[b]MDB-dən olan müşahidəçi: "İnsanlar səhər tezdən kütləvi şəkildə məntəqələrə gəlirdi"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Azərbaycan seçiciləri həm seçki prosesi, həm də namizədlər haqqında daha çox məlumatlanıb. Bu gün səsvermənin gedişində biz bunu müşahidə etdik". Bu sözləri APA-ya açıqlamasında MDB müşahidə missiyasının üzvü Vladimir İzotov deyib. O, səsvermənin çox sakit şəraitdə, hər hansı insidentə yol verilmədən keçdiyini, müşahidəçilərə hər cür şərait yaradıldığını bildirib. V. İzotov yüksək seçici fəallığını xüsusi qeyd edib: "İnsanlar səhər tezdən kütlə halında məntəqələrə gəlirdi. Mən belə növbələri daha əvvəl yalnız mağazalarda görmüşəm".
4610 sonuçtan 3.921 ile 3.930 arası

10-15-2008, 04:30 PM #3921Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Amerika Seçkiləri Müşahidə Qrupunun üzvü Piter Nadaş: "Azərbaycanda prezident seçkiləri ilə bağlı təəssüratlarım müsbətdir"
[b]Amerika Seçkiləri Müşahidə Qrupunun üzvü Piter Nadaş: "Azərbaycanda prezident seçkiləri ilə bağlı təəssüratlarım müsbətdir"[b]
Bakı. Ramil Məmmədli-APA. "Azərbaycanda seçkilərə mütəşəkkil şəkildə hazırlaşıb". Bu eksklüziv açıqlamanı APA-ya Amerika Seçkiləri Müşahidə Qrupunun üzvü Piter Nadaş verib. O, səsvermə başladıqdan sonra 10 məntəqədə müşahidə apardığını və heç bir qanun pozuntusuna, saxtakarlıq hallarına rast gəlmədiyini deyib. "Təəssüratlarım müsbətdir. Bu gün qədər bir neçə inkişaf etməkdə olan ölkələrdə, yeni demokratiya dövlətlərində seçkiləri müşahidə etmişəm. Azərbaycan demokratik yola qədəm qoyub. Daha demokratik olmaq üçün siyasi partiyaların seçkilərdə fəallığını artırmasına ehtiyac var".

10-15-2008, 04:40 PM #3922Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
MDB-dən olan müşahidəçi: "İnsanlar səhər tezdən kütləvi şəkildə məntəqələrə gəlirdi"

10-15-2008, 05:00 PM #3923Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Gürcüstandakı Azərbaycan vətəndaşlarının 78 faizi səfirlikdə yaradılmış seçki məntəqəsində səs verib
[b]Gürcüstandakı Azərbaycan vətəndaşlarının 78 faizi səfirlikdə yaradılmış seçki məntəqəsində səs verib[b]
Tiflis. Zaur Həsənov-APA. Azərbaycanın Gürcüstandakı səfirliyində yaradılmış məntəqədə qeydiyyatdan keçmiş 71 Azərbaycan vətəndaşından 55-i artıq səsvermədə iştirak edib. Azərbaycanın Gürcüstandakə səfiri Namiq Əliyevin APA-ya verdiyi məlumata görə, məntəqədə səs verənlərdən 8 nəfəri Kulebi terminalının işçilərdir. Namiq Əliyev məntəqənin tam olaraq seçki siyahısı, protokollar, möhürlər, seçki təlimatları və digər müvafiq ləvazimatlarla təmin edildiyini bildirib. Səfirlikdə baş tutan səsvermə prosesini Gürcüstanın "İmedi", "Rustavi 2" telekanalları və mətbuat orqanları geniş işıqlandırıb.

10-15-2008, 05:10 PM #3924Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
MDB Müşahidə Missiyasının üzvü: "Rusiyada belə seçkiyə rast gəlmək mümkün deyil"
[b]MDB Müşahidə Missiyasının üzvü: "Rusiyada belə seçkiyə rast gəlmək mümkün deyil"[b]
Yevlax. Teymur Zahidoğlu-APA. "Seçkilərin gedişini yüksək qiymətləndirirəm. Bizim ölkəmizdə belə bir seçkiyə rast gəlmək mümkün deyil". APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında MDB Müşahidə Missiyasının Rusiyadan olan nümayəndəsi İqor Andruşenko bildirib. 48 saylı Yevlax və 49 saylı Yevlax-Migəçevir seçi dairələrinin 10 məntəqəsində müşahidə apardığını bildirən Rusiya təmsilçisi deyib ki, bu vaxta qədər səsvermənin gedişində hər hansı qanun pozuntusuna rast gəlməyib: "Səsverməyə gələnlərdən də hər hansı şikayət almamışıq. Seçkilərin təşkilatçılığı və seçicilərin fəallığı yüksək səviyyədədir".

10-15-2008, 05:20 PM #3925Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Saat 15.00-a olan seçici fəallığı (dairələr üzrə)
[b]Saat 15.00-a olan seçici fəallığı (dairələr üzrə)[b]

10-15-2008, 05:30 PM #3926Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Naxçıvan Muxtar Respublikasında saat 17-yə qədər seçicilərin 78,2 faizi səs verib
[b]Naxçıvan Muxtar Respublikasında saat 17-yə qədər seçicilərin 78,2 faizi səs verib[b]
Naxçıvan. C. Qurbanoğlu-APA Saat 17.00-a olan məlumata görə, Naxçıvan Muxtar Respublikasında (MR) 193 min 972 seçici səsvermə hüququndan istifadə edib. Bu barədə APA-nın yerli bürosuna Naxçıvan MR Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Ramil Sadıqov məlumat verib. Bu, MR üzrə seçicilərin 78,2 faizini təşkil edir. Ən çox seçici fəallığı 4 saylı Naxçıvan şəhər Seçki Dairəsində qeydə alınıb. Bu dairədə qeydiyyatda olan seçicilərdən 79,7 faizi səsvermədə iştirak edib.Qeyd edək ki, Naxçıvan MR üzrə 7 Seçki Dairəsi üzrə 316 seçki məntəqəsi fəaliyyət göstərir. MR üzrə qeydə alınan 248 min 99 seçicidən 6 min 635 nəfəri prosesə ilk dəfə qatılan gənclərdir.

10-15-2008, 05:40 PM #3927Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
"Seçkilər" İnformasiya Mərkəzinin fəaliyyəti ombudsman Elmira Süleymanovanı qane etməyib
[b]"Seçkilər" İnformasiya Mərkəzinin fəaliyyəti ombudsman Elmira Süleymanovanı qane etməyib[b]
Bakı. Elnur Məmmədli-APA. Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən "Seçkilər" İnformasiya Mərkəzinin seçki günü göstərdiyi fəaliyyət İnsan Haqları üzrə Müvəkkil Elmira Süleymanovanı qane etməyib. APA-nın məlumatına görə, jurnalistlərə açıqlama verən E. Süleymanova bildirib ki, mərkəz seçki ilə bağlı məlumatları əvvəlcədən elan etdiyi vaxtlarda ictimaiyyətə açıqlamır: "Saat 12-nin məlumatları saat 4-ə qalmış verilir və üstündən az keçmiş auditoriyaya fərqli rəqəmlər təqdim olunur. Bu, xoşagəlməz haldır. Gərək məlumatlar müntəzəm olaraq MSK-nın əvvəlcədən elan etdiyi vaxtlarda dəqiq açıqlanaydı".

10-15-2008, 05:50 PM #3928Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
MDB müşahidÓ™çisi Mixail Veliqodski: "Şirvan vÓ™ Hacıqabulda seçicilÓ™rin böyük aktivliyi müşahidÓ™ edilir"
[b]MDB müşahidÓ™çisi Mixail Veliqodski: "Şirvan vÓ™ Hacıqabulda seçicilÓ™rin böyük aktivliyi müşahidÓ™ edilir"[b]
Şirvan. ƏlibÓ™y Zeynalov - APA. "Şirvan vÓ™ Hacıqabul rayonlarında seçicilÓ™rin böyük aktivliyi müşahidÓ™ edilir. BÓ™zi ölkÓ™lÓ™rdÓ™n fÓ™rqli olaraq, AzÓ™rbaycanın dÓ™qiq vÓ™ yaxşı yazılmış seçki qanunu prosesin çoxsaylı müşahidÓ™çilÓ™r tÓ™rÓ™findÓ™n izlÓ™nilməsinə şərait yaradır. SadÓ™ dildə yazılmış qanun seçki zamanı çirkli texnologiyalardan istifadÓ™ olunmasına imkan vermir". APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, bu sözləri bölgədə seçkiləri müşahidə edən MDB missiyasının üzvü Mixail Veliqodski deyib. O bildirib ki, mÓ™ntÓ™qÓ™ və dairə seçki komissiyalarının texniki tÓ™chizatı, onlar üçün ayrılmış otaqlar yüksÓ™k sÓ™viyyÓ™dÓ™dir: "Ukraynada keçirilən seçkilÓ™rdÓ™n fÓ™rqli olaraq, AzÓ™rbaycandakı seçkilər daha şÓ™ffaf vÓ™ mütÓ™rÓ™qqidir".

10-15-2008, 06:00 PM #3929Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
"ELS" Müstəqil Araşdırmalar Mərkəzi: "Seçkilər çox stabil, sakit və fəal keçir"
[b]"ELS" Müstəqil Araşdırmalar Mərkəzi: "Seçkilər çox stabil, sakit və fəal keçir"[b]
Bakı. Laura Cəbrayıllı - APA. "Bizim mərkəzin apardığı sorğulara və müşahidəçilərimizin verdiyi informasiyalara görə, seçkilər çox stabil, sakit və fəal keçir. Yəni seçicilər səs verir və ortaya heç bir problemlər çıxmayıb". Bu açıqlamanı APA-ya "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova verib. O bildirib ki, seçkinin nəticələri ilə bağlı "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin yekun məlumatı saat 19.00-da açıqlanacaq.

10-15-2008, 06:10 PM #3930Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Saat 17.00: Seçicilərin 64.96 faizi səsvermədə iştirak edib
[b]Saat 17.00: Seçicilərin 64.96 faizi səsvermədə iştirak edib[b]
Bakı. Elnur Məmmədli - APA. Saat 17.00-a olan məlumata görə, ölkə üzrə seçicilərin 3 161 459 nəfəri səsvermədə iştirak edib.
APA-nın "Seçkilər" İnformasiya Mərkəzində olan əməkdaşının verdiyi məlumata görə, bu, respublika üzrə seçicilərin ümumi sayının 64.96 faizini təşkil edir.Ən yüksək seçici aktivliyi 14 saylı Əzizbəyov 2-ci Seçki Dairəsində (80,45%), ən aşağı seçki aktivliyi isə 29 saylı Səbayel Seçki Dairəsində (43,39%) qeydə alınıb.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri