Əsas məzmuna keç
Sayfa 394/461 İlkİlk ... 294344384392393394395396404444 ... SonSon
4610 sonuçtan 3.931 ile 3.940 arası

Azərbaycan Xəbərləri

1. #3931
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ATƏT Müşahidə Missiyasının üzvü: "Səsvermənin gedişatını məqbul qiymətləndirirəm"

[b]ATƏT Müşahidə Missiyasının üzvü: "Səsvermənin gedişatını məqbul qiymətləndirirəm"[b]

Xaçmaz. Solmaz Mehdiyeva-APA. "Mən dördüncü dəfədir ki, Azərbaycanda seçki prosesini müşahidə edirəm. Bu dəfəki seçkiləri xüsusi qiymətləndirərəm. Hər şey qaydasında təşkil olunub.

Bütün namizədlərin seçki məntəqələrindəki nümayəndələri ilə rastlaşdım və onlar da seçki prosesindən razılığını bildirdilər. Bu isə səsvermə prosesinin demokratik şəkildə keçirilməsindən xəbər verir. Mən azad seçki prosesini bölgənin həm şəhərlərindəki, həm də ucqar yaşayış məntəqələrində müşahidə etdim və səsvermənin gedişatını məqbul qiymətləndirirəm". APA-nın şimal bölgəsinin məlumatına görə, bunu Azərbaycanın şimal bölgəsində seçki prosesini izləyən ATƏT müşahidə missiyasının Böyük Britaniyadan olan üzvü Lord Kirkloney deyib. O bildirib ki, həmçinin bölgədə yaşayan dağ yəhudilərinin, ləzgilərin, azsaylı xalqların seçki fəallığını müşahidə edib. Sloveniyadan olan müşahidəçi Tadej Dubrovnik isə Quba rayonundakı seçki məntəqələrinin bir çoxunda müşahidə apardığını deyib: "Seçki prosesinin demokratik şəraitdə keçdiyini qeyd edirəm. Seçicilərin səsvermə zamanı mobil telefonlardan təcrid olunması faktını xüsusi dəyərləndirirəm. Bu qabaqcıl təcrübənin Azərbaycanın Quba rayonunda tətbiq olunmasına çox şadam. Səsvermənin gedişatını normal hesab edirəm".

2. #3932
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ukraynada yaşayan Azərbaycan vətəndaşlarının 67.9 faizi artıq səsvermədə iştirak edib

[b]Ukraynada yaşayan Azərbaycan vətəndaşlarının 67.9 faizi artıq səsvermədə iştirak edib[b]

Kiyev. Zaur Həsənov-APA. Ukraynada yaşayan Azərbaycan vətəndaşları prezident seçkilərində aktiv iştirak edir. Bu barədə APA-ya Azərbaycanın bu ölkədəki səfiri Tələt Əliyev məlumat verib. Onun sözlərinə görə, Bakı vaxtı ilə 18.00-da səfirlikdə yaradılmış seçki məntəqəsindəki seçici siyahılarına adları daxil edilmiş vətəndaşların 67,9 faizi səsvermədə iştirak edib. O, seçici siyahısında 700 nəfərə yaxın soydaşımızın adının olduğunu vurğulayıb. Səfir bildirib ki, səsverməyə birinci gələn seçiciyə, seçkilərdə ilk dəfə iştirak edən 18 yaşlı seçiciyə və 50-yə yaxın azərbaycanlı tələbəyə hədiyyələr təqdim olunub. Seçki məntəqəsində yaradılmış 6 nəfərdən ibarət komissiyaya səfirliyin işçisi Yeganə Qafqazlı sədrlik edir. Səsvermənin gedişini Azərbaycan vətəndaşları müşahidə edirlər.

3. #3933
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Seçici fəallığı (dairələr üzrə)

[b]Seçici fəallığı (dairələr üzrə)[b]

Seçki dairəsinin adıSeçici sayıMəntəqə sayı10:0012:0015:0017:0019:00

4. #3934
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Prezidentliyə namizədlərin seçki qərargahlarından reportaj - YENİLƏNİB FOTOSESSİYA

[b]Prezidentliyə namizədlərin seçki qərargahlarından reportaj - YENİLƏNİB FOTOSESSİYA[b]

Bakı. Elbrus Seyfullayev - APA. Səsvermənin başa çatmasına qısa müddət qalmış APA-nın əməkdaşı prezidentliyə namizədlərin seçki qərargahlarına baş çəkib. Ümid Partiyasının lideri İqbal Ağazadənin qərargahı qələbəlik olduğundan namizədlə görüşmək mümkün olmayıb. O, telefonla verdiyi açıqlamada hələlik seçkilərin gedişi ilə bağlı konkret fikirlər söyləyə bilməyəcəyini, "exit-poll"un nəticələrinə inanmadığını bildirib. Ümid Partiyası sədrinin mətbuat katibi Şəbnəm Bəkirzadə isə qərargaha 100-dək şikayət daxil olduğunu, seçkilərin şəffaf keçirilmədiyini deyib. İlkin rəsmi nəticələrin elan olunmasından sonra İ. Ağazadənin mətbuat konfransı keçirəcəyi gözlənilir.Bütöv Azərbaycan Xalq Cəbhəsinin sədri Qüdrət Həsənquliyevin seçki qərargahının rəhbəri Elçin Mirzəbəyli isə prosesin normal getdiyini, xırda pozuntular olsa da, seçkilərə kölgə salacaq hadisələr baş vermədiyini söyləyib. Səsvermə başa çatdıqdan sonra BAXCP-də mətbuat konfransı keçiriləcək. Müasir Müsavat Partiyasının namizədi Hafiz Hacıyevin seçki qərargahı da kiçik qanun pozuntuları istisna olmaqla, hər hansı ciddi olay qeydə almayıb. Qərargahın rəhbəri Cahangir Nəcəfov seçicilərin fəallığını yüksək qiymətləndirib. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Qəzənfəroğlunun da ciddi şikayəti yoxdur. O, ilkin rəsmi nəticələrin açıqlanmasından sonra münasibət bildirəcəklərini, lazım gələrsə, mətbuat konfransı keçirəcəklərini deyib.Öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Qulamhüseyn Əlibəylinin seçki qərargahının mövqeyi də fərqli deyil. Qərargahın rəhbəri Qorxmaz İbrahimli kiçik pozuntular olsa da, seçkilərin nəticələrinə şübhə edəcək qanun pozuntularına şahid olmadıqlarını vurğulayıb. Prezidentliyə namizəd İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev partiyanın 5 mindən çox müşahidəçisinin bütün seçki məntəqələrində müşahidə apardığını, hər hansı qanun pozuntusunun aşkarlanmadığını, seçkilərin şəffaf və ədalətli keçirildiyini bəyan edib. Onun sözlərinə görə, seçicilər yüksək fəallıq göstəriblər və YAP-a seçki ilə bağlı heç bir şikayət daxil olmayıb. H. Paşayev saat 10.00-da mətbuat konfransı keçirəcəklərini də əlavə edib.

5. #3935
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda prezident seçkilərinin səsverməsi başa çatıb

[b]Azərbaycanda prezident seçkilərinin səsverməsi başa çatıb[b]

Bakı. Elnur Məmmədli - APA. Azərbaycanda prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb. Mərkəzi Seçki Komissiyasından APA-ya verilən məlumata görə, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq saat 19.00-da seçki məntəqələri bağlanıb, səslərin sayılmasına başlanıb.

Məntəqələrdə səslərin sayılması təxminən bir saat davam edəcək. Bundan sonra nəticələr məntəqə seçki komissiyalarından Dairə Seçki Komissiyalarına, DSK-lardan isə Mərkəzi Seçki Komissiyasına daxil olmağa başlayacaq. Saat 22.00-dan ilkin nəticələrin açıqlanmasına başlanacaq.

6. #3936
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Rəy" Monitorinq Mərkəzi: "Exit-poll" keçirilməsində heç bir problem yaranmayıb

[b]"Rəy" Monitorinq Mərkəzi: "Exit-poll" keçirilməsində heç bir problem yaranmayıb[b]

Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan prezidentliyinə keçirilən seçkidə monitorinq keçirən "Rəy" Monitorinq Mərkəzi növbəti məlumatını açıqlayıb. Monitorinq Mərkəzinin direktoru Rizvan Abbasov APA-ya bildirib ki, saat 16.00-a olan məlumata görə, seçicilərin 59,3%-i səs verib. Ən yüksək seçici fəallığı 84 saylı Füzuli, 56 saylı Xaçmaz kənd, 46 saylı Şirvan, 116 saylı Qəbələ Dairə Seçki Komissiyalarında qeydə alınıb.R. Abbasov "exit-poll" keçirilən seçki məntəqələrində sorğuların aparılmasında heç bir problemin yaranmadığını söyləyib. Təşkilat seçkinin nəticələri ilə bağlı saat 20.00-da mətbuat konfransı keçirəcək.

7. #3937
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Məşhur türk şairi Fazil Hüsnü Dağlarca vəfat edib

[b]Məşhur türk şairi Fazil Hüsnü Dağlarca vəfat edib[b]

İstanbul - APA. Məşhur türk şairi Fazil Hüsnü Dağlarca vəfat edib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, türk ədəbiyyatının çinarlarından biri sayılan F. H. Dağlarca 98 yaşında dünyadan köçüb. 1914-cü ildə İstanbulda doğulan şair çoxlu sayda əsərin müəllifidir. O, 1967-ci ildə ABŞ-da keçirilən Millətlərarası Şeir Forumunda "Ən yaxşı türk şairi" seçilib.

8. #3938
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Mətbuat Şurası: Monitorinq zamanı jurnalistlərin peşə fəaliyyətinin qarşısının alınmasına yönələn faktlar qeydə alınmayıb

[b]Mətbuat Şurası: Monitorinq zamanı jurnalistlərin peşə fəaliyyətinin qarşısının alınmasına yönələn faktlar qeydə alınmayıb[b]

Bakı. Laura Cəbrayıllı - APA. Seçki günü Azərbaycan Mətbuat Şurasında fəaliyyət göstərən "Qaynar xətt"ə saat 19.00-a qədər, cəmi iki jurnalist şikayəti daxil olub. Bu barədə APA-ya Mətbuat Şurasından məlumat verilib. Məlumata görə, "Lent.az" xəbər portalının müxbiri Elşən Məmmədov, "Novosti Azerbaydjan" agentliyinin əməkdaşları Anar İmanov və Roman Temnikovun xidməti vəzifələrini yerinə yetirilməsinə maneçilik olub. Quruma müraciət edən jurnalistlər 23 saylı Nəsimi-Səbayel Seçki Dairəsinin 25 saylı məntəqəsində onlardan seçki prosesinin izləmək üçün icazə tələb olunmasından şikayət ediblər. Mətbuat Şurası Mərkəzi Seçki Komissiyası ilə əlaqə saxladıqdan sonra jurnalistlərin müşahidəsinə imkan yaradılıb. Şuranın mətbuatla dövlət qurumları arasında problemlərin həlli daimi komissiyasının üzvlərindən ibarət monitorinq qrupu paytaxtda dairə və məntəqə seçki komissiyalarında yerli və beynəlxalq KİV-lərin təmsilçiləri ilə birlikdə seçkinin gedişini izləyiblər. Monitorinq zamanı jurnalistlərin peşə fəaliyyətinin qarşısının alınmasına yönələn faktlar qeydə alınmayıb.

9. #3939
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Naxçıvan MR Mərkəzi Seçki Komissiyası: "Seçicilərin 90,9 faizi səsvermədə iştirak edib"

[b]Naxçıvan MR Mərkəzi Seçki Komissiyası: "Seçicilərin 90,9 faizi səsvermədə iştirak edib"[b]

Naxçıvan. C. Qurbanoğlu-APA. Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası seçkilərlə bağlı saat 19.00-a olan yekun rəqəmləri açıqlayıb. Komissiyadan APA-nın yerli bürosuna verilən məlumata görə, seçkilərdə əhalinin 225 min 571 nəfər iştirak edib. Bu da seçicilərin 90,9 faizi deməkdir.Naxçıvan MR MSK-dan onu da bildiriblər ki, MR üzrə ən çox seçici aktivliyi 1 saylı Şərur-Sədərək Seçki Dairəsində qeydə alınıb -92,2 faiz. Ən az səsvermə faizi isə 5 saylı Şahbuz- Babək Seçki Dairəsində qeydə alınıb -89,6 faiz. Qeyd edək ki, bu gün Naxçıvan MR üzrə 7 Seçki Dairəsi üzrə 316 seçki məntəqəsi fəaliyyət göstərib. Regionda seçki prosesini ATƏT-in xətti ilə 33, MDB xətti ilə isə 12 beynəlxalq müşahidəçi izləyib.

10. #3940
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

YAP-ın Bakı rayon təşkilatlarının üzvləri partiyanın qərargahına doğru yürüşə başlayıblar - FOTOSESSİYA

[b]YAP-ın Bakı rayon təşkilatlarının üzvləri partiyanın qərargahına doğru yürüşə başlayıblar - FOTOSESSİYA[b]

Bakı. Elbrus Seyfullayev - APA. Yeni Azərbaycan Partiyasının Bakı rayon təşkilatları partiyanın mərkəzi qərargahına doğru yürüşə başlayıblar.

APA-nın YAP-ın Nəsimi rayon təşkilatının binası qarşısında olan əməkdaşının verdiyi məlumata görə, hakim partiyanın üzvləri liderləri İlham Əliyevin seçkidə qalib gəldiyini bildirərək bu münasibətlə bayram tədbirlərinə başladıqlarını bəyan ediblər. Yürüşə YAP rəhbərliyində təmsil olunan şəxslər və millət vəkilləri də qatılıb.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.