Əsas məzmuna keç
Sayfa 294/461 İlkİlk ... 194244284292293294295296304344394 ... SonSon
4610 sonuçtan 2.931 ile 2.940 arası

Azərbaycan Xəbərləri

1. #2931
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Andres Herkel prezidentliyə namizədlərlə görüşüb

[b]Andres Herkel prezidentliyə namizədlərlə görüşüb[b]

Bakı. Elnur Məmmədli - APA. Oktyabrın 15-də keçiriləcək prezident seçkilərini izləmək üçün Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının seçkiləri qiymətləndirmə missiyasının rəhbəri Andres Herkel prezidentliyə namizədlərlə ayrı-ayrılıqda görüş keçirib. Bu barədə APA-ya prezidentliyə namizəd Qulamhüseyn Əlibəyli məlumat verib. Görüşdə namizədlərin seçkiqabağı vəziyyətlə bağlı fikirləri, seçki şəraiti, geridə qalan mərhələnin qiymətləndirilməsi və digər məsələlərlə bağlı müzakirələr aparılıb. A. Herkel ayrı-ayrılıqda prezidentliyə namizədlər - BAXCP sədri Qüdrət Həsənquliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, BQP başqanı Fazil Qəzənfəroğlu, ALDP sədri Fuad Əliyev, MMP sədri Hafiz Hacıyevlə də görüşüb və eyni məsələlər ətrafında fikir mübadiləsi aparıb.

2. #2932
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Andres Herkel QHT rəhbərləri ilə görüşüb

[b]Andres Herkel QHT rəhbərləri ilə görüşüb[b]

Bakı. Viktoriya Dementyeva-APA. Avropa Şurası Parlament Assambleyasının seçkiləri qiymətləndirmə missiyasının rəhbəri Andres Herkel bu gün hüquq müdafiəçiləri Leyla Yunus və Eldar Zeynalovla görüşüb. APA-nın məlumatına görə, görüşdə qarşıdan gələn prezident seçkiləri ətrafında fikir mübadiləsi aparılıb. Andres Herkel həmçinin Seçki Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədli ilə də eyni mövzuda müzakirələr aparıb.

3. #2933
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ABŞ-ın Yəməndəki səfirliyinə qarşı terror aksiyası törədilib

[b]ABŞ-ın Yəməndəki səfirliyinə qarşı terror aksiyası törədilib[b]

Sana - APA. ABŞ-ın Yəmənin paytaxtı Sana şəhərindəki səfirliyinə qarşı terror aktı həyata keçirilib. APA-nın məlumatına görə, bu barədə "Əl-Ərəbiyyə" telekanalı xəbər yayıb.

Terror aktı bomba ilə yüklənmiş avtomobil vasitəsilə törədilib. Avtomobilin partladılmasından sonra naməlum şəxslər səfirliyin binasını qumbaraatanlardan atəşə tutublar. Şahidlər binada yanğın başladığını söyləyiblər. Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım maşınları gəlib. Səfirliyin sözçüsü Ryan Gliha CNN-ə açıqlamasında terror nəticəsində ölənlər olduğunu bildirib, ancaq həlak olanların sayı və milli mənsubiyyəti haqda heç nə deməyib. Terror aktına görə məsuliyyəti özünü "Yəməndəki İslami Cihad" kimi tanıdan təşkilat üzərinə götürüb. Həbsdəki üzvlərinin buraxılmasını tələb edən təşkilat İngiltərə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri səfirliklərini də terrorla hədələyib.

4. #2934
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan prezidenti AŞ PA-nın seçkiqabağı müşahidə missiyasının başçısı Andres Herkeli qəbul edib

[b]Azərbaycan prezidenti AŞ PA-nın seçkiqabağı müşahidə missiyasının başçısı Andres Herkeli qəbul edib[b]

Bakı - APA. Prezident İlham Əliyev sentyabrın 17-də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanda keçiriləcək prezident seçkilərinin müşahidə olunması üzrə Xüsusi Komitəsinin seçkiqabağı missiyasının başçısı Andres Herkelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanda qarşıdan gələn prezident seçkilərinə hazırlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

5. #2935
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Almaniya məhkəməsi Türkiyədə siyasi qalmaqala səbəb olan "Dəniz Fənəri" dərnəyi ilə bağlı qərarını açıqlayıb

[b]Almaniya məhkəməsi Türkiyədə siyasi qalmaqala səbəb olan "Dəniz Fənəri" dərnəyi ilə bağlı qərarını açıqlayıb[b]

Frankfurt - APA. Almaniyada bir müddətdir davam edən və Türkiyədə siyasi qalmaqala səbəb olan "Dəniz Fənəri" dərnəyi ilə bağlı məhkəmə prosesi yekunlaşıb.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Frankfurt məhkəməsinin hakimi Yohann Müller bu gün qərarı açıqlayıb. Dərnəyin rəhbəri Mehmet Taşkan 2 il 9 ay, ondan əvvəl dərnəyin rəhbəri olmuş Mehmet Gürhan 5 il 10 ay, dərnəyin mühasibi Firdsovsi Ərmiş isə 1 ilk 10 ay müddətinə azadlıqdan məhrum ediliblər. F. Ərmiş 1,5 ildir həbsdə olduğu üçün məhkəmə zalından azadlığa buraxılıb.Türkiyənin ədliyyə naziri Mehmet Əli Şahin məhkəmə qərarına münasibət bildirərək nə özünün, nə də rəhbərlik etdiyi nazirliyin bu cinayət işində tərəf olmadığını xatırladıb: "Ancaq Türkiyə vətəndaşlarının cinayət törətməsi və məhkum olunması sevinc duyulacaq bir hadisə deyil. Xüsusən də bu hadisə ölkə xaricində baş veribsə, daha kədərlidir". Nazir cinayət işi ilə bağlı Ankara Baş Prokurorluğunda təhqiqat aparıldığını da söyləyib. Qeyd edək ki, Almaniyada fəaliyyət göstərən "Dəniz Fənəri" dərnəyi yoxsul və dünyanın müxtəlif yerlərində münaqişələrdən əziyyət çəkən müsəlmanlara yardım adı altında topladığı 41 milyon 423 min avronun 16 milyon 882 min avrosunu başqa məqsədlərə sərf edib. Bu məbləğin böyük hissəsi Türkiyənin islamçılara yaxın olan "Kanal 7" telekanalına, digər hissəsi müxtəlif şirkətlərə verilib və mənimsənilib.

6. #2936
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Sentyabrın 18-i axşamdan Azərbaycan paytaxtda şimal küləyi güclənəcək

[b]Sentyabrın 18-i axşamdan Azərbaycan paytaxtda şimal küləyi güclənəcək[b]

Bakı. İlhamə İsabalayeva - APA. Sentyabrın 18-dən 20-dək Azərbaycan ərazisində hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, həmin müddətdə Bakı və Abşeron yarımadasında şimal küləyi üstünlük təşkil edəcək. Külək sentyabrın 19-da axşam, 20-də isə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-22, gündüz 25-28, 19-20-də isə 29-31 olacağı ehtimal olunur.Sentyabrın 18-dən-20-dək Azərbaycanın əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Amma axşam və gecə saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Zəif şərq küləyi əsəcək. Gecə 17-22, gündüz 29-34, dağlarda isə gecə 7-12, gündüz 17-22 dərəcə isti gözlənilir.

7. #2937
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın istehsal sektorunda ölüm halları daha çox tikintidə baş verir

[b]Azərbaycanın istehsal sektorunda ölüm halları daha çox tikintidə baş verir[b]

Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. «İstehsalatın digər sahələri ilə müqayisədə bu gün yenə də tikinti sektorunda bədbəxt hadisələr və ölüm halları daha çox olur. Tikinti sektorunda hündürlükdən yıxılma halları hələ də mövcuddur. Bu da təcrübəsiz işçilərin işə cəlbi, eyni zamanda əməyin təhlükəsizliyinə məsul şəxslərin özlərinin bir qədər təcrübəsiz olmasından irəli gəlir». «APA-ECONOMICS»in məlumatına görə, bunu Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyinin (DƏM) rəisi Nəbi Şükürlü deyib. N.Şükürlünün sözlərinə görə, hazırda istehsalatın digər sahələrində olduğu kimi, tikinti şirkətlərində də yoxlamalar aparılır və araşdırmalar bundan sonra da davam etdiriləcək. DƏM rəisi deyib ki, bu il ərzində əmək təhlükəsizliyi qaydalarına məsul 150-dən çox şəxs üçün ƏƏSMN-in Tədris Mərkəzində bir həftəlik kurslar keçirilib. Qeyd edək ki, bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda istehsalatda 112 bədbəxt hadisə baş verib və onun 20-si tikintidə qeydə alınıb. İstehsalatda baş vermiş bədbəxt hadisələrdə 31 nəfər (onun 9-u tikintidə) ölüb, 90 nəfər (onun 12-si tikintidə) xəsarət alıb. Bədbəxt hadisələrin 7-si (1-i tikintidə) qrup halında baş verib. İstehsalatda baş vermiş bədbəxt hadisələrə görə 10 halda müəssisə, 45 halda zərərçəkən, 48 halda müəssisə və zərərçəkən təqsirkar hesab edilib.

8. #2938
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

«Azercell» abonentləri üçün yeni güzəşt kampanisına başlayıb

[b]«Azercell» abonentləri üçün yeni güzəşt kampanisına başlayıb[b]

Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telekom» şirkəti abonentləri üçün «KonturPay» adlı yeni kampaniyaya başlayıb. «Azercell»in mətbuat xidmətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, BU İLİN dekabr ayının 31-dək davam edəcək kampaniya çərçivəsində «SimSim», «GəncSim» və «BizdənBizə» abonentləri bir gün ərzində iki eyni nominallı kartı yükləməklə elə həmin gün həmin kart növündə olduğu qədər kontur pay alacaqlar. Əgər abonent bir gün ərzində balansına azı 2 ədəd 2 manatlıq kart yükləyərsə, onda növbəti gündən gec olmayaraq, onun balansına daha 360 kontur hədiyyə yüklənir. Bir nominallı kartdan gün ərzində yalnız bir dəfə bonus qazanmaq olar.

9. #2939
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda keçirilən beynəlxalq mikromaliyyə konfransı başa çatıb

[b]Azərbaycanda keçirilən beynəlxalq mikromaliyyə konfransı başa çatıb[b]

Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Bakıda keçirilən ikigünlük IV Beynəlxalq Azərbaycan Mikromaliyyə Konfransı bu gün başa çatıb. «APA-ECONOMICS»in məlumatına görə, konfransın bugünkü sessiyasında Avropa Yenidənqurma və İnkişaf Bankının baş bank mütəxəssisi Oksana Pak «Kapitala çıxışÂ» mövzusunda məruzə ilə çıxış edib. Təbirdə həmçinin mikromaliyyə təşkilatları tərəfindən təkrar maliyyə vəsaitlərinin cəlb edilməsi üçün potensialın artırılması sahəsində aktual məsələlər haqqında geniş fikir mübadiləsi aparılıb. Konfransın sessiyası çərçivəsində aşağı gəlirli insanlara xidmətlərin göstərilməsi üçün müxtəlif məhsullardan, o cümlədən onların təkmilləşdirilmiş maliyyə xidmətlərinə çıxış imkanının təmin edilməsi üçün informasiya texnologiyalarından istifadə edilməsinə dair müasir nümunələr təqdim olunub. Həmçinin, perspektivli yeni texnologiyaların tətbiqi ilə bağlı risk və xərclərin azaldılmasına xidmət edən biznes modelləri də təqdim edilib. Konfransda həmçinin Azərbaycanın «TuranBank» Səhmdar Kommersiya Bankının (SKB) strateji planlama və beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşad Tanrıverdiyev «Azərbaycanda İslam bankçılığı» mövzusunda təqdimatla çıxış edib.Qeyd edək ki, tədbir Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) tərəfindən ölkədə mikromaliyyə sektorunun 10 il ərzində əldə etdiyi inkişafı qeyd etmək, bu sektorun mövcud problemləri müzakirə etmək, onların həlli yollarını tapmaq və ölkədə fəaliyyət göstərən qeyri-bank kredit təşkilatları və kommersiya bankları üçün yeni kapital bazarlarına çıxışları təmin etmək məqsədi ilə təşkil olunub. Tədbirdə müxtəlif yerli və xarici təşkilatların 200-ə yaxın nümayəndəsi iştirak edib, o cümlədən 17 ölkədən 26 beynəlxalq təşkilat 60 nəfərlik nümayəndə heyəti ilə təmsil olunub.Xatırladaq ki, konfransın əsas təşkilatçısı olan Azərbaycan Mikromaliyyə Assosiasiyası 2001-ci ildən fəaliyyət göstərir və Azərbaycandakı 16 mikromaliyyə təşkilatından 14-ü bu təşkilatın üzvüdür.

10. #2940
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Quldurluq törətməkdə təqsirləndirilən mütəşəkkil dəstənin məhkəməsi başlayıb

[b]Quldurluq törətməkdə təqsirləndirilən mütəşəkkil dəstənin məhkəməsi başlayıb[b]

Bakı. Hafiz Heydərov - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Fikrət Qəribovun sədrliyi ilə quldurluq törətməkdə təqsirləndirilən mütəşəkkil dəstənin cinayət işi üzrə hazırlıq iclası keçirilib. Məhkəmədən APA-ya verilən məlumata görə, məhkəmə baxışı sentyabrın 19-a təyin olunub.Xatırladaq ki, sözügedən quldur dəstənin üzvləri Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakinləri 1985-ci il təvəllüdlü Şəmsi Mustafa oğlu Həsənov, 1985-ci il təvəllüdlü Altay Abdulla oğlu Nəsimov, Ağstafa rayon sakini 1983-cü il təvəllüdlü Allahverdi Yunis oğlu Mustafayev, Kürdəmir rayon sakini 1991-ci il təvəllüdlü Elvin Şəmsəddin oğlu Əliyev, Əli Bayramlı şəhər sakini 1992-ci il təvəllüdlü Elməddin Balaəsəd oğlu Cahangirov və Niyaməddin Vəliyevdir. Onlar Cinayət Məcəlləsinin 181.2.1 (quldurluğun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi) və digər maddələrə əsasən ittiham olunurlar.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.