Əsas məzmuna keç
Sayfa 344/461 İlkİlk ... 244294334342343344345346354394444 ... SonSon
4610 sonuçtan 3.431 ile 3.440 arası

Azərbaycan Xəbərləri

1. #3431
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan ərazisində havanın temperaturu yenidən yüksəlməyə başlayır

[b]Azərbaycan ərazisində havanın temperaturu yenidən yüksəlməyə başlayır[b]

Bakı. İlhamə İsabalayeva - APA. Yaxın günlər ərzində ölkə ərazisində hava, əsasən, yağmursuz keçəcək, temperatur tədricən yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru İmran Məmmədov APA-ya bildirib ki, Bakı və Abşeron yarımadasında havanın maksimal temperaturu 20-23 dərəcə olacaq. Sabah respublika ərazisində gecə və axşam saatlarında bəzi yerlərdə qısa müddətli yağış yağacaq, duman olacaq, zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 18-22 dərəcə isti olacaq. Yaxın üç gün ərzində Abşeron yarımadasında mülayim hava şəraiti olacaq. Həmin müddətdə biometeoroloji amillərin zəif tərəddüdləri gözlənilir. Meteoroloji şərait meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.

2. #3432
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bu gün BFB-da Azərbaycan Milli Bankının 20 759,4 mln. manatlıq notları yerləşdirilib

[b]Bu gün BFB-da Azərbaycan Milli Bankının 20 759,4 mln. manatlıq notları yerləşdirilib[b]

Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Milli Bankının 50103919S seriyalı, ümumi həcmi 50 mln. manat, hərraca çıxarılan həcmi 30 mln. manat, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 27 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 8 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 21 464 600 manat təşkil edib. Sifarişlər 99,19% (gəlirlik 10,89%) - 99,28% (gəlirlik 9,67%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,21% (gəlirlik 10,62%), orta ölçülmüş qiyməti isə 99,24% (gəlirlik 10,21%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi, 2 187 600 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 20 759 400 manat məbləğində müəyyən edilib.Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən bu ilin oktyabrın 28-də icra olunacaq.

3. #3433
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bu gün BBVB-nin valyuta bölməsində 24,5 mln. dollarlıq əqd bağlanıb

[b]Bu gün BBVB-nin valyuta bölməsində 24,5 mln. dollarlıq əqd bağlanıb[b]

Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyasının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8083 AZN/$1 təşkil edib.BBVB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8063 AZN/$1 təşkil edib, USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 19 805 100 AZN, manatın orta məzənnəsi isə 0,8083 AZN/$1 təşkil edib.Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 24,5 mln. dollar və ya 19 805 100 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 4 083 333 dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 16,29%, ABŞ dolları üzrə isə illik 15,00% təşkil edib. Gün ərzində banklar arasında həcmi 5 mln. avro, müddəti 130 gün, faiz dərəcəsi isə illik 15,00% olan 1 əqd qeydə alınıb.

4. #3434
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Viktor Yuşşenko: "Bu gün saat 24-ə qədər koalisiya yaradılmasa, parlament buraxılacaq"

[b]Viktor Yuşşenko: "Bu gün saat 24-ə qədər koalisiya yaradılmasa, parlament buraxılacaq"[b]

Kiyev - APA. Ukrayna Ali Radası sentyabrın 2-də qəbul olunan və prezidentin veto qoyduğu 5 qanun dəyişikliyini yenidən qəbul etməyib və dəyişikliklər qüvvəyə minməyib. APA-nın "UNİAN"a istinadən verdiyi məlumata görə, "Bizim Ukrayna-Xalq Özünümüdafiəsi" bloku ilə yeni koalisiya yaratmaq və parlamentin buraxılmasını əngəlləmək istəyən "Yuliya Timoşenko" bloku prezident Viktor Yuşşenkonun və onun blokunun irəli sürdüyü şərtləri qəbul edib. Belə ki, baş nazirin fraksiyası "Nazirlər Kabineti haqqında", "Dövlət xidməti haqqında", "Müvəqqəti istintaq komissiyaları haqqında", "Konstitusiya Məhkəməsi haqqında" və "Ukrayna Təhlükəsizlik Xidməti haqqında" qanunlara edilmiş və prezidentin səlahiyyətlərinin azaldılmasını nəzərdə tutan dəyişikliklərə veto qoyan V. Yuşşenkonun vetosunu aradan qaldırmağa səs verməyib. Xatırladaq ki, "Yuliya Timoşenko" bloku bu dəyişiklikləri Regionlar Partiyası ilə birlikdə qəbul etmiş və bundan sonra "Bizim Ukrayna" hökumət koalisiyasından çıxmışdı. Ancaq prezident Viktor Yuşşenko ehtiyatlanır ki, bu gün ləğv olunmuş qanun dəyişiklikləri gələcəkdə yenidən qəbul oluna bilər. Belə addımları siyasi şarlatanlıq adlandıran və bu cür siyasətdən boğaza yığıldığını vurğulayan dövlət başçısı Lvovda keçirdiyi mətbuat konfransında bildirib ki, 10 gün sonra dəyişikliklərin yenidən qəbul olunmayacağına heç bir təminat yoxdur: "Mən məsləhətləşmələrin tərəfdarıyam və siyasi qüvvələrə dialoq imkanı verəcəyəm. Ancaq bu gün saat 24-ə qədər koalisiyanın yaradılmasına dair birgə bəyanat olmasa, parlamentin buraxılması hüququmdan istifadə edəcəyəm".

5. #3435
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda ümidsiz bank aktivlərinin həcmi son bir ildə 2,3 dəfə azalıb

[b]Azərbaycanda ümidsiz bank aktivlərinin həcmi son bir ildə 2,3 dəfə azalıb[b]

Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycan bank sisteminin məcmu aktivlərinin 0,9%-i ümidsiz aktivlərin payına düşür. Azərbaycan Milli Bankından (AMB) «APA-ECONOMICS»ə verilən məlumata görə, 2007-ci ilin ilk yarısı sonunda bu göstərici 2,1%-ə bərabər olub. Nəticədə, son bir il ərzində ümidsiz aktivlərin real həcmi 22%, nisbi həcmi isə 1,2 faiz bəndi və ya 2,3 dəfə azalıb. Eyni zamanda, təhlükəli və qeyri-qənaətbəxş aktivlərin ümumi aktivlərdə payları da azalıb. Belə ki, təhlükəli aktivlərin real həcminin 28,3% artmasına baxmayaraq, nisbi azalması 21,4% təşkil edib, qeyri-qənaətbəxş aktivlər isə 26% azalıb, nisbi azalması isə 2,7 dəfə olub. Bu, bank aktivləri üzrə sağlamlaşma tendensiyasının müşahidə olunduğunu təsdiqləyir. Eyni zamanda, bu, bankların aktiv əməliyyatlara olduqca ehtiyatla yanaşmasından irəli gəlir. Ümumiyyətlə, məcmu bank aktivlərinin strukturunda təhlükəli, qeyri-qənaətbəxş və ümidsiz aktivlərin xüsusi çəkisinin 5-6% səviyyəsində olması normal hesab edilir. Azərbaycanda isə banklar əsasən tam risksiz aktiv əməliyyatlara üstünlük verir ki, bu da bankların risk siyasətini risksiz əməliyyatlar əsasında qurmasından irəli gəlir. Bu səbəbdən də bank aktivlərinin həcmi hələ də aşağı səviyyədədir. Belə ki, Azərbaycanda məcmu bank aktivlərinin ümumi daxili məhsula (ÜDM) nisbəti 38% təşkil edir. Müqaisə üçün bildirək ki, Qazaxıstanda bu göstərici 80-85%, Rusiyada - 45-50% təşkil edir, inkişaf etmiş ölkələrdə isə bank aktivləri ÜDM-ni 1,5-2 dəfə üstələyir.

6. #3436
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

MSK prezident seçkilərində "exit-poll" keçirəcək yerli təşkilatları qeydə alıb

[b]MSK prezident seçkilərində "exit-poll" keçirəcək yerli təşkilatları qeydə alıb[b]

Bakı. Elnur Məmmədli - APA. Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 15-də keçiriləcək prezident seçkilərində "exit-poll" təşkil edəcək yerli təşkilatları qeydə alıb. APA-nın məlumatına görə, qurumun bu gün keçirilən iclasında "exit-poll" keçirəcək təşkilatlarla bağlı MSK-nın katibi Natiq Məmmədov məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) "ELS" Müstəqil Araşdırmalar Mərkəzi ilə birgə 118 seçki dairəsi üzrə 800 seçki məntəqəsində "exit-poll" keçirmək fikrindədir. Sözügedən təşkilatlar bu məqsədlə 1600 intervüer hazırlayıb. "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzi (VCU) isə 57 dairə üzrə 488 seçki məntəqəsində, "RƏY" Monitorinq Mərkəzi isə 64 dairə üzrə 500 məntəqədə "exit-poll" keçirəcəyini bildirib. VCU 976, RƏY isə 1000 intervüer hazırlayıb.MSK müraciət edən təşkilatları qeydə alıb. İclasda, həmçinin, seçkilərlə bağlı quruma daxil olan bəzi müraciətlərə baxılıb. Mətbuat qrupunda müzakirə edilib qəbul olunmuş məsələlər MSK-da təsdiq edilib.

7. #3437
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda keçiriləcək prezident seçkilərində istifadə olunacaq seçki bülletenlərinin çapı başa çatmaq üzrədir

[b]Azərbaycanda keçiriləcək prezident seçkilərində istifadə olunacaq seçki bülletenlərinin çapı başa çatmaq üzrədir[b]

Bakı. Elnur Məmmədli - APA. Oktyabrın 15-də keçiriləcək prezident seçkilərində istifadə olunacaq seçki bülletenlərinin çapı başa çatmaq üzrədir. APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib. Onun sözlərinə görə, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq bülletenlərin çapı qısa vaxtda başa çatacaq və səsverməyə 10 gündən az qalmamaq şərti ilə Dairə Seçki Komissiyalarına göndəriləcək. DSK-lar isə öz növbəsində səsverməyə 5 gündən az qalmamaq şərti ilə məntəqə seçki komissiyalarına təhvil verməlidirlər. M. Pənahov onu da qeyd edib ki, seçkilərdə "ext-poll" keçirmək üçün bu günə qədər hər hansı beynəlxalq təşkilat MSK-ya müraciət etməyib.

8. #3438
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan REBCO markalı növbəti xam neft partiyasının satışına dair tender elan edib

[b]Azərbaycan REBCO markalı növbəti xam neft partiyasının satışına dair tender elan edib[b]

Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Rusiyanın Qara dənizdəki Novorossiysk limanından 600 min barel həcmində REBCO markalı xam neft partiyasının ixracına dair marketinq sorğusu elan edib. Bu barədə «APA-ECONOMICS»ə ARDNŞ-dən məlumat verilib.Sorğuya oktyabrın 3-də yekun vurulacaq. Nəticələri isə oktyabrın 4-də elan olunacaq. Qalib gələn şirkət satışa çıxarılan xam neft həcminin ixracını oktyabr ayının 29-30-da təşkil etməlidir.

9. #3439
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Rəcəb Tayyib Ərdoğan Monqolustanda "Bilgə Xaqan yolu"nu açacaq

[b]Rəcəb Tayyib Ərdoğan Monqolustanda "Bilgə Xaqan yolu"nu açacaq[b]

Ankara - APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkmənistan və Monqolustana səfər edəcək. APA-nın ANKA agentliyinə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan oktyabrın 3-4-də Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedovun dəvəti ilə bu ölkənin qonağı olacaq. Səfər zamanı ikitərəfli münasibətlərin bütün sahələri, xüsusən enerji məsələləri müzakirə ediləcək, Türkmənistan-Türkiyə biznes-forumu keçiriləcək. Baş nazir monqol həmkarının dəvəti ilə oktyabrın 4-də bu ölkəyə yollanacaq. R. T. Ərdoğan Orxon-Yenisey abidələrinin olduğu Hoşo Saydam məntəqəsi ilə Karakurumu əlaqələndirən və Türkiyə dövlətinin hesabına inşa olunmuş 46 kilometrlik "Bilgə Xaqan yolu"nun, Orxon-Yenisey abidələrinin qorunması üçün tikilən Orxon muzeyinin, paytaxt Ulan-Batorda Atatürkün adı verilmiş məktəbin önündəki Atatürk büstünün və Ankara küçəsinin açılışlarında iştirak edəcək. "Bilgə Xaqan yolu"nun təməli 2005-ci ildə məhz R. T. Ərdoğan tərəfindən qoyulub. Orxon-Yenisey abidələri isə tarixdə ilk dəfə "türk" adının keçdiyi ilk türkcə mənbə sayılır. 1889-cu ildə kəşf olunmuş abidələrin üzərindəki yazılar 1893-cü ildə danimarkalı alim Vilhelm Tomsen və alman əsilli məşhur rusiyalı türkoloq Vasili Radlof tərəfindən oxunub. Abidələr Ulan-Batordan 365 km uzaqda yerləşir.

10. #3440
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

«Rabitə sorğu-2008» xidməti gələn həftə işini yekunlaşdıracaq

[b]«Rabitə sorğu-2008» xidməti gələn həftə işini yekunlaşdıracaq[b]

Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi «Rabitə sorğu-2008» xidməti təşkil edib. Nazirliyin mətbuat xidmətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, sentyabrın 10-dan başlayan «Rabitə sorğu-2008» oktyabrın 10-da yekunlaşacaq. Xidmətin məqsədi telekommunikasiya, poçt, radio, televiziya yayımı, internet və digər rabitə xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaq, xidmət mədəniyyətini yüksəltmək, müraciət və təklifləri təhlil edərək tədbir görməkdir. «Rabitə sorğu-2008» həftənin iş günləri saat 10:00-dan axşam 17:00-dək işləyir. Sorğuda iştirak etmək istəyənlər 443-49-10 nömrəli telefona zəng edə və ya [email protected] elektron ünvanı vasitəsilə fikir, təklif və iradlarını bildirə bilərlər. Bu xidmətə görə respublikanın bütün bölgələrindən edilən zənglər pulsuz olacaq.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.