Əsas məzmuna keç
Sayfa 384/461 İlkİlk ... 284334374382383384385386394434 ... SonSon
4610 sonuçtan 3.831 ile 3.840 arası

Azərbaycan Xəbərləri

1. #3831
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistan Silahlı Qüvvələri bütün cəbhə boyu atəşkəsi pozub

[b]Ermənistan Silahlı Qüvvələri bütün cəbhə boyu atəşkəsi pozub[b]

Bakı - APA. Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri oktyabrın 13-də saat 19.00-dan 19.30-dək, 20.00-dan 20.15-dək və oktyabrın 14-də saat 01.30-dan 01.40-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Aygepar, İcevan rayonu Berkaber, Noyemberyan rayonu Vazaşen kəndləri ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli, Qazax rayonunun Bala Cəfərli və Qızılhacılı kəndləri ərazisində yerləşən mövqelərini, saat 18.45-dən 18.55-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Məzəmli kəndi yaxınlığında yerləşən mövqelərdən, oktyabrın 14-də saat 05.55-dən 06.10-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 06.00-dan 06.15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 06.10-dan 06.15-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

2. #3832
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

AMB-nin rəsmi valyuta məzənnələr

[b]AMB-nin rəsmi valyuta məzənnələr[b]

1 USD

3. #3833
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində tədbirlər keçiriləcək

[b]"Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində tədbirlər keçiriləcək[b]

Bakı-APA. NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində İspaniyanın Kartagena və Malaqa şəhərlərində oktyabrın 19-dan 24-də təlim kursu keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 20-24 oktyabr tarixlərində isə Bakı şəhərində Hərbi-Dəniz Qüvvələri zabitlərinin NATO (HDQ ilə) tanışlıq kursu olacaq. Oktyabrın 25-dən 29-dək isə Albaniyanın Tirana şəhərində Hərbi Hava Qüvvələri Komandanları Konfransı baş tutacaq. 27-30 oktyabrda isə İtaliyanın Neapol şəhərində Dənizdə hərbi əməliyyatların planlaşdırılması üzrə işçi görüşü olacaq. İctimai Əlaqələr mövzusunda konfrans isə oktyabrın 27-dən 31-dək davam edəcək. Türkiyənin Ankara şəhərində və Ankaranın Bəytəpə qəsəbəsində "Sülhü Dəstəkləmə Əməliyyatlarında qaçqınların idarə olunması" kursu 20-23 oktyabr tarixlərində keçiriləcək. «Sülh Naminə Tərəfdaşlıq» proqramına əlavə çərçivəsində 23-24 oktyabrda Sloveniyanın Lyublyana şəhərində Hərbi Attaşelərin illik toplantısı olacaq. Almaniyanın Flensburq, Mürvik və Qlüksburq şəhərlərində Hərbi Dəniz Qüvvələri (HDQ) üzrə məlumat toplantısı oktyabrın 28-29 tarixlərində gerçəkləşəcək. Qazaxıstanın Almatı şəhərində "Vyana-99" sənədi üzrə oktyabrın 27-dən noyabrın 1-dək silahlara nəzarətə dair regional kurs keçiriləcək. Almaniyanın Heydelberq şəhərində Avropa Orduları Konfransı 29-31 oktyabrda baş tutacaq. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcək.

4. #3834
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Silahlı Qüvvələrinin tədris müəssisələrində «NATO Günləri» keçiriləcək

[b]Azərbaycan Silahlı Qüvvələrinin tədris müəssisələrində «NATO Günləri» keçiriləcək[b]

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Silahlı Qüvvələrinin tədris müəssisələrində «NATO Günləri» keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 26-dan 29-dək keçiriləcək tədbirlər çərçivəsində müdavimlərə NATO, bu alyansla əlaqələr, sülhyaratma missiyalarında iştirakı və s. anlayışlar veriləcək.«NATO Günləri» NATO-nun Ali Birləşmiş Transformasiya Komandanlığı Qərargahının nümayəndə heyətinin iştirakı ilə keçiriləcək. Qeyd edək ki, Azərbaycan 1994-cü ildən NATO ilə «Sülh Naminə Tərəfdaşlıq» (PfP) proqramı çərçivəsində əməkdaşlıq edir.

5. #3835
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Müdafiə Nazirliyi ilə Silahlı Qüvvələrin Baş Qərargahı arasında vəzifə və səlahiyyət bölgüsünün aparılmasına başlanılıb

[b]Azərbaycan Müdafiə Nazirliyi ilə Silahlı Qüvvələrin Baş Qərargahı arasında vəzifə və səlahiyyət bölgüsünün aparılmasına başlanılıb[b]

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Müdafiə Nazirliyi ilə Silahlı Qüvvələrin Baş Qərargahı arasında vəzifə və səlahiyyət bölgüsü müəyyənləşdirilir.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, artıq bununla bağlı NATO ekspertlərinin iştirakı ilə müzakirələrə başlanılıb. Bu məqsədlə oktyabrın 30-31-də Bakıda Müdafiə Nazirliyi və Baş Qərargahın G strukturuna keçidi ilə əlaqədar NATO-nun Ali Birləşmiş Transformasiya Komandanlığı Qərargahının ekspertləri ilə Müdafiə Nazirliyinin işçi qrupunun görüşü keçiriləcək. Görüşdə Baş Qərargah strukturunun NATO ölkələrində olduğu kimi Müdafiə Nazirliyindən ayrılması, eləcə də Müdafiə Nazirliyinin strukturunda dəyişikliklər, NATO strukturlarına uyğunlaşdırılması məsələlərinin müzakirəsi gözlənilir.Qeyd edək ki, dünyanın bir çox ölkəsində Baş Qərargah Müdafiə Nazirliyindən ayrı fəaliyyət göstərir. NATO-nun tələblərindən biri də Azərbaycan Müdafiə Nazirliyinin strukturunda dəyişikliklərin edilməsi, müdafiə naziri postuna mülki şəxsin gətirilməsi ilə bağlıdır.

6. #3836
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Milli Bankı dünya maliyyə böhranına hazırlaşır

[b]Azərbaycan Milli Bankı dünya maliyyə böhranına hazırlaşır[b]

Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycan Milli Bankı (AMB) İdarə Heyətinin ötən gün keçirilən iclasında uçot dərəcəsi illik 15%-dən 12%-ə endirilib.

Bununla yanaşı, faiz dəhlizinin yuxarı həddi 20%-dən 17%-ə azaldılıb. Bu barədə «APA-ECONOMICS»ə AMB-nin mətbuat xidmətindən məlumat verilib.İdarə Heyətinin qərarı ilə həmçinin, cari ilin noyabr ayının 3-dən etibarən bankların həm manat, həm də xarici valyutada öhdəlikləri üzrə məcburi ehtiyat normaları 12%-dən 9%-ə, xarici öhdəliklər üzrə məcburi ehtiyat norması isə 5%-dən 0%-ə endirilib.AMB-nin məlumatına əsasən, bu il ərzində strateji valyuta ehtiyatları 17 mlrd. dollara qədər artıb, ölkənin məcmu xarici aktivləri onun öhdəliklərini 9 mlrd. dollar üstələyir: «Nəticədə, Azərbaycan dünya iqtisadiyyatı ilə maliyyə münasibətlərində kreditor mövqeyini daha da möhkəmlədib. Strateji valyuta ehtiyatları Azərbaycanın beynəlxalq ödəniş qabiliyyətinin daha da artmasını təmin edir, yəni bu ehtiyatlar ölkənin məcmu xarici borcundan 1,7 dəfə çoxdur». «Bununla belə bank sistemində maliyyə sabitliyini daha etibarlı qorumaq və xarici risk amillərini qabaqlayıcı rejimdə neytrallaşdırmaq üçün Milli Bank hökumətlə birgə preventiv siyasət tədbirlərini davam etdirir. Bu tədbirlər bank sisteminin xarici iqtisadi böhranlara qarşı davamlılığının daha da güclənməsinə yönəlmiş kompleks prudensial idarəetmə və likvidlik alətlərinin yüksək çevikliyinin təmin olunmasını əhatə edir», - deyə mətbuat xidmətdən bildirilib. AMB rəhbərliyinin fikrincə, cari ildə bank sisteminin potensial risklərə qarşı ehtiyatlanması səviyyəsi gücləndirilib, kredit, likvidlik və bazar risklərinin idarə olunması xüsusi nəzarətə götürülüb. Həyata keçirilən tədbirlər bank sistemində likvidlik göstəricilərinin adekvat səviyyədə qorunub saxlanmasına və bu əsasda bankların maliyyə dayanıqlığının daha da artmasına imkan verir.Qeyd edək ki, mərkəzi bank tərəfindən uçot dərəcəsinin azaldılması pul-kredit siyasətinin yumşaldılmasına istiqamətlənir. Yəni, Azərbaycanda pul-kredit siyasətinin bir qədər yumşaldılması zəruri hesab olunur, bu da onu göstərir ki, bank sistemində problemlər yaranmaqdadır. Banklar tərəfindən istehlak kreditlərini dayandırmasına baxmayaraq, bankların likvidlik problemi yaranıb, bunu da son zamanlar müşahidə olunan həm repo əməliyyatlarının kəskin azalması, həm də mərkəzləşdirilmiş kredit bazarının fəallığının artması təsdiqləyir. Beləliklə, AMB banklar üçün maliyyə vəsaitlərini ucuzlaşdırmaq, ehtiyatların azaldılması siyasətini irəli sürərək bank sistemində likvidlik probleminin aradan qaldırılmasına şərait yaradır. Bununla yanaşı qeyd olunmalıdır ki, hazırda kommersiya banklarının xarici borcu tarixi maksimuma çatıb (1,6 mlrd. manat), bu da dünya maliyyə böhranı, iri maliyyə qurumlarının müflisləşmə təhlükəsi ilə üzləşməsi baxımından milli bank sistemi üçün ciddi təhlükə yaradır. Qeyd edək ki, bankların xarici borcunun yüksək səviyyədə olması şəraitində bank təşkilatları üçün ehtiyat normalarının ləğv edilməsi qərarı uçot dərəcəsinin azaldılmasından daha faydalı ola bilər. Ümumilikdə, AMB tərəfindən uçot dərəcəsinin aşağı salınmasından sonra mərkəzləşdirilmiş kredit bazarının fəallaşacağını gözləmək olar, əks halda bu addımın əhəmiyyəti olmayacaq və uçot dərəcəsi bank sisteminin sağlamlaşmasında heç bir rolu oynamayan nəzəri göstərici kimi qalacaq.

7. #3837
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Heydər Əliyev Fondu və Polşa səfirliyinin birgə layihəsi əsasında Samuxda 220 yerlik məktəb tikilir

[b]Heydər Əliyev Fondu və Polşa səfirliyinin birgə layihəsi əsasında Samuxda 220 yerlik məktəb tikilir[b]

Bakı. Laçın Sultanova - APA. Heydər Əliyev Fondu və Polşanın Azərbaycandakı səfirliyi birgə layihəsi əsasında Samux rayonunun Sarıqamış kəndində yeni məktəb binası inşa edilir. Fonddan APA-ya verilən məlumata görə, 220 yerlik yeni məktəb binası 2008-ci ilin sonunadək təhvil veriləcək. Bu layihə Heydər Əliyev Fondu ilə Polşa səfirliyi arasında imzalanmış anlaşma memorandumu əsasında həyata keçirilir. Fondun icraçı direktoru Anar Ələkbərov və Polşanın Bakıdakı səfiri Kşiştof Krayevski tərəfindən imzalanmış memorandum təhsil və mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.Polşa tərəfindən layihəyə vəsait Kiçik Qrantlar Fondu çərçivəsində Polşanın dövlət büdcəsinin xüsusi ehtiyatından ayrılıb.

8. #3838
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Röya və "Dəyirman" qrupunun birgə konsertini məşhur dj Elizabet idarə edəcək

[b]Röya və "Dəyirman" qrupunun birgə konsertini məşhur dj Elizabet idarə edəcək[b]

Bakı. Ülkər Qasımova - APA. Müğənni Röya ailə həyatı qurduqdan bəri ilk konsertini verəcək. Noyabrın 1-də baş tutacaq konsertdə Röya ilə birgə "Dəyirman" qrupu da çıxış edəcək. Konsertin təşkilatçısı Cavid Mustafaoğlunun APA-ya verdiyi məlumata görə, Əl Oyunları Sarayında keçirilməsi nəzərdə tutulan konsertdə tamaşaçılara bir çox sürprizlər təqdim olunacaq. Sürprizlərdən biri dünyanın məşhur qadın dj-i olan Elizabetin Azərbaycana gəlməsi olacaq. Konserti məhz dj Elizabet idarə edəcək. Təşkilatçının sözlərinə görə, konsertdə həm Röyanın, həm də "Dəyirman" qrupunun ən son və hit mahnıları ilə yanaşı, yeni mahnıları və duetləri də səslənəcək.

9. #3839
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bakıdakı barlardan birində qətl hadisəsi baş verib

[b]Bakıdakı barlardan birində qətl hadisəsi baş verib[b]

Bakı. Hafiz Heydərov-APA. Bu gecə Azərbaycan paytaxtında disko-barda qətl hadisəsi olub. Nəsimi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə gecə saat 2.00 radələrində Azadlıq prospektində yerləşən "444-Prins" disko-barında baş verib. Barda əylənən Naxçıvan Muxtar Respublikasının sakinləri Sahib Sultan oğlu Əliyev və Emil Rafiq oğlu Ağayevlə orada olan Şəmkir sakinləri Arzu Səfər oğlu İsayev və Nail adlı şəxs arasında dava düşüb. Şəxsi münasibətlər zəminində baş verən davada S. Əliyev üzərində olan bıçaqla Naili vurub. Bir neçə yerdən bədən xəsarəti alan Nail xəstəxanaya aparılıb. Onun həyatını xilas etmək mümkün olmayıb. Baş vermiş hadisə ilə əlaqədar S. Əliyev və E. Ağayev saxlanılıb. Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

10. #3840
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

«Azərenerji» ASC: Sabah Azərbaycanda keçiriləcək prezident seçkiləri zamanı elektrik enerjisi təminatında problemlər yaranmayacaq

[b]«Azərenerji» ASC: Sabah Azərbaycanda keçiriləcək prezident seçkiləri zamanı elektrik enerjisi təminatında problemlər yaranmayacaq[b]

Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Oktyabr ayının 15-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar ölkənin bütün regionlarının elektrik enerjisi ilə təchizatında problemlər olmayacaq. Bu barədə «APA-ECONOMICS»ə «Azərenerji» ASC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.M.Əsgərovun sözlərinə görə, «Azərenerji»nin bütün yerli strukturları seçkilərə hazırlıqla əlaqədar olaraq gücləndirilmiş rejimdə işləyir. Bütün yaşayış məntəqələrində transformator məntəqələrinə, yarımstansiyalara baxış keçirilib və seçki günü problemlərin yaranmaması üçün tədbirlər görülüb. «Bakıelektrikşəbəkə» ASC-nin mətbuat xidmətindən də şəbəkənin bir neçə gündür gücləndirilmiş iş rejiminə keçdiyi bildirilib. Şəbəkənin əməkdaşları tərəfindən paytaxtın bütün ərazilərində transformator və yarımstansiyalara baxış keçirilib. Seçki günü həmçinin qurumun operativ qəza xidməti və 199 saylı «qaynar xətti»də gücləndirilmiş rejimdə işləyəcək.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.