[b]«Hyundai» şirkəti «Santa Fe» avtomobil modelini elektrik mühərriklə təchiz edib[b]
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Cənubi Koreyanın «Hyundai» şirkəti Parisdə keçirilən beynəlxalq sərgidə yeni «Santa Fe blue Hybrid» avtomobil modelini nümayiş etdirib. «APA-ECONOMICS»in məlumatına görə, avtomobil 2,4 litrlik mühərriklə yanaşı 50 kVt-lıq elektrik mühərriki ilə təchiz olunub.«Santa Fe blue Hybrid» saatda 100 km sürətini 10,6 saniyədə yığır, bu da 2,4 ton ağırlığında olan avtomobil üçün çox yaxşı göstəricidir. Onun ekoloji və qənaətli olmasına gəldikdə isə, qeyd etmək lazımdır ki, 100 km məsafəyə yanacaq sərfi 6,2 litr təşkil edir, bir kilometrdə havaya 148 qram karbon-oksigen qazı buraxır. Bu, avtomobillər arasında aparıcı göstərici olmasa da, bu tip maşınlar üçün «Santa Fe blue Hybrid» ekoloji təmiz və qənaətli hesab oluna bilər.
4610 sonuçtan 3.981 ile 3.990 arası

10-16-2008, 04:50 PM #3981Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Türkiyənin tanınmış siyasətçilərindən olan Murad Qarayalçın CHP-dən Ankara bələdiyyə başqanlığına namizəd olacaq
[b]Türkiyənin tanınmış siyasətçilərindən olan Murad Qarayalçın CHP-dən Ankara bələdiyyə başqanlığına namizəd olacaq[b]
Ankara - APA. Türkiyənin aparıcı siyasi partiyaları 2009-cu ilin martında keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq prosesinə start veriblər. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbul, Ankara kimi böyük şəhərlərin bələdiyyələrini hakim Ədalət və İnkişaf Partiyasının (AKP) əlindən almaq istəyən Cümhuriyyət Xalq Partiyası (CHP) paytaxt Ankaranın bələdiyyə başçısı vəzifəsinə irəli sürəcəyi namizədi müəyyənləşdirib. CHP bu posta Sosial-Demokrat Xalqçı Partiyasının (SHP) lideri Murad Qarayalçının namizədliyini irəli sürəcək. Ankarada böyük nüfuzu olan M. Qarayalçının seçki ərəfəsində SHP-ni tərk edərək CHP-yə keçəcəyi və rəsmi olaraq bu partiyanın namizədi kimi seçkilərə qatılacağı bildirilir. Qeyd edək ki, Türkiyənin tanınmış siyasətçilərindən biri olan M. Qarayalçın 1989-1993-cü illərdə Ankaranın bələdiyyə başçısı, 1994-1995-ci illərdə isə xarici işlər naziri və baş nazirin müavini vəzifələrində çalışıb. Seçkidə onun ən ciddi rəqibi indiki bələdiyyə başçısı Məlik Kökçək (AKP) olacaq.

10-16-2008, 05:00 PM #3982Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
«Hyundai» şirkəti «Santa Fe» avtomobil modelini elektrik mühərriklə təchiz edib

10-16-2008, 05:10 PM #3983Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın əksər broyler müəssisələri ciddi problemlərlə üzləşib
[b]Azərbaycanın əksər broyler müəssisələri ciddi problemlərlə üzləşib[b]
Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. «Azərbaycanda fəaliyyət göstərən broyler müəssisələrinin fəaliyyətində problemlər yaranıb. Artıq «Siyəzən» və «Səba» broyler müəssisələri istisna olmaqla, qalan müəssisələr istehsalı azaldır. «Siyəzən» və «Səba» müəssisələrinin fəaliyyətinin normal davam etməsi isə onların maddi-texniki bazasının yüksək olması ilə bağlıdır». Bunu «APA-ECONOMICS»ə açıqlamasında Respublika Quşçular Cəmiyyətinin (RQC) sədri Aydın Vəliyev bildirib. A.Vəliyevin sözlərinə görə, Azərbaycanda yem və yem əlavələri çox az olduğu üçün, yerli müəssisələr onları xarici ölkələrdən alır. Bununla yanaşı, ölkədə damazlıq bazasının olmaması da quşçuluq müəssisələrinin xərclərini artırır. Müəssisələr bu xərcləri ödəyə bilmədiklərinə görə son vaxtlar xarici ölkələrdən yeni məhsullar idxal edə və damazlıq yumurta qoya bilməyib. A.Vəliyev əlavə edib ki, yerli quşçuluq müəssisələri üçün yem və yem əlavələri ƏDV-dən və gömrük rüsumlarından azad edilsə, 2015-ci ilədək ildə 80 min ton quş əti, 1,350 mlrd. ədəd yumurta istehsal edə bilər. «Lakin bu imkanlar olmadığı üçün 2007-ci ildə ölkədə 39 min ton quş əti, 700 mln. ədəd yumurta istehsal edilib», - deyə A.Vəliyev bildirib. Qeyd edək ki, RQC-yə Azərbaycanda fəaliyyət göstərən 28 broyler və quşçuluq müəssisəsi üzvdür.

10-16-2008, 05:20 PM #3984Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Avropa Şurasının müşahidəçisi: "İlham Əliyevin 90 faiz səs toplaması xalqın seçimidir"
[b]Avropa Şurasının müşahidəçisi: "İlham Əliyevin 90 faiz səs toplaması xalqın seçimidir"[b]
Bakı. Viktoriya Dementyeva - APA. "Azərbaycanda prezident seçkiləri yaxşı təşkil olunub, seçkilər yüksək səviyyədə keçirilib". APA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Avropa Şurasının Azərbaycanda prezident seçkilərini izləyən müşahidəçilərindən biri, Böyük Britaniya parlamentinin üzvü Mayk Henkok bildirib.Məntəqələrdə seçkiləri izlədiyini bildirən M. Henkok deyib ki, hər şey qaydasında olub. İlham Əliyevin seçkilərdə 90 faizlik nəticə göstərməsinə münasibət bildirən beynəlxalq müşahidəçi bunu Azərbaycanda müxalifətin çox zəif olması ilə izah edib: "Buna görə İlham Əliyev seçkilərdə daha çox səs qazanıb. İlham Əliyevin 90 faiz səs qazanmasını seçkilərin qeyri-demokratikliyinin nəticəsi hesab etmək olmaz. Bu, xalqın seçimidir".

10-16-2008, 05:30 PM #3985Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Avropa Birliyi ilə Xəzəryanı ölkələrin görüşü keçiriləcək
[b]Avropa Birliyi ilə Xəzəryanı ölkələrin görüşü keçiriləcək[b]
Bakı. Laçın Sultanova - APA. Gələn il Çexiyanın təşkilatçılığı ilə Avropa Birliyi (AB) və Xəzəryanı ölkələr arasında görüş keçiriləcək. APA-nın məlumatına görə, bu barədə Brüsseldə keçirilən AB sammitinin yekun sənədinin layihəsində bildirilir. Görüş 2009-cu ilin yazına planlaşdırılır.

10-16-2008, 05:40 PM #3986Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Kazanda keçirilən "Qızıl minbər" müsəlman filmləri festivalında Azərbaycanın ekran əsərləri də iştirak edir
[b]Kazanda keçirilən "Qızıl minbər" müsəlman filmləri festivalında Azərbaycanın ekran əsərləri də iştirak edir[b]
Bakı. Ülkər Qasımova - APA. Bu gün Kazanda "Qızıl minbər" müsəlman filmləri festivalına start verilib. APA-nın məlumatına görə, oktyabrın 22-dək davam edəcək beynəlxalq festivalda Azərbaycan da təmsil olunacaq. Festivalda Ramiz Fətəliyevin "Hökmdarın taleyi" filmi nümayiş etdiriləcək. Filmdə əsas rolu, İbrahim xan obrazını xalq artisti Fəxrəddin Manafov ifa edib. Festival çərçivəsində keçirilən müsabiqədə isə "Düyün" və "Səhra gülü" filmləri iştirak etmək hüququ qazanıb. Əli İsa Cabbarovun rejissoru olduğu "Düyün" filmi "Dərviş" Prodüser Mərkəzində, Tahir Əliyevin rejissoru olduğu "Səhra gülü" filmi isə AzTV-də istehsal olunub.

10-16-2008, 05:50 PM #3987Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Bu gün BBVB-nin valyuta bölməsində 39,844 mln. dollarlıq əqd bağlanıb
[b]Bu gün BBVB-nin valyuta bölməsində 39,844 mln. dollarlıq əqd bağlanıb[b]
Bakı. Vüqar Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8086 AZN/$1 təşkil edib.BBVB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8075 AZN/$1, USD/AZN T+0 aləti üzrə əqdlərin həcmi 31 373 520 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən 0,0011 bənd düşüb və 0,8086 AZN/$1-ə bərabər olub.BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 844,7 min AZN, manatın orta məzənnəsi isə 0,8086 AZN/$1 təşkil edib.Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 39,844 mln. dollar və ya 32 218 220 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 5,692 mln. dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqd bağlanılmayıb. Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 16,93%, ABŞ dolları üzrə isə illik 17,93% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.

10-16-2008, 06:10 PM #3988Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Milli Mətbuat Ensiklopediyası hazırlanacaq
[b]Milli Mətbuat Ensiklopediyası hazırlanacaq[b]
Bakı. Laçın Sultanova-APA. Azərbaycanda Milli Mətbuat Ensiklopediyası hazırlanacaq. Qadın Jurnalistlər Birliyindən APA-ya verilən məlumata görə, ensiklopediyanın gələn il Mətbuat Günü ərəfəsində təqdim olunacağı gözlənilir. Ensiklopediya Həsən bəy Zərdabinin "Əkinçi" qəzetindən bu günə kimi Azərbaycan mətbuatının keçdiyi tarixi yolu əks etdirəcək. Nəşr Bakı Dövlət Universitetinin "Mətbuat və ədəbiyyat" kafedrasının əməkdaşlarının dəstəyi ilə hazırlanacaq.

10-16-2008, 06:20 PM #3989Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan Mətbuat Şurası prezident seçkisi ilə bağlı yekun rəyini açıqlayıb
[b]Azərbaycan Mətbuat Şurası prezident seçkisi ilə bağlı yekun rəyini açıqlayıb[b]
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycan Mətbuat Şurası (MŞ) prezident seçkisi ilə bağlı yekun rəyini açıqlayıb. MŞ-dan APA-ya daxil olan məlumata görə, qurum prezident seçkisi ilə bağlı fəaliyyətini 3 istiqamətdə qurub.Şuranın 561 82 46 və 561 80 37 nömrəli telefonları «qaynar xətt» rejimində işləyib. Bununla seçki günü peşə fəaliyyətini yerinə yetirən jurnalistlər üzləşdikləri maneələr barədə məlumat vermək imkanı əldə ediblər. Seçki müddətində «qaynar xətt»ə peşə vəzifəsini yerinə yetirən jurnalistlərə qarşı maneə törədilməsinə dair 2 məlumat daxil olub. Hər ikisi 23 saylı Səbayel-Nəsimi seçki dairəsinin 25 saylı seçki məntəqəsində qeydə alınıb. Orada «lent.az» saytının əməkdaşı Elşən Məmmədovdan, «Novosti Azerbayjana» İnformasiya Agentliyinin əməkdaşları Anar İmanov və Roman Temnikovdan Dairə Seçki Komissiyasında qeydiyyatdan keçmələri tələb olunub. MŞ hər iki məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyası rəhbərliyi ilə əlaqə saxladıqdan sonra problem operativ aradan qaldırılıb. Məlumatda o da bildirilib ki, şuranın Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının üzvlərindən ibarət monitorinq qrupu paytaxtın müxtəlif rayonlarındakı seçki məntəqələrində səsvermənin gedişini izləyərək yerli və beynəlxalq KİV-lərin təmsilçilərinə yaradılmış şəraitlə tanış olublar. Monitorinq zamanı jurnalistlərin peşə fəaliyyətinin qarşısının alınmasına yönələn faktlar qeydə alınmayıb. MŞ İdarə Heyətinin üzvləri seçki günü Bakı və ətraf bölgələrdə, həmçinin digər regionlarda fəaliyyət göstərən dairə və məntəqələrdə olublar. Şura sədri Əflatun Amaşov Səbayel, Nəsimi və Binəqədi, İH üzvlərindən «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və millət vəkili Aqil Abbas Xətai, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid və "Azərmətbuatyayım" ASC-nin sədri Vüqar Səfərli Nərimanov və Nizami, "Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev Əzizbəyov, Azəri-Press Agentliyinin (APA) baş direktoru Vüsalə Mahirqızı Sabunçu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Suraxanı rayonlarında, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu Abşeron və Sumqayıtda seçkini müşahidə ediblər. Şura üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas Ağcabədi, İmişli, Yevlax və Beyləqan, MŞ-nin icraçı katibi Rəhim Hüseynzadə isə Salyan, Neftçala, Şirvan və Biləsuvar rayonlarındakı dairə və məntəqələrə baş çəkiblər. Mətbuat Şurası «qaynar xətt»in və monitorinq qrupunun yerlərdəki fəaliyyətinə, İH üzvlərinin ölkənin müxtəlif bölgələrindəki müşahidələrinə əsasən yekunda belə qənaətə gəlib ki, Azərbaycanda 15 oktyabr 2008-ci il tarixdə keçirilən prezident seçkisi əvvəlki seçkilərlə müqayisədə çoxsaylı müsbət cəhətlərə malikdir. KİV-lərin peşə vəzifələrini yerinə yetirmələrində mövcud imkanlardan geniş istifadə, media təmsilçilərinin təhlükəsizliklərinin təminatı, onların maneəsiz məlumat almaları, informasiya şəffaflığı, həmçinin ümumilikdə nəzərdə tutulan qayda və təlimatlara əməl edilməsi, vətəndaşların sərbəst seçimlərinə yaradılmış şərait yerli qanunvericiliyin tələblərinə və beynəlxalq standartlara cavab verib. Müşahidə edilən bəzi cüzi nöqsanlar seçkinin nəticələrinə təsir etmək iqtidarında deyil.

10-16-2008, 06:30 PM #3990Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Yuliya Timoşenko: "Prezident Yuşşenkonun istənilən şərtini yerinə yetirməyə hazıram"
[b]Yuliya Timoşenko: "Prezident Yuşşenkonun istənilən şərtini yerinə yetirməyə hazıram"[b]
Kiyev - APA. Ukraynanın baş naziri Yuliya Timoşenko növbədənkənar seçkilərin keçirilməsinə dair fərmanın ləğvi və dünya maliyyə böhranı ilə əlaqədar sabitləşdirici tədbirlərin görülməsi üçün prezident Viktor Yuşşenkonun istənilən şərtini qəbul etməyə hazır olduğunu bildirib. APA-nın "UNİAN"a istinadən verdiyi məlumata görə, Y. Timoşenko bu sözləri keçirdiyi mətbuat konfransında bildirib. Baş nazir dövlət başçısına müraciətlə deyib: "Mən prezidentə müraciət edərək sabitlik, birlik, maliyyə böhranının aradan qaldırılması və Ukrayna naminə, eyni zamanda demokratik koalisiyanın bərpası və Ali Radanın buraxılmaması üçün onun istənilən şərtini qəbul etməyə hazır olduğumu bildirirəm. İndi söz sırası Ukrayna prezidentindədir". Y. Timoşenko oktyabrın 13-də V. Yuşşenko ilə təmasının olduğunu və qarşılıqlı anlayışa nail olacaqlarına ümid bəslədiyini söyləyib.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Cənubi Koreyanın «Hyundai» şirkəti Parisdə keçirilən beynəlxalq sərgidə yeni «Santa Fe blue Hybrid» avtomobil modelini nümayiş etdirib. «APA-ECONOMICS»in məlumatına görə, avtomobil 2,4 litrlik mühərriklə yanaşı 50 kVt-lıq elektrik mühərriki ilə təchiz olunub.«Santa Fe blue Hybrid» saatda 100 km sürətini 10,6 saniyədə yığır, bu da 2,4 ton ağırlığında olan avtomobil üçün çox yaxşı göstəricidir. Onun ekoloji və qənaətli olmasına gəldikdə isə, qeyd etmək lazımdır ki, 100 km məsafəyə yanacaq sərfi 6,2 litr təşkil edir, bir kilometrdə havaya 148 qram karbon-oksigen qazı buraxır. Bu, avtomobillər arasında aparıcı göstərici olmasa da, bu tip maşınlar üçün «Santa Fe blue Hybrid» ekoloji təmiz və qənaətli hesab oluna bilər.

Yer imleri