[b]Nyu-Yorkda azərbaycanlı rəssamın sərgisi təşkil olunacaq[b]
Bakı-APA. Noyabrın 1-dən 15-dək Nyu-Yorkun "Gallery MC" salonunda Azərbaycan rəssamı Rasim Babayevin əsərlərindən ibarət sərgi açılacaq. BU barədə APA-ya Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Sərgi "Azerbaijan Art Exhibition" adlanır. Qeyd edək ki, Rasim Babayev Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, daha sonra isə Surikov adına Moskva Rəssamlıq İnstitutunda təhsil alıb. Onun əsərləri bir sıra xarici ölkələrdə nümayiş etdirilib. Azərbaycanlı rəssamın Tretyakov Qalereyasında və Şərq xalqları incəsənəti muzeyində də əsərləri saxlanır.
4610 sonuçtan 4.271 ile 4.280 arası

10-24-2008, 11:30 AM #4271Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Erməni əsirliyində olan Rafiq Həsənovun məktubu ailəsinə çatdırılıb: "Qardaşımın oğlu olsa, ona mənim adımı qoyun"
[b]Erməni əsirliyində olan Rafiq Həsənovun məktubu ailəsinə çatdırılıb: "Qardaşımın oğlu olsa, ona mənim adımı qoyun"[b]
Ağdam. Teymur Zahidoğlu - APA. Bu il oktyabrın 8-də Qazax rayonu ərazisində qoşunların təmas xətində Ermənistan hərbçiləri tərəfindən əsir götürülən Azərbaycan Ordusunun əsgəri Rafiq Rəhman oğlu Həsənov ailəsinə məktub yazıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, məktub Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri tərəfindən əsirin ailəsinə təqdim olunub. Əsirin atası Rəhman Həsənov APA-nın əməkdaşına deyib ki, oğlunun məktubunda bu sözlər yazılıb: "Vəziyyətim yaxşıdır. Əgər qardaşım Afiqin oğlu olsa, ona mənim adımı qoyun. Qardaşım Azəri də yanınıza gətirin, birlikdə mehriban yaşayın". Əsirin atası deyib ki, oğlu yazıb-oxuya bilmədiyi üçün məktubu BQXK-nin əməkdaşı yazıb: "Məktubu gətirən şəxs dedi ki, Rafiqin sözlərini mən yazmışam".BQXK-nin Azərbaycan nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri Gülnaz Quliyeva APA-ya faktı təsdiqləyib. G. Quliyevanın sözlərinə görə, R. Həsənovla görüşdə BQXK-nin Azərbaycan nümayəndəliyinin əməkdaşı da iştirak edib. Mətbuat xidmətinin rəhbəri deyib ki, BQXK nümayəndələri indiyə qədər R. Həsənovla iki dəfə - oktyabrın 10-da və 16-da görüşüblər. Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Həsənov Rafiq Rəhman oğlu 8 oktyabr 2008-ci il tarixdə Qazax rayonu ərazisində qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb. Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyindən Dövlət Komissiyasına hazırda Ermənistanda saxlanılan Həsənov Rafiq Rəhman oğluna BQXK-nın Ermənistandakı nümayəndəliyinin əməkdaşları tərəfindən baş çəkildiyi, onunla rəftarın və saxlanma şəraitinin beynəlxalq humanitar hüquq normalarına uyğun olduğu barədə məlumat verilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Rafiq Həsənovun əsirlikdən azad olunması istiqamətində müvafiq tədbirlər görülür. Müdafiə Nazirliyi də əsgər Rafiq Həsənovun Ermənistan hərbçiləri tərəfindən əsir götürülməsi faktını təsdiqləyib. R. Həsənov bu ilin aprel ayında Ağdam rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

10-24-2008, 11:50 AM #4272Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Nyu-Yorkda azərbaycanlı rəssamın sərgisi təşkil olunacaq

10-24-2008, 12:00 PM #4273Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanda ilk dəfə iri qaz sayğacları istehsal olunacaq
[b]Azərbaycanda ilk dəfə iri qaz sayğacları istehsal olunacaq[b]
Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. «Gəncə Sənaye Cihaz» ASC Azərbaycanda ilk dəfə iri mexaniki qaz sayğaclarının istehsalına hazırlaşır. Bu barədə «APA-ECONOMICS»ə «Gəncə Sənaye Cihaz» ASC-nin İdarə Heyətinin sədri Faiq Yelisuyski məlumat verib. Sədrin sözlərinə görə, daha çox qazın nəql edildiyi obyektlər üçün nəzərdə tutulan J6, J10 sayğaclarının «Aktaris»in detalları əsasında istehsalı planlaşdırılır. Hazırda bununla bağlı Fransanın «Aktaris» şirkəti ilə danışıqlar aparılır. Danışıqlar bu ilin noyabrın ayının sonu və ya dekabrın əvvəlində yekunlaşacaq.Belə sayğaclara Azərbaycanda böyük tələbatın olduğunu deyən F.Yelisuyski bildirib ki, istehsala gələn ilin əvvəlindən başlamaq nəzərdə tutulur.Qeyd edək ki, J6, J10 paslanmayan və uzun müddət istifadə oluna bilən qaz sayğaclarıdır. J6 qaz sayğacının ölçmə gücü 0,06-10, J10 qaz sayğacının isə 0,1-16 kubmetr/saat təşkil edir.

10-24-2008, 12:10 PM #4274Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev zabitin intihar etməsinə münasibət bildirib - EKSKLÜZİV
[b]Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev zabitin intihar etməsinə münasibət bildirib - EKSKLÜZİV[b]
Bakı. Elbrus Seyfulayev - APA. Dövlət Sərhəd Xidmətinin (DSX) Neftçala rayonundakı "N" saylı hərbi hissəsinin zabiti Anar Cabbarovun intiharı faktı ilə bağlı Hərbi Prokurorluqda araşdırma aparılır.
Bu barədə APA-ya eksklüziv açıqlamasında DSX rəisi, general-leytenant Elçin Quliyev bildirib. E. Quliyev deyib ki, intiharın ailə münaqişəsi zəmində baş verdiyi ehtimal edilir: "Bu, özünə qəsddir. Ehtimal olunur ki, intihar ailə münaqişəsi zəmində baş verib". DSX rəisi zabitin xidmətlə bağlı hər hansı probleminin olması barədə suala "Düşünürəm ki, xidmətlə bağlı hər hansı problem olmayıb" cavabını verib. Qeyd edək ki, DSX-nın Neftçala rayonunda yerləşən "N" saylı hərbi hissənin zabiti, baş leytenant, 1980-ci il təvəllüdlü Anar Cabbarov Xıllı qəsəbəsi ərazisində özünü elektrik dirəyindən asaraq intihar edib.

10-24-2008, 12:20 PM #4275Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın aparıcı sement istehsalçısı 2008-ci ildə 1,35 mln. ton hazır məhsul istehsal edəcək
[b]Azərbaycanın aparıcı sement istehsalçısı 2008-ci ildə 1,35 mln. ton hazır məhsul istehsal edəcək[b]
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycanın aparıcı sement istehsalçısı olan «Qaradağ Sement» ASC 2008-ci ildə 1,35 mln. ton sement istehsal edəcəyini proqnozlaşdırır. Bu barədə «APA-ECONOMICS»ə ASC-nin marketinq meneceri Kamran Abbasov məlumat verib. K.Abbasovun sözlərinə görə, il ərzində zavodda 0,8 mln. ton klinker istehsal olunur ki, bundan da 1,1 mln. ton sement alınır: «Lakin idxal edilmiş klinker ilin sonunadək sement istehsalını 1,35 mln. tona çatdırmağa imkan yaradacaq».Qeyd edək ki, hazırda zavodda yeni soba inşa olunur və artıq 2011-ci ildə həmin soba istismara veriləcək. Nəticədə, zavodda klinkerin illik istehsalı 0,8 mln. tondan 1,2 mln. tona qədər, sement istehsalı isə 1,3 mln. tondan 1,7 mln. tona qədər artırılacaq. Yeni sobanın quraşdırılması ətraf mühitə təsirin minimallaşdırılmasını nəzərdə tutur, həmçinin enerji sərfinin 50%-dən az olacağı gözlənilir. Layihənin ümumi dəyəri 327 mln. avro təşkil edir.Ötən il müəssisədə 1,35 mln. ton sement istehsal olunub, zavodun illik istehsal gücü isə 1,4 mln. tona bərabərdir.Xatırladaq ki, «Qaradağ Sement» ASC-nin əsas səhmdarları rolunda İsveçrənin «Holcim» şirkəti, Avropa Yenidənqurma və İnkişaf Bankı və Azərbaycan İnvestisiya Şirkəti çıxış edir.

10-24-2008, 12:30 PM #4276Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Təhsil Nazirliyi Bakı Maliyyə Kollecində baş verən qətllə bağlı araşdırma aparıb
[b]Təhsil Nazirliyi Bakı Maliyyə Kollecində baş verən qətllə bağlı araşdırma aparıb[b]
Bakı. Elbrus Seyfulayev-APA. Təhsil Nazirliyi Bakı Maliyyə Kollecində bir neçə gün əvvəl baş verən qətl hadisəsi ilə bağlı araşdırma aparıb. APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin Aparatının rəhbəri İlham Pirməmmədov jurnalistlərə açıqlamasında bildirib ki, hadisənin səbəblərini, qətli törədən tələbə Fərhad Məmmədovun ailə durumunu araşdırıblar. İ. Pirməmmədovun sözlərinə görə, tələbənin ailəsində problemlər olduğu bildirilib: "Onun anası və atası bir-birində ayrılıb. Anası xəstədir. Bütün bunlar tələbənin psixologiyasına təsir edib". Aparat rəhbəri müəllimlə tələbə arasında baş verən insidentdə üçüncü şəxsin iştirak etmədiyini deyib. İ. Pirməmmədov qeyd edib ki, F. Məmmədovun əvvəlcə qətlə yetirdiyi Sabir Xuduyevin yanına gəlib oranı tərk etdiyi, daha sonra qayıdaraq onu öldürdüyü bildirilib. Nazirlik təmsilçisi mərhum müəllim haqqında müsbət rəylərin açıqlandığını da deyib. Qeyd edək ki, Bakı Maliyyə Kollecinin tələbəsi, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Fərhad Elşən oğlu Məmmədov oktyabrın 20-də kollecin maliyyə-vergi şöbəsinin müdiri, 1943-cü il təvəllüdlü Sabir Musa oğlu Xuduyevi bıçaqla qətlə yetirib. F. Məmmədov artıq saxlanılıb.

10-24-2008, 12:40 PM #4277Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərən ali məktəblər və onların filialları bağlanıb
[b]Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərən ali məktəblər və onların filialları bağlanıb[b]
Bakı. Elnur Məmmədli - APA. "Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərən ali məktəblər və onların filiallarının hamısı bağlanıb". APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyi aparatının rəhbəri İlham Pirməmmədov deyib. O bildirib ki, təkcə Azərbaycan Beynəlxalq Universitetində bəzi tələbə köçürmələrində problemlər olub və bununla bağlı araşdırma aparılır: "Köçürülən tələbələrin heç biri imtahanlara buraxılmır. Yəqin gələn imtahanlarda da belə olacaq. Hazırda belə tələbələrin sayı 300-ə yaxındır".İ. Pirməmmədov Azərbaycanda yaşayan milli azlıqların dillərində ibtidai siniflər üçün dərsliklər hazırlandığını da söyləyib.

10-24-2008, 12:50 PM #4278Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanda hərbi qulluqçulara yaşayış evi tikilməsi üçün torpaq sahəsinin verilməsi ilə bağlı qanun qəbul ediləcək
[b]Azərbaycanda hərbi qulluqçulara yaşayış evi tikilməsi üçün torpaq sahəsinin verilməsi ilə bağlı qanun qəbul ediləcək[b]
Bakı. Elnur Məmmədli - APA. Milli Məclisin növbəti iclası oktyabrın 28-i və 31-də keçiriləcək. APA-nın məlumatına görə, Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov iclaslarda Torpaq Məcəlləsi, Rəqabət Məcəlləsinin müzakirəsinin nəzərdə tutulduğunu bildirib: "Mən bir məsələni xüsusi qeyd etmək istəyirəm ki, hərbi qulluqçulara yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin verilməsi ilə bağlı qanunun qəbulu nəzərdə tutulur. Bu qanun layihəsi parlamentə prezident tərəfindən göndərilib. Hesab edirəm ki, bu, hərbçilərin sosial-iqtisadi şəraitinin yaxşılaşdırılması baxımdan önəmli addımdır. Güman edirəm ki, sessiya çərçivəsində bu qanunu qəbul edəcəyik".

10-24-2008, 01:10 PM #4279Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanlı rejissor Rəşt kinofestivalının münsiflər heyətində təmsil olunacaq
[b]Azərbaycanlı rejissor Rəşt kinofestivalının münsiflər heyətində təmsil olunacaq[b]
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın gənc rejissor Fariz Əhmədov İran İslam Respublikasında keçirilən 38-ci Rəşt kinofestivalının münsiflər heyətinə dəvət alıb. "İmper Qrup" prodüser mərkəzindən APA-ya bildirilib ki, Rəşt kinofestivalı 1963-cü ildən keçirilir və İran İslam Respublikasında ən qədim kinofestivallardan biridir. Oktyabrın 31-dən noyabrın 7-nə kimi davam edəcək festival Tehran şəhərində keçiriləcək. Festivalın seçim komissiyasına 50 ölkədən 1017 film təqdim olunub ki, həmin filmlərin 70-i müxtəlif mükafatlar uğrunda mübarizə aparacaq. Festivalın münsiflər heyətində azərbaycanlı rejissor Fariz Əhmədovdan başqa Almaniya, Avstriya, Avstraliya, Kanada, İspaniya, İtaliya, Böyük Britaniya, İsveçrə və Serbiyanın tanınmış kino xadimləri təmsil olunacaq. Festivalın ən gənc üzvü Fariz Əhmədovdur. Festivalın münsiflər heyətinə dəvəti o, Azərbaycanda da filmləri ilə tanınan Kərim Kərimidən alıb. Məlumatda bildirilib ki, festivalın proqramında Azərbaycan filmi yoxdur. Amma festivalın rəhbərliyi ilə hazırda aparılan danışıqlar nəticəsində tədbirdə bir neçə Azərbaycan filminin nümayişi təşkil olunacaq. Festival çərçivəsində Yusif Quliyevin "Keçid", İqbal Məmmədəliyevin "Sükutun səsi", Asif Rüstəmovun "Ev" və Samir Kərimoğlunun "Qanadlarıma sığal çək" filmlərinin nümayişi nəzərdə tutulub.

10-24-2008, 01:20 PM #4280Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Sumqayıt sakini qardaşına bıçaqla xəsarət yetirib
[b]Sumqayıt sakini qardaşına bıçaqla xəsarət yetirib[b]
Bakı-APA. Bu gün 01.45 radələrində Sumqayıt şəhər sakini, Elməddin Piriyev ailə münaqişəsi zəminində, qardaşı Anara bıçaqla xəsarət yetirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E. Piriyev tutulub.E. Piriyevin ruhi xəstə olduğu bildirilib.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri