış qiymətinin təxminən 30-35 min avro olacağı gözlənilir.

10-03-2008, 01:00 PM #3458Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Şamaxı rayonunun bir neçə yaşayış məntəqəsi sel suları altında qalıb
[b]Şamaxı rayonunun bir neçə yaşayış məntəqəsi sel suları altında qalıb[b]
Şamaxı. Şahnəzər Bəşirov-APA. Dünən saat 18.00-dan başlayaraq yağan güclü yağışlar Şamaxı rayonunun bir neçə yaşayış məntəqəsinə ziyan vurub.
Şamaxı rayon Fövqəladə Hallar Komissiyasından APA-nın Şirvan bürosuna verilən məlumata görə, rayonun Sabir qəsəbəsində fərdi həyətyanı sahələr, küçələr, əkinə yararlı torpaqlar sel sularının gətirdiyi lil örtüyünün altında qalıb. Məlumata görə, 10-dan artıq yaşayış evini sel suları basıb. Rayonun Mərzəndiyə kəndinin sakinləri də güclü sel təhlükəsi ilə üzləşib, bir neçə evə ziyan dəyib. Gecə saatlarında sel basan evlərin sakinləri başqa əraziyə köçürülüb. Bakı-Şamaxı-Yevlax yolunun həmin ərazidən keçən hissəsində ötürücü qurğular sel sularına tab gətirməyərək fəaliyyətini dayandırıb və nəticədə yolda avtomobillərin hərəkəti yarım saat dayanıb. Avtomobillər su altında qalıb. Əraziyə texnika cəlb olunması nəticəsində yaranmış vəziyyət aradan qaldırılıb. Qeyd olunub ki, təhlükəsinin aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirilməyə başlanıb. Hadisə barədə baş nazirə, Fövqəladə Hallar Nazirliyinə, teleqramlar göndərilib. Hazırda rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri evlərə, ərazilərə baxış keçirərək dəyən ziyanı müəyyənləşdirirlər.

10-03-2008, 01:10 PM #3459Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
DİN və Respublika Baş Prokurorluğu Fərhad və Azad Quliyevlərin zərərsizləşdirilərək məhv edilməsi ilə bağlı məlumat yayıb
[b]DİN və Respublika Baş Prokurorluğu Fərhad və Azad Quliyevlərin zərərsizləşdirilərək məhv edilməsi ilə bağlı məlumat yayıb[b]
Bakı. Hafiz Heydərov - APA. Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğu polisə silahlı müqavimət göstərən Fərhad və Azad Quliyevlərin zərərsizləşdirilərək məhv edilməsi ilə bağlı məlumat yayıb.
DİN-in mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, 2008-ci il oktyabrın 1-də Maştağa qəsəbə sakini Mirkərim Xəlilov Sabunçu rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək sentyabrın 29-da saat 17 radələrində həmyerlisi, əvvəllər məhkum olunmuş Fərhad Quliyev tərəfindən tapança ilə hədələnməsi və «Nissan Murano» markalı avtomaşınının zorla əlindən alınması barədə xəbər verib. Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə axtarılan Fərhad Quliyevin tutularaq istintaqa təhvil verilməsi məqsədilə dərhal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən xüsusi əməliyyat keçirilib. Tədbir zamanı F. Quliyevin quldurluq yolu ilə əldə etdiyi «Nissan-Murano» markalı avtomobillə Ramana qəsəbəsi ərazisində hərəkət etməsi müəyyən olunub və ondan könüllü təslim olması tələb edilib. F. Quliyev və onunla birlikldə avtomobildə olan yaxın qohumu Azad Quliyev polisin qanuni tələblərinə tabe olmaqdan imtina edib, ətrafda olan çoxsaylı insanların həyatı üçün təhlükə yaratmaqdan çəkinməyərək, ümumi təhlükəli üsulla tapançadan atəş açaraq əməliyyat qrupunun üzvlərinə silahlı müqavimət göstəriblər. Asayiş keşikçilərinə yönəlmiş odlu silahla müşayiət olunan zorakılığın qarşısı alınarkən Fərhad və Azad Quliyevlər zərərsizləşdirilərək məhv ediliblər. Hadisə yerinə baxış zamanı 1 ədəd «Makarov» tipli tapança, onun gilizləri, 1 ədəd «F-1» tipli qumbara, 1 xəncər, 16 ədəd patron və narkotik vasitə aşkar edilərək götürülüb. Məlumatda bildirilir ki, F. Quliyev əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə, o cümlədən qəsdən adam öldürmə və qanunsuz odlu silah gəzdirməyə görə cinayət məsuliyyətinə cəlb edilib, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum olunub. O, cari ilin sentyabrın 1-də Maştağa qəsəbəsində odlu silahdan atəş açaraq həmyerlisi Hidayət Hüseynovu da qətlə yetirib və istintaqdan yayınıb. Bu cinayəti törədərkən F. Quliyevin istifadə etdiyi «TT» markalı tapança polis əməkdaşları tərəfindən elə həmin gün qohumlarının birindən götürülüb, sentyabrın 4-də isə onun həyətində olan «Lincoln» markalı avtomobilə baxış zamanı daha bir odlu silah - «Mauzer» tipli tapança aşkar edilib.Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin xidməti vəzifələri yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma və gəzdirməyə görə məsuliyyət nəzərdə tutan 315.2 və 228.2.2 maddələri ilə cinayət işi başlanıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

10-03-2008, 01:20 PM #3460Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
"Günaydın, mələyim" filminə ictimai baxış keçirilib
[b]"Günaydın, mələyim" filminə ictimai baxış keçirilib[b]
Bakı. Laura Cəbrayıllı-APA. Bu gün "Azərbaycan" kinoteatrında dövlət sifarişi ilə istehsal olunmuş "Günaydın, mələyim" bədii filminə ictimai baxış keçirilib. APA-nın məlumatına görə, 100 dəqiqəlik filmin çəkilişləri Bakı, Pirqulu, Xızı və Şamaxıda aparılıb. Müharibə və onun ağır nəticələrindən bəhs olunan filmdə tənha qalan bir ananın çətin həyatı təsvir olunub. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Oqtay Mirqasımov, quruluşu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Mayis Ağabəyov, Nazim Bəykişiyev, bəstəkarı Elmar Feldir. Filmdə əsas rolları Ayan Mirqasımova, Bəsti Cəfərova, Fuad Poladov, Telman Adıgözəlov, Şamil Süleymanov, Bəxtiyar Xanızadə, Cəfər Namiq Kamal, Qurban İsmayılov ifa ediblər. Filmin nümayişindən sonra keçirilən mətbuat konfransında Oqtay Mirqasımov eyni kollektivlə işləməyi çox sevdiyini bildirib: "Mən insanlara öyrəşirəm, doğmalaşıram. Kino sadə iş deyil. Bu, iynə ilə gor qazmaqdır, amma problemlər çox tez unudulur, yadda yaxşı xatirələr qalır". Qeyd edək ki, sabah "Azərbaycan" kinoteatrında filmin premyerası keçiriləcək.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri