Əsas məzmuna keç
Sayfa 387/461 İlkİlk ... 287337377385386387388389397437 ... SonSon
4610 sonuçtan 3.861 ile 3.870 arası

Azərbaycan Xəbərləri

1. #3861
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

MSK sədri Piter Semnebi ilə görüşüb

[b]MSK sədri Piter Semnebi ilə görüşüb[b]

Bakı. Elnur Məmmədli - APA. Oktyabrın 15-də keçiriləcək prezident seçkilərini izləmək üçün Azərbaycana gəlmiş Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb. MSK-nın nəzdindəki Müstəqil Mətbuat Mərkəzindən APA-ya daxil olan məlumata görə, görüşdə M. Pənahov keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı ətraflı məlumat verib, seçkilərin demokratik, azad və şəffaf keçirilməsi üçün hər cür şəraitin yaradıldığını, seçki məntəqələrinin 500-də veb-kameraların quraşdırıldığını diqqətə çatdırıb. MSK sədri seçkiləri 1200-dən çox beynəlxalq, 45 minə yaxın yerli müşahidəçi, 100-dən çox xarici KİV nümayəndəsinin izləyəcəyini qonağın diqqətinə çatdırıb. Piter Semnebi seçkilərə hazırlığın yüksək səviyyədə olduğunu bildirib. O Avropa İttifaqının bu seçkilərin azad və demokratik keçiriləcəyinə inandığını və bunda maraqlı olduğunu vurğulayıb.

2. #3862
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Naxçıvanın seçki məntəqələrinin hər birinə 2 nəfərlik tibbi heyət təhkim olunub

[b]Naxçıvanın seçki məntəqələrinin hər birinə 2 nəfərlik tibbi heyət təhkim olunub[b]

Naxçıvan. C. Qurbanoğlu-APA. Oktyabrın 15-də Naxçıvan Muxtar Respublikasının bütün seçki məntəqələrində ilkin tibbi xidmətlər təşkil olunacaq. Naxçıvan MR Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Ramil Sadiqovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, seçki prosesi ərəfÑ

3. #3863
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

MTN İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotiklərin keçirilməsinin qarşını alıb, 40 kq həşiş götürülüb

[b]MTN İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotiklərin keçirilməsinin qarşını alıb, 40 kq həşiş götürülüb[b]

Bakı-APA. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınmasının qarşısı alınıb, 40 kiloqrama yaxın narkotik vasitə olan həşiş aşkar olunaraq götürülüb.

Bu barədə APA-ya Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzindən bildirilib. Məlumata görə, Astara rayon sakinləri - Telman İmanov, İntizar Həmdəmov, Lənkəran rayonu Liman şəhər sakini Adil Yusubov, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla İrandan Azərbaycan ərazisinə gətiriblər. Məlum olub ki, yuxarıda adları çəkilən şəxslər arasında əvvəlcədən əldə olunmuş razılığa əsasən, bu il oktyabrın 9-da həmin İran vətəndaşları qaçaqmalçılıq yolu ilə gətirdikləri narkotikləri İntizar Həmdəmova təhvil verib və o, bu narkotik vasitələri Astara şəhərinin yaxınlığındakı Maşxan kəndinə gətirib burada gizlədib. Bundan sonra İntizar Həmdəmov Astara şəhərində Telman İmanov ilə görüşüb və sonuncunun idarə etdiyi «Mersedes-Benz» markalı avtomobillə Maşxan kəndinə gələrək burada gizlətdiyi həmin narkotikləri Telman İmanovun avtomobilinə qoyub oradan uzaqlaşıb. Telman İmanov öz növbəsində həmin narkotikləri Lənkəran şəhərinə gətirib onu burada gözləyən Liman şəhər sakini Adil Yusubova satıb və bunun müqabilində sonuncudan təxminən 42 min ABŞ dolları məbləğində pul alıb. Telman İmanov Adil Yusubovdan aldığı 42 min ABŞ dollarını onu Astara rayonunun ərazisində gözləyən İntizar Həmdəmova çatdırıb. İntizar Həmdəmov həmin puldan 37 min ABŞ dollarını özünə götürüb, qalan 5 min ABŞ dollarını isə Telman İmanova verib. Oktyabrın 10-da Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Adil Yusubov saxlanılıb, onun avtomobilinin yük yerinə baxış zamanı 40 kiloqrama yaxın narkotik vasitə olan həşiş aşkarlanaraq götürülüb. Davam etdirilən əməliyyat tədbirləri ilə Astara rayonunun ərazisində cinayətkar qrupun digər üzvləri - Telman İmanov, daha sonra İntizar Həmdəmov saxlanılıb. Telman İmanovun üzərindən 5 min, İntizar Həmdəmovun idarə etdiyi «UAZ» markalı avtomobilə baxış zamanı isə 37 min 100 ABŞ dolları aşkar edilərək götürülüb. Faktla bağlı MTN-in İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanıb. Adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

4. #3864
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Seçki Monitorinq Mərkəzinin şimal bölgəsi üzrə təmsilçiliyi seçki günü monitorinq aparılmasını boykot edib

[b]Seçki Monitorinq Mərkəzinin şimal bölgəsi üzrə təmsilçiliyi seçki günü monitorinq aparılmasını boykot edib[b]

Xaçmaz. Fazil Qurbanov - APA. Seçki Monitorinq Mərkəzinin (SMM) şimal bölgəsi üzrə təmsilçiliyi seçki günü monitorinq aparmayacağını bəyan edib. APA-nın məlumatına görə, Xaçmazda keçirilən toplantıda SMM-in koordinatoru Səidə Xanbabayeva və daha 11 müşahidəçi qurumun Quba-Xaçmaz bölgəsindəki nümayəndəliyinin sabah keçiriləcək prezident seçkilərində bu qurumun adından müşahidəçilik missiyasını yerinə yetirməyəcəyini deyib. Onlar digər bölgələrdəki nümayəndəlikləri də eyni addımı atmağa çağırıblar. S. Xanbabayeva bu addımlarını SMM rəhbərliyinin onlardan seçkiyə qərəzli mövqe ilə yanaşmağı tələb etməsi, KİV-lə əlaqəni qadağan etməsi, müşahidəçilər üçün hazırlanmış qovluqları, sənədləri gizli saxlamağı tələb etməsi ilə əlaqələndirib: "Mən on aydır ki, Seçki Monitorinq Mərkəzinin şimal bölgəsi üzrə koordinatoruyam. Biz SMM qeydiyyatda olduğu müddətdə normal fəaliyyət göstərmişik. Lakin sonradan məhkəmə SMM-in qeydiyyatını ləğv etdi. SMM-in rəhbəri KİV-lərdə iddia edir ki, bölgələrdə ofislər yoxdur. Lakin bizim ofisimiz 6 aydır ki, açılıb və fəaliyyət göstərir. Rəhbərlik isə bizə ofisin fəaliyyəti barədə heç yerdə danışmamağı tapşırıb. Mən və ofisdəkilər rayondakı bütün QHT-lər kimi açıq və şəffaf fəaliyyət göstərmək, mətbuatla təmasda olmaq istəyirdik. Lakin SMM rəhbərliyi bizə KİV-lərə əlaqə qurmağı qadağan edib. Yalnız internet vasitəsilə mərkəzi ofisə məlumatlar verir və təlimatlar alırdıq". SMM rəhbərliyindən bölgədəki məntəqələrin 60 faizini əhatə etməklə bağlı tapşırıq aldıqlarını deyən S. Xanbabayeva onlara müşahidəçilərin bölgədəki DSK-da və MSK-da könüllü və müstəqil müşahidəçilər kimi qeydiyyatdan keçirilməsinin tapşırıldığını söyləyib: "Bizə dedilər ki, heç bir halda DSK-larda və MSK-da SMM-in adı çəkilməməlidir. Qeydiyyatdan keçdikdən sonra müşahidəçilər SMM-in himayəsinə keçməlidirlər. Əvvəl bizə tapşırıldı ki, həmin müşahidəçilər məntəqə seçki komissiyalarında sadəcə seçkini müşahidə edəcəklər, yəni adi müşahidəçi kimi fəaliyyət göstərəcəklər. Bir qədər sonra isə bizi Bakıya çağırıb tapşırdılar ki, həmin şəxslər səslərin paralel sayılmasını aparacaqlar. Lakin bir müddət müşahidəçilərə bu haqda heç nə deyilməməlidir. Düzü, bu məni təəccübləndirdi və bəzi məqamlarda etirazımı da bildirdim. Hər şeyin gizli aparılması bizi şübhələndirmişdi. Gözləyirdik ki, seçkiyə bir neçə gün qalmış SMM şəffaf fəaliyyətə başlayacaq. Lakin bir neçə gün əvvəl bizə təlimat gəlib ki, seçkiyədək və seçki günü KİV-lərlə əlaqə saxlamaq qəti qadağandır. Bundan əlavə, rayona üzərində Azərbaycan və ingilis dillərində Seçki Monitorinq Mərkəzi yazılmış, içərisində SMM-in təlimatları və səs saymanın kodlaşdırılmış qaydasını əks etdirən sənədlər olan xeyli qovluq göndərdilər. SMM rəhbərliyi tələb etdi ki, müşahidəçilər bu qovluqlarla məntəqələrə daxil olmalıdırlar. Bu addım bir daha şübhələrimizin əsassız olmadığını göstərdi. Bizə məlum oldu ki, SMM-in bu missiyası seçki günü qarşıdurma yaratmağa xidmət edir. Mən və yoldaşlarım saxtakarlıq və yalan üstə qurulmuş belə fəaliyyətin əleyhinəyik. Odur ki, SMM-i seçki günü boykot etmək qərarına gəlmişik. Tək mən yox, burada olan və olmayan SMM-dən olan müşahidəçilərin böyük əksəriyyəti də bu fikirdədir. Mən respublika ərazisində SMM-dən olan bütün müşahidəçilərə müraciət edirəm ki, bizə qoşulsunlar, heç bir halda məntəqələrə SMM-in adı ilə daxil olmasınlar. Bəyan edirəm ki, heç bir siyasi qüvvəni təmsil etmirəm, ölkədə azad, ədalətli və demokratik seçkilərin keçirilməsinin tərəfdarıyam. Bunun üçün lazım olan hər şeyi edəcəyəm". Qeyd edək ki, dünən SMM-in müşahidəçisi də eyni məzmunlu bəyanatla çıxış edib.

5. #3865
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Dolların ucuzlaşması davam edəcək

[b]Dolların ucuzlaşması davam edəcək[b]

Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Son iki gündə dünya maliyyə bazarlarında baş verən hadisələr artıq dollar/avro nisbi məzənnəsinə təsir göstərib.

«APA-ECONOMICS»in məlumatına görə, oktyabrın 14-də avro dollara qarşı əvvəlki günlə müqayisədə 1,1% bahalaşıb. Bu tendensiyanın davam etməsi ehtimalı isə böyükdür.Qeyd edək ki, dünən həm ABŞ-da, həm Avropada fond indeksləri kəskin artıb. Bu da Avropa ölkələrinin rəhbərləri tərəfindən öz maliyyə sistemlərinin qorunmasına dair planları ilə bağlı birgə bəyanatının nəticəsidir. Bəyanat dərhal bazara müsbət təsirini göstərib. Yaxın vaxtlarda dünya bazarında aparıcı ABŞ banklarının, o cümlədən «JPMorgan», «Wells Fargo», «Citigroup» və «Merrill Lynch»in üç rüb üzrə maliyyə hesabatlarının açıqlanması gözlənilir. Mütəxəssislərin fikrincə, böhran şəraitində bu göstəricilərin çox zəif olacağı ehtimal edilir. Bundan başqa, ABŞ-da inflyasiya səviyyəsinin Avrozonanın analoji göstəricisindən daha yüksək olacağı gözlənilir. Və nəhayət, Avropa mərkəzi bankları özünün anti-krizis proqramlarında ABŞ-dan fərqli olaraq, təkcə bank səhmlərinin alınması deyil, onların aktivləri üzrə zəmanətlərin təqdim edilməsinə də diqqət yetirilir. Bu isə pul kütləsinin bazara açıq şəkildə axması demək deyil. Bütün bu amillər avronun dollara qarşı möhkəmlənməsini proqnozlaşdırmaq imkanı verir. Eyni zamanda, prosesin Azərbaycana da təsir edəcəyini gözləmək olar. Artıq manatın dollara qarşı möhkəmlənməsi və eyni zamanda avroya qarşı ucuzlaşması başlayıb. Dünya bazarlarındakı tendensiyaların əksi olaraq, bu proses davam edəcək. Hətta vurğulamaq lazımdır ki, əgər böhrana qarşı elan olunan tədbirlər Amerika və Avropada uğurla nəticələnərsə, investorlar yenə də fond bazarına qayıdaraq öz vəsaitlərini maliyyə alətlərinə yönəldəcəklər. Xatırladaq ki, son vaxtlar investorlar fond bazarlarındakı aktivlərini çıxararaq onları dollara çevirib. Lakin son hadisələrdən sonra alınmış dollar kütləsinin satılması, həmçinin dollara olan cari tələbatın kəskin azalacağı gözlənilir. Qeyd edək ki, məhz investorların öz aktivlərini satması və onları dollara çevirməsi sonr dövrdə dolların bahalaşmasının əsas səbəblərindən biri olub. Hazırda bu pposes tam əks istiqamətdə inkişaf edir. Nəticədə, manat avroya qarşı ucuzlaşsa da, dollara qarşı möhkəmlənəcək.

6. #3866
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bu gün BBVB-nin valyuta bölməsində 17,355 mln. dollarlıq əqd bağlanıb

[b]Bu gün BBVB-nin valyuta bölməsində 17,355 mln. dollarlıq əqd bağlanıb[b]

Bakı. Vüqar Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8075 AZN/$1 təşkil edib.BBVB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8089 AZN/$1, USD/AZN T+0 aləti üzrə əqdlərin həcmi 10 497 500 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən 0,0014 bənd yüksələrək 0,8075 AZN/$1-ə çatıb.BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 3 518 139 AZN, manatın orta məzənnəsi isə 0,8077 AZN/$1 təşkil edib.Beləliklə, hər iki sessiyanın nəticələrinə görə BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 17,355 mln. dollar və ya 14 015 639 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 1 735 500 dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.Qeyd edək ki, BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararasi kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 15,86%, ABŞ dolları üzrə isə illik 16,57% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.

7. #3867
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Mil-Muğan bölgəsinin 11 rayonunda seçkiləri ATƏT-in 28 müşahidəçisi izləyəcək

[b]Mil-Muğan bölgəsinin 11 rayonunda seçkiləri ATƏT-in 28 müşahidəçisi izləyəcək[b]

Şirvan. Əlibəy Zeynalov-APA. Mil-Muğan bölgəsinin 11 rayonunda seçkiləri ATƏT-in 28 müşahidəçisi izləyəcək. Bu barədə APA-nın Mil-Muğan bürosuna sentyabrın 10-dan Şirvan və daha 10 rayonda seçkiləri uzunmüddətli müşahidə missiyasını həyata keçirən Hollandoya təmsilçisi Marianne Aqata De Vit məlumat verib. Onun sözlərinə görə, artıq bu gündən qısamüddətli müşahidə missiyasını həyata keçirən ATƏT nümayəndələri də rayonlara gəlməkdədir.

8. #3868
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Naxçıvanda seçkiləri 45 beynəlxalq müşahidəçi izləyəcək

[b]Naxçıvanda seçkiləri 45 beynəlxalq müşahidəçi izləyəcək[b]

Naxçıvan. J. Qurbanoğlu - APA. Naxçıvan Muxtar Respublikasında prezident seçkilərinin gedişini 45 beynəlxalq müşahidəçi izləyəcək. Bu barədə APA-nın yerli bürosuna Naxçıvan MR Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Ramil Sadiqov məlumat verib. R. Sadiqov bildirib ki, ATƏT-in xətti ilə 33 nəfər, Müstəqil Dövlətlər Birliyinin (MDB) xətti ilə 12 nəfər prosesdə müşahidəçi qismində iştirak edəcək. ATƏT-in xətti ilə gələn iki nəfər uzunmüddətli müşahidəçi bir aydan artıqdır regionda seçkilərə hazırlığı izləyir. Uzunmüddətli müşahidəçilər oktyabrın 20-dək Naxçıvan MR-də olacaqlar. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında 7 seçki dairəsi üzrə 316 seçki məntəqəsi fəaliyyət göstərir. MR üzrə 248 min 99 nəfər səs verəcək.

9. #3869
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bəhreyn futbol yığması Azərbaycana gələcək

[b]Bəhreyn futbol yığması Azərbaycana gələcək[b]

Bakı. Aqşin Əliyev - APA-SPORT. Futbol üzrə Bəhreyn milli komandası Azərbaycana səfər edəcək. Bu haqda "APA-SPORT" agentliyinə məlumat verən AFFA-nın baş katibi Elxan Məmmədovun sözlərinə görə, bununla bağlı Bəhreyn Futbol Assosiasiyasının rəhbərliyi ilə ilkin razılıq əldə olunub."Yaxın iki il ərzində bəhreynlilər ölkəmizə təşrif buyuracaqlar. Bəhreyn yığmasının Azərbaycanda milli komandamızla yoldaşlıq görüşü keçirməsini artıq razılaşdırmışıq. Bu, sabah Manamada baş tutacaq yoldaşlıq matçına cavab xarakteri daşıyacaq" - deyə Məmmədov vurğulayıb.

10. #3870
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Svetlana Orlova: "Azərbaycanın seçki qanunvericiliyi MDB məkanında ən yaxşılarından biridir"

[b]Svetlana Orlova: "Azərbaycanın seçki qanunvericiliyi MDB məkanında ən yaxşılarından biridir"[b]

Bakı. Laçın Sultanova-APA. "Azərbaycanın seçki qanunvericiliyi MDB məkanında və bəlkə də dünyada ən yaxşılarından biridir. Bu qanunvericilik bütün beynəlxalq standartlara cavab verir". APA-nın məlumatına görə, bu fikirləri bu gün keçirdiyi mətbuat konfransında Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın sədri, bu qurumun müşahidə missiyasının rəhbəri, Rusiya Federasiya Şurası sədrinin müavini Svetlana Orlova deyib. Azərbaycanın seçki qanunvericiliyinə edilən dəyişikliklərdən danışan Orlova bildirib ki, Azərbaycanda əvvəllər keçirilmiş seçkilərdən sonra beynəlxalq institutlar tərəfindən edilən əhəmiyyətli təkliflərin hamısı nəzərə alınıb. MDB PA müşahidə missiyasına Rusiya, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna, Belarus, Tacikistandan 33 müşahidəçinin daxil olduğunu deyən Orlova onların seçki prosesini Bakı, Gəncə, Quba və Lənkəranda izləyəcəyini vurğulayıb. S. Orlova həmçinin bildirib ki, seçkiləri izləyəcək beynəlxalq missiyaların tərkibində ATƏT və Avropa Şurasının xətti ilə 45 rusiyalı müşahidəçi var. Mətbuat konfransında çıxış edən MDB Parlamentlərarası Assambleyanın baş katibi Mixail Krotov bildirib ki, qurumun uzunmüddətli müşahidəçiləri avqustun 1-dən Azərbaycandadır.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.