Əsas məzmuna keç
Sayfa 443/461 İlkİlk ... 343393433441442443444445453 ... SonSon
4610 sonuçtan 4.421 ile 4.430 arası

Azərbaycan Xəbərləri

1. #4421
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Milli Məclisi qanunsuz tikintilərə görə cərimələrin məbləğini artırıb

[b]Azərbaycan Milli Məclisi qanunsuz tikintilərə görə cərimələrin məbləğini artırıb[b]

Bakı. Elbrus Seyfulayev - APA. Milli Məclisin payız sessiyasının bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Cinayət Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi müzakirə olunub. APA-nın xəbərinə görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov layihə barədə məlumat verərək bildirib ki, dəyişikliklərə əsasən, müvafiq icra hakimiyyətinin razılığı olmadan binaların və qurğuların tikilməsinə görə cərimələrin məbləği artırılır. Belə ki, fiziki şəxslər üçün müəyyən edilən cərimə 300 manatdan 600 manatadək, vəzifəli şəxslər üçün 1500 manatdan 3000 manatadək, hüquqi şəxslər üçün isə 15 000 manatdan 30 000 manatadək müəyyən edilib. Komissiya sədri cərimə məbləğinin artırılmasının qanunsuz tikintilərin qarşısının alınmasına yönəldiyini bildirib. Millət vəkili Qənirə Paşayeva cərimələrin məbləğinin daha çox olmasını təklif edib. Deputat Fazil Qəzənfəroğlu isə deyib ki, cərimələrin məbləğini artırmaqla qanunsuz tikintilərin qarşısını almaq mümkün deyil. Millət vəkili Adil Əliyev Azərbaycanda qanunsuz tikililərin sayının sürətlə artdığını, deputat seçildiyi Nərimanov rayonunda daha çox qanunsuz tikili olduğunu qeyd edib. Deputat Pənah Hüseyn isə qanunsuz tikintiləri rüşvət mənbəyi adlandırıb, bu halların aradan qaldırılması üçün səylərin artırılmasının zəruriliyini bildirib.Masallı rayonunda da qanunsuz tikintilərin olduğunu deyən millət vəkili Əhəd Abıyev rayondakı bəzi məmurların qanunazidd hərəkətləri ilə bağlı ölçü götürülməsinin vacibliyini vurğulayıb. MM-in birinci vitse-spikeri Ziyafət Əsgərov isə qeyd edib ki, qanunlara dəyişikliklər edilməsi məhz mövcud neqativ halların aradan qaldırılmasına yönəlib. Müzakirələrdən sonra Milli Məclis qanun layihəsini qəbul edib.İclasda, həmçinin, "Coğrafi adlar" haqqında qanuna əlavələr edilməsi ilə bağlı müzakirələr aparılıb və qərar qəbul olunub.

2. #4422
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Müqəddəs İohann Bakinskinin xatirəsi onun Bakıda çalışdığı kilsədə yad ediləcək

[b]Müqəddəs İohann Bakinskinin xatirəsi onun Bakıda çalışdığı kilsədə yad ediləcək[b]

Bakı. Laçın Sultanova - APA. Noyabrın 1-2-də Bakıdakı «Rojdestva Presvyatoy Boqoroditsı» pravoslav kilsəsində Müqəddəs İohann Bakinskinin xatirəsinə ibadət mərasimi keçiriləcək. Kilsənin təmsilçisi Dionisiy Ata APA-ya bildirib ki, İohann Bakinski 1911-ci ildə bu kilsənin baş keşişi təyin olunub və 20-ci illərin ortalarına kimi bu vəzifədə çalışıb. Sovet dövründə dini ocaqlara olan təzyiqlər zamanı o, Lənkərana köçüb və orada kilsəyə rəhbərlik edib. 1933-cü ildə bu kilsə də bağlanıb, keşiş isə Qazaxıstana sürgün olunub.Orada o, antisovet təbliğatı aparmaqda günahlandırılıb və 1937-ci il oktyabrın 31-də güllələnib. 2000-ci ildə Rus Pravoslav Kilsəsi İohann Bakinskini 20-ci əsrin müqəddəsləri siyahısına daxili edib, noyabrın 2-ni onun xatirəsi kimi qeyd edir. Həmin gün Bakı və Xəzəryanı Yeparxiyanın Yepiskopu Aleksandr Atanın rəhbərliyi altında ibadət keçirəcək.

3. #4423
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Dəyişikliklərə cəsarəti çatan örnək xanımlar" layihəsi çərçivəsində nəşr olunmuş kitabın təqdimatı keçirilib

[b]"Dəyişikliklərə cəsarəti çatan örnək xanımlar" layihəsi çərçivəsində nəşr olunmuş kitabın təqdimatı keçirilib[b]

Bakı. Viktoriya Dementyeva - APA. Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin (RİQC) ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Dəyişikliklərə cəsarəti çatan örnək xanımlar" layihəsi başa çatıb. APA-nın məlumatına görə, layihə çərçivəsində bu gün kitab təqdimatı və sərgi keçirilib. "Dəyişikliklərə cəsarəti çatan örnək xanımlar" adlı kitab Azərbaycan qadınlarının ölkənin mədəniyyətinə, tarixinə və elmi inkişafına verdikləri töhfələri işıqlandırmaq məqsədilə nəşr edilib. Kitabda cəmiyyətin inkişafına müsbət təsir göstərməyə gücü və cəsarəti çatan, adlarını tarixə yazan qadınların həyat hekayələri toplanıb. Kitabın müəllifi Mehriban Vəzirdir. Təqdimatda kitaba adı düşmüş qadınların rəssam Günay Şəmsiyeva tərəfindən çəkilmiş portretləri də sərgilənib. G. Şəmsiyeva bütün portretləri eyni üslubda çəkib, fotoşəkilləri olmayan bəzi tarixi şəxsiyyətlərin (Möminə xatun, Sara xatun və s.) portretlərini isə obraz əsasında yaradıb.

4. #4424
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Moskvada Müslüm Maqomayevlə vida mərasimi başa çatıb

[b]Moskvada Müslüm Maqomayevlə vida mərasimi başa çatıb[b]

Bakı. Laçın Sultanova - APA. Rusiyanın paytaxtı Moskva şəhərində əfsanəvi sənətçi, mərhum Müslüm Maqomayevlə vida mərasimi başa çatıb. Bu barədə APA-ya Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Moskva bölməsinin sədri İlqar Hacıyev məlumat verib. O bildirib ki, cənazə Bakı vaxtı ilə saat 17-də Moskvadan Bakıya yola salınacaq. Cənazəni ÜAK-ın prezidenti Məmməd Əliyev, vitse-prezidenti Araz Ağalarov, icraçı direktoru Eldar Quliev, Azərbaycanın Rusiyadakı keçmiş səfiri Ramiz Rizayev, Heydər Əliyev Fondunun Moskva bölməsinin nümayəndəsi Tamilla Əhmədova, Rusiyanın tanınmış sənətçiləri Oleq Qazmanov, Müslüm Maqomayevin konsertlərində aparıcılıq etmiş tanınmış diktor Svetlana Morqunova və digərləri müşayiət edirlər.Qeyd edək ki, dahi baritonla vida mərasimində 7 minədək insan iştirak edib, minlərlə moskvalının zala daxil olmaq arzusu isə ürəyində qalıb. Rusiya prezidenti Dmitri Medvedyev və baş nazir Vladimir Putin isə vida mərasiminə qatılmayıblar.

5. #4425
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Tanınmış müğənni hakim partiyada vəzifəyə seçilib

[b]Tanınmış müğənni hakim partiyada vəzifəyə seçilib[b]

İstanbul - APA. Türkiyənin tanınmış sənətçilərindən olan Nihat Doğan siyasətə qoşulub. APA-nın "Habertürk"ə istinadən verdiyi məlumata görə, müğənni hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasından (AKP) gələn təklifi düşünmədən qəbul etdiyini deyib. O, oktyabrın 25-də AKP-nin Beşiktaş (İstanbul) rayon təşkilatının konfransında sədr müavinliyinə namizəd göstərildiyini və səs çoxluğu ilə bu vəzifəyə seçildiyini açıqlayıb. Müğənni artıq siyasətə alışdığını və səhnə həyatına son qoymağı düşündüyünü söyləyib.Qeyd edək ki, Beşiktaş İstanbulun ən iri və müasir rayonlarından biridir.

6. #4426
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Qalatasaray"ın sabiq məşqçisi: "Arda Turan kimi futbolçu Azərbaycanda niyə olmasın?"

[b]"Qalatasaray"ın sabiq məşqçisi: "Arda Turan kimi futbolçu Azərbaycanda niyə olmasın?"[b]

Bakı. Mehman Süleymanov - APA-SPORT. "Mən "Qalatasaray" klubundan problemsiz ayrılmışam. İndinin özündə də bu komanda mənim üçün doğmadır və qəlbimdə xüsusi yeri var". "APA-SPORT"un məlumatına görə, bunu "Qəbələ" klubuna dəvət olunan "Qalatasaray"ın sabiq məşqçisi Əli Yavaş bu gün keçirdiyi mətbuat konfransında deyib. Qəbələ təmsilçisi ilə üç illik müqavilə bağlayaraq, futbol akademiyasına direktor təyin edilən türkiyəli mütəxəssis vurğulayıb ki, Azərbaycanı doğma ölkə sayır: "Burada çalışmaq mənim üçün qürurvericidir. Azərbaycan futbolu haqda məlumatım var. 17 yaşlılardan ibarət yığma komandanızın Avropa çempionatının seçmə mərhələ oyunlarını izləmişəm. "Qalatasaray" və Türkiyə yığmasının oyunçuları olan Arda Turan, Səbri Saroğlu mənim yetirmələrimdir. Azərbaycanda da belə istedadlı oyunçu yetişdirmək üçün potensial var. Niyə ölkənizdə də Arda kimi istedadlı futbolçu yetişməsin? Niyə Türkiyədə olduğu kimi, Azərbaycanda da Avropaya, misal üçün "Milan"a futbolçu getməsin? Sadəcə, düzgün, ciddi iş görmək lazımdır ki, biz da bura bu məqsədlə gəlmişik". Yavaşın sözlərinə görə, birgə çalışmaq üçün Türkiyədən Azərbaycana böyük komanda gətirmək fikrində deyil: "İşə iki köməkçimlə birgə başlayacağıq. Gələcəkdə daha birisi gələ bilər. Ancaq biz istəyirik ki, burada həm də yerli uşaq məşqçilərinin səviyyələri artsın. 11-12 yaşından başlayaraq istedadlı futbolçuları seçərək, onları həm "Qəbələ"nin əsas komandasına, həm də Azərbaycan futboluna bəxş etmək istəyirik". Bunun üçün zamana ehtiyac olduğunu deyən Yavaş "Qəbələ" rəhbərliyinin münasibətindən razılığını bildirib: "Ardanın üzərində 7, Səbridə 8 il çalışdım. Yəni, futbolçu yetişdirmək asan iş deyil və səbr etmək lazımdır. "Qəbələ"nin gənc prezidenti Tale Heydərovla söhbətimdə bu önəmli amil üzərində fikir mübadiləsi apardım. Onun fikrimi dəstəkləməsi, birgə çalışmaq üçün şəraiti yaratması məni daha həvəsləndirir. Açığı, belə münasibəti görməsəydim, ola bilsin ki, burada çalışmaq təklifini qəbul etməzdim".

7. #4427
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Gələn həftə Tehranda Azərbaycan qazının İrana ixracı məsələləri müzakirə olunacaq

[b]Gələn həftə Tehranda Azərbaycan qazının İrana ixracı məsələləri müzakirə olunacaq[b]

Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Noyabrın 3-də Tehranda İran və Azərbaycan nümayəndə heyətləri iki ölkə arasında qaz alqı-satqısına dair məsələləri müzakirə edəcəklər. Bu barədə «APA-ECONOMICS» İSNA xəbər agentliyinə istinadən məlumat verib.Tərəflər arasında müzakirələrin əsas mövzusu İranın Azərbaycandan təbii qaz idxalının perspektivləri ilə bağlı olacaq. Həmçinin, təbii qazın İran ərazisi ilə tranziti müzakirə ediləcək.Qeyd edək ki, hazırda İran Azərbaycanın Naxçıvan Muxtar Respublikasına sutkada 1 mln. kubmetr qaz ötürür. Bu həcmi isə Azərbaycan mövcud kəmərlər vasitəsi ilə Astaradan İrana qaytarır. Məlumatda qeyd olunur ki, İran Xəzərin Azərbaycan sektorundakı «Şahdəniz» yatağından hasil edilən qazı almağa maraq göstərir. Tərəflər arasında bu məsələnin də müzakirəsi nəzərdə tutulur.Qeyd edək ki, hazırda «Azəriqaz» sistemi Naxçıvana verilən qazdan əlavə olaraq İrana sutkada 1,5-2 mln. kubmetr qaz nəql etməyə imkan verir.

8. #4428
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Türkmənistanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək MDB missiyasına Sergey Lebedyev rəhbərlik edəcək

[b]Türkmənistanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək MDB missiyasına Sergey Lebedyev rəhbərlik edəcək[b]

Bakı. Laçın Sultanova - APA. Dekabrın 14-də Türkmənistanda keçiriləcək parlament seçkilərini Müstəqil Dövlətlər Birliyindən (MDB) müşahidə edəcək missiyaya MDB icra katibi Sergey Lebedyev rəhbərlik edəcək. MDB İcra Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, missiyanın yaradılması və onun rəhbəri barədə qərar bu gün Minskdə MDB-yə üzv ölkələrin daimi nümayəndələri Şurasının iclasında qəbul edilib. İcra katibinin müavini Vladimir Qarkun Şuranın iclasında bildirib ki, missiya noyabrın 25-də fəaliyyətə başlayacaq, Aşqabadda missiyanın qərargahı açılacaq, orada 3-4 müşahidəçi çalışacaq.

9. #4429
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Uşaq bağçasında yanğın baş verib

[b]Uşaq bağçasında yanğın baş verib[b]

Moskva - APA. Moskvanın cənubunda, Biryulev küçəsində yerləşən uşaq bağçasında yanğın baş verib. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, yanğın üçmərtəbəli bağçadakı otaqların birində başlayıb. Hadisə yerinə gələn yanğınsöndürənlər içəridəki 105 uşağı evakuasiya ediblər. Yanğın söndürülüb. Hadisə zamanı zərər çəkən olmayıb.

10. #4430
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bu il Azərbaycanda istehsalatda 50 nəfər dünyasını dəyişib

[b]Bu il Azərbaycanda istehsalatda 50 nəfər dünyasını dəyişib[b]

Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda istehsalatda 190 bədbəxt hadisə baş verib. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyinin (DƏM) rəisi Nəbi Şükürlü «APA-ECONOMICS»ə bildirib ki, istehsalatda baş verən bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8% artıb. Bu il istehsalatdakı bədbəxt hadisələrin 49-u tikintidə baş verib. Hadisələrin 11-i qrup halında (onun 2-si tikintidə) olub. Bu il bədbəxt hadisə nəticəsində 211 nəfər işçi zərər çəkib. Onların 57-si tikinti sektorunda çalışıb. Bədbəxt hadisədən zərərçəkənlərin 50-si (19-u tikinti sahəsində) dünyasını dəyişib ki, bu da ötən ilin müvafiq dövrü (72 hadisə) ilə müqayisədə 30,6% azdır. Zərərçəkənlərdən 161 nəfər (onun 38-i tikinti sektoru) xəsarət alıb. Bu il istehsalatda xəsarət alanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 22% artıb.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.