Əsas məzmuna keç
Sayfa 447/461 İlkİlk ... 347397437445446447448449457 ... SonSon
4610 sonuçtan 4.461 ile 4.470 arası

Azərbaycan Xəbərləri

1. #4461
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Arxeologiya və Etnoqrafiya İnstitutu Qubadakı kütləvi məzarlıqla bağlı Prezidentin İcra Aparatına təkliflər göndərib

[b]Arxeologiya və Etnoqrafiya İnstitutu Qubadakı kütləvi məzarlıqla bağlı Prezidentin İcra Aparatına təkliflər göndərib[b]

Bakı. Kəmalə Quliyeva - APA. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu Qubadakı kütləvi məzarlıqla bağlı Prezidentin İcra Aparatına 14 bənddən ibarət təkliflər paketi göndərib. Bu barədə APA-ya institutun Quba ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev məlumat verib. Onun sözlərinə görə, ərazidə təcili şəkildə muzey yaratmaq işinə başlamaq lazımdır: "Bir ay sonra gec ola bilər". Hazırda Qubada olan Q. Ağayev bildirib ki, rayon İcra Hakimiyyəti ərazinin qorunması üçün lazımi tədbirlər görüb: "İndi əsas vəzifə Nazirlər Kabineti başda olmaqla, digər aidiyyəti dövlət qurumlarının üzərinə düşür".

2. #4462
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın mobil rabitə sektorunda 3G xidmətləri ilin sonuna kimi tətbiq ediləcək

[b]Azərbaycanın mobil rabitə sektorunda 3G xidmətləri ilin sonuna kimi tətbiq ediləcək[b]

Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycanın mobil rabitə xidmətləri sektorunda 3G xidmətlərinin tətbiqinə 2008-ci ilin sonuna kimi başlanacaq. «APA-ECONOMICS»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib. Nazir müavininin sözlərinə görə, yaxın vaxtlarda 3G və digər yüksək səviyyəli rabitə xidmətləri üçün lisenziyanın verilməsi barədə qərar qəbul olunacaq. Artıq bununla bağlı təkliflər hazırlanaraq hökumətə təqdim edilib.Azərbaycanda rabitə xidmətləri üçün lisenziya sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin davam etdirildiyini deyən nazir müavini bildirib ki, hazırda ölkədə 4 mobil rabitə operatoru fəaliyyət göstərir və bunun 3-ü CSM, 1-i CDMA operatorudur. İ.Məmmədov yeni mobil operator kimi fəaliyyət göstərmək istəyi ilə bağlı RİTN-ə müraciətin daxil olmadığını da söyləyib.Qeyd edək ki, 3G (üçüncü nəsil şəbəkələri) standartı Beynəlxalq Elektrorabitə İttifaqı tərəfindən hazırlanıb və İMT-2000 (International Mobile Telecommunications 2000) adını daşıyır. 3G şəbəkəsi 2 GHz tezliyində işləyir və məlumatları 2 Mbit/saniyə sürətilə göndərir. 3G şəbəkəsi videotelefon əlaqələri təşkil etməyə, mobil telefonda filmlərə, teleproqramlara və s. baxmağa imkan yaradır.

3. #4463
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Mixail Şvıdko: "Müslüm Maqomayevin vəfatı Rusiya üçün də böyük itkidir"

[b]Mixail Şvıdko: "Müslüm Maqomayevin vəfatı Rusiya üçün də böyük itkidir"[b]

Bakı. Ramil Məmmədli - APA. "Müslüm Maqomayev hazırda mövcud olmayan böyük bir məkanın insanlarını birləşdirən mədəniyyət xadimlərindən idi". APA-nın məlumatına görə, bu sözləri Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdko jurnalistlərə açıqlamasında deyib. M. Şvıdko Müslüm Maqomayevi milyonlarla insanın pərəstiş etdiyi insan adlandırıb: "O öz sənəti ilə milyonlarla insanı bir yerə toplamağı bacarıb. Təəssüf ki, belə insanların sayı azalmaqdadır. Bu baxımdan, Müslüm Maqomayevin vəfatı Rusiya üçün də böyük itkidir".Mərasimə Rusiya dövlətinin adından qatıldığını deyən M. Şvıdko azərbaycanlı müğənninin adının ölkəsində də əbədiləşdiriləcəyini söyləyib: "Müslüm Maqomayev həm də şəxsiyyət, ətrafındakılara və özünə hörmət edən insan idi".

4. #4464
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Nijni-Novqorodda işgəncəyə məruz qalan Azərbaycan vətəndaşı bu ölkənin insan hüquq təşkilatlarına müraciət edib

[b]Nijni-Novqorodda işgəncəyə məruz qalan Azərbaycan vətəndaşı bu ölkənin insan hüquq təşkilatlarına müraciət edib[b]

Bakı. Viktoriya Dementyeva-APA. Azərbaycan vətəndaşı Emil Dadaşov milis əməkdaşı tərəfindən döyülməsi faktı ilə əlaqədar Nijni-Novqorod işgəncələrə qarşı mübarizə komitəsinə müraciət edib. Soydaşımız milis əməkdaşını ksenofobiya və işgəncə faktında günahlandırıb. Bu barədə APA-ya komitədən məlumat veriblər. Hüquq müdafiəçilərinin məlumatına görə, insident 2008-ci il martın 31-də baş verib. Emil Dadaşov axşam saatlarında tanışları ilə birlikdə saxlanaraq milis idarəsinə gətirilib. İnzibati qaydada saxlanan şəxslərin saxlandığı kameraya daxil olan mülki geyimli beş nəfər şəxs Emil Dadaşovu milli və dini zəmində təhqir edərək elektrik çubuğu ilə döyüblər. Daha sonra qafqazlıları görməyə gözü olmadığını deyən bir şəxs Dadaşovun sifətinə başla zərbə endirib. Nəticədə Emil Dadaşovun üç dişi sınıb. Milis işçilərinin müdaxiləsi nəticəsində soydaşımıza işgəncə verilməsi dayandırılıb. Lakin Nijeqorod istintaq bölməsinin müstəntiqləri faktla bağlı cinayət işi başlamaqdan imtina ediblər. Onlar bildiriblər ki, Dadaşovu döyən milis əməkdaşı həmin vaxt rəsmən işdə olmadığına görə onun hərəkətləri vəzifə səlahiyyətlərindən sui-istifadə kimi dəyərləndirilə bilməz.

5. #4465
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bakıda Qarşılıqlı Rouminq Ekspertlər Qrupunun iclasının açılış mərasimi keçirilib

[b]Bakıda Qarşılıqlı Rouminq Ekspertlər Qrupunun iclasının açılış mərasimi keçirilib[b]

Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Bu gün Bakıda «Azercell Telecom» şirkətinin təşəbbüsü ilə GSM Assosiasiyası tərəfindən təşkil olunan Qarşılıqlı Rouminq Ekspertlər Qrupunun (QREQ) 55-ci iclasının açılış mərasimi keçirilib. «APA-ECONOMICS»in məlumatına görə, açılış mərasimində çıxış edən «Azercell» şirkətinin vitse-prezidenti Ali Ağan bildirib ki, Azərbaycan ÜDM-nin artım tempinə, biznes şəraitinin yaxşılaşdırılmasına görə Avrasiya regionunda lider ölkəyə çevrilib. A.Ağanın fikrincə, bu iclasın Bakıda keçirilməsi Azərbaycanın regionda liderliyinin qorunub saxlanılmasına yardım edəcək. Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov isə tədbir iştirakçılarına ölkənin iqtisadi inkişafı haqqında məlumat verib. Nazir müavininin sözlərinə görə, son 4 ildə Azərbaycanda ÜDM-nin həcmi 2 dəfə artıb. Bu ilin əvvəlində isə ölkədə yoxsulluq həddi 13%-ə enib. Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov isə qeyd edib ki, son 4 ildə Azərbaycanda İKT sektorunun inkişaf tempi 35-40% təşkil edib. Rabitə sektorundan əldə olunan gəlirin strukturunda mobil şəbəkənin payı isə 70%-dən artıqdır. Bu göstəricinin Azərbaycanda mobil şəbəkənin inkişafını əks etdirdiyini deyən İ.Məmmədovun sözlərinə görə, dekabrın 6-da ölkəyə ilk telefon xəttinin çəkilməsinin 127 illiyi qeyd ediləcək. GSM Assosiasiyasının sədri Robindra Manqtani isə dünyada GSM şəbəkəsinin mövcud vəziyyəti barədə danışıb. Assosiasiya sədri bildirib ki, QREQ-in 55-ci iclasında 40-dan çox ölkənin eksperti iştirak edir. Tədbirdə SS7 əsasında qurulmuş şəbəkələrdə təhlükəsizliyə qarşı cəhdlərdən və dələduzluq hallarından qorunma, Rouminq üzrə Məlumat Bazasının Elektron Mübadilə imkanları - İR.21, Rouminq və 3GPP şəbəkəsinin seçim üslublarının idarə edilməsi, NGMN-CSMA statusu barədə əməkdaşlıq sazişi, İP qarşılıqlı iş Alyansının (İPQİA) yeniləşməsi və SS7 şəbəkəsinin planlaşdırılması mövzuları üzrə müzakirələr aparılacaq. Qeyd edək ki, oktyabrın 27-də alt qrupların iclasları ilə işə başlayan konfrans sabah yekunlaşır. QREQ-in ötən ilki iclası Praqada (Cexiya) olub. Bu təşkilatın illik iclası regionda ilk dəfə olaraq, Bakıda keçirilir.

6. #4466
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bərdədə avtomobilin çaya düşməsi nəticəsində iki nəfər ölüb

[b]Bərdədə avtomobilin çaya düşməsi nəticəsində iki nəfər ölüb[b]

Bərdə. Teymur Zahidoğlu-APA. Ötən gecə saat 23.00 radələrində Bərdə rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Aran-Bəhramtəpə yolunun 34-cü kilometrliyində, 10 UG 566 dövlət nömrə nişanlı "Mersedes" markalı avtomobil Tərtər çayı üzərindəki körpüyə çatarkən dönmə hərəkətini düzgün yerinə yetirə bilmədiyi üçün çaya düşüb. Nəticədə avtomobilin sürücüsü, 1973-cü il təvəllüdlü Bərdə rayon sakinləri Səbuhi İbrahimov və onun sərnişini, 1982-ci il təvəllüdlü Rəhman Məmmədov hadisə yeridə dünyalarını dəyişiblər. Ehtimala görə, qəzaya avtomobilin yüksək sürətlə idarə edilməsi, sürücünün içkili olması səbəb olub.

7. #4467
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan prezidenti dünya şöhrətli müğənni Müslüm Maqomayevlə vida mərasiminə qatılıb

[b]Azərbaycan prezidenti dünya şöhrətli müğənni Müslüm Maqomayevlə vida mərasiminə qatılıb[b]

Bakı. Ülkər Qasımova - APA. Azərbaycan prezidenti İlham Əliyev Müslüm Maqomayevlə vida mərasiminə qatılıb.

APA-nın məlumatına görə, xanımı Mehriban Əliyeva ilə birlikdə vida mərasiminin keçirildiyi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına gələn dövlət başçısı böyük sənətkara ehtiramını ifadə edib, onun xanımı Tamara Sinyavskayaya və ailəsinin digər üzvlərinə başsağlığı verib. Prezidentlə birlikdə vida mərasiminə dövlət və hökumət üzləri, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri də qatılıblar. Qeyd edək ki, M. Maqomayevlə vida mərasimi bu gün saat 11.00-da başlayıb. Filarmoniyanın qarşısında dahi sənətkara son borcunu ödəmək istəyən insanların böyük növbəsi yaranıb. Zalda M. Maqomayevin ifa etdiyi mahnılar səslənir. Vida mərasimi saat 15.00-da başa çatacaq. M. Maqomayev saat 16.00-da I Fəxri Xiyabanda dəfn olunacaq. Qeyd edək ki, M. Maqomayev uzun sürən xəstəlikdən sonra oktyabrın 25-də Moskvadakı mənzilində vəfat edib.

8. #4468
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoymaqda təqsirləndirilən şəxs tutulub

[b]Qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoymaqda təqsirləndirilən şəxs tutulub[b]

Bakı-APA. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Ziyafət Süleymanova tutulub. Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən bildirilib. Məlumata görə, Z. Süleymanova gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı ilə əlaqədar təqsirləndirilir.

9. #4469
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Qamət Süleymanov: ""Əbu Bəkr" məscidinin açılması ilə bağlı məhkəmə qərarını almışıq"

[b]Qamət Süleymanov: ""Əbu Bəkr" məscidinin açılması ilə bağlı məhkəmə qərarını almışıq"[b]

Bakı. Elnur Məmmədli - APA. "Əbu Bəkr" məscidinin fəaliyyətinin bərpa olunması ilə bağlı qərar məscid rəhbərliyinə təqdim olunub. Bu barədə APA-ya "Nərimanov rayon dindarları" Dini İcmasının vəkili Cavanşir Süleymanov məlumat verib. Onun sözlərinə görə, bu gün Nərimanov rayon Məhkəməsi qərarı icmaya və polisə təqdim edib. Qərarda məscidin fəaliyyətinin bərpa olunması, ərazidəki polis postunun götürülməsi qeyd olunur. Lakin vəkil məscidin fəaliyyətinin nə vaxt bərpa olunacağından xəbərsiz olduğunu deyib. "Əbu Bəkr" məscidinin imamı Qamət Süleymanov APA-ya açıqlamasında məhkəmə qərarını aldıqlarını təsdiqləyib. O bildirib ki, hələlik polisdən onlara heç bir söz deyilməyib, məscid isə fəaliyyətini bərpa etməyib: "Buna görə gözləmə mövqeyindəyik. Eşitdiyimizə görə, ərazidə yaşayan sakinlər məhkəmənin qərarından apellyasiya şikayəti vermək fikrindədirlər. Digər tərəfdən, ərazidəki polis postu da hələ götürülməyib. Polisin məhkəmənin qərarının icrası ilə bağlı nə edəcəyini gözləyirik". Q. Süleymanov yaxın günlərdə məscidin fəaliyyətinin bərpa olunacağını qeyd edib. Qeyd edək ki, "Nərimanov rayon dindarları" Dini İcması "Əbu Bəkr" məscidinin bağlanması ilə bağlı Nərimanov Rayon Polis İdarəsini məhkəməyə verib. Oktyabrın 27-də Nərimanov rayon Məhkəməsi "Əbu Bəkr" məscidinin açılması və fəaliyyətinin bərpa edilməsi barədə qərar çıxarıb. Qərarın icrası Nərimanov Rayon Polis İdarəsinə həvalə edilib.

10. #4470
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan paytaxtında "Mercedes" 110 manata satılıb

[b]Azərbaycan paytaxtında "Mercedes" 110 manata satılıb[b]

Bakı. Hafiz Heydərov - APA. Bakı sakini qaçırdığı "Mercedes"i 110 manata metal əritmə sexinə satıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini Altay Hüseynov bu ilin sentyabr ayında özünə məxsus "Mercedes-Benz" markalı, 08 BA 668 dövlət nömrə nişanlı maşını təmir etdirmək üçün Babək prospektində yerləşən "Ulduz" avtoservisinə aparıb. Servisdə çalışan usta müştərilərin çox olduğunu bildirərək, A. Hüseynovdan maşını sexin arxasına qoyub getməyi xahiş edib. Ustanın dediklərinə əməl edən A. Hüseynov səhərisi gün servisə gələndə avtomobilini yerində tapmayıb. Servisin əməkdaşları isə məsələdən xəbərsiz olduqlarını bildiriblər. Baş vermiş hadisə ilə əlaqədar zərərçəkən dərhal Nizami Rayon Polis İdarəsinin (RPİ) 23-cü polis bölməsinə ərizə ilə müraciət edib. Polis bölməsi əməkdaşlarının bir aydan artıq davam etdirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində A. Hüseynova məxsus avtomobilin yeri müəyyən edilib. Məlum olub ki, Bakı sakini, 1984-cü il təvəllüdlü Şəfi Uveys oğlu Qurbanov idarə etdiyi "Evakuator" maşını ilə A. Hüseynova məxsus "Mercedes"i təmir sexinin arxasından götürərək "Baku Steel Copmany"-nin metal qəbulu sexinə aparıb. Ş. Qurbanov qaçırdığı maşını sexin əməkdaşı Elnur Rafiqova 110 manata satıb. 23-cü bölmənin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Ş. Qurbanov artıq saxlanılıb, onun barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.