Əsas məzmuna keç
Sayfa 444/461 İlkİlk ... 344394434442443444445446454 ... SonSon
4610 sonuçtan 4.431 ile 4.440 arası

Azərbaycan Xəbərləri

1. #4431
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Məşhur "Çelsi" klubu ilə əməkdaşlıq edən şirkət Qəbələdə futbol akademiyası tikəcək

[b]Məşhur "Çelsi" klubu ilə əməkdaşlıq edən şirkət Qəbələdə futbol akademiyası tikəcək[b]

Bakı. Mehman Süleymanov - APA-SPORT. "Qəbələ" klubunun rəhbərliyi futbol akademiyasının inşası üçün İngiltərədən mütəxəssis dəvət ediblər. "APA-SPORT"un məlumatına görə, bu haqda məlumat verən komandanın vitse-prezidenti Fariz Nəcəfovun sözlərinə görə, britaniyalı mütəxəssislər yaxın günlərdə Azərbaycana gələcəklər: "Onlar məşhur "Çelsi" klubu də əməkdaşlıq edirlər. Qəbələdə tikiləcək futbol akademiyasının köməyi ilə uşaq futbolunu inkişaf etdirəcəyik. Akademiyanın binası ilə yanaşı, 5-6 süni örtüklü meydança da inşa ediləcək". Ardından əsas komandanın çıxışına və iranlı legioner Fərzad Hatəminin Azərbaycan yığmasına dəvət olunmasına da toxunan Nəcəfov vurğulayıb ki, baş məşqçi Ramiz Məmmədovu dəstəkləyirlər. O, komandanın son vaxtlar uğursuz çıxışını zədə amili ilə əlaqələndirib: "Mövsümlərarası fasilədə transfer etdiyimiz 9 futbolçudan 6-nın zədələnməsi öz mənfi təsirini göstərdi. Bu, baş məşqçimiz üçün də bir şansızlıq idi və onun planlarını pozdu. Məmmədovu digəri ilə əvəzləmək fikrimiz yoxdur. Çünki cavan, istedadlı və xarakterli məşqçidir. Fərzada gəlincə, peşəkar, istedadlı futbolçudur və seçimini özü edir. Milli komandadan dəvət alan kimi, onunla söhbətim oldu. Hatəmi cənubi azərbaycanlı olduğundan ona yığmamızda çıxış etməsinin gələcək karyerası üçün faydalı olacağını dedim. Bundan sonra ondan xəbər çıxmadı. Hər halda, futbolçunu məcburi oynatmaq olmaz".

2. #4432
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Naxçıvan Dövlət Universitetində Türkiyə Cümhuriyyətinin 85 illiyi münasibətilə tədbir keçirilib

[b]Naxçıvan Dövlət Universitetində Türkiyə Cümhuriyyətinin 85 illiyi münasibətilə tədbir keçirilib[b]

Bakı-APA. Naxçıvan Dövlət Universitetində Türkiyə Cümhuriyyətinin yaranmasının 85 illiyi münasibətilə tədbir keçirilib. Naxçıvan Dövlət Universitetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bayram tədbirinə Türkiyənin Naxçıvandakı baş konsulu Mehmet Bilir və digər rəsmilər qatılıb. Mehmet Bilir tədbirdə çıxış edərək Cümhuriyyət gününün əhəmiyyətindən, türk xalqının uzun illər boyu apardığı istiqlal savaşından bəhs edib. Konsul belə əlamətdar tarixi günlərin türk tələbələrinin də təhsil aldığı Naxçıvan Dövlət Universitetində keçirilməsinin ənənə halını almasını yüksək dəyərləndirib. Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli də tədbirdə çıxış edib. Rektor türk xalqlarının tarixi köklərdən qaynaqlanan həmrəyliyindən danışıb.

3. #4433
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Xəzərin sahilində meyit tapılıb

[b]Xəzərin sahilində meyit tapılıb[b]

Bakı. Hafiz Heydərov - APA. Xəzər dənizinin sahilində naməlum kişi meyiti tapılıb. Xətai rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, meyit Xəzər dənizinin Xətai rayonu ərazisində aşkarlanıb. 30-40 yaşlarında naməlum kişi meyitinə ilkin baxış zamanı onun üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Hazırda prokurorluğun istintaq qrupu meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi və hadisənin intihar olub-olmaması istiqamətində araşdırma aparır.

4. #4434
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

UNESCO-da Mir Cəlal Paşayevin yubileyi münasibətilə tədbir keçiriləcək

[b]UNESCO-da Mir Cəlal Paşayevin yubileyi münasibətilə tədbir keçiriləcək[b]

Bakı. Viktoriya Dementyeva - APA. Azərbaycanın tanınmış yazıçı-publisisti Mir Cəlal Paşayevin 100 illik yubileyi UNESCO səviyyəsində qeyd olunacaq. APA-nın məlumatına görə, noyabrın 10-da UNESCO-nun Parisdəki qərargahında bununla bağlı xüsusi tədbir keçiriləcək. Tədbirdə UNESCO-nun baş direktoru Koiçiro Matsura və bu qurumun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da iştirak edəcəklər. Tədbir zamanı yazıçının həyatı haqqında qısametrajlı film nümayiş etdiriləcək və foto-sərgi keçiriləcək.

5. #4435
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bakıda "Miss MDB" müsabiqəsinə seçim keçirilir

[b]Bakıda "Miss MDB" müsabiqəsinə seçim keçirilir[b]

Bakı. Kəmalə Quliyeva-APA. Bakıda "Miss MDB" müsabiqəsinə seçim keçirilir. "Best Model of Azərbaycan" yarışmasının koordinatoru Nəzakət Hacıyeva APA-ya bildirib ki, "Miss MDB" müsabiqəsinə Azərbaycandan 4 nəfər qız seçiləcək. Dekabrda Ukraynada baş tutacaq yarışmaya qızları seçmək üçünsə müsabiqənin rəhbəri Valid Arfuş və təşkilat komitəsinin üzvü Yuri Varlamov Azərbaycana gəlib.

6. #4436
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Beynəlxalq Jurnalistlər Mərkəzinin tədqiqatlar üzrə təlim proqramının üçüncü kursunun yekunlaşması ilə bağlı tədbir keçirilib

[b]Beynəlxalq Jurnalistlər Mərkəzinin tədqiqatlar üzrə təlim proqramının üçüncü kursunun yekunlaşması ilə bağlı tədbir keçirilib[b]

Bakı. Ramil Məmmədli - APA. ABŞ-da yerləşən Beynəlxalq Jurnalistlər Mərkəzinin (İCFJ) tədqiqatlar üzrə təlim proqramının üçüncü kursunun yekunlaşması ilə bağlı tədbir keçirilib. APA-nın məlumatına görə, İCFJ-nin Azərbaycan üzrə direktoru Çarls Rays bildirib ki, Azərbaycanda jurnalistlərin peşəkar səviyyədə tədqiqat aparmasına ehtiyac var və təmsil etdiyi qurum bu istiqamətdə bilik və bacarıqların artırılmasına yardım etmək üçün bu layihəni həyata keçirib. Altı jurnalistin 4 aylıq intensiv kurs keçdiyini deyən C. Rays proqramın özəllikləri barədə də danışıb. Layihənin baş təlimatçısı Şahin Abbasov diqqəti məzunların kursdakı fəaliyyətinə yönəldib. ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Devidson isə bildirib ki, peşəkar jurnalistika demokratiyanın əsaslarından biri hesab olunur. Onun sözlərinə görə, ABŞ Azərbaycanda peşəkar jurnalistikanın inkişafına dəstək verməklə demokratiyanın inkişafına yardım etmək istəyir: "Əminik ki, Azərbaycanda demokratiyanın güclü gələcəyi var. Azərbaycan jurnalistlərinin isə bu prosesdə əhəmiyyətli yer tutacağını da bilirik". "Azadlıq" radiosu Azərbaycan redaksiyasının rəhbəri Xədicə İsmayılova və digərləri Azərbaycanda tədqiqat jurnalistikasının inkişafını zəruri hesab ediblər. Tədbirin sonunda kursun məzunlarına diplomlar təqdim olunub.

7. #4437
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ombudsman Aparatının əməkdaşları Sumqayıt şəhər Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına baxış keçiriblər

[b]Ombudsman Aparatının əməkdaşları Sumqayıt şəhər Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına baxış keçiriblər[b]

Bakı. APA. Ombudsman Aparatının əməkdaşları Sumqayıt şəhər Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına (MST) baxış keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müvəkkilin nümayəndələri saxlanılanlarla görüşərək təkbətək söhbət aparıb, onların saxlanma şəraiti ilə tanış olublar. Həmin şəxslər saxlanıldıqları müddət ərzində onlara qarşı rəftardan narazı olmadıqlarını söyləyiblər. MST-də şəraitin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

8. #4438
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

BMT: Dünya okeanının səviyyəsinin qalxması nəticəsində 18 iri şəhər su altında qalacaq

[b]BMT: Dünya okeanının səviyyəsinin qalxması nəticəsində 18 iri şəhər su altında qalacaq[b]

Nyu-York - APA. Dünya okeanının səviyyəsinin yüksəlməsi nəticəsində 20 meqapolisdən 18-i su altında qalacaq. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu proqnoz BMT-nin yaşayış məntəqələri üzrə Proqramı çərçivəsində hazırlanan hesabatda əksini tapıb. Proqramın nümayəndəsi Eduardo Lopes-Moreno bildirib ki, ümumilikdə dünyada sahil zonalarında yerləşən şəhərlərin 60%-i su altında qala bilər. Hesabat müəllifləri şəhər sakinləri arasında qeyri-bərabərliyin artdığını və bunun ciddi sosial böhrana səbəb ola biləcəyini də qeyd ediblər. Sənədə əsasən hazırda dünya əhalisinin yarısı şəhərlərdə yaşayır və yaxın 20 ildə bu miqdar 60%-ə yüksələcək.

9. #4439
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Olimpiya çempionu Namiq Abdullayev evlənib

[b]Olimpiya çempionu Namiq Abdullayev evlənib[b]

Bakı. Aqşin Əliyev - APA-SPORT. Azərbaycan sərbəst güləş yığmasının üzvü, olimpiya çempionu Namiq Abdullayev ailə həyatı qurur. "APA-SPORT"un məlumatına görə, 36 yaşlı pəhləvan bu gün özünə toy edir. Subaylığın daşını atan Abdullayevin gələcək karyerası hələlik sual altındadır. Onun idmana güləşçi, yoxsa məşqçi kimi qayıdacağı bilinmir.Qeyd edək ki, 1996-cı il Atlanta Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Namiq bundan 4 il sonra Sidneydə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bundan başqa, o, dəfələrə Avropa çempionatının qızıl medalına layiq görülüb. Onun dünya çempionu olmaq arzusu isə indiyədək gerçəkləşməyib. Hazırda idmançı karyerasının qürub çağını yaşayan Namiq Pekin Olimpiadasına lisenziya qazana bilmədiyindən bu mötəbər yarışda mübarizə aparmamışdı.

10. #4440
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan prezidenti paytaxtda yenidən qurulmuş Mirzə Fətəli Axundov adına bağla tanış olub

[b]Azərbaycan prezidenti paytaxtda yenidən qurulmuş Mirzə Fətəli Axundov adına bağla tanış olub[b]

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 28-də paytaxtda yenidən qurulmuş Mirzə Fətəli Axundov adına bağla tanış olub. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, 2008-ci ilin may ayında Axundov adına bağda yenidənqurma işlərinə başlanılıb. Prezident İ. Əliyev bağda görülmüş yenidənqurma işlərindən razılığını bildirib.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.