Əsas məzmuna keç
Sayfa 389/461 İlkİlk ... 289339379387388389390391399439 ... SonSon
4610 sonuçtan 3.881 ile 3.890 arası

Azərbaycan Xəbərləri

1. #3881
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın 21 saylı Nəsimi I Seçki Dairəsinin 7 saylı məntəqəsində seçkilərə start verilib

[b]Azərbaycanın 21 saylı Nəsimi I Seçki Dairəsinin 7 saylı məntəqəsində seçkilərə start verilib[b]

Bakı. Elnur Hüseynquluyev - APA. Bu gün Azərbaycanda keçirilən prezident seçkiləri çərçivəsində 21 saylı Nəsimi I Seçki Dairəsinin 7 saylı məntəqəsində səhər saat 8:00-da seçkilərə start verilib. APA-nın məntəqədə seçkilərin gedişini izləyən müxbirinin verdiyi məlumata görə, seçkilər nəzərdə tutulmuş vaxtda başlayıb. Seçki məntəqəsinin sədri Mina Həsənlinin APA-ya verdiyi məlumata görə, seçki prosesi normal davam edir və məntəqədə seçici fəallığı müşahidə olunur: «Seçicilərin siyahısında 1 447 vətəndaş qeydiyyatdadır. Məntəqədə seçkilərin gedişini yerli partiya və təşkilatları təmsil edən müşahidəçilər izləyir. Bunlar, Ana Vətən, Yeni Azərbaycan, Ümid partiyalarının nümayəndələri, habelə bitərəf müşahidəçilərdir. Artıq 50-dən artıq seçici səsvermədə iştirak edib».M.Həsənli həmçinin bildirib ki, seçki məntəqəsində «ELS» Müstəqil Araşdırma Mərkəzi və AVSİYA təşkilatının təmsilçiləri «exit-poll» keçirirlər.

2. #3882
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

109 saylı Balakən Seçki Dairəsinin 6 məntəqəsində veb-kameralar quraşdırılıb

[b]109 saylı Balakən Seçki Dairəsinin 6 məntəqəsində veb-kameralar quraşdırılıb[b]

Balakən. Vüqar Heydərov-APA. 109 saylı Balakən Seçki Dairəsinin 6 məntəqəsində veb-kameralar quraşdırılıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, dairə ərazisində olan 35 məntəqədə 37 min 361 seçici qeydiyyatdadır. 2 saylı məntəqədə seçki prosesini ATƏT-in müşahidəçiləri Lars Müllüqufte, Aleksandr Sukanov izləyir. Müşahidəçilər APA-nın əməkdaşına dünəndən Balakəndə olduqlarını, bir neçə məntəqəyə baş çəkdiklərini, seçkilərə hazırlığın normal təşkil olunduğunu bildiriblər. 1288 seçicinin qeydiyyatda olduğu 34 saylı məntəqədə isə ABŞ səfirliyinin nümayəndəsi Devid Holc müşahidə aparır. Dairə ərazisində seçkiləri izləyən MDB Müşahidə Missiyasının üzvü Aleksey Zaykovski APA-nın əməkdaşına müşahidə apardığı məntəqələrdə səsvermə kabinələrində bülleten nümunələrinin olmadığını irad kimi qeyd edib.

3. #3883
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Avropa Şurasının müşahidəçisi Yevgeniya Jivkova paytaxtın mərkəzində prezident seçkilərinin gedişini izləyir

[b]Avropa Şurasının müşahidəçisi Yevgeniya Jivkova paytaxtın mərkəzində prezident seçkilərinin gedişini izləyir[b]

Bakı. Viktoriya Dementyeva - APA. Bu gün Azərbaycanda keçirilən prezident seçkilərində Avropa Şurasından müşahidəçi qismində iştirak edən xanım Yevgeniya Jivkova səhər saatlarında Bakı şəhəri ərazisində artıq iki seçki məntəqəsində olub.

APA-nın məlumatına görə, Y.Jivkova ilk öncə 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 25 saylı seçki məntəqəsinə baş çəkib. Avropalı müşahidəçi bildirib ki, məntəqə seçkilər üçün vaxtında açılıb (08:00-da) və hələ prosesin gedişində neqativ hal qeydə alınmayıb. Bundan sonra, Avropa Şurasının nümayəndəsi 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 27 saylı seçki məntəqəsinə gəlib. Y.Jivkova burada da qanun pozuntusunun qeydə alınmadığını vurğulayıb. Məntəqədə bildirilib ki, burada 1 332 seçici qeydiyyatdadır. Veb-kamera quraşdırılmış bu məntəqədə seçkinin gedişini izləmək üçün 9 yerli və 3 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Həmçinin, ev şəraitində seçkilərə qatılmaq üçün məntəqəyə yerli sakinlərdən 6 yazılı və 2 telefon zəngi formasında müraciət daxil olub.Qeyd edək ki, bu gün Y.Jivkova daha 6 seçki məntəqəsində seçkilərin gedişini izləmək niyyətindədir.

4. #3884
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

90 saylı Ağdaş Seçki Dairəsinin 10 saylı məntəqəsində seçici fəallığı qeydə alınıb

[b]90 saylı Ağdaş Seçki Dairəsinin 10 saylı məntəqəsində seçici fəallığı qeydə alınıb[b]

Ağdaş. Şahnəzər Bəşirov-APA. 90 saylı Ağdaş Seçki Dairəsinin 10 saylı seçki məntəqəsində seçici fəallığı qeydə alınıb. APA-nın yerli bürosunun məlumatına görə, məntəqədə 1368 seçici qeydiyyatdadır. Komissiya sədri Tənzilə Şıxıyeva Prezident seçkilərin şəffaf keçirilməsi üçün şərait yaradıldığını deyib. Məntəqədə veb-kamera quraşdırılıb, "exit-poll" keçirilir. Məlumata görə, məntəqədə MDB Müşahidə Missiyasının üzvləri, Qazaxıstandan olan Zaxvay Kıdırbay və Rusiyadan olan Daryok Seyvadikov 40 dəqiqə ərzində müşahidə aparıblar. Qeyd edək ki, 38 min 777 seçicinin qeydə alındığı 90 saylı Seçki Dairəsi ərazisində 40 məntəqə var.

5. #3885
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan prezidentliyinə namizəd Hafiz Hacıyev səs verib

[b]Azərbaycan prezidentliyinə namizəd Hafiz Hacıyev səs verib[b]

Bakı. Elxan Salahov - APA. Müasir Müsavat Partiyasının sədri, prezidentliyə namizəd Hafiz Hacıyev 8 saylı Binəqədi I Seçki Dairəsinin 32 saylı seçki məntəqəsində səs verib.

APA-nın səsvermənin gedişini izləyən əməkdaşının məlumatına görə, prezidentliyə namizədi seçki məntəqəsində müavinləri müşayiət edib.Səs verəndən sonra jurnalistlərə açıqlama verən H. Hacıyev Azərbaycan tarixində ilk demokratik seçkilərin keçirildiyini bildirib. O, Azərbaycanda korrupsiyaya bulaşan məmurların əleyhinə və ölkənin sabit gələcəyinə səs verdiyini vurğulayıb. H. Hacıyev seçkilərdə özünün və prezidentliyə namizəd İlham Əliyevin şansının yüksək olduğunu vurğulayıb: "Həm mənim, həm də İlham Əliyevin ölkənin sabit gələcəyini təmin etmək imkanımız var". O, seçki zamanı hələlik hər hansı qanun pozuntusunun qeydə alınmadığını bildirib. Səsvermə zamanı seçki məntəqəsində xarici müşahidəçilər olmayıb. Yerli müşahidəçilərdən isə Ana Vətən və Sosial Rifah partiyalarının nümyəndələri səsverməni müşahidə ediblər. Məntəqədə «exit-poll» keçirilmir. Ətrafda heç bir polis əməkdaşı gözə dəymir.

6. #3886
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın 21 saylı Nəsimi Seçki Dairəsinin 6 saylı məntəqəsində seçici fəallığı müşahidə olunur

[b]Azərbaycanın 21 saylı Nəsimi Seçki Dairəsinin 6 saylı məntəqəsində seçici fəallığı müşahidə olunur[b]

Bakı. Elnur Hüseynquluyev - APA. Bu gün Azərbaycanda keçirilən prezident seçkiləri çərçivəsində 21 saylı Nəsimi I Seçki Dairəsinin 6 saylı məntəqəsində seçici fəallığı müşahidə olunur.APA-nın məntəqədə seçkilərin gedişini izləyən müxbirinin verdiyi məlumata görə, seçkilər nəzərdə tutulmuş vaxtda (08:00-da) başlayıb. Seçki məntəqəsinin sədri Sahibə Abbasovanın APA-ya verdiyi məlumata görə, seçki prosesi normal davam edir və artıq məntəqədə 70-dən artıq seçici səs verib: «Seçicilərin siyahısında 1 443 vətəndaş qeydiyyatdadır. Məntəqədə seçkilərin gedişini yerli partiya və təşkilatları təmsil edən müşahidəçilər izləyir. Bunlar, Yeni Azərbaycan, Ana Vətən, Ümid partiyalarının nümayəndələri, həmçinin bitərəf müşahidəçilərdir».S.Abbasova bildirib ki, prezident seçkilərinin gedişini izləmək məqsədi ilə məntəqəyə ATƏT və MDB beynəlxalq missiyalarının təmsilçilərinin də gələcəyi gözlənilir.

7. #3887
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Xarici müşahidəçilər Xətai rayonunda səsvermənin başlaması prosesini izləməyə gəlməyiblər

[b]Xarici müşahidəçilər Xətai rayonunda səsvermənin başlaması prosesini izləməyə gəlməyiblər[b]

Bakı. Rəşad Süleymanov-APA. Seçkilərə start verildiyi ilk bir saat ərzində Bakının mərkəzindən kənarda yerləşən əksər seçki məntəqələrində xarici müşahidəçilər olmayıb. APA-nın əməkdaşının 33 və 36 saylı dairə seçki komissiyalarının tərkibində fəaliyyət göstərən məntəqələrində müşahidələr aparıb. Əksər məntəqələrdə xarici təşkilatları təmsil edən müşahidəçilər qeydiyata alınsa da, onlar seçkilərə start verilən zaman məntəqələrə gəlməyiblər. 33 saylı seçki dairəsinin 1 saylı məntəqəsinin sədri Tahir Ələkbərov APA-ya bildirib ki, məntəqədə dünən 2 xarici müşahidəçi qeydə alınsa da, onlar səsvermənin başlaması prosesini izləməyə gəlməyiblər. Xətai rayonu ərazisində yerləşən seçki məntəqələrinin əksəriyyətində "exit-poll" keçirilir. Prosesin gedişi ilə bağlı məlumat verən müşahidəçilər seçkilərin normal keçdiyini, hələlik ötən bir saat ərzində hansısa problem yaranmadığını vurğulayıblar. 36 saylı seçki dairəsinin 17 saylı məntəqəsində də xarici müşahidəçilər qeydə alınmasına baxmayaraq, onlar məntəqəyə gəlməyiblər. Məntəqənin sədri Xalidə Nəbiyeva APA-ya bildirib ki, proses əvvəlki seçkilərlə müqayisədə daha qənaətbəxş sayıla bilər və seçkilərdə seçici fəallığı hiss olunur.

8. #3888
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev səsvermədə iştirak edib

[b]Azərbaycanın sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev səsvermədə iştirak edib[b]

Bakı - APA. Hazırda həbsdə olan Azərbaycanın sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev prezident seçkilərinin səsverməsində iştirak edib. APA-nın əməkdaşı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xətti ilə 2 saylı Cəzaçəkmə Müəssisəsində keçirilən səsverməni izləyib. Əhval-ruhiyyəsi normal olan keçmiş nazir jurnalistlərə açıqlama verməyib və kimə səs verdiyini deməyib. Eyni Cəzaçəkmə Müəssisəsində saxlanılan "Bizim Yol" qəzetinin əməkdaşı Müşfiq Hüseynov isə hələlik səsvermədə iştirak etməyib. Qeyd edək ki, 14 saylı Əzizbəyov II seçki dairəsinin 33 saylı məntəqəsinin yaradıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsində 962 seçici qeydiyyatdadır.

9. #3889
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Seçki 2008" QHT Koalisiyası: "Səsvermənin ilk saatlarda ciddi prosedur pozuntuları qeydə alınmayıb"

[b]"Seçki 2008" QHT Koalisiyası: "Səsvermənin ilk saatlarda ciddi prosedur pozuntuları qeydə alınmayıb"[b]

Bakı. Rəşad Süleymanov-APA. "Seçki 2008" QHT Koalisiyası prezident seçkilərinin gedişi ilə bağlı ilk məlumatı yayıb. Koalisiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 6 zona üzrə 59 dairəni əhatə edən koordinatorlarının saat 10.00 üçün verdiyi məlumata görə, səsvermə prosesi əsasən vaxtında başlayıb, ciddi prosedur pozuntuları və müşahidəçilərə əngəllərin törədilməsi halları qeydə alınmayıb.Bununla belə Koalisiyanın 1500-dən yuxarı müşahidəçisinin apardığı müşahidələr nəticəsində aşkar edilib ki, bəzi məntəqələrin sahəsi normal səsvermə keçirilməsi üçün əlverişli hesab edilə bilməz. Məsələn, 16 saylı Yasamal II seçki dairəsinin 20 və 21-ci seçki məntəqələri təxminən 30-35 kvadrat metrlik sahədə yerləşir. Bu iki məntəqədə ayrı-ayrılıqda 1425 və 1282 seçicinin səsverməsi nəzərdə tutulur.121 saylı Laçın seçki dairəsinin 88-ci məntəqəsində də səsvermə sahəsi darısqal olduğundan seçicilərin səs verməsi və müşahidəçilərin fəaliyyəti problemə çevrilib. Koalisiya bildirir ki, 9 saylı Binəqədi seçki dairəsinin 2 saylı məntəqəsində səsvermə vaxtından 10 dəqiqə, 16 saylı Yasamal II seçki dairəsinin 21-ci məntəqəsində isə 8 dəqiqə gec başlayıb: "Koalisiyanın müşahidəçiləri veb-kameraların işləməsini də müşahidə edir və hələlik əldə edilən bilgilərə görə bəzi bölgələrdə internetin sürətinin və giriş imkanlarının məhdud olması veb-kameralar vasitəsilə prosesin normal izlənməsini əngəlləyir".

10. #3890
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ATƏT-in sabiq sədri Solomon Passi: "Azərbaycanda keçirilən seçkilər bütün Avropa dövlətlərində keçirilən seçkilərə bənzəyir"

[b]ATƏT-in sabiq sədri Solomon Passi: "Azərbaycanda keçirilən seçkilər bütün Avropa dövlətlərində keçirilən seçkilərə bənzəyir"[b]

Bakı. Ülkər Qasımova-APA. "Azərbaycanda keçirilən seçkilər bizim ölkədə və bütün Avropa dövlətlərində keçirilən seçkilərə bənzəyir". Bu eksklüziv açıqlamanı APA-ya ATƏT sabiq sədri, Bolqarıstanın keçmiş xarici işlər naziri Solomon Passi verib. O, səsvermə prosesi başlayan andan bəri bir neçə seçki məntəqəsində olduğunu və prosesi yaxından izlədiyini bildirib: "Baş çəkdiyim məntəqələrdə səsvermənin təşkili və seçkilərin gedişi ilə bağlı heç bir problemə rast gəlməmişəm. Seçkilər son dərəcə yüksək səviyyədə keçirilir".

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.