[b]Bakıda Çexiyanın məşhur "Petrof" şirkətinin royallarının satışına başlanıb - FOTO[b]
Bakı-APA. Bu gün dünyada məşhur royalları ilə tanınan Çexiyanın "Petrof" şirkətinin Azərbaycanda yeganə distributoru olan "Royal" musiqi alətləri salonu ilə əməkdaşlığa başlaması münasibəti ilə təqdimat mərasimi keçirilib. APA-nın xəbərinə görə, təqdimat mərasimində şirkətin yaradıcısı olan nəslin nümayəndəsi Yan Petrof da iştirak edib. Yan Petrof nəhayət ki, Azərbaycanda da "Petrof" royallarının satışına başlanmasına çox sevindiyini bildirib. O bu royalların Azərbaycanın geniş musiqi kütləsinə çatdırılacağına, sənətkarların bu royallardan istifadə edəcəyinə əminliyini ifadə edib. Tədbirdə çıxış edən Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli "Petrof" royallarının onun yaradıcılığındakı əhəmiyyətindən danışıb və buna görə, Y. Pertofa təşəkkür edib. Təqdimat mərasimində Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi, xalq artisti Fuad Poladov, Teatr Xadimləri İttifaqının rəhbəri Azərpaşa Nemətov, dirijor Yalçın Adıgözəlov və bir çox başqa tanınmış simalar da iştirak edib.
4610 sonuçtan 4.161 ile 4.170 arası

10-21-2008, 08:00 PM #4161Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Yunanıstanda Azərbaycan Mədəniyyəti Günü keçirilib
[b]Yunanıstanda Azərbaycan Mədəniyyəti Günü keçirilib[b]
Bakı-APA. Yunanıstanın Saloniki şəhərində ERASMUS MUNDUS proqramı ilə təhsil alan tələbələrin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyəti Günü keçirilib. Tədbir iştirakçılarından biri Cabir Məmmədli APA-ya bildirib ki, toplantıda adı çəkilən proqram üzrə təhsil alan gürcü və erməni tələbələrlə yanaşı, Saloniki şəhərindəki müxtəlif ali təhsil ocaqlarından olan yunan, türk müəllim və tələbələr də iştirak ediblər. Tədbir çərçivəsində qonaqlara Azərbaycanın tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm imkanları, Qarabağ müharibəsi və s. haqqında dolğun məlumat verilib.

10-21-2008, 08:20 PM #4162Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Bakıda Çexiyanın məşhur "Petrof" şirkətinin royallarının satışına başlanıb - FOTO

10-22-2008, 10:20 AM #4163Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Yanvar-sentyabr aylarında Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 30% artıb
[b]Yanvar-sentyabr aylarında Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 30% artıb[b]
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əhaliyə 2 344,2 mln. manatlıq və ya 29,7% çox pullu xidmət göstərilib.Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, artımın 66,7%-ni özəl sektorun müəssisələri təmin edib. Özəl sektorun müəssisləri tərəfindən əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2007-ci ilin müvafiq dövrünün səviyyəsini 25,9% üstələyərək 1 741,2 mln. manata çatıb. Cari ilin yanvar-avqust ayarlında ticarət və xidmət sektorunda 295 min nəfər və ya 2007-ci ilin eyni dövründə olduğundan 11 258 nəfər çox işçi çalışıb. İşçilərin 90,8%-i topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri, 5,5%-i mehmanxana və restoranlarla xidmət göstərilməsi, 3,7%-i isə ticarət və xidmətin digər sahələrində çalışıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2008-ci ilin ilk 8 ayında ticarət və xidmət sektorunda çalışan işçilərin orta aylıq nominal əmək haqqı 33,4% artaraq 201,8 manat təşkil edib. İşçilərin 97%-i qeyri-dövlət sektorunda, 3%-i isə dövlət sektorunda məşğul olub. Qeyri-dövlət sektorunda çalışanların orta aylıq əmək haqqının məbləği 33,6% artaraq 201,8 manata, dövlət sektorunda isə 26,5% artaraq 200,3 manata çatıb.

10-22-2008, 10:30 AM #4164Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Rusiya və Belarusda fəaliyyət göstərən Azərbaycan diaspor icmaları prezident İlham Əliyevə təbrik məktubu göndərib
[b]Rusiya və Belarusda fəaliyyət göstərən Azərbaycan diaspor icmaları prezident İlham Əliyevə təbrik məktubu göndərib[b]
Moskva-APA. Rusiyada yaşayan azərbaycanlılar adından Ümumrusiya Azərbaycan Konqresi prezident İlham Əliyevə təbrik məktubu göndərib. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubda Rusiyada yaşayan bütün azərbaycanlıların prezident İlham Əliyevi yenidən dövlət başçısı seçilməsi münasibətilə ürəkdən təbrik etdiyi bildirilib. Seçkilərdə qazandığı qələbə münasibətilə prezident İlham Əliyevə daha bir təbrik məktubunu Belarusun "Azərbaycan İcmaları Konqresi" göndərib. Məktubda Belarusda yaşayan bütün azərbaycanlılar İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib, bu qələbəni xalqın ona etibar və inamının bariz nümunəsi adlandırıblar.

10-22-2008, 10:40 AM #4165Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
[b]Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib[b]
Bakı. Hafiz Heydərov-APA. Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Nərimanov rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gecə Z. Bünyadov prospektində qeydə alınıb. Bakı şəhər sakini Fəqan Axundov idarə etdiyi "Mitsubishi-Pajero" markalı, 10 KB 595 dövlət nömrə nişanlı maşınla yolu keçmək istəyən piyada, 1970-ci il təvəllüdlü İlyas Ağakişi oğlu Xankişiyevi vurub. Qəza nəticəsində İ. Xankişiyev aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Faktla bağlı araşdırma aparılır.

10-22-2008, 10:50 AM #4166Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
AMB-nin rəsmi valyuta məzənnələr
[b]AMB-nin rəsmi valyuta məzənnələr[b]
1 USD

10-22-2008, 11:00 AM #4167Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Dow Jones indeksi 2,5%, S&P 500 3,08%, Nasdaq isə 4,14% enib
[b]Dow Jones indeksi 2,5%, S&P 500 3,08%, Nasdaq isə 4,14% enib[b]
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Oktyabrın 21-də Amerika bazarlarında Dow Jones indeksi 2,5% - 9033,66 bəndədək, S&P 500 3,08% - 946,43 bəndədək, Nasdaq isə 4,14% - 1696,68 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, oktyabrın 21-də Amerika fond bazarlarında kotirovkaların düşməsinin əsas səbəbi bir sıra ABŞ şirkətinin rüblük hesabatlarındakı azalma olub. Bu da əsasən mədən çıxarma, kimya, tikinti avadanlığları istehsalı və digər bu kimi sahələrdə fəaliyyət göstərən şirkətlərdə müşahidə olunub.Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 1,24% - 4229,73 bəndədək enib, Fransa CAC-40-ı 0,78% - 3475,40 bəndədək yüksəlib, Almaniya DAX-ı isə 1,05% - 4784,41 bəndədək enib. Avropada da kotirovkaların dinamikası şirkətlərin rüblük hüsabatlarından asılı olub ki, bu da bazarda indekslərin eyni istiqamətdə dəyişməməsinə səbəb olub. Məsələn, Fransa maliyyə qurumlarının səhmləri, o cümlədən «Societe Generale» (10%), «BNP Paribas» (7,5%) bahalaşıb, digər ölkələrin şirkətlərinin səhmləri isə əsasən ucuzlaşıb. Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3027 dollar təşkil edib (-2,29%).

10-22-2008, 11:10 AM #4168Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Roman Abramoviç Dumanın sədri seçilib
[b]Roman Abramoviç Dumanın sədri seçilib[b]
Çukotka - APA. Rusiya Federasiyasının Çukotka muxtar dairəsinin sabiq qubernatoru Roman Abramoviç bu ərazinin Dumasının sədri seçilib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, dollar milyarderi olan məşhur iş adamı oktyabrın 22-də keçirilən səsvermə nəticəsində yekdilliklə bu vəzifəyə layiq görülüb. Səsvermədə sədrin 3 müavini də seçilib. Xatırladaq ki, oktyabrın 12-də R. Abramoviç 96,99% səs toplayaraq Çukotka Dumasının deputatı seçilib.

10-22-2008, 11:30 AM #4169Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Belarus-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək
[b]Belarus-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək[b]
Bakı. Viktoriya Dementyeva - APA. Bu ilin dekabr ayında Minsk şəhərində Belarus-Azərbaycan hökumətlərarası komissiyasının V iclası keçiriləcək. Bu barədə APA-ya Belarusun Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Sergey Panasyuk məlumat verib. S. Panasyuk iclasın dəqiq tarixinin Azərbaycan prezidentinin inauqurasiyası və yeni hökumətin formalaşmasından sonra müəyyənləşdiriləcəyini bildirib. Yığıncaqda iki ölkə arasında əməkdaşlığın əsas istiqamətləri müzakirə olunacaq.

10-22-2008, 11:40 AM #4170Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Etimad İsmayılovun məhkəməsi davam etdirilib
[b]Etimad İsmayılovun məhkəməsi davam etdirilib[b]
Bakı. Ramil Məmmədli-APA. Azərbaycan Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılovun Rusiyada həbs olunan oğlu Etimad İsmayılovun işi üzrə məhkəmə iclası keçirib. E. İsmayılovun vəkili Mixail Boqomolovun APA-ya verdiyi məlumata görə, oktyabrın 21-də Çelyabinsk məhkəməsində keçirilən iclasa müttəhimlər - "Avroasiya" Sənaye-Maliyyə Qrupu Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibi Etimad İsmayılov, "Russkaya Zernovaya Kompaniya"nın baş direktoru, Ukrayna vətəndaşı Vladimir Quzov və bu şirkətin vasitəçilik fəaliyyətini həyata keçirən strukturunun rəhbəri Abbas Cəfərov qatılmayıblar. İclasda müttəhimlərin müdafiəsini təmin edən V. Quzovun vəkili Cərulla Ramazanov iştirak edib. Ümumiyyətlə isə müttəhimlərin hamısı ibtidai istintaqın və məhkəmənin gedişinə etiraz əlaməti olaraq, müdafiədən imtina ediblər. M. Boqomolov deyib ki, məhkəmənin məcburi şəkildə E. İsmayılova təhkim etdiyi vəkil isə işlə tanış olmaq üçün hakimdən nəzərdə tutulduğundan daha çox vaxt istəyib. M. Boqomolovun sözlərinə görə, məhkəmə iclaslarında müttəhimlərdən yalnız "Prodkorporasiya" şirkətinin direktoru Vladimir Şvadçenko iştirak edir. V. Şvadçenko da digər təqsirləndirilənlər kimi məhkəmə heyətinə etimadsızlıq nümayiş etdirib.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Bakı-APA. Bu gün dünyada məşhur royalları ilə tanınan Çexiyanın "Petrof" şirkətinin Azərbaycanda yeganə distributoru olan "Royal" musiqi alətləri salonu ilə əməkdaşlığa başlaması münasibəti ilə təqdimat mərasimi keçirilib. APA-nın xəbərinə görə, təqdimat mərasimində şirkətin yaradıcısı olan nəslin nümayəndəsi Yan Petrof da iştirak edib. Yan Petrof nəhayət ki, Azərbaycanda da "Petrof" royallarının satışına başlanmasına çox sevindiyini bildirib. O bu royalların Azərbaycanın geniş musiqi kütləsinə çatdırılacağına, sənətkarların bu royallardan istifadə edəcəyinə əminliyini ifadə edib. Tədbirdə çıxış edən Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli "Petrof" royallarının onun yaradıcılığındakı əhəmiyyətindən danışıb və buna görə, Y. Pertofa təşəkkür edib. Təqdimat mərasimində Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi, xalq artisti Fuad Poladov, Teatr Xadimləri İttifaqının rəhbəri Azərpaşa Nemətov, dirijor Yalçın Adıgözəlov və bir çox başqa tanınmış simalar da iştirak edib.

Yer imleri