[b]Ədliyyə orqanlarına işə qəbul olmaq istəyən namizədlərlə söhbət mərhələsi oktyabrın 27-də başlanacaq[b]
Bakı-APA. Ədliyyə orqanlarına işə qəbul üzrə keçirilən test imtahanında müvəffəqiyyət qazanan 99 namizədlə söhbət mərhələsi oktyabrın 27-də başlanacaq. Bu barədə APA-ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Ədliyyə orqanlarına işə qəbul üzrə Müsabiqə Komissiyasının dünən keçirilən iclasında söhbət mərhələsinə başlanması ilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, qaydalara müvafiq olaraq Ədliyyə Nazirliyinin inzibati binasında keçiriləcək söhbətə dəvət edilən hər bir namizədə söhbətin tarixi və vaxtı barədə əvvəlcədən məlumat veriləcək.
4610 sonuçtan 4.171 ile 4.180 arası

10-22-2008, 11:50 AM #4171Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Xalq artisti İlhamə Quliyevanın oğlunun və daha 13 nəfərin cinayət işi üzrə bu günə təyin olunan məhkəmə baxışı təxirə salınıb
[b]Xalq artisti İlhamə Quliyevanın oğlunun və daha 13 nəfərin cinayət işi üzrə bu günə təyin olunan məhkəmə baxışı təxirə salınıb[b]
Bakı. Hafiz Heydərov-APA. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamov və Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun övladları Mahir Mirsalamov və Yalçın Həsənov və daha 11 nəfərin (ümumilikdə 14 nəfər) cinayət işi üzrə bu günə təyin olunan məhkəmə baxışı təxirə salınıb. APA-nın məlumatına görə, prosesə sədrlik edən hakim Azər Orucov təqsirləndirilən şəxslərin vəkillərinin prosesdə iştirak etmədiyini nəzərə alaraq məhkəmə baxışının noyabrın 5-nə təxirə salındığını açıqlayıb. Təqsirləndirilən şəxslər məhkəmənin bu qərarına etirazlarını bildiriblər. Qeyd edək ki, ittiham aktına əsasən Orxan Nadirov, Mahir Mirsalamlı, Yalçın Həsənov, Elşən Rüstəmov, Əli İsmayılov, Zubiyə Qulami, Vüqar Əliyev, Cavidan Əliyev, Ramin Həsənov, Kamilə Eyvazova, Elşən Budaqov, Həsən Həsənov, Mirəli Əliyev və Ruslan Zalıyev Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunurlar. Qeyd edək ki, təqsirləndirilən şəxslər bu ilin mayında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs ediliblər.

10-22-2008, 12:00 PM #4172Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ədliyyə orqanlarına işə qəbul olmaq istəyən namizədlərlə söhbət mərhələsi oktyabrın 27-də başlanacaq

10-22-2008, 12:10 PM #4173Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Yevlaxda ev heyvanları arasında quduzluq xəstəliyi aşkarlanıb
[b]Yevlaxda ev heyvanları arasında quduzluq xəstəliyi aşkarlanıb[b]
Yevlax. Teymur Zahidoğlu-APA. Yevlaxın Gülövşə kəndində ev heyvanları arasında quduzluq xəstəliyi aşkarlanıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, kənddə məskunlaşan Laçın rayonundan olan məcburi köçkünə məxsus iribuynuzlu heyvandan götürülən nümunələr Kənd Təsərrüfatı Nazirliyi nəzdindəki laboratoriyaya göndərilib, heyvanda quduzluq xəstəliyinin olması müəyyən edilib. Yevlax İcra Hakimiyyəti kəndə komissiya göndərib. Kənddə olan bütün sahibsiz itlər öldürülüb. İcra Hakimiyyətinin qərarı ilə kənddə karantin elan olunub. Eyni zamanda İcra Hakimiyyətində Yevlax ərazisindəki bütün yaşayış məntəqələrində heyvanlar arasında xəstəliklərin yayılma vəziyyətini aydınlaşdırmaq üçün 5 komissiya yaradılıb. Rayona Kənd Təsərrüfatı Nazirliyindən mütəxəssislər dəvət olunub.

10-22-2008, 12:20 PM #4174Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Parlamentin payız sessiyasında "Təhsil haqqında" qanun layihəsinin qəbulu gözlənilir
[b]Parlamentin payız sessiyasında "Təhsil haqqında" qanun layihəsinin qəbulu gözlənilir[b]
Bakı. Elnur Məmmədli - APA. "Təhsil haqqında" qanun layihəsi Milli Məclisin payız sessiyası zamanı qəbul oluna bilər. APA-nın məlumatına görə, bunu parlamentin Elm və təhsil komissiyasının sədri Şəmsəddin Hacıyev deyib. O bildirib ki, qanun layihəsinin konkret hansı tarixdə müzakirəyə çıxarılacağı müəyyənləşməsə də, məsələ iş planına daxil edilib və noyabrda ikinci oxunuşda müzakirəsi gözlənilir. Ş. Hacıyev birinci oxunuşda səslənən bütün irad və təkliflərin komissiyanın iclasında nəzərə alındığını və layihənin təkmilləşdirildiyini söyləyib. Ümumilikdə qanunun qəbuluna mane olan səbəblər və vaxtın uzanmasına gəldikdə, Ş. Hacıyev bunun obyektiv səbəblərinin olduğunu vurğulayıb: "Qanunun qəbulunun uzandığını deməzdim. Sadəcə olaraq bu qanunun əhəmiyyəti böyükdür. Ona görə də elə bir ciddi, təkmil sənəd işləyib ortaya çıxarmaq lazımdır ki, təhsilin inkişafına təkan versin. Bütün ekspertlərdən rəy alınıb. Fikirləşirəm ki, bu sessiya çərçivəsində layihə qəbul olunacaq".

10-22-2008, 12:30 PM #4175Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Bakı Fond Birjasında 10305820S seriyalı 4 204,2 min manatlıq DQİ emissiyası yerləşdirilib
[b]Bakı Fond Birjasında 10305820S seriyalı 4 204,2 min manatlıq DQİ emissiyası yerləşdirilib[b]
Bakı. Vüqar Mustafayev - APA-ECONOMICS. Dünən Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10305820S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 3 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 5 354,2 min manat təşkil edib. Sifarişlər 94,68% (gəlirlik 12,51%) - 95,47% (gəlirlik 10,56%) qiymət intervalında təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti emitent tərəfindən 95,11% (gəlirlik 11,44%), orta ölçülmüş qiymət isə 95,15% (gəlirlik 11,34%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 4 204,2 min manat məbləğində müəyyən edilib.Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin aprelin 3-də icra olunacaq.

10-22-2008, 12:40 PM #4176Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Bakıda MDB və Baltikyanı ölkələrin dəmir yolu administrasiyalarının müşavirəsi keçiriləcək
[b]Bakıda MDB və Baltikyanı ölkələrin dəmir yolu administrasiyalarının müşavirəsi keçiriləcək[b]
Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Bu ilin oktyabrın ayının 27-dən noyabrın 4-dək Bakıda MDB və Baltikyanı ölkələrin dəmir yolu administrasiyalarının müşavirəsi keçiriləcək. Bu barədə «APA-ECONOMICS»ə Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov məlumat verib.ADDY-nin «Daşıma proseslərini idarəetmə» Birliyi rəisinin birinci müavini Teymur Məmmədovun sədrliyi ilə reallaşacaq tədbirdə dəmir yolları arasında yük daşımalarında yaranmış iddialar, itirilən yüklər və digər məsələlər müzakirə olunacaq.

10-22-2008, 01:00 PM #4177Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Bakıda rus dili və ədəbiyyatı həftəsi başlayıb
[b]Bakıda rus dili və ədəbiyyatı həftəsi başlayıb[b]
Bakı. Laçın Sultanova - APA. Bakı Slavyan Universitetinə Rusiyanın 7 nəşriyyatında çap olunmuş 100-dən artıq adda kitab hədiyyə ediləcək. APA-nın məlumatına görə, bunu "Bakıda rus dili və ədəbiyyatı həftəsi"nin başlanmasına həsr olunmuş mətbuat konfransında Rusiya nümayəndə heyətinin rəhbəri Antonina Kuteynikova deyib. O bildirib ki, həftəni keçirməkdə məqsəd rus dilini təbliğ etmək, keçmiş SSRİ respublikaları arasında dostluq, əməkdaşlıq əlaqələrini möhkəmləndirməkdir. Oktyabrın 24-nə qədər davam edəcək həftə çərçivəsində "Azərbaycan Respublikasında rus dili və ədəbiyyatın öyrənilməsi və tədrisi: problemlər, reallıqlar və perspektivlər" adlı konfrans, Rusiya nəşriyyatlarında çap olunmuş kitabların sərgisi, Azərbaycanda rus dilində kitabların əldə olunması imkanları mövzusunda dəyirmi masa, rus dili müəllimləri üçün master-klasslar təşkil olunacaq.

10-22-2008, 01:10 PM #4178Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Koksal Toptan: "Türkdilli ölkələrin Parlament Assambleyası bu ilin sonuna kimi yaradılacaq"
[b]Koksal Toptan: "Türkdilli ölkələrin Parlament Assambleyası bu ilin sonuna kimi yaradılacaq"[b]
Bakı. Laçın Sultanova - APA. Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) bu ilin sonuna kimi yaradılacaq.
APA-nın Qazaxıstan KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə bu gün Astanada Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşündə Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan bildirib. N. Nazarbayevin TürkPA yaratmaq təşəbbüsünün Türkiyə tərəfindən tam dəstəkləndiyini deyən K. Toptanın sözlərinə görə, bu ilin sonuna kimi türkdilli ölkələrin parlament rəhbərlərinin görüşü keçiriləcək və həmin görüşdə TürkPA-nın yaradılması barədə sənəd imzalanacaq. K. Toptan TürkPA-nın qərargahının İstanbulda olmasını da təklif edib.

10-22-2008, 01:20 PM #4179Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
ATƏT-in Minsk Qrupunun həmsədrləri gələn həftə Azərbaycana səfər edəcəklər
[b]ATƏT-in Minsk Qrupunun həmsədrləri gələn həftə Azərbaycana səfər edəcəklər[b]
Bakı. Tamara Qriqoryeva-APA. "Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ideyası heç də pis ideya deyil".
ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Bernar Fasie APA-ya Rusiya prezidentinin İrəvanda səsləndirdiyini təklifi belə şərh edib: "Bu, çox maraqlı ideyadır, amma hər şeyi müzakirə etmək lazımdır. Azərbaycanda prezident seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların aktivləşəcəyinə ümid edirəm. Seçkilər başa çatıb və hesab edirəm ki, bizi maraqlandıran müddəalar üzərində işi davam etdirə bilərik. Bununla əlaqədar gələn həftə həmsədrlərin regiona səfəri planlaşdırılır. Səfərin nə zaman gerçəkləşəcəyini isə açıqlaya bilmərəm".

10-22-2008, 01:30 PM #4180Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
«MBASK» sığorta şirkəti ilin əvvəlindən daxilolmalarını 70% artırıb
[b]«MBASK» sığorta şirkəti ilin əvvəlindən daxilolmalarını 70% artırıb[b]
Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Azərbaycanın «MBASK» sığorta şirkətinin 2008-ci ilin yanvar-sentyabr aylarında topladığı sığorta haqlarının həcmi 15,724 mln. manat təşkil edib ki, bu da 2007-ci ilin müvafiq ümumi göstəricisi ilə müqayisədə 66% çoxdur. Şirkətin baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişləri 2 dəfə artaraq 4,498 mln. manata çatıb.Yanvar-sentyabr aylarında şirkətin daxilolmalarının strukturunda «Avtomobil sığortası»nın xüsusi çəkisi 71% (11,119 mln. manat), «Yanğın sığortası» 8% (1,251 mln. manat) və «Tibbi sığorta» 5,9% (0,932 mln. manat) təşkil edib.Ənənəvi olaraq sığorta riskləri üzrə ən çox ödəniş «Avtomobil sığortası» (3,224 mln. manat), «Tibbi sığorta» (0,814 mln. manat), «Yanğın sığortası» (0,107 mln. manat), «Bədbəxt hadisələrin sığortası» (0,1 mln. manat) növləri üzrə həyata keçirilib. Şirkətin İdarə Heyətinin sədr müavini Rəşad Abbasovun sözlərinə görə, son illər ərzində şirkətin fəaliyyətində müşahidə olunan dinamik artım «MBASK»ın seçdiyi inkişaf strategiyasının uğurlu olduğunu göstərir.Qeyd edək ki, Azərbaycanın ən iri sığorta təşkilatlarından olan «MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (30%) və fiziki şəxslər daxildir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri