[b]Vasili İstratov: "Minsk Qrupu çərçivəsində toplanan təcrübədən istifadə olunmalıdır"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Türkiyənin Cənubi Qafqazdakı münaqişələrin həllində rolu kifayət qədər fəaldır".
[APA-nın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov deyib. O, Dağlıq Qarabağ münaqişəsinin həllində müxtəlif formatlardan (Minsk Qrupu, üçtərəfli görüş) istifadə olduğunu söyləyərək bildirib ki, əsas məsələ nəticənin əldə edilməsidir. Nizamlanma prosesinə sıfırdan başlamağın mümkünsüzlüyünü vurğulayan diplomat Minsk Qrupu çərçivəsində böyük təcrübə toplandığını və bundan istifadə etməyin zəruri olduğunu söyləyib: "Minsk Qrupu çərçivəsində irəli sürülən bir sıra təkliflər tərəflər arasında hələ razılaşdırılmayıb". V. İstratov Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli görüşünün keçirilməsi barədə təklifin Azərbaycan tərəfinə çatdırıldığını açıqlayıb: "Təklifin qəbul və ya rədd edildiyindən xəbərsizəm". O, görüşün baş tutacağını, dəqiq tarixin hələ müəyyənləşmədiyini deyib: "Hazırkı situasiyada münaqişənin həlli üçün əlavə imkanlar yaranıb. Cənubi Qafqazda vəziyyət mürəkkəbdir. Bu problemləri həll etmək lazımdır, hər şeyin öz-özünə həll olunacağını gözləmək olmaz".
Azərbaycan Xəbərləri
Printable View

10-23-2008, 01:20 PMAPAVasili İstratov: "Minsk Qrupu çərçivəsində toplanan təcrübədən istifadə olunmalıdır"

10-23-2008, 01:30 PMAPAGəncə sakini elektrik cərəyanı vurması nəticəsində ölüb
[b]Gəncə sakini elektrik cərəyanı vurması nəticəsində ölüb[b]
[Bakı-APA. Gəncə şəhərinin Nizami rayonunun Yeni Gəncə qəsəbə sakini Ramin Qocayev elektrik cərəyanı vurması nəticəsində ölüb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, hadisə qəsəbədəki elektrik yarımstansiyasında baş verib. -
10-23-2008, 01:40 PMAPASumqayıt sakini insan alveri faktına görə tutulub
[b]Sumqayıt sakini insan alveri faktına görə tutulub[b]
[Bakı-APA. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Mais Həsənov tutulub. Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən bildirilib. Məlumata görə, M. Həsənov gəlir əldə etmək məqsədilə qadınları Dubay Əmirliyinə aparıb, cinsi istismara məruz qoyması faktı ilə əlaqədar təqsirləndirilir. -
10-23-2008, 01:50 PMAPADövlət Sərhəd Xidmətinin zabiti intihar edib
[b]Dövlət Sərhəd Xidmətinin zabiti intihar edib[b]
[Bakı. Hafiz Heydərov - APA. Dövlət Sərhəd Xidmətinin (DSX) Neftçala rayonunda yerləşən "N" saylı hərbi hissəsinin zabiti intihar edib. Neftçala Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə rayonun Xıllı qəsəbəsində baş verib. DSX-nin rayonda yerləşən "N" saylı hərbi hissənin zabiti, baş-leytenant, 1980-cı il təvəllüdlü Anar Cabbarov qəsəbə ərazisində elektrik dirəyindən özünü asaraq intihar edib. Zabitin intihar etməzdən əvvəl ailəsi ilə bir neçə dəfə telefon əlaqəsi yaratdığı bildirilir. İlkin ehtimala görə A. Cabbarovun ailəsi ilə problemləri olub. Hazırda Rayon Prokurorluğunun istintaq qrupu intiharın baş vermə səbəblərini araşdırır. -
10-23-2008, 02:00 PMAPAAzərbaycanda sabahdan "Eurovision-2009"-un seçim turu başlayır
[b]Azərbaycanda sabahdan "Eurovision-2009"-un seçim turu başlayır[b]
[Bakı. Ülkər Qasımova - APA. "Eurovision-2009" mahnı müsabiqəsində Azərbaycan təmsilçisini müəyyənləşdirmək üçün oktyabrın 24-də milli seçim turuna start veriləcək. Bu barədə APA-ya İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) musiqili, bədii və əyləncəli verilişlər departamentinin müdiri Füzuli İsmayılov məlumat verib. Onun sözlərinə görə, sabah keçiriləcək ilk seçimlər gün boyu davam edəcək. İTV-nin binasında baş tutacaq seçimlərdə istənilən sənətçi iştirak edə bilər: "Bu seçimlərdə iştirak etmək üçün sənəd vermək lazım deyil. Sadəcə sabah istənilən müğənni gəlib öz çıxışını təqdim edə bilər. Hələ ki, çıxışçıların tam siyahısı məlum deyil". F. İsmayılov onu da deyib ki, bu milli seçim turu da ötən dəfəki kimi keçiriləcək. Azərbaycan təmsilçisini müəyyən etmək üçün keçiriləcək seçim turlarında münsiflər heyəti də müəyyənləşib. Ancaq F. İsmayılov münsiflər heyətinin tərkibini açıqlamağı lazım bilməyib. -
10-23-2008, 02:10 PMAPAVasili İstratov: "Azərbaycanla Rusiya arasında birbaşa investisiyaların həcmi çox azdır"
[b]Vasili İstratov: "Azərbaycanla Rusiya arasında birbaşa investisiyaların həcmi çox azdır"[b]
[Bakı. Tamara Qriqoryeva-APA. "Azərbaycanla Rusiya arasında ticarət sahəsində münasibətlər yaxşı olsa da, birbaşa investisiyaların həcmi çox azdır". Apa-nın məlumatına görə, bu fikirləri Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov keçirdiyi mətbuat konfransında söyləyib. Onun sözlərinə görə, bu problemin kökündə qanunvericilik bazası dayanır: "İnvestisiyaların qarşılıqlı şəkildə qorunmasına dair problemlərin həllində texniki məsələlər var". -
10-23-2008, 02:30 PMAPA13 ildir axtarışda olan fərari Bakıda həbs olunub
[b]13 ildir axtarışda olan fərari Bakıda həbs olunub[b]
[Bakı. Hafiz Heydərov-APA. Bakı şəhərində fərarilikdə təqsirləndirilən Saatlı sakini həbs edilib. Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, 1979-cu il təvəllüdlü Mirqəni Böyükağa oğlu Rzayev 1995-ci ildən fərari kimi axtarışda olub. M. Rzayevin mal-qara oğurluğunda təqsirləndirildiyi də bildirilib. 14-cü Polis Bölməsinin və Saatlı rayon Polis Şöbəsinin əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxsin Bilgə qəsəbəsində gizləndiyi müəyyən olunub və o həbs edilib. Faktla bağlı Saatlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.Qeyd edək ki, M. Rzayev Cinayət Məcəlləsinin 334-cü (fərarilik) və 177-ci (oğurluq) maddələri ilə ittiham olunur. -
10-23-2008, 02:50 PMAPAAzərbaycan ərazisində yağışlar həftənin sonunadək davam edəcək
[b]Azərbaycan ərazisində yağışlar həftənin sonunadək davam edəcək[b]
Bakı. İlhamə İsabalayeva - APA. Bu həftənin sonunadək Azərbaycan ərazisində tutqun hava şəraiti üstünlük təşkil edəcək.
[Bakı. İlhamə İsabalayeva - APA. Bu həftənin sonunadək Azərbaycan ərazisində tutqun hava şəraiti üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva APA-ya bildirib ki, yağıntıların müşahidə edilməsində qısa fasilənin yaranmasına baxmayaraq, həftənin son günlərində yenidən yağmurlu hava şəraiti gözlənilir. Yaxın günlərdə Abşeron yarımadasında havanın temperaturu 15-18, Aran rayonlarında 15-20, dağlıq rayonlarda 10-15 dərəcə isti gözlənilir. Oktyabrın 21 və 22-də havanın temperaturu iqlim normasından iki dərəcə yüksək olsa da, bu günlərdə temperatur iqlim normasına yaxınlaşacaq.Yaxın üç gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri gözlənilir. Belə şərait meteohəssas insanlar üçün əlverişli olsa da, tutqun və rütubətli havanın üstünlüyü bəzi insanlarda narahatlıq yarada bilər. -
10-23-2008, 03:00 PMAPARusiya ordusunda gizir və miçman vəzifələri ləğv olunacaq
[b]Rusiya ordusunda gizir və miçman vəzifələri ləğv olunacaq[b]
[Moskva-APA. Rusiya Silahlı Qüvvələrində gizir və miçman vəzifələri ləğv olunacaq. APA-nın məlumatına görə, "İnterfaks" agentliyi bu xəbəri Müdafiə Nazirliyindəki mənbəyə istinadən yayıb. Mənbə bildirib ki, orduda xidmət keçən 90 min gizir və 50 min miçman ya ixtisar olunacaq, yaxud da başqa vəzifəyə keçiriləcək. Onların bir qisminin ehtiyata buraxılacağı gözlənilir. Qeyd edək ki, sovet qoşunlarında gizir və miçman vəzifələri 1971-ci ildə tətbiq olunub. 1981-ci ildə isə baş gizir və baş miçman rütbələri təsis edilib. Hazırda Rusiyada bu vəzifələrin ləğvi Silahlı Qüvvələrdə ümumi ixtisar çərçivəsində həyata keçirilir. 2012-ci ilə kimi Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətini tərkibi 1,2 milyon nəfərdən 1 milyon nəfərədək azaldılacaq. -
10-23-2008, 03:20 PMAPAAzərbaycan kənd təsərrüfatı məhsullarının emalı sektorunun dəstəklənməsi üçün Latviya təcrübəsindən yayarlanacaq
[b]Azərbaycan kənd təsərrüfatı məhsullarının emalı sektorunun dəstəklənməsi üçün Latviya təcrübəsindən yayarlanacaq[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) «Kənd təsərrüfatı məhsullarının emalı sektorunda özəlləşdirilmiş müəssisələrin dəstəklənməsi Layihəsi» üzrə məsləhət xidmətləri göstərən «Finre Konsaltinq» MMC tərəfindən dəstəklənəcək emal müəssisələri müəyyən edilib. Bu barədə «APA-ECONOMICS»ə DƏİEDK-dan məlumat verilib.Layihədə məqsəd özəlləşdirilmiş müəssisələrin bazar iqtisadiyyatı şəraitində uğurlu fəaliyyət göstərmələri üçün onların institusional və maliyyə potensialının artırılmasının dəstəklənməsidir. Dəstəkləmə tədbirləri strateji hədəflərin müəyyən edilməsi, həmin istiqamətlər üzrə taktiki tədbirlərin hazırlanması və bu tədbirlərin seçim əsasında müəyyənləşdirilmiş bir qisminin icrası prosesində dəstək kimi geniş spektrli xidmətləri əhatə edir. Müəssisələr konserv, quşçuluq, şərabçılıq və un istehsalı sahələrini təmsil edir. Həmin müəssisələr üzrə ortamüddətli inkişaf strategiyaları və onun reallaşdırılması üzrə taktiki planlar hazırlanır. Bu məqsədlə şirkətin ekspertləri və dəvət edilmiş xarici ekspertlər artıq müəssisələrdə olublar. Ekspertlər tərəfindən müəssisələrin mövcud vəziyyəti təhlil edilib, onların istehsal etdikləri məhsulların yerli, regional və dünya bazarları araşdırılıb. Layihə çərçivəsində müəssisələrin müəyyənləşdirilmiş strategiyasının reallaşdırılması istiqamətində də bir sıra dəstək tədbirləri nəzərdə tutulub. Noyabr ayında müəssisələrin menecment heyəti üçün treninqlərin keçirilməsi, müvafiq sahələrdə aparıcı xarici müəssisələrin iş təcrübəsi ilə tanışlıq məqsədilə Latviyaya səfər və digər tədbirlər planlaşdırılır.