[b]60-dək QHT Ədliyyə Nazirliyinə qeydiyyatdan keçmək üçün müraciət edib[b]
[Bakı. Kəmalə Quliyeva-APA. Hazırda Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsində qeydiyyata alınmaq üçün sənəd verən 60-a qədər qeyri-hökumət təşkilatının (QHT) müraciətinə baxılır. Bu məlumatı APA-ya Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədov verib. Onun sözlərinə görə, müraciət edənlər daha çox ictimai birlik yaratmaq istəyində olan şəxslərdir. Hazırda isə Azərbaycanda 3000-dən artıq QHT fəaliyyət göstərir.
Azərbaycan Xəbərləri
Printable View

10-25-2008, 01:50 PMAPA60-dək QHT Ədliyyə Nazirliyinə qeydiyyatdan keçmək üçün müraciət edib

10-25-2008, 02:30 PMAPAAzərbaycan Banklar Assosiasiyasının prezidenti: "MDB məkanında vahid hesablaşma və valyuta sisteminin tətbiqi səmərəsizdir"
[b]Azərbaycan Banklar Assosiasiyasının prezidenti: "MDB məkanında vahid hesablaşma və valyuta sisteminin tətbiqi səmərəsizdir"[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. "Müstəqil Dövlətlər Birliyi məkanında vahid hesablaşma və valyuta sisteminin tətbiqi hazırki mərhələdə səmərəsizdir". Bu barədə «APA-ECONOMICS»ə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Eldar İsmayılov məlumat verib. E. İsmayılovun sözlərinə görə, hazırda MDB ölkələrinin iqtisadiyyatı fərqlidir: "Valyuta və hesablaşma mexanizmlərini yüksək iqtisadi inkişaf olmadan tətbiq etmək mənfəətsiz hesab olunur. İlk növbədə bütün MDB ölkələrində valyuta stabil olmalıdır ki, hazırda bu prosses müşahidə olunmur". E. İsmayılov onu da qeyd edib ki, ölkələr arasında ticarət dövriyyəsi və ticarət əməliyyatları yüksək səviyyədə olmadığı halda heç bir vahid hesablaşma və valyuta sisteminin tətbiqindən söz ola bilməz. -
10-25-2008, 02:40 PMAPABakıda MDB məkanında vahid hesablaşma sisteminin yaradılması məsələsi müzakirə olunur
[b]Bakıda MDB məkanında vahid hesablaşma sisteminin yaradılması məsələsi müzakirə olunur[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bakıda keçirilən (24-26 oktyabr) "MDB ölkələri maliyyə bazarlarının əməkdaşlığı: inkişaf və strategiyası" mövzusunda I Beynəlxalq Bank Konfransı çərçivəsində MDB ölkələri arıarasında vahid hesablaşma sisteminin yaradılması məsələsi müzakirə olunur. "APA-ECONOMICS"in məlumatına görə, konfrans çərçivəsində həmçinin MDB ölkələri arasında vahid hesablaşma sisteminin yaradılmasına dair müzakirələrin aparılması üçün müvafiq sənədin imzalanması da gözlənilir. Qeyd edək ki, bir qədər öncə Azərbaycanın «Azericard» MMC Rusiyanın «Sberbank» və «Uralsib» bankları ilə bu məsələni müzakirə edib ki, tərəflər ilkin olaraq razılığa gəlsə də, sonradan Rusiya tərəfi belə sistemin «Visa» və «MasterCard» bazasında yaradılmasından imtina edib. -
10-25-2008, 02:50 PMAPAMüslüm Maqomayevin dəfn mərasimi gələn həftə keçiriləcək
[b]Müslüm Maqomayevin dəfn mərasimi gələn həftə keçiriləcək[b]
[Bakı. Kəmalə Quliyeva-APA. Bu gün səhər saatlarında Moskvadakı evində dünyasını dəyişmiş tanınmış müğənni Müslüm Maqomayevin dəfn mərasimi gələn həftə keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, nazir Əbülfəs Qarayev dəfnində mərasimində iştirak etmək üçün Moskvaya gedəcək. Nazirlə birlikdə Moskvaya nümayəndə heyətinin gedəcəyi də gözlənilir. -
10-25-2008, 08:10 PMAPAAzərbaycan prezidenti İlham Əliyev Müslüm Maqomayevin ailəsinə başsağlığı verib
[b]Azərbaycan prezidenti İlham Əliyev Müslüm Maqomayevin ailəsinə başsağlığı verib[b]
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev tanınmış müğənni Müslüm Maqomayevin ailəsinə başsağlığı verib. APA-nın xəbərinə görə, başsağlığı məktubu sənətkarın həyat yoldaşı Tamara Sinyavskayaya ünvanlanıb:
[" Həyat yoldaşınız, zəmanəmizin görkəmli musiqi xadimi Müslüm Maqomayevin vaxtsız vəfatı barədə faciəli xəbəri ürək ağrısı ilə qarşıladım. Bu ağır itki ilə əlaqədar bütün Azərbaycan xalqı ilə birlikdə mən də kədər içindəyəm və Sizə dərin hüznlə başsağlığı verirəm. Biz hamımız bu acı xəbəri böyük şəxsi itki, bütün azərbaycanlılar üçün, bütün musiqi aləmi üçün əvəzsiz itki kimi qəbul edirik. Müslüm Maqomayev bizim üçün bütöv bir dövrün rəmzi, əsl sənətin təcəssümü, milyonlarla insanın sevimlisi idi. Unudulmaz Heydər Əlirza oğlu Əliyevin Maqomayevə necə böyük məhəbbət və qayğı ilə yanaşmasını Azərbaycanda yaxşı xatırlayırlar. Heydər Əliyev Müslümü musiqi sənətinin canlı əfsanəsi adlandırır və onu babası Müslüm Maqomayevin Azərbaycanda təməlini qoyduğu ənənələrin layiqli davamçısı hesab edirdi. Bu böyük müğənnini və yüksək rəğbət hissi doğuran insanı tanıyanların və sevənlərin hamısı Sizin kədərinizə şərik olur. Allah sizə yar olsun". Qeyd edək ki, Rusiya prezidenti Dmitri Medvedyev və baş nazir Vladimir Putin də sənətkarın ailəsinə başsağlığı verib. -
10-26-2008, 04:40 PMAPAErgenekonla bağlı daha bir neçə nəfər saxlanılıb
[b]Ergenekonla bağlı daha bir neçə nəfər saxlanılıb[b]
Bakı-APA. Türkiyədə başlamış səs-küylü Ergenekon əməliyyatı ilə bağlı daha bir neçə nəfər saxlanılıb. APA-nın xəbərinə görə, əməliyyatla bağlı saxlanılan tanınmış jurnalist və "Biz neçə nəfərik" adlı ictimai hərəkatın lideri Tuncay Özkana yaxınlığı ilə tanınan 4 nəfər də saxlanılaraq, istintaqa cəlb edilib.
[Saxlanılanlardan Mərdan Yanardağ Ankarada, T. Özkanın köməkçisi Anet Şahapyan, işçiləri Fuad Qərib və Şenər Öztürk isə İstanbulda həbs ediliblər. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlanılanların evində axtarış aparıblar. Saxlanılanlar prokurorluğa göndəriliblər. -
10-26-2008, 05:40 PMAPAİran prezidenti Mahmud Əhmədinejad xəstələnib
[b]İran prezidenti Mahmud Əhmədinejad xəstələnib[b]
Bakı-APA. İran prezidenti Mahmud Əhmədinejadda xəstəlik aşkarlanıb. APA-nın "İrna" ya istinadən verdiyi xəbərə görə, prezidentin xəstələnməsinə əsas səbəb onun gərgin iş qrafiki olub. Əhmədnejadın gündə 20 saat işləməyə alışdığı, buna görə də hazırda yuxusuzluqdan əziyyət çəkdiyi bildirilir.
[Əhmədnejadın dostlarından olan millət vəkili Məhəmməd İsmayıl Kevsəri xəbəri təsdiqləyib. Lakin o, prezidentin yaxşılaşacağını da deyib. Qeyd edək ki, Əhmədinejadın xəstələnməsi və keçən çərşənbə axşamından bəri görünməməsi onun yeni prezident seçkilərində namizəd olub-olmaması məsələsi ilə bağlı da suallar yaradıb. Dünən İran Dövlət Televiziyası prezidentin İraq müharibəsində ölən əsgərlərin yeni tapılmış qalıqlarının dəfni üçün hazırlanmış törəndə iştirak edəcəyi barədə xəbər versə də, ölkə başçısı heç bir görüntüdə yayımlanmayıb. Millət vəkili Kevsəri isə Əhmədinejadın namizədliyi ilə bağlı məsələdə spekulyasiyalara yol verildiyini bildirməklə kifayətlənib. -
10-26-2008, 08:10 PMAPAMüslüm Maqomayev Bakıda Fəxri Xiyabanda dəfn olunacaq
[b]Müslüm Maqomayev Bakıda Fəxri Xiyabanda dəfn olunacaq[b]
Bakı-APA. Dünya şöhrətli müğənni, azərbaycanlı Müslüm Maqomayev öz Vətənində, Bakıda dəfn olunacaq. APA-nın "RİA-Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən bildiriblər.
[Səfirlikdən onu da deyiblər ki, oktyabrın 28-də Moskvada Çaykovski adına konsert zalında Maqomayevlə vida mərasimi keçiriləcək. Daha sonra onun cənazəsi Bakıya gətirilərək, Fəxri Xiyabanda dəfn olunacaq. Xatırladaq ki, M. Maqomayev uzun sürən xəstəlikdən sonra oktyabrın 25-də Moskvadakı evində dünyasını dəyişib. Qeyd edək ki, M. Maqomayev 17 Avqust 1942-ci ildə Bakıda anadan olub. O, 1963-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, 1968-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Konservatoriyadan sonra dövlət tərəfindən təhsilini tamamlamaq məqsədi ilə İtaliyaya göndərilib, 1964-1965 illərdə Milanın ‘La Scala’ teatrında təcrübə keçib. 1975-ci ildən Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. O, MDB ölkələrində, Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada, İranda və digər ölkələrdə konsertlər verib. Keçmiş SSRİ-nin və Azərbaycanın bir çox orden və medalları ilə təltif olunub. -
10-27-2008, 12:21 AMfidan494Re: Müslüm Maqomayev Bakıda Fəxri Xiyabanda dəfn olunacaqhalbuki ilkin xəbərlərdə Moskvada dəfn ediləcəyi bildirilmişdi, insanın doğulduğu kimi, dəfn ediləcəyi yer də vətəndir. Allah rəhmət eləsin !Alıntı:
APA Nickli Üyeden Alıntı

10-27-2008, 11:20 AMAPAErmənistan Silahlı Qüvvələri Azərbaycanın mövqelərini atəşə tutub
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mövqelərini atəşə tutub[b]
[Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 26-da saat 11.50-dən 12.00-dək Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində yerləşən mövqelərini, saat 12.00-dan 12.10-dək Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 17.50-dən 17.55-dək və 20.40-dan 20.45-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.30-dan 20.45-dək fasilələrlə Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.