[b]HP şirkəti Bakıda gənc sahibkarlar üçün Tədris Mərkəzi açıb[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. «Hewlett Packard» (HP) şirkəti «Junior Achievement Azerbaijan» qeyri-hökumət təşkilatının yardımı ilə Bakıda müasir Tədris Mərkəzi açıb. «APA-ECONOMICS»in məlumatına görə, bu münasibətlə bu gün keçirilən tədbirdə HP şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyov bildirib ki, mərkəzin açılmasında məqsəd peşəkar informasiya texnologiyaları (İT) hazırlığına ehtiyacı olan tədris ocaqlarının məzunlarını, işsiz gəncləri İT və biznesin aparılması sahəsində zəruri bilik və bacarıqlarla təmin etməkdir. Mərkəz «Yeni sahibkarlar üçün İT-də biznes» (GET-İT) proqramı çərçivəsində yaradılıb. HP şirkəti mərkəzi müasir avadanlıqlarla təchiz edib, eyni zamanda «Junior Achievement Azerbaijan» təşkilatının bir nümayəndəsinin adı çəkilən proqram çərçivəsində xüsusi müəllimlər treninqində iştirakını təmin edib. Tədris Mərkəzində gənc sahibkarlar İT-dən istifadə edərək, müxtəlif biznes məsələlərin həlli yollarını öyrənəcəklər. R.Hacıəlibəyovun sözlərinə görə, bu, HP tərəfindən açılan ilk mərkəz deyil. Ötən il MADAD qeyri-hökumət təşkilatının yardımı ilə bu cür tədris mərkəzi açılıb.
Azərbaycan Xəbərləri
Printable View

10-31-2008, 06:00 PMAPAHP şirkəti Bakıda gənc sahibkarlar üçün Tədris Mərkəzi açıb

10-31-2008, 06:10 PMAPABu gün BBVB-nin valyuta bölməsində 3,690 mln. dollarlıq əqd bağlanıb
[b]Bu gün BBVB-nin valyuta bölməsində 3,690 mln. dollarlıq əqd bağlanıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8092 AZN/$1 təşkil edib.BBVB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8085 AZN/$1, USD/AZN T+0 aləti üzrə əqdlərin həcmi 1 619 000 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 1 367 950 AZN, manatın orta məzənnəsi isə 0,8092 AZN/$1təşkil edib.Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 3,690 mln. dollar və ya 2 986 950 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 615 min dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb.EUR/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 515 050 AZN, manatın orta məzənnəsi isə 1,0301 AZN/1 EUR təşkil edib. Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.Qeyd edək ki, BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararasi kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 16,06%, ABŞ dolları üzrə isə illik 16,19% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb. -
10-31-2008, 06:20 PMAPAOlimpiya medalçılarına "əməkdar idman ustası" adı verildi
[b]Olimpiya medalçılarına "əməkdar idman ustası" adı verildi[b]
[Bakı. Aqşin Əliyev - APA-SPORT. Azərbaycan Gənclər və İdman Nazirliyində (AGİN) növbəti kollegiya keçirilib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın "APA-SPORT"a verdiyi məlumata görə, iclasda XXIX Pekin Yay Olimpiya Oyunlarında medal qazanan idmançılarımıza fəxri adlar verilib. 2005-2008-ci illər üçün Vahid İdman Təsnifatına uyğun olaraq, AGİN-in idman şöbəsi 7 idmançını "Azərbaycan Respublikasının Əməkdar idman ustası" fəxri adı ilə təltif edib.Beləliklə, 20 yaşlı cüdoçu Elnur Məmmədli (Pekin Olimpiadasının qızıl medalçısı, dünya çempionatının gümüş mükafatçısı, Avropa çempionu), 21 yaşlı yunan-Roma güləşçisi Rövşən Bayramov (Pekin Olimpiadasının və dünya çempionatının gümüş mükafatçısı, ikiqat Avropa çempionu), 24 yaşlı yunan-Roma güləşçisi Vitali Rəhimov (Pekin Olimpiadasının gümüş medalçısı, Avropa çempionu), 28 yaşlı boksçu Şahin İmranov (Pekin Olimpiadasının bürünc, Avropa çempionatının gümüş medalçısı), 34 yaşlı cüdoçu Mövlud Mirəliyev (Pekin Olimpiadasının, həmçinin dünya çempionatının bürünc mükafatçısı), 25 yaşlı sərbəst güləşçi Xetaq Qazyumov (Pekin Olimpiadasının və Avropa çempionatının bürünc medalçısı) və 20 yaşlı güləşçi Mariya Stadnik (Pekin Olimpiadasının bürünc mükafatçısı, Avropa çempionu) əməkdar idman ustası adına layiq görülüblər. -
10-31-2008, 06:30 PMAPABalakən sakinini Bakıda cərəyan vurub
[b]Balakən sakinini Bakıda cərəyan vurub[b]
[Bakı. Hafiz Heydərov-APA. Balakən rayon sakinini Bakıda cərəyan vurub. Qaradağ rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün "Çənlibel" karxanasına gedən yolda baş verib. Yol kənarında yüksək gərginlikli elektrik xəttinin yerə düşməsi yaxınlıqdan keçən inəyin ölümü ilə nəticələnib. İnəyin cəsədi üzərinə toplaşan itlər yaxınlıqdan ərazidən keçən piyada, Balakən rayonu Meşəşambul kənd sakini, 1961-ci il təvəllüdlü Hacı Qurban oğlu İsayevə hücum ediblər. İt sürüsündən qaçan H. İsayev yaxınlıqdakı elektrik dirəyinə çıxmaq istəyərkən onu cərəyan vurub. Nəticədə 47 yaşlı Balakən sakini hadisə yerindəcə keçinib. Faktla bağlı Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. -
10-31-2008, 06:40 PMAPADelimitasiya üzrə dövlət komissiyalarının iclasları gələn ilə qalıb
[b]Delimitasiya üzrə dövlət komissiyalarının iclasları gələn ilə qalıb[b]
[Bakı. Laçın Sultanova - APA. Gələn ilin birinci rübündə Azərbaycanın Rusiya və Gürcüstanla dövlət sərhədlərinin delimitasiyası üzrə dövlət komissiyalarının iclasları keçiriləcək. APA-nın məlumatına görə, bunu xarici işlər nazirinin müavini, Delimitasiya və Demarkasiya üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov deyib. O, Azərbaycan-Rusiya sərhədində razılaşdırılmamış cəmi iki sahənin qaldığını xatırladıb: "Dövlət komissiyalarının iclasları arasındakı dövrdə ekspertlər fəaliyyət göstərir, müvafiq sənədlər üzərində, lazım gəldikdə yerlərdə iş aparırlar". -
10-31-2008, 06:50 PMAPA"The Washinqton Post" qəzetində Müslüm Maqomayevin vəfatı ilə bağlı nekroloq dərc edilib
[b]"The Washinqton Post" qəzetində Müslüm Maqomayevin vəfatı ilə bağlı nekroloq dərc edilib[b]
[Bakı. Ülkər Qasımova-APA. "The Washinqton Post" qəzetində Azərbaycan və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin vəfatı ilə bağlı nekroloq yazısı dərc edilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, "Muslim Magomayev: Soviet Opera, Pop Star" başlıqlı yazıda müəllif mərhumun həyat və yaradıcılığı, sənətdə qazandığı uğurların bəzi məqamları işıqlandırıb. Məqalədə bildirilir ki, "karyerasının ən yüksək nöqtəsində məşhur Paris Olimpiya Musiqi Evinin sahibindən Müslüm Maqomayevə təklif gəlsə də, Sovet İttifaqının Mədəniyyət Nazirliyi buna icazə verməyib". -
10-31-2008, 07:10 PMAPAMəhkəmə "Əbu Bəkr" məscidinin açılması ilə bağlı qərarını ləğv edib
[b]Məhkəmə "Əbu Bəkr" məscidinin açılması ilə bağlı qərarını ləğv edib[b]
Bakı. Hafiz Heydərov - APA. Nərimanov Rayon Məhkəməsi "Əbu Bəkr" məscidinin açılması ilə bağlı qərarını ləğv edib. Bu barədə APA-ya "Nərimanov rayon dindarları" Dini İcmasının vəkili Cavanşir Süleymanov məlumat verib.
[Onun sözlərinə görə, bu gün Nərimanov rayon Məhkəməsində rayon Polis İdarəsinin iddiası əsasında məhkəmə prosesi keçirilib. Hakim Akif Allahvediyevin sədrliyi ilə keçirilən prosesdə iddiaçı tərəf məhkəmənin sonuncu prosesinin olacağı barədə onlara ünvanlanmış çağırış vərəqəsini almadıqlarını, buna görə də prosesdə iştirak etmədiklərini deyiblər. Polis İdarəsi şikayətə onların iştirakı ilə baxılması iddiası ilə çıxış edib. Məhkəmə iddianı təmin edərək, "Əbu Bəkr" məscidinin açılması ilə bağlı əvvəlki qərarını ləğv edib və tərəflərin iştirakı ilə növbəti məhkəmə prosesini təyin edib. Növbəti proses noyabrın 12-ə təyin edilib. Məhkəmə qərarının ədalətsiz olduğunu vurğulayan C. Süleymanov növbəti prosesə qatılacaqlarını bildirib. Qeyd edək ki, Nərimanov rayon Məhkəməsi bu il oktyabrın 27-də "Əbu Bəkr" məscidinin açılması barədə qərar qəbul edib. Nərimanov rayon Polis İdarəsi isə "Əbu Bəkr" məscidinin açılması ilə bağlı məhkəmə qərarına yenidən baxılması tələbi ilə şikayət verib. -
10-31-2008, 07:20 PMAPADağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik edən həmsədrlər artıq Moskvaya toplaşıblar
[b]Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik edən həmsədrlər artıq Moskvaya toplaşıblar[b]
[Bakı. Laçın Sultanova - APA. Dağlıq Qarabağ münaqişəsində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasie (Fransa), Metyu Brayza (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik artıq Moskvadadırlar. Diplomatik mənbələrdən APA-ya daxil olan məlumata görə, bir azdan Rusiya Xarici İşlər Nazirliyinin binasında Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş başlayacaq. Görüş noyabrın 2-də Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dmitri Medvedyev, İlham Əliyev və Serj Sərkisyan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair üçtərəfli görüşə hazırlıq məqsədi daşıyır. Qeyd edək ki, prezidentlərin görüşünü keçirmək təşəbbüsü Rusiya prezidenti tərəfindən oktyabrın 21-də İrəvanda səslənib. -
10-31-2008, 07:40 PMAPAGəncədə əmək yarmarkasında 400 nəfər işlə təmin olunub
[b]Gəncədə əmək yarmarkasında 400 nəfər işlə təmin olunub[b]
[Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Bu gün Gəncədə keçirilən əmək yarmarkasında 1300 nəfər iştirak edib. Onlardan 400 nəfəri işlə təmin olunub. Gəncə şəhər Məşğulluq İdarəsinin baş məsləhətçisi Kəmalə Vəliyevanın APA-nın qərb bürosuna verdiyi məlumata görə, əmək yarmarkasında 96 təşkilatdan 979 vakant iş yeri təklif olunub. Təklif olunan iş yerlərindən 505-i dövlət, 474-ü özəl təşkilatların payına düşüb. Bunlardan 596 fəhlə, 157 dövlət qulluqçusu, 226 yer isə digər xidmət sahələrinin payına düşüb. -
10-31-2008, 07:50 PMAPAMilli Məclis İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik hesabatını qəbul edib
[b]Milli Məclis İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik hesabatını qəbul edib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bu gün keçirilən iclasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik məruzəsi dinlənilib. APA-nın məlumatına görə, daxili işlər nazirinin müavini, İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator Vilayət Eyvazov çıxış edərək Azərbaycanda bu ilin ötən dövründə insan alveri ilə bağlı 342 cinayət faktının aşkarlandığını deyib. Onun sözlərinə görə, bu, 2007-ci illə müqayisədə 119 fakt çoxdur: "Onlardan 68-i Cinayət Məcəlləsinin insan alveri maddəsi üzrə olub. Törətdikləri hüquqazidd əməllərə görə 315 şəxs cinayət məsuliyyətinə cəlb edilib". V. Eyvazov deyib ki, insan alverinin qurbanı olan 72 nəfər müəyyən edilib, axtarışda olan 79 nəfərin 52 faizinin (41 nəfərin), o cümlədən İnterpol xətti ilə 6 şəxsin tutulması təmin edilib, 38 cinayətkar qrup zərərsizləşdirilib.Koordinator latent xarakter daşıyan bu növ cinayətlərin qarşısının alınması və aşkarlanması üzrə 2007-ci ildə həyata keçirilən tədbirlərin əvvəlki dövrlərlə müqayisədə daha fəal olmaqla məqsədyönlü xarakter daşıdığı, müvafiq iş göstəricilərinin dinamikasının yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edib: "Belə ki, respublika qanunvericiliyində insan alverini özü-özlüyündə cinayət kimi tanıyan və cəza təhdidi altında qadağan edən normanın təsbit edildiyi 2005-ci ilin sentyabr ayından sonrakı dövrdə - yəni 2006-cı ildə 27 fakt, 86 qurban, 2007-ci ildə 74 fakt, 101 qurban aşkar edilmişdisə, təkcə bu ilin 10 ayında 68 cinayət faktı və 72 qurban müəyyən olunub. Göstərilən artım ildən-ilə fəaliyyətin effektivliyinin və qeyri-aşkar şəraitdə törədilən müvafiq əməllərin aşkarlanması üzrə işin yaxşılaşmasından, əməkdaşların professionallığının yüksəlməsindən, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqələrin məqsədyönlü və düzgün qurulmasından irəli gəlir". Müzakirələrdən sonra hesabat qəbul olunub. İclasda, həmçinin "Xüsusi iqtisadi zonalar haqqında" qanun layihəsi də qəbul edilib.