Əsas məzmuna keç
Sayfa 416/461 İlkİlk ... 316366406414415416417418426 ... SonSon
4610 sonuçtan 4.151 ile 4.160 arası

Azərbaycan Xəbərləri

1. #4151
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Mahaçqalada döyüş gedir, 5 OMON-çu həlak olub, 9 milis yaralanıb

[b]Mahaçqalada döyüş gedir, 5 OMON-çu həlak olub, 9 milis yaralanıb[b]

Mahaçqala-APA. Mahaçqalanın 30 kilometr cənub-qərbində cinayətkar qruplaşmanın üzvləri ilə hüquq-mühafizə orqanları arasında döyüş gedir.

APA-nın "RİA-Novosti"yə istinadən yaydığı məlumata görə, hələ də davam edən döyüşdə 5 OMON-çu, həlak olub, altısı isə yaralanıb. Əməliyyata cəlb olunan yerli daxili işlər orqanlarının əməkdaşlarından da 3 nəfər yaralı var. Döyüş Bakı vaxtı ilə 15.00 radələrində Dağıstanın Serqokalin və Qarabudaqkənd rayonlarının inzibati sərhədində gedir.

2. #4152
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Elçin Behbudov "Lotu Yunus" ləqəbi ilə tanınan Yunus Nəzərovla görüşüb

[b]Elçin Behbudov "Lotu Yunus" ləqəbi ilə tanınan Yunus Nəzərovla görüşüb[b]

Bakı-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində "Lotu Yunus" ləqəbi ilə tanınan məhbus Yunus Nəzərovla görüşüb. E. Behbudov APA-ya bildirib ki, müəssisənin reanimasiya şöbəsində müalicə olunan Y. Nəzərov vəziyyətinin yaxşı olduğunu, özünü yaxşı hiss etdiyini deyib. Məhbus hüquq müdafiəçisinə mətbuatda onun barəsində qeyri-dəqiq məlumatların yayıldığını deyib və buna son qoyulmasını xahiş edib. Y. Nəzərovun həkimi onun həyatına təhlükə olmadığını bildirib.Qeyd edək ki, bir neçə gün əvvəl saylı 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan "kriminal avtoritet" Yunus Nəzərovun məhbus yoldaşı tərəfindən baltalanması barədə məlumat yayılıb. Məlumata görə, hadisə Y. Nəzərovun digər məhbus yoldaşlarını döyməsi üstündə baş verib. Y. Nəzərovun özünü həbsxanada bu cür aparmasını qəbul etməyən məhbuslardan biri onu yatdığı yerdə baltalayıb. Bundan sonra baltalanan məhbus ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

3. #4153
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İlin əvvəlindən Xəzər Dəniz Neft Donanmasının 14 gəmisi əsaslı təmirdən çıxıb

[b]İlin əvvəlindən Xəzər Dəniz Neft Donanmasının 14 gəmisi əsaslı təmirdən çıxıb[b]

Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. ARDNŞ-in Xəzər Dəniz Neft Donanmasının Gəmi Təmiri Zavodu sentyabr ayı üçün proqnozu 2,3% artıqlaması ilə yerinə yetirib. Bu barədə «APA-ECONOMICS»ə ARDNŞ-dan məlumat verilib.Ötən ay zavodda təmirdən 2 gəmi - güclü su vuran avadanlıqlarla təchiz olunmuş nəhəng «Vixr-9» yanğınsöndürən, xam neftin Neftçaladan Dübəndi limanına gətirilməsini təmin edən «Bunkerovşik-4» gəmisi buraxılıb. Cari ilin yanvar-sentyabr aylarında isə zavodda proqnoz 9,5% artıqlaması ilə yerinə yetirilib. Əsaslı təmirdən 14 gəmi çıxıb, daha 15 gəmi isə dok təmirindən keçib. Bu dövrdə 5 dəniz kranı - «Ulluçay», «Şirvan», «Şirvan-3», «İslam Kərimov» və «Ramiz Hacıyev» təmir edilib.

4. #4154
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bakı şəhərinin təkrar avtomobil bazarında sentyabrda qiymətlər 9% düşüb

[b]Bakı şəhərinin təkrar avtomobil bazarında sentyabrda qiymətlər 9% düşüb[b]

Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Cari ilin sentyabr ayında Bakı şəhərinin təkrar avtomobil bazarında passivlik qeydə alınıb. Bu barədə «APA-ECONOMICS»ə «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən (ƏBİ) məlumat verilib.ƏBİ-nin araşdırmalarına görə, yay aylarında ekspertlər bazarın bu seqmenti üzrə passivliyi əsasən mövsümi faktorlarla əlaqələndirildiyi halda, sentyabrda qeydə alınan passivlik avtomobil bazarında aparılan islahatlar-köçürmələrlə bağlı olub. Belə ki, 2 ay əvvəl Dərnəgül qəsəbəsindəki avtomobil bazarının Badamdar qəsəbəsində yeni açılmış avtomobil satış mərkəzinə köçürülməsi bazarın bu seqmentində aktivliyin ciddi şəkildə aşağı düşməsi ilə nəticələnib. Təkcə Dərnəgüldəki avtomobil bazarının deyil, paralel olaraq şəhərin müxtəlif ərazilərindən küçə və yolkənarı xırda satış mərkəzlərinin eyni vaxtda yığışdırılması bazardakı vəziyyətə mənfi təsir göstərib. Ay ərzində təklifdə 10,7% azalma qeydə alınıb. Təklifin azalmasına səbəb kimi yeni satış mərkəzinin tam tanınmaması ilə yanaşı, tələbin aşağı düşməsi və təkrar avtomobil bazarına kredit verilməsinin demək olar ki, tam dayandırılması göstərilir. Ötən ay təkliflə yanaşı tələb də 6,1% düşüb. Müvafiq olaraq ay ərzində avtomobil almaq üçün satış mərkəzlərinə müraciət edənlərin sayında da nəzərə çarpan azalma müşahidə olunub. Lakin buna baxmayaraq, ay ərzində bazarda orta qiymət dəyişməz qalıb və ötən ay olduğu kimi 21 min ABŞ dollarına bərabər olub. Tələbin düşməsi, qiymətlərin yüksək olması, eyni zamanda mövsümi faktorlar və bazarda aparılan islahatlar və yerdəyişmələrin birgə təsiri nəticəsində ötən ay avtomobillərin ekspozisiya müddəti 5 gün artaraq 64 günə çatıb. Buna müvafiq risk dərəcəsi artıb və əmlakın bu növü üzrə likvidlik dərəcəsi aşağı düşüb. Bütün bunlar isə tədricən rəqabətə davam gətirə bilməyən xırda alverçilərin bazardan çıxmasına təsir göstərir. Sentyabr ayında təkrar avtomobil bazarında araşdırma predmeti olan 5 minə qədər avtomobilin cəmi 30%-ə qədəri bazara məhz sentyabr ayında təklif olunub. Qalan 70%-i isə əvvəlki aylardan qalan avtomobillərdir. Bazardakı yerdəyişmələr təkrar bazarda proqnozlaşdırılan qiymət artımının qarşısını nəinki alıb, hətta sentyabrda bazarın bu seqmentində 9,4% qiymət azalması müşahidə olunub.

5. #4155
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

«Azercell» Azərbaycanda tələbələrə təqaüd verəcək

[b]«Azercell» Azərbaycanda tələbələrə təqaüd verəcək[b]

Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti 15 tələbəyə təqaüd verəcək. Şirkətdən «APA-ECONOMICS»ə verilən məlumata görə, «Azercell»in keçirdiyi xüsusi karyera proqramı çərçivəsində tələbələr üçün təqaüd proqramı üzrə müsabiqə elan edilib. «Gələcək sənsən» şüarı altına reallaşdırılan proqramın məqsədi müvəffəqiyyətlə təhsil alan və yüksək ixtisaslı tələbələrin gələcəkdə peşəkar kimi formalaşmasına dəstək verməkdir.Müsabiqədə qalib gələn tələbələrə «Azercell» tərəfindən hər ay təqaüd ödəniləcək. Müsabiqədə beş ali təhsil ocağında - Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Qafqaz Universitetinin (kompüter mühəndisliyi, kompüter sistem və şəbəkələri, biznes inzibatçılığı üzrə fakültələr) əyani şöbəsində oxuyan III və IV kurs tələbələri iştirak edə bilərlər. Təqaüdçü olmaq istəyən tələbələr bu ilin noyabrın 15-də sənədlərini «Azercell»in Bəsti Bağırova küçəsi,2 ünvanında yerləşən Müştəri Xidmətləri ofisinə təqdim etməlidir. Müsabiqə komitəsi daxil olan müraciətləri təhlil etdikdən sonra tələbələr testdən keçəcək və qalib gələn 15 tələbə müəyyənləşdiriləcək.

6. #4156
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bakıda Çexiyanın məşhur "Petroff" şirkətinin royallarının satışına başlanıb

[b]Bakıda Çexiyanın məşhur "Petroff" şirkətinin royallarının satışına başlanıb[b]

Bakı-APA. Bu gün dünyada məşhur royalları ilə tanınan Çexiyanın "Petroff" şirkətinin Azərbaycanda yeganə distributoru olan "Royal" musiqi alətləri salonu ilə əməkdaşlığa başlaması münasibəti ilə təqdimat mərasimi keçirilib. APA-nın xəbərinə görə, təqdimat mərasimində şirkətin yaradıcısı olan nəslin nümayəndəsi Yan Petrof da iştirak edib. "Royal" şirkətlər qrupunun rəhbəri Azər Mütəllim məşhur "Petroff" şirkəti ilə əməkdaşlıqdan məmnun olduğunu bildirib.Yan Petroff nəhayət ki, Azərbaycanda da "Petroff" royallarının satışına başlanmasına çox sevindiyini bildirib. O bu royalların Azərbaycanın geniş musiqi kütləsinə çatdırılacağına, sənətkarların bu royallardan istifadə edəcəyinə əminliyini ifadə edib. Tədbirdə çıxış edən Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli "Petroff" royallarının onun yaradıcılığındakı əhəmiyyətindən danışıb və buna görə, Y. Pertofa təşəkkür edib.Təqdimat mərasimində Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi, xalq artisti Fuad Poladov, Teatr Xadimləri İttifaqının rəhbəri Azərpaşa Nemətov, dirijor Yalçın Adıgözəlov və bir çox başqa tanınmış simalar da iştirak edib.

7. #4157
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İsveçrədə uydurma "erməni soyqırımı"nı inkar edən türklər cərimələnib

[b]İsveçrədə uydurma "erməni soyqırımı"nı inkar edən türklər cərimələnib[b]

Bern - APA. İsveçrənin Vintertur dairə məhkəməsi uydurma "erməni soyqırımı"nı inkar edən 3 türkü cərimələyib. APA-nın "Panarmenian"a istinadən verdiyi məlumata görə, Əli Mərcan, Həsən Kamal və Əthəm Kaya adlı türklər 3600 və 4500 İsveçrə frankı məbləğində cərimə olunublar. Bu şəxslər 2007-ci il iyunun 30-da Türkiyə İşçi Partiyasının lideri Doğu Pərinçəkin Lozanna şəhərində təşkil etdiyi toplantıya qatılaraq Osmanlı İmperiyası dövründə ermənilərə qarşı soyqırım törədilmədiyini, bu barədə iddiaların Fransa, ABŞ və çar Rusiyası tərəfindən uydurulmuş beynəlxalq yalan olduğunu bildiriblər. Adı çəkilən şəxslər 10 gün ərzində məhkəmənin hökmündən şikayət verə bilərlər. Xatırladaq ki, 2007-ci ilin martında İsveçrə məhkəməsi D. Pərinçəki saxta soyqırımı inkar etdiyi üçün 90 gün şərti cəzaya məhkum edib və 3 min frank məbləğində cərimələyib. Hazırda D. Pərinçək Türkiyədə "Ergenekon" məsələsi ilə bağlı həbsdədir.

8. #4158
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Elmar Məmmədyarov diplomatik missiyasının başa vuran Belçika səfirini qəbul edib

[b]Elmar Məmmədyarov diplomatik missiyasının başa vuran Belçika səfirini qəbul edib[b]

Bakı-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belçikanın ölkəmizdəki səfiri Frenk Ceyerkensi diplomatik missiyasının başa çatması münasibətilə qəbul edib. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Azərbaycan və Belçika arasında münasibətlərin inkişaf etdirilməsinin və qarşılıqlı əlaqələrdə yeni mərhələnin açılmasının vacibliyini vurğulayan tərəflər, bu istiqamətdə səylərin artırılmasına ehtiyac olduğunu qeyd ediblər. Belçika səfiri əməkdaşlığı gücləndirmək, hər iki ölkənin ictimaiyyətində məlumatsızlığı aradan qaldırmaq, yüksək səviyyəli rəsmilərinin səfərləri ilə yanaşı, iş adamlarının səfərlərini təşkil etmək kimi addımları vacib sayıb. Belçikanın Bakıdakı səfirliyinin artıq tam fəaliyyət göstərdiyini və onu əvəz edəcək yeni səfirin də bu istiqamətdə çalışacağını diqqətə çatdırıb. Nazir Elmar Məmmədyarov da əməkdaşlığı gücləndirmək fikrini dəstəkləyərək, Azərbaycanın regionda lider dövlət kimi nüfuzunun artdığını qeyd edib, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında Belçikanın vacib rolunu vurğulayıb. Görüşün sonunda nazir səfirə gələcək fəaliyyətində uğurlar diləyib.

9. #4159
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə mərhələsi başlayıb

[b]Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə mərhələsi başlayıb[b]

Bakı. Kəmalə Quliyeva-APA. Oktyabrın 20-dən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsahibə mərhələsi başlayıb. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sayca 3-cü olan müsahibədə 106 nəfər iştirak edir. 13 dövlət qurumunda işləmək istəyən namizədləri müəyyənləşdirəcək müsahibə mərhələsi noyabrın 4-də başa çatacaq. Komissiya tərəfindən 33 dövlət orqanı üzrə elan edilmiş müsabiqənin test imtahanı isə noyabrın ortalarında keçiriləcək. İmtahana buraxılış vərəqələri namizədlərə noyabrın əvvəlində veriləcək.

10. #4160
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Fikrət Məmmədov Norveç Krallığı Ədliyyə Nazirliyinin nümayəndə heyətini qəbul edib

[b]Fikrət Məmmədov Norveç Krallığı Ədliyyə Nazirliyinin nümayəndə heyətini qəbul edib[b]

Bakı. Hafiz Heydərov-APA. Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov bu gün ölkəmizdə səfərdə olan Norveç Krallığı Ədliyyə Nazirliyinin baş katibi Morten Ruudun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, F. Məmmədov Azərbaycanda oktyabrın 15-də keçirilən prezident seçkilərinin beynəlxalq standatlara uyğun- azad, şəffaf və demokratik şəraitdə baş tutduğunu diqqətə çatdırıb. Nazir həmçinin məhkəmə sisteminin təkmilləşdirilməsi, ədliyyə orqanlarının müasirləşdirlməsi sahəsində görülən işlərdən danışıb. Görüşdə Norveçlə Azərbaycan arasında iqtisadi əlaqələrin uğurlu inkişaf etdiyi vurğulanıb. Ədliyyə sahəsində səmərəli əməkdaşlıqdan məmnun qaldıqlarını bildirən qonaqlar, Norveç və ATƏT-in Azərbaycanla hüquqi islahatlar üzrə üçtərəfli formatda əməkdaşlığa maraqlı olduqlarını diqqətə çatdırıblar. Morten Ruud Avropa ədliyyə nazirlərinin ölkəsində keçiriləcək növbəti konfransına Azərbaycanın ədliyyə nazirinə Norveç tərəfinin dəvətini çatdıırıb. Tədbirdə Norveç Krallığının səfiri Yon Ramberq və ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herero Ansola da iştirak edib.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.